Geosiyasi böhran şəraitində Türkiyə-Rusiya münasibətləri Previous Article
Ermənistanda etnik dözümsüzlük və yezidilərin vəziyyəti Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ermənistan iqtisadiyyatı: daşınan su ilə dəyirman işləməz

Line Spacing+- AFont Size+- Print This Article
Ermənistan iqtisadiyyatı: daşınan su ilə dəyirman işləməz

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru

10 dekabr 2014

 

Ermənistan iqtisadiyyatında son 20 ildə yaşanan problemlər barəsində xüsusilə siyasəti, iqtisadiyyatı və Ermənistanı bilən mütəxəssis üçün təhlil yazmaq asandır. Siyasi və iqtisadi baxımdan istənilən paradiqmadan bu problemlərin mahiyyəti və nəticələri haqqında yazmaq olar. Bu təhlildə isə obyektivlik baxımından əvvəlcə Ermənistanın iqtisadi vəziyyəti haqqında rəsmi qurumlarının və müstəqil beynəlxalq təşkilatların verdiyi göstəricilər ələ alınmış, sonda problemlərin ortaya çıxmasının səbəbləri təhlil edilmişdir.

Ermənistanın Milli Statistika Xidmətinin nümayəndəsi Diana Martirosova cari ilin 18 noyabrında nəticələrini bəyan etdiyi “Ermənistanın sosial siması və kasıblıq” adlı tədqiqatında 2013-cü ildə ölkə əhalisinin 1/3-nin kasıblıq həddində yaşadığını bildirib. Bu, 2008-ci il göstəricilərindən artıqdır. Araşdırma nəticələrinə görə, istehlak kateqoriyası ilə müqayisədə 2008-ci ildə kasiblıq 27,6 faiz olsa da, 2013-cü ildə 33 faizə qədər yüksəlib. Kasıblıq həddində olan təbəqədə 1,1 faiz, çox kasıb həddində olanlarda isə 0,7 faiz artım müşahidə edilib. Martirosovanın gəldiyi qənaətə görə, əhalinin hər üç nəfərdən biri (32 faizi) kasıb hesab edilir. Onlardan13,3 faizi kasıblıq həddinin altında, 2,7 faizi isə çox kasıb vəziyyətdədir. Rəqəmlərlə ifadə edildiyində isə bu o deməkdir ki, Ermənmistanda 967 min nəfər kasıb, 402 mən nəfər kasiblıq həddinin altında, 82 min nəfər isə çox kasıb yaşayır. Martirosova bunun səbəbini 2009-cu ildə yaşanan iqtisadi böhranla izah edir.[1]

“Legatum Institute”nin 2014-cü ilin sonlarında hazırladığı “Prosperity Index” məruzəsinə görə, firavan ölkələr arasında Ermənistan 95-ci yerdədir. Qeyd edək ki, Orta Asiya ölkələri bu reytinqə görə Ermənistandan irəlidədir.[2]

Ümumdünya rəqabət qabiliyyətinin analiz edildiyi “The Global Competitiveness Report 2014-2015” nəticələrinə görə Ermənistan 6 pillə geri gedərək 144 dövlət arasında 85-ci olub. Region dövlətlərindən Azərbaycan və Gürcüstan isə müvafiq olaraq 3 və 1 pillə yüksəlib.[3]

“Walk Free Foundation”in cari ilin noyabr ayında verdiyi məlumata görə, əhalinin sayına nisbətdə qul əməyindən istifadə edən ölkələr arasında Ermənistan 81-ci yerdədir. Walk Free Foundation məruzəsində müasir qul əməyini belə təsvir edir: “erkən yaşda işləməyə məcbur olmuş və buna görə də təhsil ala bilməyən uşaqlar, yüksək məbləğdə borclandıqlarına görə iş yerlərini tərk edə bilməyən insanlar, heç bir hüquqa sahib olmayan ev xidmətçiləri kimi işləyən qızlar və qadınlar.”[4]

Ermənistanın digər sənaye müəssisələri ilə müqayisədə daya yüksək ixrac qabiliyyəti olan dağ-mədən və metallurgiya sənayesində də problemlər yaşanır. 2014-cü il ilin birinci yarısının statistik göstəricilərinə görə bu sahə Ümum Daxili Məhsulun (ÜDM)18,2 faizini verir. Ancaq son zamanlarda dünya əlvan metal və metal bazarında qiymətlərin enməsi Ermənistanın qızıl və mis ixracından əldə etdiyi gömrük gəlirləri xeyli azalıb. Belə ki, 2014-cü ilin 9 ayında Ermənistan 137 min ton mis ixrac edib və gömrük vergisi olaraq 177.8 milyon dollar qazanıb (Hər ton üçün 1300 dollar). 2013-cü ildə isə 126 min ton mis ixrac etməsinə baxmayaraq dünya bazarında misin qiymətinin yüksək olması səbəbi ilə gömrük vergisi olaraq 2014-cü il ilə müqayisədə daha çox-210 milyon dollar (hər ton üçün 1666 dollar) qazanıb.[5]

