Previous Article
Ermənistanın Türkiyə siyasətində yeni nüanslar və ya diplomatiya oyunuNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

ERMƏNİSTAN NATO MÜNASİBƏTLƏRİ

Line Spacing+- AFont Size+- Print This Article
ERMƏNİSTAN NATO MÜNASİBƏTLƏRİ

Hatəm CABBARLI
siyasi elmlər doktoru

Ermənistan müstəqillik sonrası milli təhlükəsizlik doktrinasını Rusiyanın regiondakı mövcudiyəti üzərində hazırlamış, təhlükəsizlik və ordu quruculuğu sahələrində bu ölkə ilə ciddi münasibətlər qurmuşdur. Təcrübələr göstərir ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik məsələsində də, konseptual və praktik olaraq bir dövlətə bağlı qalmaq kiçik dövlətin böyük dövlətdən asılılığını artırmaqdadır. Bu iddianı təhlükəsizlik məsələsində Ermənistan-Rusiya münasibətləri bir daha təsdiq edir.

Ermənistan Rusiyadan bir milyard dollar dəyərində silah ala, hərbi əməkdaşlığı genişləndirə, ölkəsində Rus ordusunu yerləşdirə bilər. Ancaq bu münasibətlərdə siyasi, iqtisadi və hərbi tarazlıq pozulduğu anda milli müstəqillik fəsəfi anlayışı təhlükə ilə qarşılaşır. Ermənistan-Rusiya münasibətləri iqtisadi, siyasi və hərbi nöqteyi nəzərdən analiz edildiyində, Rusiyanın mütləq üstünlüyü diqqətə alınarsa, Ermənistanın vəziyyəti “azad” qul və yaxud “əyalət-mərkəz” müstəvisində xarakterizə oluna bilər.

İki dövlət arasındakı münasibətlərdə Rusiyanın mütləq üstünlüyü Ermənistanın qərb təhlükəsizlik təşkilatları ilə əməkdaşlığını və diplomatik manevr imkanlarını məhdudlaşdırır. Bu gün region dövlətlərindən olan Gürcüstan və Azərbaycanın əsasən NATO olmaq üzrə, digər beynəlxalq təhlükəsizlik təşkilatları ilə əməkdaşılığı yüksələn xəttlə inkişaf etdiyi halda, Ermənistan adı çəkilən təşkilatlarla əməkdaşlığa can atsa da, arxasında Rusiyanın kölgəsini hiss etməkdədir. Ermənistan Rusiya ilə “azad” qul və yaxud “əyalət-mərkəz” münasibətlərinin ciddiyəti və ağırlığını Gürcüstan və Azərbaycanın NATO-ya üzv olmasından sonra daha ciddi şəkildə hiss edəcəkdir.

1990-cı ilin ortalarından etibarən NATO post sovet coğrafiyasına, xüsusilə də, Baltikyanı ölkələrə və Cənubi Qafqaz regionuna “genişlənmə sahəsi” kimi baxmışdır. Ancaq Rusiyanın ciddi reaksiya verəcəyini bildiyi üçün görüşlərini açıq şəkildə ifadə etməmiş, müxtəlif təhlükəsizlik layihələri çərçivəsində kiçik, ancaq inamlı addımlarla regiona yerləşməyə çalışmışdır. Bu eyni zamanda 20-ci yüzilliyin sonlarında yaşanan üç əhəmiyyətli hadisə ilə izah edilə bilər.

-SSRİ-nin 1991-ci ilin dekabrında çökməsi nəticəsində regional təhlükəsizlik məsələlərində yaşanan boşluq və region dövlətlərinin bu barədə Qərblə əmakdaşlıq imkanlarının ortaya çıxması,

-1990-cı illərdən sonra Xəzər hövzəsi enerji resurslarının çıxarılması və Avropa enerji ehtiyacının bir qismini qarşılayacaq miqdarda olması,

-Regional və beynəlxalq terrorizmlə mübarizə,

NATO Cənubi Qafqaza yerləşməyə çalışarkən daha çox regional və beynəlxalq terrorizm təhlükəsini ön plana çıxarmış, 11 sentyabr terror aktından sonra isə terrorizm “movzusunu” daima gündəmdə saxlamışdır. NATO Baş Katibi Lord Corc Robertsonun 2003-cü il 14-16 may tarixində region dövlətlərinə səfər edərkən verdiyi bəyanatlarda açıq qapı siyasətinə davam edəcəklərini bildirməsini, NATO-nun region ölkələri üzrə koordinatoru Romuldas Rajuksun 2004-cü il 28 iyun tarixində İstanbul NATO Zirvə Toplantısında alınan qərara görə, Cənubi Qafqaz və ümumilikdə Qafqazın coğrafi olaraq NATO-nun genişlənmə strategiyasında prioritet məsələlərdən olduğunu ifadə etməsini təşkilatın Qafqaza doğru genişlənməsi kimi dəyərləndirmək mümkündür.

