Şanxay Əməkdaşlıq Təşkilatı: Rusiyanın imperiya perspektivi  Previous Article
ERMƏNİSTAN NATO MÜNASİBƏTLƏRİNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

“Ermənistanda Azərbaycanın maraqlarına cavab verən siyasi güc yoxdur”

Line Spacing+- AFont Size+- Print This Article
“Ermənistanda Azərbaycanın maraqlarına cavab verən siyasi güc yoxdur”

SİYASİ EKSPERT HATƏM CABBARLI: “SERJ SƏRKİSYAN “ŞAHİNLƏR”İ TƏMSİL ETSƏ DƏ, QARŞILIQLI GÜZƏŞTƏ GETMƏK ÜÇÜN SİYASİ İRADƏ NÜMAYİŞ ETDİRƏ BİLƏR”

Ermənistanda növbəti parlament seçkilərinə hazırlaşırlar – həm seçənlər, həm də seçilmək istəyənlər. Bəlkə də dünyanın heç bir ölkəsində keçirilən seçkilər Azərbaycan üçün bu qədər önəm daşımır. Bu önəm isə tarixi və coğrafi məcburiyyət üzündən ermənilərlə qonşu olmağımızdan daha çox, işğal altında olan torpaqlarımızın taleyi ilə bağlı üzərimizə düşən narahatlıqdan irəli gəlir. İstənilən halda bu seçkilər Azərbaycan üçün ideal nəticə vəd etmir. Çünki qalib ERMƏNİ olacaq. Amma hansı erməninin – ölkəsinin gələcəyini düşünən sülhpərvər, yoxsa müharibə vəziyyətindən yararlanaraq öz hakimiyyətini qorumaq istəyən qüvvələrin qələbəsi münaqişənin gələcəyi barədə təsəvvürlər yarada bilər. Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı uzun illərdir ki, Ermənistanla bağlı araşdırmalar aparır. 2001-2005-ci illərdə Türkiyənin eyni adlı mərkəzində Qafqaz şöbəsində Ermənistan üzrə ekspert işləyib. “Müstəqillikdən sonra Ermənistanda iqtidar mücadiləsi” adlı kitabın və “Müstəqillik sonrası Ermənistan-Rusiya münasibətləri” adlı elektron nəşrin müəllifidir. Bundan başqa, Ermənistanın daxili və xarici siyasətinə dair 20-dən artıq analitik məqaləsi, eləcə də 10-dan artıq elmi məruzəsi də yayılıb. Hazırda Türkiyənin Qazi Universitetinin doktorantıdır və burada “Ermənistanın xarici siyasəti” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Onunla müsahibəmizin mövzusu da Ermənistanda keçiriləcək parlament seçkiləri və bu seçkilərin bölgədəki siyasi proseslərə təsiri ilə bağlıdır.

– Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsindəki vəziyyəti necə qiymətləndirirsiniz? Hansı qüvvələr real qələbəyə daha yaxındırlar və nə üçün?

