Ermənistanın daxili siyasəti barədəPrevious Article
Azərbaycan-Gürcüstan münasibətləri və ErmənistanNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Bölgə və beynəlxalq aləmdə cərəyan edən hadisələrin paralelində Moskva və Qars müqavillərinin taleyi

Line Spacing+- AFont Size+- Print This Article
Bölgə və beynəlxalq aləmdə cərəyan edən hadisələrin paralelində Moskva və Qars müqavillərinin taleyi

Moskva və Qars müqavilələrinin denonsasiya edilməsi niyə gündəmə gətirilir?

Moskva və Qars müqavilələri SSRİ süqut edənə qədər imzası olan tərəflər arasında qətiyyən müzakirə edilməmişdir. Ancaq 1991-ci ildən sonra xüsusən Ermənistan bu müqavilələrdən irəli gələn öhdəlikləri rəsmən tanımamış və müqavilələrin denonsasiya edilməsini tələb etmişdir.[1]

Ermənistanın Moskva və Qars mqavilələrinin denonsasiya edilməsi tələbinə, Daşnaqsutyun Partiyasından bir milliət vəkilinin 1993-cü ildə Ermənistan parlamentində Qars müqa­viləsinin tək tərəfli ləğv edilməsini nəzərdə tutan qanun layihəsini təqdim etmək istərkən, o zamanın Xarici işlər nazirinin birinci müavini Gerard Libaridyanın “…Türkiyənin tankları İrəvana çatmadan, Ermənistan tanklarının Vana çatma şansı nə qədərdir?”[2]- şəklində verdiyi cavab gözəl bir nümunədir.

Ermənistan Elmlər Akademiyası 16 mart 2006-cı ildə Moskva müqaviləsinin 85-ci ildönümü münasibəti ilə “dəyirmi masa” təşkil etmişdir. İclasada iştirak edən siyasi partiya liderləri, qeyri-höku­mət təşkilatlarının nümayəndələri və ziyalılar tarixi səhvi düzəlt­mək üçün Ermənistan Milli Məclisinə və Rusiya Dövlət Dumasına müraciət edərək Moskva müqaviləsinin ləğv edilməsini tələb etmiş­dir.[3]

Ermənilər Moskva və Qars müqavilələrinin ləğv edilməsini mü­qavilənin hüquqi olaraq 25 illik imzalandığını “təsdiq edən” arxiv sənədlərinə istinadən tələb etdiklərini bildirirlər. Ermənilərin iddia­larına görə, Rusiyanın Türkiyə səfiri Vinoqradov 1925-ci ildə Tür­kiyə XİN-nə rəsmi məktub göndərərək, Qars və Moskva müqavi­lələrinin ləğv edilməsini tələb etmişdir. Vinoqradov məktubda “Biz 25 il gözləyə bilmərik. Müqaviləni zəif olduğumuz zaman imzala­mışdıq. Ancaq indi güclüyük və Ermənistan sərhədlərini yenidən bərpa etmək istəyirik.” yazmış, İsmət İnönü isə “Yeni dövlət bey­nəlxalq öhdəliyi yerinə yetirməlidir. 25 il sonra əlbətdə Türkiyə bu bölgəni geri verəcəkdir” [4] deyə cavab yazmışdır. Ermənilər bu tarixin 1946-cı il 16 martda bitdiyini və tərəflərin müqavilələri uzatmaq üçün siyasi iradə göstərmədikləri üçün müqavilələrin hü­quqi qüvvədən düşdüyünü bildirirlər. Əslində müqavilənin neçə illiyinə bağlandığı haqda müqavilədə tarix göstərilməmişdir və bu ermənilərin növbəti uydurmasıdır.

Ermənistan Müqstəqillik Bəyannaməsinin 11-ci maddəsində bu ifadə var: “Ermənistan Respublikası Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda ermənilərə qarşı törədilən soyqırımının beynəlxalq aləmdə tanınmasını dəstəkləyir.” Türkiyənin şərqindən “Qərbi Ermənistan” olaraq bəhs edilməsi yuxarıdakı iddianı doğrulayır.

Ermənistan sadəcə Moskva və Qars müqaviləsinin denonsasiya edilməsini istəmir, eyni zamanda 10 avqust 1920-ci ildə Osmanlı hökumətinin imzaladığı, amma Meclisi-Məbusan və Sultan tərəfindən təsdiq edilməyən Sevr müqaviləsini yenidən gündəmə gətirərək, böyük dövlətlərin təzyiqləri ilə heç bir hüquqi əsası və Türkiyə üçün öhdəlik doğurmayan bu müqaviləni Türkiyəyə qəbul etdirməyə çalışır. Qeyd edək ki, Ermənistanın bu tələbinə qarşılıq Türkiyə hökuməti 1920-ci ildə Ermənistanın imzaladığı amma Bolşevik Rusya tərəfindən işğal edildiyi üçün eynilə Sevr müqaviləsi kimi ratifikasiya edilməsə də, Ermənistandan Gümrü müqaviləsini qəbul etməyi tələb etmir.

