Ermənistanın enerji problemiPrevious Article
BMT TŞ-də veto böhranı və bəzi ehtimallar Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

ATƏT Minsk qrupu: vasitəçimi tərəfmi?

Line Spacing+- AFont Size+- Print This Article
ATƏT Minsk qrupu: vasitəçimi tərəfmi?

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

15 iyul 2012

Minsk qrupu 1992-ci il martın 24-də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi problemini sülh yolu ilə həll etmək üçün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) nəzdində qurulmuşdur. Minsk qrupu həmsədr ölkələrin nümayəndələri bu günə qədər bu məqsədlə Azərbaycan və Ermənistana bir çox ziyarətlər etmiş, hər iki ölkənin prezidentləri və XİN rəhbərləri ilə dəfələrlə görüşmüşdür. Amma bu ziyarətlərin və vasitəçilik missiyalarinin heç bir nəticəsi olmamışdır. Minsk qrupu problemin həll edilməsi ilə bağlı tərəflərə üç plan təklif etmişdir:

-“Dağlıq Qarabağ Münaqişəsinin Aradan Qaldırılmasına Dair Hərtərəfli Saziş”, (Zərf həll variantı, iyun 1997);

-“Dağlıq Qarabağ Silahlı Münaqişəsinin Dayandırılması Haqqında Saziş”, (Mərhələli həll variantı, oktyabr 1997);

-“Dağlıq Qarabağ Silahlı Münaqişəsinin Hərtərəfli Həllinin Prinsipləri Haqqında”, (Ortaq Dövlət həll variantı, noyabr 1998).

Minsk qrupunun tərəflərə təqdim etdiyi bu təkliflərdən ilk ikisi Ermənistan, üçüncüsü isə Azərbaycan tərəfindən qəbul etməmişdir. Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiyanın məsələyə münasibəti dəyərləndirildiyi zaman vasitəçilik missiyalarına uyğun olmayaraq Azərbaycan torpaqlarının Ermənistanın işğalından qurtarılması üçün beynəlxalq hüququ və ədaləti təmsil etmədikləri açıqca bəlli olur. Minsk qrupu həmdər ölkələri dünyanın ən uzaq bölgəsindəki dövlətlərdən təhdid hiss etdikdə, önləyici zərbə adıyla hərbi müdaxilə də daxil olmaqla bütün mümkün təzyiq vasitələrindən istifadə etsələr də, işğal altında qalan Azərbaycan torpaqlarında yerləşən Ermənistan ordusunun, Azərbaycanın ərazi bütövlüyünün zədələnməsinin, qondarma DQR-in “müstəqilliyinin” tanınması üçün beynəlxalq aləmdəki fəaliyyətinin, Xankəndində açmağı planlaşdırdıqları hava limanının, işğal altindakı ərazilərdə narkotik və silah qaçaqçılığının, teror düşərgələrinin Azərbaycan üçün təhdid təşkil etmədiyini inandırmağa çalışırlar.

Həmsədr ölkələrin Ermənistan ilə münasibətlərini nəzərdən keçirdikdə belə bir mənzərə ortaya çıxır:

Rusiyanın Ermənistanda 102-ci hərbi bazası vardır. Müstəqil Dövlətlər Birliyi (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanı Rusiya strateji müttəfiq adlandırır, Ermənistan iqtisadiyyatının təməlini təşkil edən sənaye müəssisələrinin tamamı Rusiyanın nəzarətindədir. Rusiyada güclü erməni diasporası var və hakimiyyətin müxtəlif pillələrində təmsil olunmaqdadırlar. Təbii qaz və benzin ehtiyacının demək olar ki tamamı Rusiya tərəfindən qarşılanır. Rusiya post-sovet ölkələrinin heç birində Ermənistanda olduğu qədər güclü deyil. Ermənistan Rusiyanın cənub sərhəddində birinci keşikçi məntəqəsidir. Ermənistanın müstəqillik sonrası hər zaman Rusiyanın siyasi, iqtisadi və hərbi dətəyinə ehtiyacı olub. Bu sacayağın biri olmadığı təqdirdə Ermənistanın iqtisadi və siyasi mövcudiyyəti belə təhlükə altına düşə bilər. Beynəlxalq münasibətlər sistemində dövlətlərin bir-biriləri ilə qarşılıqlı bağlılıq (asılılıq) teorisi vardır. Bu teoriyaya görə, dövlətlərin bir-biri ilə qarşılıqlı bağlılığında tarazlıq pozularsa biri diktə edən, digəri diqtəyi qəbul edən tərəf olur. Ermənistan-Rusiya arasındakı münasibətləri də bu çərçivədə dəyərləndirmək mümkündür. Ermənistanın Rusiya qarşısında iqtisadi, siyasi və təhlükəsizlik sahələrində manevr etmək imkanı və sahəsi yoxdur. Rusiya Cənubi Qafqazdakı təsirini davam etdirmək üçün Ermənistana dəstək verir.