– Ermənistanda bu il may ayının 12-də keçiriləcək parlament seçkilərinə hazırlıq prosesi olduqca problemli başlayıb. Koalisiya hökuməti ortaqlarından olan Orinaç Yerkir (Qanunlar Ölkəsi) Partiyasının lideri və parlament sədri olan Artur Baqdasaryan 2006-cı il mayın 11-də vəzifəsindən istefa edərək koalisiya hökumətindən ayrılandan sonra yeni hökumət qurulduğu zaman imzalanan memoranduma görə, tərəflərdən biri koalisiyadan ayrılarsa, hökumət koalisiyası dağılmalıydı. Ancaq hökumətin digər ortaqları olan Daşnaksutyun və Respublika partiyaları bu günə qədər hökumətdən ayrılmayıb. Baş nazir Andranik Markaryanın ölümü seçki prosesinin gedişatına təsir edən ikinci ciddi bir amildir və nəticəsi seçkilər keçirildikdən sonra daha aydın hiss ediləcək. Seçki prosesində müxalifət partiyalarının bir cəbhədə toplana və iqtidara qarşı ortaq fəaliyyət planı hazırlaya bilməmələri Ermənistan müxalifətinin ən zəif tərəfləridir. Seçki marafonu başlanmazdan əvvəl hazırda baş nazir olan Serj Sərkisyan və ona yaxın olan bəzi rəsmilərin Respublika Partiyasının İdarə Şurasına seçilmələri müxalifət cəbhəsində olduğu kimi, iqtidar cəbhəsində də, siyasi oyunların oynanıldığını göstərməkdədir. İqtidar cəbhəsində siyasi mübarizə 25 mayda ürək çatışmamazlığından öldüyü iddia edilən Andranik Markaryanla Serj Sərkisyan arasında yaşanmışdı. Sərkisyan Respublika Partiyasının İdarə Şurasına seçilməklə bu mübarizədən qələbə ilə çıxdı və Markaryanın şübhəli ölümündən sonra isə onun yerinə partiyanın lideri oldu. Bu gün müxalifət partiyaları daha çox seçki ərəfəsində yaşanan qanun pozuntularından şikayət edirlər. Əslində, siyasi mübarizə gözlənildiyi qədər qızğın deyil. İqtidar və müxalifət bəzən birbirilərini günahlandırsa da, hadisələrin ümumi dinamizmində yüksəliş yoxdur. Bu əslində, tufanqabağı səssizliyi xatırladır. Seçkilərdə hansı qüvvənin qalib gələcəyi isə indidən bəllidir – bu, Sərkisyanın liderliyində Respublika Partiyası olacaq. Bütün təzyiq mexanizmlərinə sahib olan Sərkisyan seçkiləri istədiyi kimi keçirəcək və hökuməti quracaq. Demokrat imicini vermək üçün isə hakimiyyətə yaxın Çiçəklənən Ermənistan Partiyası kimi bəzi partiyalara parlamentdə yer verəcək. Eyni zamanda Daşnaksutyun, Xalq Partiyası, Qanunlar Ölkəsi, Milli Birlik, Birləşmiş Əməkçi partiyaları və Erməni Ümummilli Hərəkatının da parlamentdə yer almalarına imkan veriləcək. Ermənistan müxalifətinin parlamentdə iddia etdiyi qədər yer alması bugünkü şərtlərdə mümkün deyil. Buna nə iqtidar imkan verər, nə də müxalifətin gücü çatar. Təbii ki müxalifət partiyaları kənarda qalan deyil. İqtidarın hazırladığı kvota çərçivəsində onlara da yer veriləcək.

– Andranik Markaryanın ölümü Ermənistanda keçiriləcək parlament sekilərinin nəticələrinə təsir edə biləcəkmi?

– Markaryanın ölümü iddia edildiyi kimi, bütün tarazlığı alt-üst etmədi, ancaq təbii ki, bəzi dəyişikliklərə səbəb oldu. Hər şeydən əvvəl Markaryanın ölümü ölkədə Qarabağ klanının daha da güclənməsinə səbəb oldu. Markaryanın fiziki varlığı və tutduğu vəzifə “Qarabağ” və “Ermənistan” klanı arasındakı münasibətlərdə tarazlığı qoruyurdu. Ümumiyyətlə, postsovet ölkələrinin əksəriyyətində olduğu kimi, Ermənistanda da seçkilərin ssenarisi əvvəlcədən hazırlanır və həyata keçirilir. Bu ssenaridə bəzi kiçik dəyişikliklər ola bilər, amma hadisələrin məcrası dəyişmir. Böyük bir ehtimalla Ermənistanda da hadisələr bu şəkildə cərəyan edəcək.

– Növbəti baş nazir Qarabağ münaqişəsinin həllində hansı rolu oynaya bilər?

