ABŞ Konqresinin Ermənistana və Dağlıq Qarabağa yardımıPrevious Article
Qondarma DQR-in sosial iqtisadi vəziyyəti barədəNext Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Azərbaycan-Ermənistan arasında atəşkəsin pozulmasında İran faktoru

Line Spacing+- AFont Size+- Print This Article
Azərbaycan-Ermənistan arasında atəşkəsin pozulmasında İran faktoru

Hatəm Cabbarlı, siyasi elmlər doktoru.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

10 iyun 2012

Təxminən bir həftədir Azərbaycan-Ermənistan sərhəddində və işğal altında olan bölgədə 1994-cü ildə imzalanan atəşkəs müqaviləsi ilk dəfədir ki, bu qədər ciddi şəkildə pozulur. Əvvəllər də cəbhə xəttində Ermənistan mütəmadi şəkildə atəşkəsi pozurdu. Amma son bir neçə gündür qoşunların təmas xəttində yaşanan silahlı insidentlər məsələyə başka aspektlərdən yanaşma ehtiyacını gündəmə gətirir. Bölgə və beynəlxalq geosiyasi reallıqlar nəzərə alındıqda Azərbaycan və Ermənistan atəşkəs müqaviləsini pozmaqda maraqlı olmadıqları məlum olur. Problemin həll edilməsi üçün fəaliyyət göstərən ATƏT Minsk Qrupunun vasitəçiliyi hələlik nəticəsiz qalsa da, hər iki ölkənin dövlət başçıları səviyyəsində də müzakirələrə davam edilir. Kövrək mexanizmaya sahib olsa da, atəşkəs müqaviləsi şərtlərinə əhəmiyyətli dərəcədə əməl edilirdi. Azərbaycanda, Ermənistanda, bölgə və beynəlxalq aləmdə yaşanan hansı geosiyasi hadisələr atəşkəsin pozulmasına səbəb oldu? Bu məsələyə aydınlıq gətirmək üçün son zamanlarda bölgə və beynəlxalq aləmdə cərəyan edən hadisələrə nəzər salaq.

-ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun Cənubi Qafqaza səfəri;

-Rusiya-Gürcüstan arasında gərginliyin hələ də davam etməsi;

-ABŞ (NATO)-Rusiya arasında havadan müdafiə sistemərinin Şərqi Avropaya yerləşdirilməsi probleminin müzakirəsinin gərginləşməsi və dalana dirənməsi;

-Son zamanlarda ABŞ-İran gərginliyinin artmasına paralel olaraq İranın Azərbaycanı haqsız tənqid etməsi və daxili işlərinə müdaxilə etmək təşəbbüsü;

-İranın nüvə silahı əldə etmək istəməsinə görə ABŞ-İran və İsrail-İran gərginliyinin artması, İrana qarşı iqtisadi-siyasi sanaksiyaların tətbiq edilməsi və bu sanksiyaların nəticələrinin artıq İran iqtisadiyyatında və siyasi mühitində hiss edilməyə başlanması;

Axrıncı bənd istisna olmaqla yuxarıda ifadə edilən problemlərə tərəf olan dövlətlərin (İran istisnadır) Azərbaycan-Ermənistan arasında atəşkəsin pozulmasında siyasi və təhlükəsizlik baxımından marağı yoxdur.

İran beynəlxalq aləmdə hər gün bir az daha küncə sıxışdırılmasına baxmayaraq, dünyaya meydan oxuyur, “İsrailsiz dünya”  deyərək birbaşa İsraili, bilvasitə ABŞ-ı təhdid edir, MAGATE ilə müzakirələrdə diplomatik mexanizmlərdən istifadə edərək fəaliyyət sahəsini genişləndirməyə çalışır, dini dövlət olduğunu iddia etsə də, Dağlıq Qarabağ problemində müsəlman (şiə) Azərbaycanı deyil, xristiyan (qriqoryan) Ermənistanı müdafiə edir. Yəni İranın geosiyasi planları onun iqtisadi, siyasi, hərbi, ictimai sabitlik kimi faktorlarının potensialının çox üzərindədir.