Gürcüstan, 1990-cı illərin ikinci yarısından etibarən Rusiya ilə ciddi problemlər yaşamasından sonra təhlükəsizlik məsələlərində NATO ilə münasibətlərə üstünlük vermiş, 2002-ci il Praqa Zirvə Toplantısında bu təşkilata üzv olma niyyətini açıqca bildirmiş, 2003-cü ildə Saakaşvilinin iqtidara gəlməsindən sonra tərəflər arasında münasibətlər daha da güclənmişdir.

Azərbaycan regional güc mərkəzlərinə yönəlik tarazlıq siyasəti yürüdərək (Rusiya, İran) NATO ilə münasibətlərini dərinləşdirməyə çalışmış, Ermənistan isə müstəqillik sonrası təhlükəsizliyinin qorunması məsələlərində bütün strategiyasını Rusiyanın regiondakı siyasi və hərbi mövcudluğu üzərində qurmuşdur. Bu, Ermənistan hökumətinin xarici siyasət kursunda, xüsusilə də, təhlükəsizlik siyasətində manevr etmə imkanlarını olduqca məhdudlaşdırmışdır.

Cənubi Qafqaza siyasi, iqtisadi və hərbi cəhətdən nəzarət edilməsi uğrunda geosiyasi mübarizədə tərəf olan Qərb və Amerika, Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq üçün ilk addım olaraq bu ölkənin NATO-nun həyata keçirdiyi regional layihələrində iştirak etməsinə çalışmışdır.

Ermənistan hökuməti bəzən NATO ilə münasibətlərinə əhəmiyyət versə də, Rusiya faktını hər zaman diqqətə alaraq NATo ilə iki tərəfli əməkdaşlığa həvəsli olmamışdır. Belə ki, NATO-Ermənistan münasibətlərinə dair Prezident Robert Köçəryan “Ermənistan NATO-ya üzv olmaq istəmir”, Müdafiə Naziri Serj Sərkisyan “Ermənistanın NATO-ya üzv olmaq fikri yoxdur. Bu, ölkənin geostrateji mənafeyinə uyğun deyildir” və Xarici İşlər Naziri Vardan Oskanyanın “Ermənistan NATO-ya üzv olmağa, NATO da Ermənistanı qəbul etməyə hazır deyil” kimi bəyanatlar vermişdir.

Ermənistan rəsmilərinin bu bəyanatları dəyərləndirilirkən Ermənistanın NATO ilə münasibətlərini birbaşa deyil, Rusiya üzərindən qurmağa çalışdığı iddia edilməkdədir. Bu iddialara cavab olaraq Oskanyan “Ermənistanın heç bir zaman NATO və Rusiya arasında tərəf tutmaq məcburiyyətində qalmadığını” bildirmişdir.

Ermənistanın bu cür bəyanatlar verməsinə baxmayaraq, NATO hər zaman bu ölkə ilə əməkdaşlığa əhəmiyyət vermişdir. Bunun səbəbi isə orta və uzun müddətdə Azərbaycan və Gürcüstanın NATO-ya üzv olduqdan sonra təhlükəsizlik baxımından Cənubi Qafqazın ikiyə bölünməsi və Ermənistanın tamamilə Rusiyanın nəzarətinə keçmə ehtimalıdır. Ermənistan 1994-cü ildən etibarən NATO-nun Sülh Naminə Əməkdaşlıq proqramında iştirak edir. NATO region ölkələri ilə əməkdaşlıq layihələrində daha çox hərbi təlim, yuksək texnologiyaların tətbiq edilməsi, ingilis dilinin öyrədilməsi, fövqəladə hallarda mülki əməliyyatların planlanlaşdırılması məsələlərinə əhəmiyyət verir. 2003-cü ilin iyun ayında Ermənistanda ilk dəfə olaraq Sülh Naminə Əməkdaşlıq Proqramı çərçivəsində hərbi təlim təşkil edilmişdir. Təlimdə 19 ölkədən 400 hərbçi və Rusiya ordusundan bir qrup nümayəndə iştirak etmişdir. Bu təlimdə Türkiyə və Ermənistan ordusu nümayəndələrinin bir araya gəlməsi NATO rəsmiləri tərəfindən təqdirlə qarşılanmışdır. Ermənistan 2006-cı il 12-25 may tarixində Almanya və Bosniyada NATO-nun təşkil etdiyi ‘Cooperative Best Effort 2006’ və Sülh Naminə Əməkdaşlıq Proqramı çərçivəsində 13 sentyabr 2006-cı ildə Gürcüstanda keçirilən rabitə proqramlarının idarə edilməsi- “e-PRİME”- təlimində iştirak etmişdir. Sülh Naminə Əməkdaşlıq Proqramı çərçivəsində 12-28 iyul 2006-cı il tarixində Ermənistanda 12 ölkədən 250 nümayəndənin iştirak etdiyi “Qurtarıcı-2006” təlimi həyata keçirilmişdir. Ermənistan və NATO arasında əməkdaşlıq proqramı çərçivəsində 1995-ci ildə 25, 2004-cü ildə isə 115 layihənin həyata keçirildiyi diqqətə alınarsa, xüsusilə də, 2000-ci illərin əvvəllərindən etibarən iki tərəfli münasibətlərin daha da inkişaf etdiyini söyləmək mümkündür.