– Daha əvvəlki baş nazirlər də problemin həll edilməsini istəyirdilər. Ancaq istəmək – hələ ki hər şey deyil. Bu cür ciddi problemlərin həll edilməsi bir nəfərdən və yaxud bir siyasi qrupdan asılı deyil. Burda əsas məsələ Ermənistanın hansı güzəştlərə gedəcəyi haqda ümumi razılaşmanın əldə edilməməsidir. Eks-prezident Levon Ter-Petrosyanın aqibəti hələ ki unudulmayıb. Sərkisyana qədər olan və “göyərçin” baş nazirlər (beynəlxalq təcrübədə hər hansı bir problemin sülh yolu ilə həllinə çalışanlara “göyərçinlər”, silah və ya müharibə gücünə həll tərəfdarı olanlara isə “şahinlər” deyirlər – H.C.) müharibə partiyasından olmamalarına rəğmən, problemi həll edə bilməyiblərsə, “şahinlər” qrupunun lideri olan Sərkisyanın problemi güzəştlərə getməklə sülh yolu ilə həll etmə cəsarətini göstərəcəyi mübahisəlidir. Düzdür, Sərkisyan baş nazir olmamışdan əvvəl problemin həll edilməsi istiqamətində qulağa xoş gələn ifadələr işlətsə də, bu, seçkiöncəsi ictimai-siyasi fikri formalaşdırmağa xidmət edir. 2008-ci ildə Ermənistanda prezident seçkilərinin keçiriləcəyi və ən iddialı namizədin Sərkisyanın olduğu nəzərə alınarsa, onun Qarabağ probleminin həlli ilə bağlı güzəştdən danışması kobud bir xəta olar və onun siyasi kariyerasını təhlükəyə ata bilər. Bu mənada, Sərkisyan ancaq prezident seçildikdən sonra Qarabağ probleminin həll edilməsinə çalışa bilər.

– Bir çox ehtimallarda Andranik Markaryanın rəsmi versiyada deyildiyi kimi, ürək çatışmamazlığından yox, zəhərlənərək öldürüldüyü deyilir. Sizcə, bu məlumatlar nə dərəcədə inandırıcıdır?

– Markaryanın ölümü ilə bağlı müxtəlif iddiaların ortaya atılması seçki ərəfəsində bir çox sualları cavabsız qoydu. Ancaq zəhərlənmə ehtimalı da qətiyyən istisna edilməməlidir. Təbii ki, bu bərədə ortada müfəssəl məlumat olsaydı, hadisələri daha dolğun bir şəkildə dəyərləndirə bilərdik. Markaryanın ölümündən sonra Ermənistanın ictimai-siyasi həyatında baş verən hadisələri nəzərdən keçirdiyimiz zaman sui-qəsd ehtimalının istisna edilməməsi zəruriliyi fikri formalaşır.

– Markaryanın ölümündən dərhal sonra, necə deyərlər, mərhumun meyiti soyumamış, Nazirlər Kabinetinin tam tərkibdə istefaya göndərilməsinin səbəbi yalnız konstitusion tələblərlə bağlı olmuşdumu? Yəni, bu istefanı bir neçə gün sonraya saxlamaq olmazdımı?

– Bu məsələ ilə bağlı hər hansı bir fikir bildirmək spekulyasiyaya və fikirlərin haçalanmasına səbəb ola bilər. Bu hüquqi bir aktdır və hökumətin neçə gündən sonra istefaya getməsi o qədər də ciddi problem deyil. Bunu, məncə, siyasi baxımdan deyil, əxlaqi baxımdan dəyərləndirmək daha doğru olardı.

– Ermənistandakı seçkiqabağı vəziyyət bölgənin gələcəyi üçün nələri vəd edir?

– Təbii ki, Ermənistandakı seçkilər sadəcə, bu ölkəni deyil, qonşu dövlətləri, regionda siyasi, iqtisadi və hərbi maraqları olan dövlətləri də maraqlandırır. Seçkilərdən əvvəl Rusiya rəsmilərinin İrəvanı belə demək mümkünsə, su yoluna döndərmələri Rusiyanın maraqlarının hələ uzun müddət bu ölkədə qorunub saxlanılacağına dəlalət edir. ABŞ və Avropa dövlətləri Ermənistanın demokratik dövlət olması üçün əllərindən gələni etdiklərini iddia etsələr də, əslində bütün bu iddialar qlobal geosiyasi oyunun və yaxud mübarizənin maskalanmış kiçik detallarıdır. Təbii ki, Ermənistanda seçki öncəsi vəziyyətin kəskinləşməsi ehtimalı az olsa da, “narıncı inqilab”ın mümkünlüyü və ya gerçəkləşməsi qonşu dövlətlərdə də müxalif siyasi qüvvələrin canlanmasına səbəb ola bilər. Bu iddianı dəstəkləmək üçün Gürcüstandakı “narıncı inqilab”dan sonra region ölkələrindəki siyasi ab-havanı xatırlamaq yetərlidir. Bu seçkilər eyni zamanda regionda demokratiyanın növbəti sınaq mərhələsi kimi də dəyərləndirilə bilər. Regionda demokratikləşmə yolunda hadisələr elə cərəyan edir ki, demokrat və azad düşüncə yox, despot və antidemokratik rejimlər nümunə olaraq qəbul edilir. Bu, hakimiyyəti qoruyub saxlama psixologiyası ilə yanaşı, ictimai-siyasi həyatda demokratikləşmə prosesinin ləng getməsi ilə də izah oluna bilər. Seçki saxtakarlığı ilə seçilən Köçəryan kimi despotlar və seçkilərdən qalib çıxacağına inanılan Sərkisyanın hakimiyyət mübarizəsi buna nümunədir. Ancaq yenə də təbii ki, bu ab-havadan ən çox təsirlənən erməni ictimai-siyasi mühiti olacaqdır.

