Ermənistanın miqrant problemində maliyyə dəstəyi hiyləgərliyiPrevious Article
NATO-nun Cənubi Qafqazda əməkdaşlıq imkanları Next Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ermənistan silahlanma yarışında Avropada birinci yerdədir 

Line Spacing+- AFont Size+- Print This Article
Ermənistan silahlanma yarışında Avropada birinci yerdədir 

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru

28 mart 2016

Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index” məruzəyə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Şimali Kiprdir. Bu silahlanma yarışında Ermənistan üç ildir ki liderlik edir. Məruzə hazırlanarkən əhalinin hər min nəfərinə düşən hərbiçi sayı, Ümum Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınmışdır.[1]

2007-2009-cu illərdə Ermənistan dünya üzrə silahlanma yarışında 8-ci yerdə,  2012-2014-cü illərdə 4-cü yerdə, 2013-cü ildə isə 3-cü yerdə olmuşdur.

Ermənistan mütəmadi olaraq hərbi büdcəsinin artırır. Belə ki, bu ölkənin hərbi büdcəsi 2001-ci ildə 65, 2002-ci ildə 75, 2003-cü ildə 82,  2004-cü ildə 60, 2005-ci ildə 100, 2006-cı ildə 150, 2007-ci ildə 263, 2008-ci ildə 382.3, 2009-cu ildə 495.3, 2010-cu ildə 402.8, 2011-ci ildə 387, 2012-ci ildə 400, 2013-cü ildə 450, 2014-cü ildə 472, 2015-ci ildə 450, 2016-cı ildə 430 milyon dollar olmuşdur. Bundan başqa Ermənistan müttəfiqlərindən dünya silah bazarındakı qiymətlərdən daha ucuz qiymətə müasir silahlar alır.

Sovet İttifaqı dağıldıqdan sonra keçmiş ittifaq respublikalarında yerləşən hərbi bazaların paylanma mexanizmini əks etdirən və 15 may 1992-ci ildə imzalanan Daşkənd müqaviləsinin şərtlərinə görə, Ermənistan Rusiyanın 7-ci Qvardiya ordusunun tərkibində olan 16 və 17-ci briqadaları, 250 tank, 220 zirehli maşın, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 hücum vertolyotu almışdır.  Ermənistan daha sonra Rusiyadan aldığı silahlar və 1997-ci ildə Rusiyanın bu ölkəyə pulsuz olaraq verdiyi bir milyard dollarlıq silahlarla hərbi arsenalını daha da artırmışdır.

Ermənistan eyni zamanda Rusiyadan 1994-1996-cı illərdə 8 ədəd R-17 operativ-taktik raket kompleksi, 27 ədəd ZRK “Kruq”, 84 ədəd T-72 tankı, 50 ədəd BMP-2 zirehli maşını, 36 ədəd D-30 qaubiça, 18 ədəd D-20 qaubiça, 18 ədəd “Qrad” raket qurğusu almışdır. İşğal altında olan Azərbaycan torpaqlarında 316 ədəd tank, 324 ədəd döyüş maşını və 322 ədəd 122 mm kalibrli artilleriya qurğusunun (onlardan 44 RSZO markalıdır)[2]  olduğunu nəzərə alsaq, Ermənistanın region təhlükəsizliyini nə dərəcədə təhdid etdiyini müəyyən etmək mümkündür.

Maraqlı odur ki, elə bu günlərdə Ermənistan Rusiyadan aldığı 2018-ci ildən başlayaraq on il müddətinə ödəyəcəyi 200 milyon dollarlıq idxal krediti ilə bu ölkədən hücüm xarakterli yaylım atəşi açan “Smerç”, “İqla-S” zenit raket kompleksi, yerüstü radiotexniki kəşfiyyat apara bilən “Avtobaza-M” maşını, od püskürən “TOS-1A” sistemləri, tank əleyhinə idarə edilən “Konkurs-M” raketi, “RPQ-26” qranamyotları, “Draqunov” snayper vintovkası, “Tiqr”  zirehli maşını, mühəndislik və rabitə texnikası alır.[3]

Ermənistan Müdafiə nazirliyi ölkədə islahatların ən az və yavaş həyata keçirildiyi nazirliklərdən biridir. Ordu üzərində mülkü nəzarət mexanizmi qəbul edilməmiş, Müdafiə naziri və Baş Qərargah rəisinin səlahiyyətləri tam olaraq müəyyənləşdirilməmişdir. Müdafiə nazirliyi keçmiş Sovet ordusu modeli standartlarına görə qurulmuşdur. Müdafiə nazirliyinin məxfi olmayan fəaliyyəti haqqında belə məlumat əldə etmək olduqca çətindir. Faktiki olaraq ordunu sadəcə prezident, müdafiə naziri və hər ikisinə yaxın olan olduqca kiçik bir qrup idarə edir. Ancaq bu qrupun belə ordunu necə idarə etdiyi haqqında ciddi məlumatlar demək olar ki, yoxdur.

Ordu və digər güc nazirlikləri üzərində mülkü nəzarət olmadığına görə digər nazirliklərlə müqayisədə rüşvət və korrupsiya halları daha yüksəkdir. Hökumətin rüşvət və korrupsiyaya qarşı mübarizə proqramı həyata keçirilərkən digər sahələrdə bəzi nəticələr əldə edilsə də, orduda islahat proqramı tam olaraq həyata keçirilməmiş, nə də ciddi nəticə əldə olunmamışdır.

[1] Доклад: Армения – самая милитаризованная страна в Европе, http://www.armenianreport.com/­pubs/127008/, 2016-03-26.

[2] Давид Петросян, «Развитие вооруженных силь Армении», http://www.iran.ru/rus/vooarm.php

[3] Армения закупает «Смерчи», «ТОС»-ы, ПВО и ПТРК, http://www.panarmenian.net/rus/news/206388/

18 февраля 2016.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

Mart 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 123
45678910
11121314151617
18192021222324
25262728293031