Ermənistan-Rusiya:əyalət-mərkəz münasibətləriPrevious Article
Ermənistan Gömrük Birliyində: veriləcək heç nə qalmadıNext Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

“Ərəb Baharı”nın nəticəsi: “İskəndər” “Patriota” qarşı?

Line Spacing+- AFont Size+- Print This Article
“Ərəb Baharı”nın nəticəsi: “İskəndər” “Patriota” qarşı?

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

30 avqust 2013-cü il 

“Ərəb baharı”nın küləyi Cənubi Qafqazda hiss edilməsə də, son bir neçə ildir Yaxın Şərqdə ABŞ və Rusiya arasındakı rəqabətin nəticələri yavaş-yavaş bölgədə hiss edilir. Bir çox etibarlı mənbələr Rusiyanın Suriyanı ABŞ və müttəfiqləri qarşısında yalnız qoymayacağını bildirsə də, son günlərdə yaşanan hadisələr onu göstərir ki, Rusiya Aralıq dənizdən çəkilərək bir az daha “qınına” doğru sıxışdırılır. Rusiyanın Xarici işlər naziri Serqey Lavrov “Biz Suriyaya görə heç kimlə müharibə etməyəcəyik” deyərək ölkəsinin Yaxın Şərq siyasətindəki dəyişikliyin siqnalını versə də, hələ ki Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası nəzdində ABŞ və müttəfiqlərinə qarşı dirənməyə son cəhdlərini edir.

“The Telegraph” qəzeti 27 avqust 2013-cü il tarixli sayıda bildirir ki, Səudiyyə Ərəbistanın Təhlükəsizlik Naziri Bəndər bin Sultan Vaşinqtondan birbaşa Moskvaya gəlib və Prezident Putin ilə məxfi şəkildə götrüşüb. “The Telegraph” qəzeti iddia edir ki, Səudiyyə Ərəbistanı Rusiyanın Suriyaya verdiyi dəstəyi dayandırması üçün bu ölkə ilə enerji sahəsində əməkdaşlıq və yeni neft strategiyası haqqında razılığa gələ biləcəyini bildirib. Mənbə eyni zamanda Bəndər Bin Sultan Rusiyanın bu təkliflə razılaşmayacağı təqdirdə şimali Qafqazda nəzarətində olan silahlı çeçen qruplaşmalarla hədələyib.[1] Görünən odur ki, Rusiya Bəndər bin Sultanın əməkdaşlıq və təhdid təklifini diqqətə alaraq Suriyanı ABŞ və müttəfiqləri qarşısında tək qoymağa üstünlük verib.

Son bir həftədir ABŞ və Qərb mediyası Əsad rejiminin mülki əhaliyə qarşı kimyəvi silah olan zarin qazından istifadə etdiyini iddia edərək dünya ictimaiyyətinin fikirlərini dumanlandırır. Ancaq Suriyada yaşanan son hadisələr dəyərləndirildiyi zaman Əsad rejiminin mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsinə heç bir zərurət olmadığını anlaşılır. Əsad rejimi müxaliflərin ciddi hücumları ilə qarşılaşmayıb və son qalaya sığınmayıb. Bu o deməkdir ki, Əsad rejimi son günlərini yaşamır və hələ ki müxalifətə, ABŞ və müttəfiqlərinə qarşı ayaqları üstündə dayana bilir. Əsad rejimi kimyəvi silahdan istifadə etmişsə, niyə bunu silahlı müxaliflərin olduğu bölgəyə deyil, mülki əhalinin yaşadığı bölgəyə atmışdır?

Əlbəttə bunlar eynilə İraqın və Əfqanıstanın işğal edilməsindən əvvəl ABŞ və müttəfiqlərinin təbliğatından heç nə ilə seçilmir. Bu arada Əfqanıstanı işğal etmədən əvvəl ABŞ Müdafiə nazirliyi nəzdində dezinformasiya yayan xüsusi bir qurumun təşkil edildiyini xatırlatmağa ehtiyac vardır. Ssenari eynidir, əsərin qəhrəmanları da eynidir amma “mənfi obrazda” artıq İraq və Əfqanıstan deyil, Suriyadır. Əsad rejimi devrilib kimyəvi silahlar “məhv edildikdən” sonra böyük bir ehtimalla “mənfi obrazda” İran olacaqdır.

Fransanın “Le Figaro” qəzeti yazır ki, Əsad rejiminin kimyəvi silahdan istifadə etməsindən tam “əmin” olan amma ortaya heç bir sübut çıxara bilməyən ABŞ, BMT müfəttişlərindən təhqiqatı dayandırmasını  xahiş edib.[2] Faktlar və sübutlar necə oldu bəs? Analoji hadisə 1998-ci ildə ABŞ və müttəfiqlərinin İraqa hücum etməmişdən əvvəl də yaşanmışdı.