– Ölkədaxili proseslər, eləcə də Qərbin mövcud maraqları seçkinin nəticələrini rəngli inqilablar seriyasının davamına istiqamətləndirə bilərmi?

– 2008-ci ildə keçiriləcək prezident seçkilərindən öncə və ya sonra üçrəngli inqilabin baş verib-verməyəcəyi haqqında qəti fikir bildirmək hələ ki mümkün olmasa da, parlament seçkiləri ərəfəsində və sonrasında üçrəngli inqilabin baş verməyəcəyini iddia etmək olar. Əslində, “narıncı inqilabı” hazırlayanlar onun postsovet məkanında domino təsiri göstərəcəyinə ümid etmişdilər. Gürcüstandan sonra regionun digər ölkələrində bu nəzəriyyənin özünü doğrultmaması həm daxili, həm də xarici amillərlə bağlı ola bilər. Bu gün Ermənistan müxalifətinin rəngli inqilab hazırlamaq üçün siyasi və sosial bazası zəifdir. Postsovet ölkələrinin əksəriyyətində olduğu kimi, Ermənistanda da müxalifət partiyaları sadəcə iqtidara qarşı müxalifətlik etmirlər, onlar bir-birinə də müxalifdirlər. Təbii ki, hər siyasi partiyanın ayrı siyasi görüşü var. Ancaq prinsipial məsələlərdə belə, ortaq məxrəcə gəlmədikdə müxalifətin gücündən bəhs etmək və yaxın bir ildə Ermənistanda rəngli inqilabın olacağını iddia etmək sadəlöhvlük olardı.

– Seçki prosesinin qeyri-demokratik qiymətləndirilməsi Ermənistanı real olaraq hər hansı siyasi sanksiyalarla üz-üzə qoya bilərmi?

– Ümumiyyətlə, Ermənistanda müstəqillik sonrası keçirilən seçkilərdə ən demokratik olan birinci prezident seçkiləri hesab olunur. Daha sonra keçirilən seçkilərin hamısında ciddi qanun pozuntularının olduğu seçki müşahidəçiləri tərəfindən birmənalı şəkildə ifadə edilmişdir. Heç şübhəsiz ki, Sərkisyan demokratik seçkilərdə qələbə qazana bilməz. Beynəlxalq qeyri-hökumət təşkilatları və müxalifət partiyaları seçkilərdə ciddi saxtakarlıq ediləcəyini iddia edirlər. Təbii ki, Avropa Şurası, ABŞ və bir çox beynəlxalq təşkilatlar seçkilərdən sonra qeyd olunan qanun pozuntuları haqqında məlumat verəcəklər. Ancaq Rusiya və MDB məkanından gələn müşahidəçilərin əksəriyyəti seçkilərin normal keçirildiyini iddia edəcəklər ki, burada xüsusilə Rusiyanın siyasi ambisiyaları nəzərə alınmalıdır. Rusiya üçün Ermənistanın demokratikləşməsi deyil, vassal asılılığın davam etməsi əhəmiyyətlidir. Seçkilərə qiymət Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən veriləcək. Ermənistan hökuməti də seçkilərin demokratik keçdiyi imicini yaratmaq üçün əlindən gələni edəcək. Qanun pozuntuları olsa belə, Ermənistana ciddi sanksiya tətbiq ediləcəyi ehtimalı azdır. Avropa Şurası onsuz da Rusiyanın əyaləti vəziyyətində olan Ermənistanı özündən bir az daha uzaqlaşdırmaması üçün kəskin bir şəkildə fikrini bildirməz. Ola bilər ki, ABŞ millenium proqramı çərçivəsində Ermənistana verilən maliyyə yardımını kəssin. Ancaq bu zaman erməni diasporunun Ermənistanın lehinə müdaxilə edəcəyi şübhəsizdir. Sanksiyalar tətbiq edilsə belə, təbii ki, seçkilərin nəticəsini dəyişdirməyəcək.