ABŞ Minsk qrupunda həmsədr ölkə olsa da, məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşmır. ABŞ “Müstəqilliyin dəstəklənməsi qanununa” Amerika dövlətinin Azərbaycana köməklik etməsini əngəlləyən 907-ci əlavəni qəbul edir, qondarma DQR rejiminə hər il maliyyə vəsaiti ayırır, ölkəsində bu rejimin nümayəndəliyinin açılmasına razılıq verir, qeyri-rəsmi də olsa qondarma rejim rəsmilərinin ölkəsinə gəlmələrinə göz yumur. ABŞ-dakı erməni diasporasının nümayəndələri ABŞ hökumətinin Ermənistan və qondarma DQR rejiminə yönəlik siyasətini müsbət yöndə formalaşdıra çalışır. ABŞ Ermənistanı Rusiya qarşısında dəstəkləyir. ABŞ əyalətləri qondarma erməni soyqırımını tanıyan qanunlar qəbul edir. Son iyirmi ildə Ermənistan İsraildən sonra ABŞ-dan adam başına ən çox maliyyə yardımı alan ölkədir. ABŞ region və digər dövlətlərdən İran ilə iqtisadi, siyasi münasibətlərini kəsməyi tələb edərkən, Ermənistan və İran rəsmiləri mütəmadi olaraq qarşılıqlı ziyarətlər edir, iqtisadi, siyasi, ticari və enerjə sahəsində münasibətləri inkişaf etdirir. ABŞ, terrora dəstək verən dövlətlərə qarşı tətbiq etdiyi iqtisadi, siyasi sanksiyaların heç birini Ermənistana tətbiq etmir. Qondarma DQR nümunəsində separatizmi və etnik milliyyətçiliyi dəstəkləyir. Ermənistanın Metsamor atom elektrik stansiyasının regionun ekosistemini ciddi şəkildə təhdid etməsinə rəğmən bağlanması üçün təzyiq göstərmir. Türkiyə ilə münasibətlərində Ermənistandan təzyiq vasitəsi kimi istifadə edir, Üsamə bin Ledeni Pakistanda öldürməyi bacarsa da, ASALA üzvləri erməni terroçuların ölkəsində yaşamağına icazə verir.

Fransa Ermənistanı beynəlxalq aləmdə dəstəkləyir, ABŞ kimi Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir, qondarma erməni soyqırımını tanıyan və inkar edilməsini cinayət sayan qanun qəbul edir, Fransadakı erməniləri Azərbaycan və Türkiyəyə qarşı təşkilatlandırır, 1980-ci illərdə türk diplomatlarına qarşı torror aktları həyata keçirən terrorçu-cinayətkarları sərbəst buraxmaqdan çəkinmir, Fransanın sabiq Prezidenti Nikola Sarkozinin ifadə etdiyi kimi Ermənistanı “bacısı” olaraq görür və təəssübünü çəkir.

Minsk qrupu həmsədr ölkələr belə bir mənzərə qarşısında enerji, təhlükəsizlik və digər sahələrdə Ermənistan ilə əməkdaşlıq imkanları müqayisə edilməyəcək qədər əhəmiyyətli olan Azərbaycanın bütün bu reallıqları görmədiyini və yaxud anlamadığını zənn edərək, haqlı tələblərini görməməzlikdən gəlirlər. Həmsədr ölkələrin bunun üçün “Amerikanı yenidən kəşf etmələrinə” ehtiyac yoxdur. Beynəlxalq hüquq sənədlərini, Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsini, altında imzaları olan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi yönündə qəbul etdikləri qətnamələrin həyata keçirilməsi üçün Ermənistana təzyiq etmələri yetərlidir.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

İyun 2020
Be Ça Ç Ca C Şb B
« Avq    
1234567
891011121314
15161718192021
22232425262728
2930