Ermənistanda Moskva və Qars müqavilələrinin denonsasiya edilməsini əsasən Daşnaqsutyun və Miras partiyaları gündəmə gətirir. Bundan başqa Ermənistan Rusiyada da bəzi dairələrlə birlikdə Qars və Moskva mqavilələrinin denonsasiya edilməsini müzakirə edir və dəstək arayır.  

Ermənistan əsasən Rusiya-Türkiyə münasibətləri gərginləşdiyi dövrlərdə bu məsələni gündəmə gətirir. Belə ki, Rusiya-Türkiyə arasında yaşanan məlum son hadisələrdən sonra Ermənistan yenə də buna təşəbbüs göstərir.

 Moskva müqaviləsi

Moskva müqaviləsi 16 mart 1921-ci ildə Rusiya və Türkiyə arasında imzalanmışdır.

Moskva müqaviləsinin 3-cü maddəsi: “İmza edən tərəflər, müqavilənin 1 (C) əlavəsində qeyd edilən sərhədləri ilə Naxçıvan kəsiminin qoruyuculuq haqqının heç bir zaman 3-cü bir tərəfə verməmək şərti ilə Azərbaycanın himayəsində muxtar bir bölgə qurulması haqqında razılığa gəliblər.”

Moskva müqaviləsindəki bu hökm Qars mqaviləsinin 1-ci və 5-ci maddələri gərəyincə Qars mqaviləsinin tərəfləri olan Türkiyə Cumhuriyyəti, Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR tərəfindən də qəbul edilir.

 Beləliklə, Moskva müqaviləsinin 3-cü maddəsi Türkiyə və Rusiyaya Naxçıvan üzərində qarantorluq haqqı verir və bu haqqı Ermənistan tanıyır.

Qars müqaviləsi

Qars müqaviləsi 13 oktyabr 1921-ci ildə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə Cumhuriyyəti arasında RSFSR iştirakı ilə imzalanmışdır.

Bu müqavilə imzaları olan dövlətlər arasında sərhəd, gömrük, ərazi, qaçqın və əsirlər, ərazi mübadiləsi və digər məsələləri həll etmişdir.

Bu müqaviləyə görə Türkiyə hökuməti, Sovet Ermənistanı və Sovet Azərbaycanı Naxçıvanın (3-cü əlavədə göstərilən sərhədlər daxilində) Azərbaycanın himayədarlığı altında muxtariyyat statusunda olmasına razılıqlarını bəyan edirlər (maddə 5).

Türkiyə Batum limanı və şəhərinin razılaşdırılan sərhədlər daxilində Gürcüstana verilməsinə etiraz etmir (maddə 6).

Müqavilə imzalandıqdan sonra ratifikasiya edilməlidir (maddə 20).

 

Beynəlxalq hüquqda müqavilələrin denonsasiya edilməsi qaydaları

Denonsasiya-dövlətlərin imzaladığı müqavilələri pozması, ləğv etməsi deməkdir. Beynəlxalq hüquqda dövlətlər bu hüquqlarından adətən tez-tez istifadə etmir. Müqavilələri pozmaq üçün:

-bir müqavilənin ləğv edilməsinin ilk yolu (termination) müqavilədə, müqavilənin nə zaman və hansı şərtlərdə ləğv ediləcəyinin qeyd edilməsidir;

-müqavilənin nə zaman ləğv ediləcəyinin tarixi müqavilədə  qeyd edilir, bu müqavilədə qeyd edilən hədəflər əldə edilibsə müqavilə ləğv edilə bilər;

-müqavilə tərəflərin razılığa gələməsi ilə də ləğv edilə bilər amma bu zaman tərəflərin hamısının razılığı tələb olunur; bəzi hallarda tərəflərin hamısının razılığına ehtiyac olmur, bu zaman yeni müqavilə imzalanırsa, əvvəlki müqavilə ləğv edilir;

-müqavilənin ləğv edilməsi haqqında dövlətlərin xüsusi xəbərdarlıq etmək tarixləri qeyd edilir; buna əməl edilməməsi müqavilənin ləğv edilməsi tələbinin etibarsız olduğunu göstərir;

-bu barədə qeyd edilən şərtlərə əməl edərək müqavilələrin ləğv edilməsi müqaviləni pozmaq demək deyildir, əksinə hüquqən tənzimlənməsi yoludur; müqavilələrin ləğv edilməsinin təməlində tərəflərin razılığı dayanır;

