Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?Previous Article
Liparityanın xatirələrində Qarabağ müzakirələri Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Line Spacing+- AFont Size+- Print This Article
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru

İnsanın əsəblərini cilovlama bacarığı yaxşı xüsusiyyətdir. Hələ bu insan siyasətlə məğul olursa və hakimiyyətin zirvəsində bərqərar olubsa və əsəblərini cilovlaya bilirsə bu ikiqat yaxşı xüsusiyyətdir. Amma bəzi hallarda siyasətçilərin və liderlərin də əsəbləri qarşılaşdıqları bu və ya digər hadisə ilə bağlı tab gətirmir, fikirlərini obrazlı şəkildə ifadə edirlər.

2016-cı il Ermənistan üçün uğurlu il olmadı. Ermənistan rəhbərliyi aprel ayında demək olar ki, atəşkəs rejimini bütün cəbhə boyu pozaraq geniş miqyaslı hərbi əməliyyata başlamış, Dağlıq Qarabağ ilə bağlı müzakirələrdə şərtləri diqtə edən tərəf olmağa həvəslənmişdi amma belə demək mümkünsə “həvəsi qursağında qaldı”. Bu əməliyyat zamanı Ermənistan nəinki hərbi-siyasi baxımdan üstünlük əldə etdi, hətta bir sıra strateji əhəmiyyətli yüksəkliyi itirdi. Əlbəttə, bu biabırçı məğlubiyyət Ermənistanın daxili ictimai-siyasi həyatından izssiz ötüşə bilməzdi və elə də oldu. Aprel məğlubiyyətinə və öklədəki hərc-mərcliyə etiraz edən Sasna Çrer silahlı qrupu iyul ayında Erebuni post-patrul alayına hücum edərək alay rəhbərliyini və polisləri girov götürdü. İki həftədən çox davam edən müzakirələrdən sonra silahlı qrup üzvləri təslim oldu. Bu ərəfədə baş rolda əlbəttə Prezident Serj Sərkisyan çıxış edirdi. Ölkənin baş naziri Ovik Abraamyan nə aprel hadisələri, nə də post-patrul alayının silahlı qrup tərəfindən girov götürülməsi zamanı ön planda olmadı, bəyanat və açıqlama vermədi. Sanki belə neqativ hadisələrin yaşanmasından məmnundu.

Bu hadisələr yaşanarkən Serj Sərkisyan ölkədə ciddi islahatların aparılacağını bildirdi. Girovların azad edilməsindən sonra son illərdə yaşanan iqtisadi və siyasi problemlərin həll edilməməsinə görə Sərkisyanın imici korlanmışdı və bunun qarşısı alınmalıydı. Baş nazir Ovik Abraamyanın bu proseslərdə sakit durması Sərkisyana onu “günah keçisi” yerinə qoymağa və bütün uğursuzluqları onun üstünə yıxmağa imkan verdi. Sərkisyan bu fürsəti qaçırmadı. Abraamyanı istefaya göndərərək Rusiyada yaşayan və işləyən Karen Karapetyanı vətəndaşlara “qurtarıcı” kimi təqdim etdi. Əslində isə Karapetyanın əlində bir toxunuşla bütün problemləri həll də biləcək “sehirli çubuğu yoxdu” və 100 günlük baş nazir fəaliyyəti bunu təsiqlədi. Ermənistan formal olarak oliqarx hökumətindən texnokrat hökumətinə keçdi. Ənənəvi iqtisadi və siyasi problemlərin heç biri həll edilmədi.

Baş nazir kreslosunu tərk edən Abraamyan bunu Sərkisyana bağışlaya bilməzdi və elə də oldu. Sərkisyan və yeni baş nazir təyin olunmuş Karapetyan mövqeərini gücləndirməyə çalışdıqca, Abraamyanın mövqeyi zəifləyirdi. İstefa etməsindən sonra bir müddət sakit duraraq ciddi vəzifə gözləyən Abraamyan, ona təklif gəlmədiyini gördükdə rəsmi olaraq hakim Ermənistan Respublika Partiyasından istefa edəcəyini açıqladı və 31 yanvarda ərizəsini yazaraq partiya sıralarından uzaqlaşdı.

