
Hatəm Cabbarlı
Siyasi elmlər dktoru
Ermənistan 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal edib və hələ də işğal altında saxlayır. Problemin həll edilməsi üçün qurulan ATƏT Minsk grupunun vasitəçilik təşəbbüsləri də heç bir nəticə vermir. Ermənistan işğalının davam etməsinin əsas səbələrindən ən əhəmiyyətliləri işağala məruz qalan və işğalçı ölkə anlayışına açıqlıq gətirilməməsi, hər şeyi öz adı ilə adlandırılmaması, 100 min Dağlıq Qarabağ ermənisinin insan haqlarını ön plana çıxarmasına qarşılıq, təxminən bir milyon qaçqın Azərbaycan vətəndaşının öz torpaqlarında yaşamaq hüququnu diqqətə alınmaması və başqa amillərdir.
Ermənistanın işğalçılıq siyasəti Ermənistan dövlət rəsmiləri istisna olmaqla, dövlətə və erməni xalqına heç bir şey qazandırmayıb, əksinə erməni xalqının ödədiyi vergilər onların sosial-iqtisadi problemlərinin həll edilməsi istifadə etmir, korrupsioner dövlət məmurları mənimsənilir, işğal altında olan bölgədə qondarma qurumun saxlanılmasına və silahlanma yarışı üçün xərclənir. Hakimiyyətdə təmsil olunan cinayətkar zümrə nə qədər sərvət toplayırsa, buna müqabil, erməni xalqı o qədər kasıblıq və səfalət içərisində yaşayır.
Ermənistan hakimiyyəti sosial-iqtisadi, demoqrafik, siyasi, təhlükəsizlik sahələrində son 25 ildə yaşanan problemlərin heç biri həll edə bilməyib, əksinə bu problemlər daha da artıb.
Dağlıq Qarabağ probleminin həll edilməməsi Ermənistanın sosial-iqtisadi, demoqrafik, siyasi və təhlükəsizlik sahəsində yaşadığı problemlərin təməlini təşkil edir. Bunu Ermənistanın ilk Prezidenti Levon Ter-petrosyan və digər müxalif siyasilər açıq şəkildə etiraf edirlər.[1]
Ermənistan dövləti Dağlıq Qarabağ probleminin həll edilməsində maraqlı deyil, son 25 ildə hakimiyyətdə təmsil olunan zümrə dövlətin qarşılaşdığı sosial-iqtisadi, demoqrafik, siyasi və təhlükəsizlik problemlərinin əsas səbəbkarının Azərbaycan olduğunu mütəmadi olaraq dilə gətirir, müharibənin başlayacağı ilə erməni xalqını təhdid edir, qorxudur, xalqın diqqətini korrupsiya, rüşvət, insan haqlarının pozulması məsələlərindən yayındırmağa çalışır. Amma bu təhdid və qorxutma taktikası bir yerə qədər davam edə bilər və müəyyən zamandan sonra tıxanır.
Erməni xalqı hakim zümrənin onlara təzyiq etdiyini, korrupsiyanı, rüşvəti, insan haqlarının kobud şəkildə pozulmasını görür, bilir, anlayır. Buna etiraz əlaməti olaraq, əhalinin bir qısmı səsini çıxartmağa qorxur, bir qismi ölkəni tərk edir, bir qismi də açıq mübarizəyə qalxaraq hakim zümrədən haqlarını tələb edir və Dağlıq Qarabağ probleminin həll edilməsinin vacibliyini vurğulayırlar. Bu proses artıq başlamışdır və Ermənistan hakimiyyətini bütün təzyiqlərinə baxmayaraq genişləyir.
Ermənistan son zamanlarda vətəndaşlarının, qeyri-hökumət təşkilatlarının, müxalif siyasi partiyaların Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində göstərdikləri sivil təşəbbüslərin qarşısını sərt inzibati və hüquqi tədbirlərlə almağa çalışır.
2016-cı ilin noyabrında Bakıda keçirilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri” konfransında erməni nümayəndələr-Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist) də iştirak etmişdir. Bu konfrans zamanı “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” yaradılıb və erməni nümayəndələr də bu platforma üzv olublar. Erməni nümayəndələrin Azərbaycana gələrək konfransda iştirak etməsi və platformaya üzv olmaları Ermənistan dövləti tərəfindən bir mənalı qarşılanmayıb. Dövlət rəsmiləri erməni nümayəndələri vətənə xəyanət etməklə günahlandırır.
