Hillari Klintonun Cənubi Qafqaz ziyarətinin düşündürdükləriPrevious Article
ABŞ Konqresinin Ermənistana və Dağlıq Qarabağa yardımıNext Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ermənistan Klintonu atəşkəsi pozmaqla qarşıladı

Line Spacing+- AFont Size+- Print This Article
Ermənistan Klintonu atəşkəsi pozmaqla qarşıladı

Hatəm Cabbarlı, siyasi elmlər doktoru. Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

07 iyun 2012

ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun 4-7 iyun tarixlərində Cənubi Qafqaz ölkələrinə səfəri uzun zamandır ABŞ xarici siyasətindən kənarda qalmış bölgəyə yeni bir canlanma gətirdi. Klinton bölgə və beynəlxalq aləmdəki problemləri müzakirə etmək, Gürcüstan-Rusiya münasibətlərinə açıqlıq gətirmək, ABŞ-ın Gürcüstana verdiyi dəstəyi yeniləmək, Ermənistanda və Azərbaycanda Dağlıq Qarabağ problemini, insan haqları və demokratiya məsələlərini müzakirə etmək, enerji, təhlükəsizlik, iqtisadi əməkdaşlıq perspektivlerini dəyərləndirmək, Vladimir Putinin yenidən hakimiyyətə gəlməsindən sonra post-sovet ölkələrinə yönəlik siyasətindəki yeni nüansları ortaya çıxarmaq və qarşısını almaq üçün Cənubi Qafqaza səfərə gəlib. Bölgə və beynəlxalq aləmdə, xüsusilə Cənubi Qafqaza sərhəd olan bölgələrdə son zamanlarda cərəyan edən geosiyasi hadisələrin dinamizmi dəyərləndirildiyi zaman, Klintonun Cənubi Qafqaz səfərinin bir az gecikmiş səfər adlandırmaq olar.

Klinton bölgədənin sabitlik və təhlükəsizlik atmosferini möhkəmləndirmək üçün gəlsə də, səfər başlar-başlamaz Ermənistan onu atəşkəsi pozmaqla qarşıladı. Ermənistan ordusu işğal altında olan Dağlıq Qarabağ və Ermənistan ilə sərhəd rayonlarında bir neçə istiqamətdən atəşkəsi pozdu. Hər iki tərəfdən onlarla əsgərin öldürüldüyü və yaralandığı haqqında məlumat daxil olur. Cəbhə bölgəsində və Ermənistan ilə sərhəd rayonlarında gərginlik hələ də qalır.

Klinton ziyarəti zamanı Ermənistanın atəşkəsi pozmasından sonra Dağlıq Qarabağ probleminə diqqət çəkərək, region təhlükəsizliyinin təmin edilməsində atəşkəs şərtlərinə əməl edilməsinin vacibliyini vurğulayıb. Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında “Azərbaycanda və Ermənistanda olarkən əsgərlərin ölümləri haqqında xəbərlər məni mütəəssir etdi. Bu ölümlərin mənası yoxdur, qan tökülməsinin qarşısını almaq və sülhə nail olmaq lazımdır” deyən Klinton stəşkəsi pozan Ermənistanı nədənsə ittiham etmədi.

Klintonun səfəri əsnasında Ermənistanın atəşkəsi kobud şəkildə pozaraq cəbhə xətti və sərhəd bölgələrində diversiya aktlarına başlaması haqqında region mətbuatında müxtəlif fikirlər səslənməkdədir. Ancaq bu fikirlərdə adətən problemin mahiyyəti və son zamanlarda yaşanan hadisələrin dinamizmi diqqətlərdən kənarda qalır.

Belə ki, etibarli mənbələrə istinadən Rusiyanın son bir neçə ildə Dağlıq Qarabağ probleminin həll edilməsində göstərdiyi vasitəçilik missiyasının nəticə verməməsi, Putinin Rusiyada yenidən prezident seçilməsi ABŞ-ı regionda öz təsirini artırmağa və Dağlıq Qarabağ problemini həll etməyə sövq edir. Böyük bir ehtimalla Klintonun Cənubi Qafqaza səfərindən sonra ABŞ-ın bölgəyə yönəlik xarici, siyasi və təhlükəsizlik siyasətində yeni nüanslar ortaya çıxacaqdır.

Klintonun bölgəyə səfəri zamanı Aazərbaycan və Ermənistana Dağlıq Qarabağ probleminin həll edilməsində ATƏT Minsk Qrupunun təkliflərindən fərqli, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini ehtiva edəni yeni sülh planı təqdim edəcəyi gözlənilirdi. Buna görə də, Ermənistan səfər başlamadan əvvəl atəşkəs rejimini pozaraq vəziyyəti daha da gərginləşdirdi. Ermənistanın atəşkəsi pozması Klintonun planlarını alt-üst etdi və görünən odur ki, özünün də ifadə etdiyi kimi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Fransa görüşündə tərəflərə problemin həll edilməsində yeni plan təqdim edəcəklərini bildirdi. Yeni planın tam təfərrüatı bilinməsə də bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan dövlətlər Fransa görüşünün uğursuz nəticələnməsi üçün Ermənistana güzəştə getməməsi üçün təzyiqlərini artıracaq. Hətta bu görüşdən əvvəl və görüş zamanı Ermənistanın yenidən atəşkəsi pozma ehtimalı olduqca yüksəkdir. Ermənistan problemin həll edilməsi üçün müstəqil mövqeyə sahib deyil ve konstruktiv mövqe nümayiş etdirmir. Bu günə qədər problemin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində Erənistan son anda yeni təkliflər verərək masadan qalxmışdır. Hər iki ölkənin XİN rəhbərlərinin Fransa görüşündə də bu ssenarinin təkrarlanması mümkündür. Ermənistan problemin həll edilməsində sərbəst olsaydı çoxdan bu problem həll olunar və Ermənistan silahlanmaya xərclədiyi maliyyə vasitəsini iqtisadiyyata yönəldərək, sosial-iqtisadi problemlərini əhəmiyyətli dərəcədə həll edərək, ölkəsinin və vətəndaşlarının rifahını yüksəldərdi.

 

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

Aprel 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
2930