Qondarma DQR-də “surroqat anadan” müxalifətin doğuluşuPrevious Article
İkili standartlar və yaxud ABŞ-Ermənistan münasibətlərinin mahiyyətiNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ermənistanın daxili ictimai-siyasi vəziyyəti

Line Spacing+- AFont Size+- Print This Article
Ermənistanın daxili ictimai-siyasi vəziyyəti

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

23 oktyabr 2012

 

Ermənistanda cari ilin may ayında keçirilən parlament seçkilərindən sonra daxili ictimai-siyasi vəziyyətdə nisbi sakitlik yaransa da, son zamanlarda yeni problemlər müzakirə edilməkdədir. Bu baxımdan daxili siyasətdə ortaya çıxan yeni dinamizmləri aşağıdakı kimi təsnif etmək olar:

-Ramil Səfərovun Azərbaycana geri verilməsindən sonra hökumətin çətin vəziyyətə düşməsi və bu məsələ ilə bağlı ictimaiyyətin hökumətə yönəlik təzyiqi;

-Çiçəklənən Ermənistan Partiyasından (ÇEP) deputat seçilən sabiq XİN rəhbəri Vardan Oskanyanın “Sivilatis” fondu vasitəsiylə çirkli pulların yuyulması və mənimsəməsi iddiası ilə bağlı olaraq Baş Prokurorun vəsadəti ilə deputat mandatının əlindən alınması;

-Ermənistan iqtisadiyyatının qarşılaşdığı problemlər və tənəzzülə uğraması;

-Ermənistanın Avrasiya Birliyinə qoşulması üçün Rusiyanın təzyiqlərini artırması paralelində bu ölkənin Avropa İttifaqı ilə iqtisadi və siyasi münasibətlərinin gələcək perspektivi;

-Rusiyadan aldığı təbii qazın qiyməti ilə bağlı Rusiya ilə müzakirələrin nəticələndirilməməsi və bu mövzunun ölkə daxilində müzakirə edilməsi;

Suriya böhranından əziyyət çəkən Suriyəli ermənilərin Ermənistana gətirilməsi və yaxud Hələbdə onların təhlükəsizliyini qorumaq problemi;

-Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ölkədə cari ildə keçirilən parlament və gələn il keçiriləcək prezident seçkilərinin nə qədər demokratik olduğu və yaxud olacağı məsələsi;

-Dağlıq Qarabağ probleminin hələ də həll edilməməsi.

Bütün bu məsələlərin gündəmdə olmasının əsas səbəbi isə 2013-cü ilin fevral ayında Ermənistanda keçiriləcək prezident seçkiləridir. İkinci dəfə prezident olmağa iddialı olan Serj Sərkisyan yuxarıda sadalanan problemlərlə bağlı ictimai rəyi məmnun edən heç bir nəticə əldə etməmişdir. Belə ki, Ramil Səfərovun Azərbaycana geri verilməsindən sonra isterik vəziyyətə düşən Sərkisyan, tək çarəni Macarıstan ilə münasibətləri parlament səviyyəsində dayandırmaqda görmüşdür. Sərkisyan bu məsələnin prezident seçkiləri marafonunda rəqibləri tərəfindən ona qarşı istifadə edəcəyini çox gözəl bilir. Vardan Oskanyana yönəlik təzyiqlərin də Səfərovun Azərbaycana geri verilməsindən sonra arması da təsadüfi deyildi. Sərkisyan bununla ictimai rəyin diqqətini bu məsələdən yayındırmağa çalışmışdır. Eyni zamanda Oskanyan məsələsini qabartmaqla ən güclü müxalifət partiyasına qarşı təzyiqləri artıraraq digər kiçik siyasi partiyalara “mesaj” verməyə çalışır. ÇEP ən güclü və böyük maliyyə vəsaitinə sahib olan partiyadır. Oskanyanın deputat mandatı əlindən alındıqdan sonra Avropa İttifaqına üzv olan dövlətlərin Ermənistandakı səfirlərinin Oskanyanı dəstəkləyən mahiyyətdə bəyanatlar verməsi dolayısıyla ÇEP-ə verilən dəstək kimi də dəyərləndirilə bilər. Bu baxımdan ÇEP lideri Qaqik Çarukyan prezident seçkilərində namizəd olaraq Sərkisyanın qarşısına çıxarsa, Sərkisyanın saxtakarlıq etmə imkanı olduqca məhdudlaşır. Zira, Avropa İttifaqı prezident seçkilərinin daha şəffaf və demokratik keçirilməsi üçün Sərkisyana təzyiqlərini artıra bilər.

