İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər əvvəlki məcrasına qayıdırPrevious Article
Səudiyyə Ərəbistanı-Misir: ikitərəfli münasibətlərdə yeni mərhələNext Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ermənistanda referendum sonrasında yeni mərhələ: koalisiya hökumətinə doğru

Line Spacing+- AFont Size+- Print This Article
Ermənistanda referendum sonrasında yeni mərhələ: koalisiya hökumətinə doğru

Hatem Cabbarlı,

siyasi elmlər doktoru

12 fevral 2016 

Son bir neçə ildə Ermənistanda Konstitusiya dəyişikliyi məsələsi müzakirə edilirdi və nəhayət 2015-ci il dekabrın 6-da Ermənistanda Konstitusiya islahatı barədə referendum keçirildi. Referendumun məqsədi Ermənistanda prezident üsul-idarəsindən tam parlament üsul-idarəsinə keçməyi təmin etmək idi.

Ermənistan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, səsvermənin keçirilməsi üçün 1997 seçki dairəsində 2,5 milyon vətəndaş qeydiyyata alınmışdır. Səsvermədə 1,239,368 nəfər, yəni seçicilərin 50,51 faizi iştirak etmişdir. Səsvermənin nəticələrinə görə 63,35 faiz (825,622) nəfər Konstitusiya islahatının lehinə, 32,35 faiz (421,593) nəfər isə əleyhinə səs verib.[1]

Konstitusiya islahatı barədə referendumda qəbul edilən dəyişikliklər:

-prezident yeddi il müddətinə seçilir (əvvəl beş illiyə seçilirdi);

-prezidenti xalq yox, millət vəkilləri və yerli özünü idarəetmə orqanlarının nümayəndələri seçir. Bu nümayəndələr millət vəkillərinin sayı qədər olacaq;

-prezidentin bir dəfə seçilmə haqqı vardır;

-ali icraedici orqan dövlətin xarici və daxili siyasətini həyata keçirən hökumət olur;

-hökumət, eyni zamanda, dövlət idarəetmə sisteminə rəhbərlik edir;

-prezident parlament seçkilərində qalib gəlmiş siyasi partiyanın və yaxud blokun liderini baş nazir təyin edir;

-parlamentdə təmsil olunan siyasi partiyalar baş nazirin təyin edilməsi məsələsində razılığa gəlməsə parlament buraxılır;

-silahlı qüvvələr hökumətə tabe olur və baş nazir Ali Baş Komandan olur;

-proporsional sistemə görə seçilən parlament 101 deputatdan ibarət olur;

-parlamentdə milli azlıqlara yer ayrılır;

-parlamentdə sabit çoxluq təmin edilmədikdə ikinci mərhələ səsvermə təklif edilir. Bu zaman sadəcə ən çox səs toplayan iki partiya iştirak edir;

-Mərkəzi Seçki Komissiyasının tərkibi dəyişir. Komissiya üzvləri deputatların ümumi sayının 3/5-nün səsverməsi ilə seçilir və ardıcıl olaraq,  iki dəfə seçilmə haqqına malikdir. [2]

Referendumun keçirildikdən sonra Ermənistan iqtidarının qarşısında duran ən əhəmiyyətli məsələ 2017-ci ildə keçiriləcək parlament seçkilərindən əvvəl koalisiya hökumətini qurmaq olmuşdur. Qeyd edək ki, bu, Ermənistanın siyasi həyatında ilk dəfədir ki, parlament seçkilərindən sonra deyil, əvvəl qurulması ehtimal edilən ilk koalisiya hökuməti ola bilər. Belə ki, bu günə qədər Ermənistanda parlament seçkiləri arasında koalisiya hökuməti qurulmayıb. Böyük bir ehtimal ilə Ermənistan iqtidarının ara mərhələdə koalisiya hökuməti qurması konstitusiya islahatından əvvəl Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklə bağlıdır. Referendum nəticələrinin saxtalaşdırılması barədə müxalifət və müşahidəçilərin şikayətləri hələ də məhkəmələrdə baxılır. Belə bir şəraitdə Ermənistan iqtidarı daxili etirazı və Avropa İttifaqının təzyiqlərini azaltmaq üçün koalisiya müzakirələrinə daha tez başlamağa məcbur qalmışdır.  İqtidar referendumdan dərhal sonra bu barədə hakimiyyətdə təmsil olunmayan digər siyasi partiyalar ilə müzakirələrə başlayacağı barədə məlumat versə də, hakim Ermənistan Respublika Partiyasının İcra orqanının cari ilin yanvar ayının sonlarında keçirilən iclasında bu barədə qəti qərar alınmadığı bildirildi.[3] Bununla belə daxili siyasi həyatı dinamik saxlamaq üçün Ermənistan Respublika Partiyasının Mətbuat katibi Eduard Şarmazanov Azadlıq radiosuna məsələ ilə bağlı verdiyi müsahibədə koalisiya hökuməti qurmaq üçün qapılarının açıq olduğunu, təbii ki sağlam siyasi qüvvələrin hamısı ilə əməkdaşlıq edəcəklərini, ancaq hələlik əməkdaşlıq formasının necə olacağı haqqında məlumat verə bilmədiyini qeyd etmişdir.[4]

Ermənistanın daxili ictimai-siyasi həyatında Daşnaqsutyun Partiyası, Çiçəklənən Ermənistan Partiyası, Qanunlar Ölkəsi Partiyası, Erməni Milli Konqresi və digər siyasi partiyalar fəaliyyət göstərsə də, məsələ ilə bağlı Ermənistan KİV-də hələlik Daşnaqsutyun Partiyasının koalisiya hökumətində yer alacağı barədə informasiyalar önə çıxır.