– Serj Sərkisyan Ermənistandakı korrupsiyanın əsas simalarından sayılır. Bu fakt seçkilər günü onun partiyasının taleyini hansı yerə qoya bilər? Yəni, Serj Sərkisyan və onun komandası bu ittihamların əsassız olduğunu sübuta yetirmək üçün hansı taktikadan istifadə edə bilər? Yəni, siyasi fəaliyyətində elə bir nüans varmı ki, bununla korrupsioner imicini müsbət rənglərlə maskalaya bilsin?

– Həqiqətən də Sərkisyan Ermənistanda korrupsiyada ən çox adı hallanan nazir idi. Bunu sadə xalq da bilir, ancaq bu faktor onun qələbə qazanmasına əngəl olmayacaq. Sərkisyanın korrupsioner olduğunu sübut etmək bunu iddia edən tərəfin işidir. Yəni Sərkisyanın “Xeyr, mən korrupsioner deyiləm” deməsinə belə, ehtiyac yoxdur. İddialar sübuta yetirilmədikcə və məhkəmə qərarı olmadan kimsə cinayətkar sayılmır. Bunlar demokratik dövlətlərdə ciddi arqument olsa da, Ermənistan kimi despot rejimlərdə seçki prosesinin kiçik detallarıdır.

– Serj Sərkisyanın baş nazir postuna gətirilməsini varis planının başlanğıcı hesab etmək olarmı?

– Əslində, Sərkisyanın varis planının birinci mərhələsi Artur Baqdasaryanın koalisiya hökumətindən ayrılmasından sonra başlamışdı. Bugünkü vəziyyəti planın ikinci mərhələsi saymaq olar. Markaryan 2006-cı ilin əvvəllərinə qədər prezident seçkilərində iştirak edəcəyini bildirsə də, sonralar, nədənsə, bu barədə susmağa üstünlük verdi. Bəlkə də Markaryan Sərkisyanın (həm də Qarabağ klanının) təzyiqlərinə dözməyərək baş nazir kreslosunda qalmağa razı olmuşdu. Varis planı bu gün də uğurlu bir şəkildə həyata keçirilir. Sərkisyanın müdafiə nazirinin müavini Artur Aqabekyan və 4-cü ordunun komandanı Seyran Saroyanı siyasətə transfer etməsi həm onun siyasi dayaqlarını gücləndirib, həm də Qarabağ klanının ömrünü uzadıb. Ancaq Ermənistanda Sərkisyan/Qarabağ klanının güclənməsindən ciddi şəkildə narahat olan siyasi qüvvələr də var. Belə ki, Respublika Partiyasının qurultayından qayıdan Gümrü meri Vardan Qukasyan və yenə bu partiyadan olan Akop Akopyana qarşı terror aktının təşkil edilməsi onu göstərir ki, parlament seçkilərindən sonra, prezident seçkilərindən əvvəl Ermənistanda daxili ictimai-siyasi vəziyyət dəyişə bilər. Amma 2008-ci ildə keçiriləcək prezident seçkilərinə qədər Ermənistanın daxili ictimai-siyasi həyatında ciddi bir dəyişiklik olmasa, Sərkisyanın prezident seçilməsi qarşısında ciddi əngəl yoxdur.

– Sizcə, Ermənistanda keçiriləcək seçkilərdə Qərb, yoxsa Rusiya yönümlü qüvvələrin qələbəsi daha realdır?

– Qərb, heç bir zaman Ermənistanda Azərbaycan və Gürcüstanda olduğu qədər güclü olmayıb. Rəsmi İrəvan özünün iqtisadi və təhlükəsizlik sahəsində Qərblə münasibətlər qursa da, Ermənistan Rusiya ilə inteqrasiyanı prioritet seçdiyi üçün Qərbin bu ölkə ilə bağlı səyləri istənilən nəticələri vermir. Ermənistanın qısa və orta müddətdə Rusiyanın periferiyasından uzaqlaşması və normal bir dövlət kimi formalaşması hələ ki, mümkün deyil. Buna görə də Rusiyayönümlü gücün seçkilərdə qələbə çalması daha real görünür.