Sərkisyan son zamanlarda Rusiyanın Avrasiya Birliyində iştirak etmə tələbə ilə qarşılaşır və ciddi bir dilemma qarşısındadır. Avrasiya Birliyinə üzv olarsa, Avropa İttifaqı ilə münasibətlərində ciddi problemlər yaşana bilər. Bu zaman Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir çox layihə dayandırıla bilər. Avropa İttifaqı Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa çalışdığı bir zamanda Ermənistanın Avrasiya Birliyinə inteqrasiya olması onsuz da böhran vəziyyətində olan Ermənistan iqtisadiyyatında dərin izlər buraxa bilər. Rusiyanın Ermənistanı Avrasiya Birliyinə dəvət etdiyi və prezident seçkilərinin keçiriləcəyi ərəfədə bu ölkəyə satdığı təbii qazın qiymətinin qaldırılması məsələsini gündəmə gətirməsi də olduqca düşündürücüdür.

Daxili ictimai rəydə narazılıq doğuran bir məsələ də hökumətin Suriya ermənilərinə yönəlik siyasətinin qənaətbəxş olmamasıdır. Böhranın dərinləşdiyi ilk vaxtlarda “Armavia” hava yolu şirkəti Hələbə iki təyyarə göndərib bir neçə yüz ermənini ölkəyə gətirsə də, Suriya ermənilərinin böyük əksəriyyəti Hələbdə qalmağa məcbur olmuşdur. Hökumət Suriya erməniləri üçün sadələşdirilmiş viza xidmətini gündəmə gətirsə də, hələlik bunu həyata keçirməyib. Sərkisyanın Suriya ermənilərinə bu cür ögey münasibət göstərməsi xüsusilə diaspora erməniləri tərəfindən narazılıqla qarşılanır.

Gürcüstanda keşirilən parlament seçkilərində müxalifətin qələbə qazanması da Ermənistan müxalifətinin tələblərinin sərtləşməsinə səbəb oldu. Artıq müxalifət prezident seçkilərinin şəffaf və demokratik bir şəraitdə keçirilməsi üçün təzyiqlərə başlayıb. Müxalifət liderlərinin ABŞ və Avropa dövlətlərinin səfirləri ilə mütəmadi görüşməsi də Sərkisyanı narahat edir. Belə bir şəraitdə Sərkisyan komandasında parçalanma ehtimalı daha da artmaqdadır.

Sərkisyan prezident olduğu birinci beşillikdə Dağlıq Qarabağ probleminin həll edilməsi üçün lazımi siyasi iradə nümayiş etdirə bilmədi. Ermənistanın iqtidar və müxalifət siyasi eliti Qarabağ problemi həll olunmadan Ermənistanın sosial, siyasi, iqtisadi və təhlükəsizlik probleminin həll olunmayacağını bilir. Amma hökumət bu məsələnin həll olunması üçün radikal addım atmaqdan çəkinir. 20 ildən çoxdur Ermənistan ictimai rəyinə qondarma DQR-in “müstəqil” dövlət olduğunu təlqin edən hökumət, erməni xalqına  həqiqətləri deməyə cəsarət etrmir. Belə ki, həqiqəti demək istəyən Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanın aqibəti hamıya məlumdur.

Yuxarıda ifadə edilən problemlərin məngənəsində sıxılan Sərkisyan 2013-cü il prezident seçkilərində qələbə çalmağa çalışır. Bunun üçün də ölkə daxili dinamizmləri lehinə dəyişdirmək üün bütün mümkün mexanizmlərdən istifadə etməyə çalışır. Buna baxmayaraq Sərkisyanın prezident seçkilərində ciddi problemlərlə qarşılaşacağı ehtimalı olduqca yüksəkdir.

 

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Cənubi Qafqaz

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Noyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930