Belə informasiyaların artdığı ərəfədə Daşnaqsutyun Partiyasından Armen Rustamyan məsələyə açıqlıq gətirərkən, iqtidarı tənqid etməkdən çəkinməmiş, hökumətin özünü etibardan, nüfuzdan saldığını, bunun hər kəsə məlum olduğunu, amma bütün bunlara baxmayaraq etibarını itirmiş hökumətin ölkədəki vəziyyətə real olaraq müdaxilə etmək imkanlarının tükənmədiyini, belə bir hökumətlə koalisiyada yer alacaqları təqdirdə bəzi şeyləri dəyişdirməyə imkanlarının olduğunu bildirmişdir.[5] Ancaq Ermənistan iqtisadiyyatındakı durğunluq, sosial problemlər, bölgə və beynəlxalq aləmdə yaşanan iqtisadi, siyasi və təhlükəsizlik böhranı əlbəttə Ermənistandan da yan keçməyib. Bundan başqa hansı nazirliklərin Daşnaqsutyun Partiyasına veriləcəyi məsələsi barəsində razılıq əldə edilməyib. Belə bir şəraitdə Rustamyanın iddia etdiyi kimi, Partiyasının koalisiya hökumətində təmsil olunsa belə, yuxarıda göstərilən problemlərin həll edilməsində necə rol oynaya bilər? Daşnaqsutyun Partiyasının koalisiya hökumətindən vaxtından əvvəl ayrılması ehtimalını da nəzərdən qaçırmaq olmaz.

Rustamyanın bu bəyanatından sonra Ermənistan Respublika Partiyasından Eduard Şarmazanov Daşnaqsutyun Partiyasının Ermənistan Respublika Partiyasının reputasiyası haqqında mənfi fikirlərinin davam edəcəyi təqdirdə, uyğun nəticələri çıxaracaqlarını bildirmiş və xəbərdarlıq etmişdir.[6]

Cari ilin fevral ayının 9-da Ermənistan Respublika Partiyası verdiyi bəyanatda koalisiya hökuməti barədə Daşnaqsutyun Partiyası ilə prinsipial olaraq razılığa gəldiklərini və ortaq fəaliyyət barədə ilkin razılaşma əldə edildiyini bildirdi.[7]

Ancaq bu razılaşmanın necə nəticə verəcəyi, nazirliklərin paylaşılması məsələsində Daşnaqsutyun Partiyasının tələblərinin hökumətin diqqətə alıb almayacağı haqqında dəqiq fikir bildirmək mümkün deyil. Müzakirələr zamanı müxtəlif problemlər ortaya çıxa bilər.

Hökumətin Daşnaqsutyun Partiyası ilə koalisiya müzakirələrinə başlamasının əhəmiyyətli səbəblərindən biri də, 2003 və 2008-ci illərdə koalisiya hökumətində təmsil olmasıdır. Hər nə qədər Daşnaqsutyun Partiyası hökumətin 2009-cu ildə Türkiyə ilə protokollar imzalamasından sonra koalisiya hökumətindən ayrılsa da, mövcud hakimiyyət yenidən bu partiya ilə müzakirələrə başlamağı uyğun görmüşdür.

Hələlik digər siyasi partiyalar ilə koalisiya hökuməti qurmaq məsələsi geniş müzakirə edilməsə də, böyük bir ehtimalla Ermənistan Respublika Partiyası qurulacaq koalisiya hökuməti daxilində Daşnaqsutyun Patrtiyasını nəzarətdə saxlamaq və yeri gəldiyində təzyiq etmək üçün başqa bir partiyanı da koalisiya hökumətinə daxil edə bilər.

[1] ЦИК завершила подсчет голосов: За конституционные реформы проголосовали 63,35 %, против 32,35 %, http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=139434, 07.12.2015.

[2] Ереван и Венецианская комиссия заявляют об отсутствии принципиальных разногласий по проекту конституционных реформ, http://newsarmenia.ru/politics/20150824/43264505.html, 24/ 08/ 2015.

[3] Саркисян углубляет интригу http://www.lragir.am/index/rus/0/comments/view/46629, 30 Января 2016

[4] Ованнес Мовсисян, Республиканская партия «ни перед кем не закрывает двери», http://rus.azatutyun.­am/content/article/27518314.html, 29.01.2016.

[5] Рузанна Степанян, Дашнакцутюн считает, что РПА дискредитирована, http://rus.azatutyun.­am/content/article/27525067.html, 01.02.2016.

[6] АРФД: между коалицией и сотрудничеством, http://www.7or.am/ru/news/view/100361/, Февраль 02, 2016.

[7] Шармазанов: РПА и АРФД в целом достигли предварительного согласия о единой работе http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=142044, 10.02.2016.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Cənubi Qafqaz

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

İyul 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031