Bu cür təlim layihələrindən başqa Ermənistan 2004-cü ildən etibarən sülhün qorunması üçün beynəlxalq hərbi əməliyyatlarda iştirak edir. 30 nəfərlik Erməni dəstəsi Yunanıstan ordusunun komandanlığına bağlı olaraq Kosovoda, 45 nəfərlik dəstə isə İraqda xidmət etməkdədir. NATO ilə əməkdaşlıq çərçivəsində erməni əsgərlərə İngiltərə və ABŞ tərəfindən maliyyələşdirilən proqramlarda ingilis dili tədris edilir, son model rabitə vasitələrinin istifadəsi öyrədilir.

Ermənistan Müdafiə Nazirliyi, zabitlərinin Sülh Naminə Əməkdaşlıq Proqramı çərçivəsində NATO hərbi məktəb və akademiyalarında təhsil almaları üçün müraciət etmişdir. Bu müraciət NATO tərəfindən qəbul edilmiş, və ikili münasibətlərdə irəliyə doğru atılmış bir addım kimi dəyərləndirilmişdir. Ermənistanın yüksək rütbəli bir zabiti 1998-ci ildən etibarən NATO ilə əməkdaşlığını koordinasiya edir. Ermənistan Benelüks ölkələrindəki səfirini eyni zamanda NATO qərargahında səfir olaraq təyin etmiş, ancaq 2004-cü ildə Brüsselə bu vəzifəni yerinə yetirməsi üçün diplomatik missiya göndərmişdir.

Göründüyü kimi, 2000-ci ilin əvvəllərindən etibarən Ermənistan NATO ilə əməkdaşlığa üstünlük vermişdir. Bununla Ermənistan:
-xarici siyasət və təhlükəsizlik mənasında NATO ilə dialoqa davam etmək,
-“müqaisə edilə bilən” və “ortaq xüsusiyyətlərə” malik ordu qurmaq,
-NATO-nun digər əməliyyat və layihələrində iştirak etmək istəmişdir.
Birinci məsələnin həyata keçirilməsi istiqamətində Ermənistan prezidenti Köçəryan Brüsselə və NATO Baş Katibi Yerevana səfər etmiş, Müdafiə Nazirləri və Xarici İşlər Nazirləri NATO rəhbərliyi ilə dəfələrlə görüşmüş və qarşılıqlı inamın formalaşmasına çalışmışdır.

İkinci məsələ çərçivəsində Ermənistan “müqaisə edilə bilən” və “ortaq xüsusiyyətlərə malik ordu” qurma çalışmalarını Hadisələrin Planlanlaşdırılması və Analizi Proqramına (Planning and Review Process-PARP) uyğun olaraq həyata keçirməyə çalışmışdır.

Üçüncü məsələ baxımından Ermənistan Cooperative Best Effort 2003 və Rəqəmli İpək Yolu proqramlarında iştirak etmiş, NATO-ya üzv olan dövlətlərin əsgərlərinin olduğu ölkələrdə onların hüquqi statusuna aydınlıq gətirən Partnership for Peace (PfP) Status of Forces Agreements (SOFA) müqaviləsini imzalamış və 2002-ci ildə NATO Parlament Asambleyasına müşahidəçi statusu ilə üzv olmuşdur.

Ermənistanın Rusiya ilə ciddi hərbi əməkdaşlığına baxmayaraq, əsasən NATO-nun təşəbbüsü ilə bu ölkə 2005-ci ilin dekabrında Fərdi Əməkdaşlıq Planı (Individual Partnership Action Plan-IPAP) haqqında müqavilə imzalamışdır. Sənəd Oskanyan tərəfindən NATO-ya təqdim edildikdən sonra 2006-cı ilin 16 iyununda müzakirəyə çıxarılmışdır. Bu sənədin imzalanması ilə Ermənistanın təhlükəsizlik sistemini 21-ci əsrin standartlarına uyğunlaşdırmaq, NATO ilə hüquqi əməkdaşlığı genişləndirmək, Ermənistanın hərbi doktrinasını hazırlamaq və budcə planlanlaşdırılmasına kömək etmək nəzərdə tutulmuşdur.