-ikitərəfli müqavilələrdən çəkilmə (withdrawal); müqavilədə bu barədə əvvəlcə hər hansı bir hökm qeyd edilibsə, bu çəkilmə hüquqən problem olmayacaqdır; müqavilədə bu barədə hökm yoxdursa, çəkilən tərəfin bu hərəkəti zərər və ziyana səbəb olursa, beyəlxalq hüquq baxımından məsuliyyətə cəlb edilə bilər;

-çox tərəfli müqaviləlrdən çəkilmə isə sadəcə çəkilən dövlət üçün nəticə doğurur və o müqavilə üçün heç bir hüquqi öhdəliyi olmur;

-son zamanlarda şərtlərdə köklü dəyişikliklər (rebus sic standibus, fundamental changes circumstances) olanda da müqavilədən çəkilmə praktikası vardır.

-müqavilənin şərtlərində köklü dəyişiklik xaricində müqavilədən çəkinməyə bir səbəb də müharibədir (war, armed conflict).

-müqavilənin tək tərəfli ləğv edilməsi üçün müqavilədə imzası olan tərəf və yaxud tərəflərin müqavilənin şərtlərində göstərilən müddəaları kobud şəklində pozması gərəkir və tək tərəfli ləğv etmək istəyən dövlət bu pozuntu sübut edilməlidir;

-müqaviləni tək tərəfli olaraq ləğv edən dövlət üçün o müqavilədən irəli gələn hüquqlarını itirməsi deməkdir;

-Rusiyada müqavilələrin ləğv edilməsi barədə prosedur 15.07.1995-ci il N 101-ФЗ nömrəli “Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” federal qanunla  tənzimlənir.

 

Rusiyanın məsələyə münasibəti

İkinci Dünya Müharibəsindən sonra Stalinin Boğazlar məsələsini gündəmə gətirməsi istisna olmaqla, Rusiya-Türkiyə münasibətlərində ciddi gərginlik yaşanmamışdır. Bu günə qədər Rusiya dövlət rəsmiləri Moskva və Qars müqavilələrinin tək tərəfli olaraq denonsiya edilməsi məsələsini gündəmə gətirməsələr də, bu məsələ Rusiyanın elm və siyasi dairələrində və sosial şəbəkələrdə son illərdə müzakirə edilir.

2015-ci ilin dekabr ayında Rusiyada Gənc ermənilər konqresi və Qara dəniz, Xəzər dənizi hövzəsi siyasi və sosial tədqiqatlar institutu Moskva və Qars müqavilələrinin denonsasiya edilməsi məsələsinin müzakirə ediləcəyi haqqında elan vermişdir.[5]

Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədrinin müavini Valeri Raşkin və Kommunist Partiyasının Mərkəzi Komitəsi Katibi Serqey Obuxov 16 Mart 1921-ci ildə imzalanan Moskva müqaviləsinin ləğv edilməsi üçün Prezident Vladimir Putinə və XİN rəhbəri Serqey Lavrova müraciət etmişlər.[6]

Müraciətdə deyilir:

“Hesab edirik ki, Türkiyənin yüksələn təcavüzü şəraitində ölkəmiz və müttəfiqlərimiz üçün əlverişli olmayan bütün Rusiya-Türkiyə razılaşma və müqavilələri yenidən gözdən keçirmənin hüquqi yolları axtarılmalıdır. Ankara konfliktin eskalasiya olmasının onun üçün necə nəticə verəcəyini anlamalıdır. Yalnızca bu Türkiyəyi ayılda və yeni təxribatlardan çəkindirə bilər.”

Bu müraciətdə “ölkəmiz və müttəfiqlərimiz üçün əlverişli olmayan” ifadəsi birbaşa Ermənistanı nəzərdə tutur və onları həvəsləndirir. Xəstə təxəyyüllü Ermənistan dövləti elə zənn edir ki, Rusiya Türkiyə ilə müharibə edərsə, bu onlara “Böyük Ermənistan”ı qurmağa imkan verəcəkdir. Rusiya və Türkiyə arasında müharibə başlayarsa, Ermənistan bombaların düşdüyü ilk ölkə olacaq. Siyasi sayıqlığını itirən Ermənistan rəhbərliyi və min ildən sonra Azərbaycan torpaqları hesabına qurduqları dövlətin təhlükəsizliyini və hətta mövcudluğunu sonu qeyri-müəyyən sərgüzəştə qurban verməyə tələsir.

Bu təşəbbüs Ədalətli Rusiya qrupu tərəfindən də dəstəklənmişdir. Duma deputatı Oleq Paxolkov bu müqavilənin Rusiya üçün ağır şərtlərdə imzalandığını və Dağlıq Qarabağın yaradılması maddəsi olduğunu qeyd edib.

