İŞİD terroru və beynəlxalq təhlükəsizlik problemləriPrevious Article
Ermənistanın daxili siyasətinin dinamikası Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

ABŞ demokratiyası

Line Spacing+- AFont Size+- Print This Article
ABŞ demokratiyası

Hatəm Cabbarlı,

Siyasi elmlər doktoru

22 sentyabr 2014

İkinci Dünya Müharibəsindən sonra beynəlxalq aləmdə demokratikləşmə ön plana çıxıb. Əlbəttə demokratikləşmə qarşılıqlı olaraq dövlət-vətəndaş münasibətlərini tənzimləyən bu günə qədər tapılan ən əhəmiyyətli mexanizmdir. Bu mexanizmin dövlət sistemində, cəmiyyətdə tətbiq edilməsi isə müxtəlifdir. Dövlətlər bundan standart resept kimi istifadə etmirlər, özlərinə və cəmiyyətlərinə görə müxtəlif şəkildə dəyişirlər.

ABŞ Prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində dünya dövlətlərinə demokratiya dərsı keçib. Obama çıxışında belə deyib:- “Rusiyadan tutmuş Çinə və Venesuelayadək amansız basqılar görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirir. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”. Obama daha sonra “Demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var” deyib. Əlbəttə var, bunu ABŞ nümunəsində daha çox görmək mümkündür.

Obama öz dövlətinin də siyasətini tənqid edib, demokratiya, insan haqlarının qorunmaması problemlərindən və s. haqqında fikirlərini bildirib. Bu problemlərin həllə yollarından danışıb amma təəssüflər olsun ki, ABŞ-da bu problemlər həll edilə bilmir. Obama, öz evindəki “yanğını” söndürmədən qonşu evinin “bacasından çıxan tüstünün” yanğın olaraq görür.

ABŞ Prezidenti bu və yaxud digər məsələlərə münasibət bildirə bilər. Bu zaman beynəlxalaq münasibətlər sistemində ümumən qəbul edilmiş ancaq iki qütblü dünyanın dağılmasından sonra bir xeyli korroziyaya uğramış beynəlxalq hüquq, siyasi mədəniyyət və ədalət anlayışı qaydalarına da əməl etməli idi.

ABŞ dünyada demokratiyanın beşiyi və qoruyucusu olaraq təqdim edilir. Amma bu “demokratiyanın” bilinməyən və bilinməsinə əngəl olunan bəzi məqamları vardır. ABŞ-ın demokratiya anlayışını belədir:

-ABŞ yerli qırmızıdərililərə qarşı 65 qətliam törədib və 3 milyondan çox qırmızıdərili öldürülüb. Ən son qətliam isə 1911-ci ildə törədilib və tarixə “Last Massacre-Sonuncu qətliam” olaraq keçib;

-XVI əsrdən 1808-ci ilə qədər “Tumberio”, yəni ölü daşıyıcıları adı ilə bilinən gəmilərdə sadəcə ABŞ-a 12 milyon 500 min kölə gətirilib. Köləlik ABŞ-da rəsmən 18 dekabr 1865-ci ildə qadan edilsə də, irqi ayrı-seçkilik indiyə qədər davam edir;

-1965-ci il fevralın 21-də Manhattanda Audubon otelinin salonunda zəncilərə xitab edən Malcolm Little qarşı sui-qəsd təşkil edildi. Ağ dərili Talmadge Hayer “zənci əllərinizi cibimizdən çəkin” deyə bağıraraq Littleyə atəş açdı. Daha sonra isə Norman Butler və Thomas Johnson avtomatik silahlardan Littleyi güllələdilər. Little 16 güllə yarası aldı və xəstəxanada öldü. Littleyi güllələyənlər məhkəmədə dəlil yetərsizliyindən sərbəst buraxıldı. Əlbəttə, ABŞ demokratiyasında “dəlil yetərsizliyindən” “günahsız insanları” cəzalandırmaq olmaz;

-irqçiliyə qarşı mübarizə edən Martın Luther Kinq1968-ci il fevralın 4-də ğldürüldü;

-keçdiyimiz aylarda Fergusonda irqi ayrı seçkilik nəticəsində zənci gəncin polislər tərəfindən öldürülməsindən sonra etiraz edənlərin həbs edilməsi və şiddət tətbiq edilməsi müşahidə edildi;

-Nyu-Yorkda polislər tərəfindən həbs edilənlərin 70 faizi, atəş açılanların 50 faizi, öldürülənlərin 70 faizi zəncidir;

-ABŞ-da 20-29 yaşında olan zəncilərin üçdə biri ya həbsxanalarda ya da istintaq təcridxanasındadır;

ABŞ hökuməti təxminən 10 ildən çoxdur Quantanamoda insanları məhkəmə qərarı olmadan illərlə həbsxanada saxlayır, onlara işgəncə verir;

-İkinci Dünya Müharibəsi bitdiyi ərəfədə 6 Avqust 1945-ci ildə Xirosimaya, 9 Avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombaları nəticəsində 100 min yaponiyalı mülkü vətəndaşı öldürülüb və yüz minlərlə insanı şikəst qalıb;

-Vetnam müharibəsində 1962-1971-ci illər arasında mülkü insanlar qətl edilib, onlara qarşı 80 milyon litr kimyəvi dioksin qazından (dəmir çəlləklərdəki zəhərli qazın etiketinin rənginə görə bu zəhərli qaza portağal qazı da deyilir) istifadə edərək 5 milyon vetnamlını öldürülüb və şikəst qalıb;

-Koreya xalqını iki yerə bölünüb, bir-birinə düşmən edilib və bu düşmənliyin davam etməsi siyasəti həyata keçirilir;

-ABŞ İraqın enerji mənbələrinə ahib olması üçün bu ölkəni işğal edib yüz minlərlə insanı öldürüb, milyonlarla insan ölkəsini tərk edib;

-11 sentyabr hadisəsindən sonra Əfqanıstanı işğal edərək on minlərlə insanı öldürüb;

-İraq və Əfqanıstanda nöqtə vuruşlu silahlarla silahlı hədəfləri deyil, mülki insanları öldürülüb;

-“sülhməramlı” ABŞ əsgərləri İraq və Əfqanıstanda sivil insanları öldürüb, onların cəsədlərini təhqir edərək uşaqları və nəvələri üçün xatirə şəkilləri çəkdirib;

-Liviyada hakimiyyəti devirərək və Suriyada və devirməyə cəhd edərək regionda xaos yaradıb;

-beynəlxalq terrorizmə müharibə elan edərkən özünün məhkum etdiyi erməni terrorçuları vaxtından əvvəl əfv edib.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Fevral 2020
Be Ça Ç Ca C Şb B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
242526272829