Ermənistanın NATO ilə əməkdaşlıq etməyə yönləndirən bir digər səbəb də, Dağlıq Qarabağ problemi haqqında təşkilat rəsmilərinin müxtəlif səpkili bəyanatlar verməsidir. Bəzi rəsmilər bu problemlə maraqlanmadıqlarını, bəziləri də bu problemin onların maraq dairəsinə girdiyi haqqında fikir bildirmişlər. Ermənistan eyni zamanda Azərbaycanın NATO ilə münasibətlərindən narahat olmaqdadır. Ermənistana görə, NATO ilə münasibətlərini inkişaf etdirən və hətta təşkilata gələcəkdə üzv olan Azərbaycan siyasi və hərbi cəhətdən Ermənistandan güclü mövqeyə yüksələ bilər. Region ölkələrindən NATO-ya üzv olma ehtimalı ən yüksək olan ölkə Gürcüstan və Azərbaycandır. Ancaq NATO Azərbaycanın üzv qəbul edilməsindən sonra regional tarazlığın pozulacağını diqqətə alaraq üzvülüyə qəbul etməzsə və bunun üçün Ermənistanın Rusiyadan asılılığının azalması kimi uzun zaman tələb edən bir hadisənin həyata keçməsini gözləyərsə, Azərbaycan təhlükəsizlik baxımından başqa istiqamətdə müttəfiq axtarmağa məcbur ola bilər.

NATO-nun əməkdaşlıq məsələlərində Ermənistandan daha aktiv olmasına baxmayaraq, Ermənistanın dəstəyinə ehtiyacı olduğu zamanlarda istədiyi cavabı almamışdır. ABŞ-İran arasında uranın zənginləşdirilməsi böhranı yaşandığı zaman NATO əsgərlərinin Ermənistanda yerləşdirilməsi ehtimalı müzakirə edilərkən Müdafiə Naziri Sərkisyan verdiyi bəyanatda bunun “nəzəri olaraq belə gerçəkləşməsinin mümkün olmayacağını” bildirmişdir.

Ermənistan 1994-cü ildən etibarən NATO ilə əməkdaşlığa başlasa da, bu günə qədər təhlükəsizlik məsələlərində Rusiya və MDB Ortaq Təhlükəsizlik Müqaviləsi çərçivəsində əməkdaşlığa üstünlük vermişdir. Ancaq 2000-ci ilin əvvəllərindən etibarən dəyişən beynəlxalq şəraiti (11 sentyabr terror aktı, ABŞ-ın Əfqanıstan və İraqı işğal etməsi) dəyərləndirən Ermənistan NATO ilə əməkdaşlıq məsələlərini yenidən dəyərləndirməyə çalışır.

Son zamanlarda Ermənistan ordusunda islahatlara ehtiyacın yaranması barədə xəbərlər dərc edilməkdədir. Bu məlumatların davam etdiyi bir zamanda Ermənistan-NATO münasibətlərində yaxınlaşma hiss edilməkdədir. Belə ki, cari ilin 5-7 fevral tarixində Ermənistanda Corc Marşal Fondunun dəstəyi ilə Ermənistan ordusunda islahatlar barədə keçirilən seminarda ölkənin NATO-ya üzvlüyünün də müzakirə ediləcəyi haqqında xəbərlər yayıldıqdan və bununla bağlı bəzi spekulativ şərhlər verildikdən sonra ABŞ, Almaniya səfirləikləri və Erməni rəsmiləri tələsik şəkildə bu informasiyanı təkzib etmişdir. Ümumi mənzərəyə nəzər saldıqda isə sanki Ermənistan NATO ilə münasibətlərində Rusiyanın verəcəyi reaksiyadan “qorxur”. Təbii ki parlament və prezident seçkiləri ərəfəsində Ermənistandakı hər hansı bir siyasi güc Rusiyaya rəğmən NATO ilə münasibətləri ön plana çıxarmaq cəsarətini göstərməyəcəkdir.

Ancaq Ermənistan bu gün də NATO və Rusiya arasında hərbi əməkdaşlıq məsələlərində tarazlığı qorumağa və hər iki tərəfin maddi və texniki imkanlarından istifadə etməyə çalışır.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Aprel 2021
Be Ça Ç Ca C Şb B
« Avq    
 1234
567891011
12131415161718
19202122232425
2627282930