Rusiya Aralıq dənizindən çıxarkən post sovet ölkələri coğrafiyasında mövqelərini qorumağa çalışır. Belə ki, bəzi mənbələr ABŞ-ın Türkiyədə yerləşdirdiyi havadan müdafiə sistemi və “Patriot” raket kompleksinə qarşı Rusiyanın Ermənistanda “İskəndər” raket kompleksini yerləşdirəcəyini iddia edirlər.[3] Bu o deməkdir ki, Yaxın Şərqdən geri çəkilən Rusiya özü ilə bərabər təhlükəsizlik problemlərini Cənubi Qafqaza doğru gətirir. Rusiyanın “İskəndər” raket kompleksinin Ermənistana yerləşdirildiyi xəbəri təsdiq edilməsə də, rəsmilər tərəfindən hələlik təkzib də edilməyib. Bir neçə il bundan əvvəl ABŞ “Patriot” raketlərini Polşaya yerləşdirmək istəyərkən, Rusiya buna qarşılıq “İskəndər” raket kompleksini Kalininqrada yerləşdirəcəyini bildirmişdi. ABŞ Polşanı ilkin hədəf olmasından ehtiyat edərək bu planını həyata keçirməmişdi. Görünən odur ki, ABŞ Türkiyəni ilkin hədəf olmağa razı sala bilib.

ABŞ Polşaya yerləşdirə bilmədiyi havadan müdafiə sistemi və “Patriot” raket kompleksini Suriya böhranə nəticəsində Türkiyənin Suriya tərəfindən vurula biləcəyi ehtimalını ön plana çıxararaq bu ölkədə yerləşdirib. Əlbəttə, Rusiya regionda cərəyan edən geosiyasi və təhlükəsizlik amilini göz önünə alaraq buna ciddi etiraz etməsə də, cavabsız qoymayacaqdır. Ermənistana “İskəndər” raket kompleksinin yerləşdiriləcəyi xəbəri də bunu göstərir.

Rusiyanın Ermənistanda 102-ci hərbi bazasının olduğu və Ermənistanın coğrafi olaraq havadan müdafiə sisteminin və “Patriot” raketlerərinin yerləşdirildiyi Türkiyə ərazisinə yaxın olması diqqətə alınarsa, Rusiyanın bu niyyətinin reallaşdırmağa hər cür imkanı vardır. Ermənistanın Rusiyanın bu tələbinə qarşı çıxmağa siyasi və iqtisadi gücü yoxdur. Ancaq bu zaman Ermənistanın ABŞ və Avropa ölkələri ilə münasibətlərinin gərginləşəcəyi şübhəsizdir. Son zamanlarda Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşaraq ABŞ və Avropaya doğri meyl etməsi onu göstərir ki, Ermənistan olduqca çətin vəziyyətdə qala bilər. Rusiyapərəst erməni mətbuatı daxili ictimai rəyi sakitləşdirmək üçün “İskəndər” raket kompleksinin ölkəyə yerləşdirilməsinin əslində bir baxıma Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaması üçün çəkindirici amil olduğunu ön plana çıxararır.

Rusiyanın Ermənistana “İskəndər” raket kompleksini yerləşdirdiyi haqqında informasiyalar hələlik təsdiq edilməsə də, artıq regionda yeni geosiyasi oyunların başlamasından xəbər verir. Suriya və İranı ABŞ və müttəfiqlərinə qurban verdikdən sonra Rusiyanın geri çəkilməyə yeri yoxdur. Cənubi Qafqaz, xüsusilə ermənistan Rusiya üçün “qırmızı xətt” ola bilər. Amma Rusiyanın zaman-zaman istəyərək və yaxud istəməyərək daltonik (rəng korluğu) xəstəliyinə mübtəla olduğu məlumdur. ABŞ və müttəfiqləri İran problemini həll etdikdən sonra Rusiyanın Ermənistandakı mövqelərini zəiflətmək üçün mümkün bütün təzyiq vasitələrindən istifadə edə bilər. Bu zaman Gürcüstanın NATO-ya üzv qəbul edilməsi məsələsi də diqqətdən kənarda qalmamalıdır.

 

 

[1] The Telegraph: Саудовская Аравия шантажировала Россию подконтрольными ей “чеченскими группировками” www.regnum.ru/news/fd-abroad/armenia/1700115.html, 28.08.2013

[2] Почему американцы попросили ООН не продолжать следствие в Сирии? http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=95311, 29.08.2013

[3] “Искандер” vs “Patriot”: Россия берет под прицел объекты ПРО США в Турции – эксперт www.regnum.ru/news/fd-abroad/armenia/1668124.html, 06.06.2013

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

İyul 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031