Abraamyan tək başına Sərkisyanı narahat edəcək siyasi fiqur deyil, amma ana müxalifət Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Çarukyan ilə qudadır. Onunla birləşib ətrafına narazı siyasi dairələri də toplaya bilərsə, bu zaman Sərkisyan üçün problemlər yarada bilər. Abraamyan həm də hakimiyyətin “torbasında” nələr olduğunu çox gözəl bilir.

Sərkisyan keçdiyimiz günlərdə Ermənistan Respublika Partiyasının iclasında çıxış edərkən son zamanlarda ölkədə yaşanan hadisələrə münasibət bildirərkən, hakim partiyadan ayrılmalar məsələsinə aydınlıq gətirmiş və belə demişdir: “Bilirsinizmi, böyük çaylar bütün axımı boyu inkişafı təmin edir; həyat verir, çörək verir, su verir və ana çaydan-mənbədən ayrılan kiçik çaylar qısa zamanda yenidən dolmur, sonra da quruyur. Bu təbiətin qanunudur və heç kim təbiətin qanunlarına qarşı çıxa bilməz. Biz idarə etməyə, tənzimləməyə çalışarıq amma mahiyyət belədir, dəyişməz”[1] Sərkisyanın bəyanatını fəlsəfi və siyasi olaraq iki cür oxumaq mümkündür. Birincisi, bu bəyanat Abraamyan üçün təhdiddir, onun sahib olduğu geniş biznes şəbəkəsinin çökərdilməsi, siyasi imkanlarının məhdudlaşdırılması; ikincisi bu ana mənbədən ayrılan kiçik qoldan şikayət etməkdir. Şübhəsiz birinci amil daha çox inandırıcıdır.

Sərkisyanın bu bəyanatı KİV-də müxtəlif aspektlərdən geniş müzakirə edildi və hədəfin Abraamyan olduğu bildirildi. Abraamyan hakim partiyadan tamamən uzaqlaşandan sonra Sərkisyanın bu bəyanatını cavabsız qoymadı, feysbuk səhifəsindən verdiyi cavab belə oldu: “Çay və qollarının müqayisə edilməsi yaxşıdır. Bu xoşuma gəldi. Ancaq unutmamalıyıq ki, ana çaylar kiçik qollardan əmələ gəlir. Sadəcə texnoloji zavodun suyunun çaya qarışması bəzi anlarda çayın deltasının pozulmasına və suyunun istifadəyə yararsız hala salmasına səbəb ola bilər… ”[2]

Abraamyanın cavabını da eynilə Sərkisyanın bəyanatı kimi iki cür oxumaq olar. Birincisi, ana çaylar kiçik qollardan əmələ gəlir deməklə hakim partiyadan ayrılmaların devam edəcəyini bildirib; ikincisi çayın suyunun texnoloji zavodun suyu ilə çirkləndiyini bildirməsi, Karapetyanın uğursuz baş nazir təyin edilməsi və hakimiyyətin çürüdüyünü ifadə etmək üçün istifadə edilib.

Ermənistanda parlament seçkiləri 2 apreldə, yəni yaz ayında keçiriləcək. Yaz aylarında dağlara yağan qar əriyir və sel fəlakətləri yaşanır. Bu sel ana çayın məcrasından daşaraq ətrafdakı hər şeyi sürükləyib apardığı kimi, kiçik çayların da axarını dəyişdirə və yeni qolların-kiçik çayların əmələ gəlməsinə səbəb ola bilir. Sel fəlakətinin erkən, yoxsa vaxtında baş verəcəyini isə parlament seçkilərindən əvvəl və yaxud sonra yaşanan hadisələr müəyyən edəcəkdir.

 

[1] Куда текут партийные «ручьи и сточные воды» в Армении? https://eadaily.com/ru/news/2017/01/27/kuda-tekut-partiynye-ruchi-i-stochnye-vody-armenii, 27 января 2017.

[2] Овик Абраамян возражает Сержу Саргсяну http://ru.1in.am/1180076.html, 2017-01-27.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Cənubi Qafqaz

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Noyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930