Maraqlı odur ki, Moskva müqaviləsində Dağlıq Qarabağ ilə bağlı heç bir maddə olmasa da, Paxolkov Dağlıq Qarabağ ifadəsini işlədir. Bu ya Poxalkovun savadsızlığından, yada gələcəkdə hadisələrin hansı istiqamətdə cərəyan edəcəyindən xəbər verir.

 

Türkiyənin məsələyə münasibəti

Ermənistanın Sevr müqaviləsinin Türkiyə tərəfindən qəbul edilməsi tələbi, Moskva və Qars müqavilələrinin tək tərəfli olaraq denonsasiya edilməsi məsələsi gündəmə gələrkən Türkiyə hökuməti həmişə səssiz qalmış və heç bir zaman qarşı bəyanat verməmişdir.

Türkiyə və Ermənistan arasında 2009-cu ildə imzalanmış “Diplomatik münasibətlərin qurulması haqqında” protokolda “İki ölkə arasındakı mövcud sərhədləri beynəlxalq hüququn aidiyəti olan müqavilələrdə qeyd edildiyi şəkildə qarşılıqlı olaraq tanımaqdadır.” ifadəsinin yer almasına baxmayaraq iki ölkə arasında sərhədi təyin edən Moskva və Qars müqavilələrinin adının zikr edilməməsi Türkiyə baxımından gələcəkdə ciddi problemlər yarada bilər. Yəni, bu ifadə sərhəd problemini müzakirəyə açmağa imkan verir.

Qeyd edək ki, Gürcüstan Acarıstanın muxtariyyatını ləğv edəndə Türkiyənin Qars müqaviləsində açıq olaraq Acarıstan üzərində qarantor devlət olduğu qeyd edilməsə də həmin müqavilənin 6-cı maddəsinə istinad edərək (6-cı maddənin ikinci bəndi: bu maddədə göstərilən yerlərin əhalisi, bütün icmalar mədəniyyət və dini hüquqlarından, inzibati idarədə geniş yerli muxtariyyat hüququndan istifadə etmək…) bu məsələyə heç bir münsibət bildirmədi. Türkiyə hökumətinin bu zaman səssiz qalması olduqca düşündürücüdür.

 

Azərbaycanın məsələyə münasibəti

Hələ ki, Moskva və Qars müqavilələrinin denonsasiya olunması üçün müqavilədə imzası olan tərəflərdən heç biri rəsmi olaraq bu barədə təşəbbüs göstərməyib. Ancaq bu o demək deyildir ki, tərəflərdən hər hansı biri buna heç bir zaman təşəbbüs etməyəcək. Bu gü bölgədə təhlükəsizlik mühiti o qədər gərgindir ki, müqavilədə imzaları olan dövlətlərdən Rusiya və Ermənistan bunu edə bilər, xüsusilə də Rusiya.

Ermənistan bu məsələdə Rusiyanı təhrik edən siyasət həyata keçirir və ilk addımı Rusiyanın atmasını istəyir.

 

 

[1] Армения готовится денонсировать Карсский договор http://www.echo-az.com/politica01.shtml, 17 марта 2008

[2] Qerard Libaridian, Ermenilerin Devletleşme Sınavı, 1. bs., İletişim Yayınları, İstanbul 2001, . 36.

[3] Mихаил Агаджанян, «Александреттский санджак потерянная родина Армян», http://www.noravank.am/?l=2&d=19&f=853, 17.05.2007; «Россия сегодня нам не друг: к 85 – летию со дня подписание Русско-Турецкого договора», ИА REG­NUM, 16.03.2006; «Договор на все времена? Испольнилас 85 лет, как Арменя ли­шилась части своих исконных земель», http://www.nv.am/lica.htm

[4] «В 1946 году Турция была обязана вернуть Армянские провинции», Pan­ARMENIAN, http://www.panarmenian.net/rus/politics/details/42511/, 17.03.2007; Системная история международных отношении, 1918-1991 гг, Под ред. Бога­турова А.Д, Том I., Изд. Московский Рабочий, Москва 2000; «Aлександр Иголь­кин, Московский договор с Турцией. Взгляд из России через 77 лет», Aрмянский Вестник, No: 3-4, 1998, http://www.hayastan.ru/Armvest/Jurnal03/j03_stat27.html

[5] Денонсация Московского и Карсского договоров: круглый стол в ИА REGNUM, http://regnum.ru/news/­polit/­2030696.html, 8 Декабря 2015.

[6] Российские депутаты предлагают денонсировать подписанный в 1921 году Московский договор о дружбе и братстве с Турцией http://www.panarmenian.net/rus/news/205524/, 8 февраля 2016

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Noyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930