Ermənistanın ən böyük ticarət əlaqəsi olan Rusiya ilə də ticarətində azalma qeyd edilib. Belə ki, 2014-cü ilin ilk 10 aylında Ermənistandan Rusiyaya ixrac həcmi 254 milyon dollar (4,8 faiz) azalıb. 2014-cü ildə Rusiyanın Ermənistana ixrac payı müxtəlif sahələr üzrə 20,3-22 faiz azalıb. Rusiya ilə ticarət Ermənistanın xarici ticarətinin 23,3 faizini, MDB ölkələri 28,2 faizini, Avropa İttifaqı 27,1 faizini təşkil edir.[6] Qeyd edək ki, son zamanlarda Rusiyadan Ermənistana şəxsi hesablardan köçürülən valyuta miqdarı 19,1 faiz azalıb. 2014-cü ilin 10 ayında Rusiyadan Ermənistana 1 milyard 484 milyon dollar pul köçürülüb. 2013-cü ilin müvafiq dövründə isə bu rəqəm 1 milyard 512 milyon dollar olub.[7]

Ermənistanın ciddi iqtisadi problemlərin məngənəsində boğulmasına baxmayaraq, silahlanmaya ayırdığı vəsait olduqca böyükdür. “Bonn International Center for Conversion”nin hazırladığı “Qlobal silahlanma indeksi 2014” məruzəsində əvvəlki illərlə müqayisədə Ermənistanın silahlanma reytinqi 724 baldan 783 bala yüksəlib və Ermənistan silahlanma yarışında 3-cü yerdə qərar tutub. Ermənistanın hərbi xərcləri ÜDM-nin 4,7 faizini təşkil edir. Hər min nəfərə 17,9 əsgər düşür.[8]

Ermənistan Avrasiya İqtisadi birliyinə üzv olmaq haqqında müqavilə imzaladıqdan sonra milli tədavül vasitəsi olan dram qiymətini itirib. Ermənistan rəsmiləri ictimai rəyi sakitləşdirmək üçün bunun Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı həyata keçirdikləri iqtisadi sanksiyaların nəticəsi kimi gördüklərini bildirsələr də, reallıq tamamilə başqadır. Son bir ayda Ermənistan dramı qiymətini itirir. 2015-ci il büdcəsində 1 dollar 411 dollar nəzərdə tutulsa da, noyabr ayının əvvəllərində dram 4 faiz daha ucuzlaşaraq 1 dollar 435 dram, daha sonra 442 dram, dekabrın ilk həftəsində isə 452,50 dram  olmuşdur. Baş nazir Ovik Abramyan dramın 5 faiz infilyasiyaya məruz qaldığını, buna rəğmən Mərkəzi Bankın səlahiyyətləri daxilində prossesə nəzarət edtiklərini bildirsə də,[9] görünən odur ki, “cin şüşədən çıxıb.” Ermənistan Mərkəzi Bankın rəhbəri Artur Cavadyan isə dramın uzuclaşmasını xarici şoklarla izah etməyə çalışıb.[10] Ermənistan iqtisadiyyatının əsas inkişaf amillərinə diqqət yetirdikdə, dramın ucuzlaşmasının qarşısının alınmasının mümkün olmadiğı anlaşılır.

Yuxarıda sadalanan problemlər, Ermənistanın dünya standartları səviyyəsində istehsal imkanlarının olmaması, Azərbaycan torpaqlarını işğal etdiyinə görə xarici bazarlara çıxış üçün nəqliyyat yollarının bağlı qalması, silahlanmaya ayırdığı vəsait ölkənin iqtisadi və sosial inkişafı qarşısında ən ciddi maneələrdir. Bu maneələr Ermənistan hökumətinin iddia etdiyi kimi dinamik deyil, statikdir və son 20 ildir həll edilməyib.

[1] Треть населения Армении живет за чертой бедности — исследование www.regnum.ru/news/society/­1867517.html, 18.11.2014.

[2] Армения находится на 95 месте в рейтинге мирового благополучия www.regnum.ru/news/society/1862­631.html, 03.11.2014.

[3] В Докладе всемирной конкурентоспособности Армения оказалась ближе к Гвинее, чем к Швейцарии www.regnum.ru/news/polit/1843687.html, 03.09.2014.

[4] Рейтинг мирового рабства: Армения – 81-ая из 167-и http://www.panarmenian.net/rus/news/184940/,

18.11.2014.

[5] Рубен Грдзелян: Сложности самой крупной статьи экспорта Армении www.regnum.ru/news/economy/18­70920.html, 29.11.2014.

[6] Экспорт из Армении в Россию упал на 4.8% http://www.panarmenian.net/rus/news/185535/, 03.12.2014.

[7] Объем частных переводов из России в Армению в октябре рухнул на 19,1% http://www.panarmenian.net/­rus/news/185340/, 2811.2014.

[8] Самые милитаризованные страны мира: Израиль, Сингапур и Армения — доклад www.regnum.ru/news/­polit/1875414.html, 10.12.2014.

[9] Рост курса иностранной валюты в Армении привел к инфляции в 5% — премьер-министр www.regnum.ru/­news/economy/1872942.html, 03.12.2014.

[10] Девальвация национальной валюты Армении обусловлена «внешними шоками» — глава Центробанка www.regnum.ru/news/economy/1874964.html, 09.12.2014.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Sentyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30