ABŞ və İsrailin İrana qarşı siyasi və iqtisadi təzyiqlərinə Avropa Birliyi ölkələridə qoşulur və İran ətrafında çəmbər hər keçən gün bir az daha daralır. İran bunun fərqindədir və bu çəmbəri zəiflətmək və yaxud tamamən qurtulmaq üçün Suriyada Bəşər Əsad rejimini dəstəkləyir, Rusiya və Çindən siyasi dəstək almağa çalışır.

Belə bir vəziyyətdə İran ona qaşı olan təzyiqləri azaltmaq üçün birbaşa ABŞ və İsrailə qarşı hərbi əməliyyatlara başlayacaq iqtisadi, siyasi və hərbi güvvəyə sahib deyil. Buna görə də, ABŞ-ın hərbi müdaxilə etmək istədiyi Əsad rejiminin qorunması üçün əlindən gələni edir, Əfqanıstanda Taliban qruplaşması ilə təmasdadır, Fələstində İsrailə qarşı siyasi qruplaşmalarla əməkdaşlıq edir. Ancaq görünən odur ki, bütün bunlar ABŞ-ın İrana təzyiqlərinin (hətta hərbi müdaxilə ehtimalının) qarşısını almağa yeterli deyil.

İranın ABŞ-n təzyiqlərini azaltmaq və hərbi müdaxilə ehtimalını tamamən aradan qaldırması üçün ən uyğun plan bölgədə yeni münaqişə ocağının alovlanmasıdır. Buna ən uyğun olan isə Dağlıq Qarabağ problemidir. İran zamanlamanı da yaxşı düşünüb və Hillari Klintonun Cənubi Qafqaza səfəri zamanı bu planını həyata keçirməyə başlayıb. Etibarlı mənbəyə görə, Azərbaycan-Ermənistan arasında atəşkəs rejiminin pozulması birbaşa İranla bağlıdır. Mənbəyin verdiyi məlumatlardan aydın olur ki, İranın xüsusi təyinatlı qüvvələrindən 2-3 qrup Ermənistanın işğalı altında olan bölgələrdən keçərək Azərbaycan və Ermənistan ordusu arsında çaşqınlıq yaratmaq və atəşkəsi pozmaq məqsədilə hər iki tərəfə hücum edib. Azərbaycan Ermənistanın, Ermənistan isə Azərbaycanın atəşkəsi pozduğunu güman edərək, qarşılıq verib və nəticədə bütün cəbhə boyu sabitlik ciddi şəkildə pozulub. Mənbənin iddiasına görə, İran xüsusi təyinatlı qüvvələri bu təxribatı həyata keçirərəkən itki verib amma bu itki döyüş meydanında qalmayıb, öldürülən iki əsgəri İran tərəfə keçirə biliblər.

Atəşkəsin pozulmasından iki gün sonra İranın Ermənistana iki yük təyyarəsi ilə silah göndərməsi haqqında xəbərlərin region KİV-də yayılması da təsadüf deyildir. Atəşkəsin pozulmasından sonra çətin vəziyyətdə qalan Ermənistana hərbi köməklik etməklə İranın məqsədi Ermənistanın yanında olduğunu bir daha xatırlatmaq,  Azərbaycana isə təzyiqləri artırmaqdır.

İranın bu təxribatı bölgədə sabitliyi zədələsə də, hələlik istədiyinə nail olmamışdır. İran “böyük hədəfinə” çatmaq üçün “kiçik planlar” qurur. Amma bu planların hamısının İranın xeyrinə nəticələnəcəyini gözləmək əlbəttə ki, sadəlohvlük olardı. Demək olar ki, bütün qonşu dövlətlərlə problemləri olan, ərəb-islam coörafiyası ilə münasibətlərini qaydaya sala bilməyən, ABŞ və dünyanın digər böyük gücləri ilə həyati məsələlərdə ortaq məxrəcə gələ bilməyən İran dilemma qarşısındadır. Bu dilemmadan necə çıxacağı isə hələlik qeyri-müəyyəndir.

 

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

Mart 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 123
45678910
11121314151617
18192021222324
25262728293031