– Adətən, Qarabağ münaqişəsinin açarının Rusiyanın əlində olduğu barədə fikirlər səslənir. Başqa sözlə, Gürcüstanda olduğu kimi, Ermənistanda da hakimiyyət seçimində ABŞ maraqlarının təmin olunması münaqişənin həllinə nə kimi təsir edə bilər?

– Gürcüstanın birmənalı şəkildə Qərbin yanında olduğunu açıqlaması Osetya və Abxaziya problemini həll etdimi?! Xeyr, əksinə, Rusiyanın bu qondarma qurumlarla daha yaxın münasibətlər qurmasına, iqtisadi və siyasi bütünləşməsinə səbəb oldu. Qərb, Osetya və Abxaziya probleminin həll edilməsinə görə Rusiya ilə münasibətlərini heç bir zaman pozmayacaq. Bəzən Rusiyaya meydan oxuyan bəyanatlar səslənsə də, bu, Gürcüstanın könlünü almaq cəhdindən başqa bir şey deyil. Ermənistan Rusiyadan ayrılaraq birmənalı şəkildə ABŞ-ın maraqlarını qoruya bilməz. Buna nə Ermənistanın siyasi eliti, nə də siyası sistemi imkan verməz.

– Ukrayna və Gürcüstandan fərqli olaraq, Qərb Ermənistandakı seçkilərə bir o qədər maraq göstərmir. Sizcə, bu nə ilə bağlıdır – Qərb Ermənistanın tam şəkildə Rusiyanın nəzarətində olması ilə barışıb, yoxsa erməni lobbisinin bu mövqenin formalaşmasının rolu olub?

– Qərb Ermənistandakı seçkilərə təbii ki, maraq göstərir, ancaq bu ölkədəki təsir mexanizmləri Gürcüstan və Ukraynada olduğu kimi güclü deyil. Ermənistan iqtidarı və ictimai rəyi Avropa fəlsəfəsini qəbul etməkdə ciddi problemlər yaşayır. Qərb hər vəchlə Ermənistanın Rusiyanın periferiyasından uzaqlaşmasına çalışır. Beynəlxalq siyasətdə hadisələr təmkinli, ancaq asta cərəyan edir.

– Rəsmi Bakı və ölkənin milli maraqları üçün Ermənistandakı seçkilərin hansı nəticə ilə başa çatması daha məqbuldur?

– Ermənistandakı seçkilər Azərbaycanı da ciddi şəkildə maraqlandırır. Bu məsələ xüsusilə Dağlıq Qarabağ probleminin həll edilməsi baxımından əhəmiyyətlidir. Sərkisyanın parlament seçkilərində qələbə qazanması və 2008-ci ildə prezident seçilməsi münaqişənin həlli prosesini gecikdirə bilər. Ancaq bu eyni zamanda bəzi fürsətləri də yanaşı gətirir. Yəni, Sərkisyan hər nə qədər “şahinlər”i təmsil etsə də, qarşılıqlı güzəştə getmək üçün siyasi iradə nümayiş etdirə bilər. Ermənistandakı siyası partiyaların ümumi xarakteristikasında Azərbaycan maraqlarına cavab verən siyasi güc yoxdur. Azərbaycan “yaxşıların ən yaxşısını” deyil, “pislərdən ən az pis olanı”nı seçə bilər. Ancaq bu o demək deyil ki, Azərbaycan, hadisələri sadəcə, müşahidə etməlidir. Azərbaycan, Ermənistanda hakimiyyətə gəlməyə iddialı olan bütün siyasi partiyalar haqqında arayışları, liderlerin siyasi və psixoloji portretini hazırlamalı, siyasi hadisələrə müdaxilə etmə imkanlarını araşdırmalı, masa arxasında oturmağa uyğun gördüyü siyasi partiyaları maddi və mənəvi olaraq dəstəkləməli, uzun müddətli layihələr hazırlayaraq həyata keçirməlidir.
İlhamə QASIMLI

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Sentyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30