Erməni nümayəndələr xalqın mövcud rejimin inzibati və siyasi təzyiqindən təngə gəldikərini açıq bir şəkildə dilə gətirir, hakim zümrənin dövlət əmlakını necə taladıqlarını, korrupsiya və rüşvətin adi hala çevrildiyini, vətəndaşların hüquqlarının necə pozulduğunu faktlarla açıqlayırlar. Ermənistanda hakim partiyanın nəzarətində olan KİV-lər isə Azərbaycanda konfransda iştirak edən erməniləri təhqir edir, hətta onların öldürülməsinin vacibliyini qeyd edirlər.[2]
Maraqlı odur ki, Ermənistan dövlət rəsmilərindən və nəzarətində olan KİV-lərdən fərqli olaraq erməni ictimai rəyinin müəyyən bir hissəsi Bakıda konfransda iştirak edən və platformda təmsil edilən Vahe Avetyan, Vaan Martirosyan və Syuzan Caqinyanı qətiyyətlə dəstəkləyir və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi gərəkdiyini qeyd edirlər. Azərbaycana gələn ermənilər mədəni cəsarət nümayiş etdirərək, Ermənistanı işğalçı ölkə olaraq gördüklərini, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması gərəkdiyini, Xocalı qətlimamını Ermənistan dövlətinin azərbaycanlılara qarşı törətdiyi soyqırım olaraq gördüklərini bildirir və Xocalı soyqırımı abidəsinə çələng qoyaraq, baş əyərək üzr istədiklərini nümayiş etdirirlər.
Hələlik bəzi erməni aydınları “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” üzv olmasalar da bu təşəbbüsü dəstəkləyir, Ermənistanda hakim zümrənin xalqa təzyiqlərini dilə gətirir, Xocalı soyqırımını tanıdıqlarını bildirirlər. Erməni yazıçı Anna Paytyan da belə aydınlardandır. Paytyan da Xocalı soyqırımını tanıyır və bu soyqırımı törədənlərin cəzalandırılmasını tələb edir. Paytyan sosial şəbəkədə belə bir yazı paylaşıb:
“Xocalı soyqırımı olub! Buna görə də qudurlar-Njdenin tərəfdaşları cavab verməlidir. Onlar əsgər deyil, cinayətkar və qatillərdir. Levon Ter-Petrosyan, Vazqen Sərkisyan, Robert Köçəryan, Serj Sərkisyan, Arabo silahlı qrupu. Bütün bu insanlar uşaq və qadınların qatilləridir!”[3] Bu günə qədər heç bir erməni aydını Xocalı qoyqırımı və soyqırımı törədənlərin cəzalandırılması gərəkdiyi haqqında fikirlərini bu qədər açıq şəkildə dilə gətirməyib.
Ermənistanda xalqa qarşı dövlət təzyiqi, ədalətsizlik o həddə çatıb ki, artıq sadəcə siyasi səbəblərə görə deyil, sosial və bürokratik səbəblərə görə də ermənilər Azərbaycan dövlətindən köməklik istəyir, Azərbaycana gəlmək arzusunda olduqlarını bildirirlər. Belə ki, bir müddət Fransada qaçqın statusunda yaşayan Tamella Arzumanyan və Hovannes Torosyan cütlüyü, Ermənistanın Fransadakı səfirliyinin onların sənədlərini başqa bir şəxsə satmasından sonra yenidən Ermənistana qayıtmağa məcbur olub və ölkələrində heç bir dövlət qurumu onların şikayətləriə baxmır. Məcburiyyət qarşısında qalan cütlük Azərbaycana gəlmək və “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” üzv olmaq istədiklərini sosial şəbəkədən rəsmən elan ediblər.
Böyük bir ehtimalla erməni aydınların bir qismi “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın fəaliyyətini kənardan seyr edir və ilk fürsətdə bu platforma üzv olacaq. Prosess artıq başlayıb və geri dönüşü yoxdur, Ermənistanın hakim zümrəsinin təzyiqləri, həbslər, hədə-qorxu bu prosessin qarşısını almağa yetərli deyil, əksinə, bu platformaya qoşulmaq istəyənlərin sayının həndəsi silsilə artmasına təkan verir. Ermənistanda hakim zümrə bir az da aydınlarının, qeyri-hökumət təşkilatlarının, sağlam məntiqli insanlarıın fikrini dinləməlidir.
[1] «Мир, Примирение, Добрососедство»: речь Левона Тер-Петросяна на съезде АНК – полный текст http://ru.aravot.am/2016/12/18/229597/,17 декабря, 2016.
[2] Если понадобится, предателей нужно уничтожать физически, http://ru.1in.am/1176667.html, 2016-12-16.
[3] Ваан Мартиросян, Известная армянская писательница осудила резню в Ходжалы, http://haqqin.az/comics/89426, 8 Января 2017.
0 Comments
Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !
But You can be first to leave a comment !