Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? Previous Article
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?Next Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Line Spacing+- AFont Size+- Print This Article
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru

Ermənistanda cari il aprel ayının 2-də keçiriləcək[1] parlament seçki marafonunun başlamasından xeyli əvvəl ölkənin daxili siyasi həyatında yaşanan və dərin izlər buraxan aprel hadisələri, Sasna Çrer silahlı qrupun post-patrul alayını girov alması, bu hadisələrin nəticəsi olaraq baş nazir Ovik Abraamyanın istefa etməsi, son zamanlarda isə Sabiq XİN rəhbəri Vardan Oskanyanın lideri olduğu Birlik Partiyasının fəaliyyətinə canlılıq gətirməsi, sabiq Müdafiə naziri Seyran Ohanyanın yeni partiya quraraq böyük siyasətə başlamaq təşəbbüsünü diqqətə alırsaq, seçkilərin “su altı qayalarla dolu” bir prosesdən keçəcəyini ehtimal etmək mümkündür.

Serj Sərkisyan tərəfindən 2015-cü ildə “siyasi səhnədən qovulmuş” Çiçəklənən Ermənistan Partiyasının Sədri Qaqik Çarukyanın bu hadisələrin paralelində yenidən böyük siyasətə dönməyə təşəbbüs edir. Çarukyanın dönüşünün ilk işarələri 2016-cı ilin əvvələrində ortaya çıxsa da son zamanlarda yenidən gündəmə gəlir.

Yuxarıda qeyd edilən hadisələr Ermənistan hakimiyyətinin mövqeyini ciddi şəkildə zədələdi. Bu da təbii olaraq siyasi həyatdan uzaq qalmış və ya passivləşmiş siyasi partiyaların yenidən dönüşünə səbəb oldu.

Çiçəklənən Ermənistan Partiyasının lideri Çarukyanın parlament seçkilərindən əvvəl yenidən aktivləşməsinin səbəblərini aşağıdakı kimi təsnif etmək mümkündür:

-Sərkisyan 2016-cı ildə yaşanan hadisələr nəticəsində siyasi və ictimai mövqeyinin zəiflədiyini hiss edir, Seyran Ohanyanın, Vardan Oskanyanın siyasi partiya quraraq siyasət meydanına gəlməsindən narahatdır və buna görə, daha əvvəldən işlədiyi, tanıdığı, siyasi gedişlərini bildiyi Çarukyanın böyük siyasətə qayıtmasına izin verdi.

-Çarukyan özü 2016-cı ildə Ermənistanda yaşanan hadisələr nəticəsində Sərkisyanın ölkədə siyasi və ictimai mövqeyinin zəifləməsindən istifadə edərək, böyük siyasətə yenidən qayıtmaq istəyir; Sərkisyanın mövqeyinin zəiflədiyini və buna qarşı çıxa bilməyəcəyini düşünür.

Çarukyan 2016-cı il oktyabr ayının 26-da jurnalistlərə verdiyi müsahibədə siyasətə qayıdacağını istisna etmədiyini bildirmişdir.[2] Qeyd edək ki, Çarukyan özü siyasətdən kənarda qalsa da, Çiçəklənən Ermənistan Partiyası parlamentdə ikinci böyük fraksiyaya sahibdir.

Çarukyanın siyasətə qayıtmaq ehtimalını istisna etmədiyini bildirməsindən sonra partiyanın tanınmış nümayəndələri onun geri dönüş prosesinə zəmin hazırlmaq üçün KİV-də təbliğata başladılar. Çiçəklənən Ermənistan Partiyasından Naira Zohrabyan “Çarukyan ölkədə ciddi dəyişikliklər etmək üçün siyasətə geri dönür,”[3] Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası katibi Vahe Enfiacyan “Biz Çarukyan ilə geniş müzakirə apardıq və onun partiya sədri olaraq aktiv siyasətə geri dönməsi haqqında qərar alındı”[4] deyərək Çarukyanın geri qayıdacağını bildirdi.

Çarukyanın özü bir müddət parlamentdə təmsil olunmasa da, bu o demək deyildir ki, siyasi həyatdan tamamən uzaqlaşıb. Belə ki, partiyasının millət vəkilləri parlamentdə hələ də fəaliyyət göstərir və yəqin ki, cərəyan edən siyasi hadisələr barədə Çarukyana məruzə edirlər. Partiya siyasi və maliyyə potensialını əhəmiyyətli dərəcədə qoruyub saxlaya bilib və son aylarda təbliğat kampaniyalarındakı canlılıq hiss olunur və erməni ictimai siyasi mühitində Çarukyanın geri dönüşü geniş müzakirə edilir.

Siyasi fəlsəfəsinə görə, partiya liberal əyilimli mötədil mərkəzdə dayanan görüşə sahibdir. Bu cür fəlsəfəyə sahib olduğu üçün partiya bu günkü erməni ictimai-siyasi həyatının dinamizmi diqqətə alındığında geniş kütləyə xitab edə biləcək potensiyala sahibdir.

Partiya üçün əsas problem strukturu və fəlsəfi görüşü deyil, bu fəlsəfi görüşünü kütlələrə necə çatdırmağından irəli gəlir. Yəni problemin mahiyyəti bir az da siyasi marketinq texnologiyası ilə bağlıdır.

Ermənistan KİV-lərində məqsədli və ya məqsədsiz olsun, Çarukyanın siyasət meydanına geri qayıtması müzakirə edilərkən unudulan bir məsələ var. Yuxarıda qeyd edilənlərə rəğmən, Çarukyan və partiyası siyasi olaraq gücləndiyi üçün, yeni ideoloji arqumentlərlə, iqtisadi və siyasi planma və siyasi texnologiya taktikalarını mənimsədikləri üçün deyil,  Sərkisyan və hakim Ermənistan Respublika Partiyasının 2016-cı ildə cərəyan edən siyasi hadislər nəticəsində mövqelərinin zəiflədiyi üçün siyasətə qayıtmağa qərar verilib. Aprel ayının 2-nə qədər Sərkisyan və hakim Ermənistan Respublika Partiyası Çiçəklənən Ermənistan Partiyasının lideri Çarukyan haqqında ciddi kompromat materiallar yaymasa və təhdid etməsələr, onun siyasət meydanına qayıtma və müəyyən uğurlar əldə etmə ehtimalı yüksəkdir. Ən azından parlamentdə yerlərini qoruyub saxlaya biləcəyi nəzərə alınmalıdır.

 

[1]Парламентские выборы в Армении пройдут 2 апреля 2017 года http://www.panarmenian.net/rus/news/­229357/, 29 декабря 2016.

[2] Гагик Царукян не исключает своего возвращения в политику (Армения), https://eadaily.com/­ru/news/2016/10/26/gagik-carukyan-ne-isklyuchaet-svoego-vozvrashcheniya-v-politiku-armeniya, 26 октября 2016.

[3] «Я возвращаюсь». Фанфары и аплодисменты. Гагик Царукян,  https://regnum.ru/news/polit/2214155.html, 06 12 2016.

[4] Гагик Царукян дал согласие на возвращение в политику?, http://www.armenianreport.com/pubs/144588/,

2016-12-05.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

Mart 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 123
45678910
11121314151617
18192021222324
25262728293031