Azərbaycan-Gürcüstan münasibətləri və ErmənistanPrevious Article
Ermənistan silahlanma yarışında Avropada birinci yerdədir Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ermənistanın miqrant problemində maliyyə dəstəyi hiyləgərliyi

Line Spacing+- AFont Size+- Print This Article
Ermənistanın miqrant problemində maliyyə dəstəyi hiyləgərliyi

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru

05 aprel 2016

Yaxın və Orta Şərqdə son illərdə yaşanan məlum hadisələr bölgənin təhlükəsizlik mühitində ciddi problemlərə səbəb olmuş, milyonlarla insan yaşadığı yerləri tərk edərək daha təhlükəsiz dövlətlərə sığınmağa cəhd edir. Qeyri rəsmi məlumatlara görə bölgəni təxminən 5 milyon insan tərk etmişdir. Ən böyük miqrant hərəkəti isə Suriyada vətəndaş müharibəsinin başlamasından sonrakı dövrə təsadüf edir.

Bölgədə yaşanan miqrant dalğasının ən böyük ağırlığını heç şübhəsiz Türkiyə çəkir. Türkiyədə təxminən 3 milyon miqrant var və onların sosial problemlərini həll etmək üçün indiyə qədər təxminən 10 milyard dollardan çox pul xərcləyib. Türkiyə böyük humanizm göstərərək, digər dövlətlərdən fərqli olaraq miqrant qəbul edərkən, din, irq, sosial status və millət ayrımı etmir, ölkəsinə sığınan hər kəsin təhlükəsizliyini təmin etməyə çalışır.

Bir neçə ay bundan əvvəl miqrant dalğasının kiçik bir hissəsi Avropaya çatdığında, Avropa dövlətləri bundan olduqca narahat oldu və miqrant axınının qarşısını almağa çalışdı. Əslində Türkiyə ilə uzun müzakirələrdən sonra müəyyən mənada bu problemi həll etdi.

Miqrant problemi bu gün də ön plandadır, çox az sayda miqrant qəbul edən dövlətlər bunu beynəlxalq ictimaiyyətə humanizm və insana verdikləri dəyərlə açıqlamağa çalışsa da, heç biri Türkiyənin təxminən 3 milyon miqranta ev sahibliyi etdiyi gerçəkliyini ifadə etmək cəsarətini göstərmədi.

Bu mövzu beynəlxalq ictimai rəyin diqqət mərkəzində olduğu üçün Ermənistan da bundan istifadə edərək, həm guya “humanist” dövlət olduğunu ön plana çıxarmaq, həm də hər hansı bir yolla Avropadan maliyyə dəstəyi almaq üçün hiyləgər bir yol seçdi.

Bəli, Suriya problemindən sonra bu ölkədə yaşayan ermənilərin bir qismi, Ermənistan rəsmi və dəqiq rəqəm göstərməsə də, təxminən 15 minə yaxın erməni Ermənistana gəldi. Bəzi erməni mənbələri isə bu rəqəmin 15-20 min arasında dəyişdiyini bildirir.

Birincisi, Ermənistana gələn miqrantların tamamı ermənidir. Digər etnik qrupdan olan miqrantların Ermənistana gəlməsinə imkan yaradılmamışdır. Rəsmi İrəvan sadəcə etnik ermənilərin Suriyadan köçürülməsini təmin etmişdir.

İkincisi, erməni mənbələrin verdikləri 15-20 min rəqəmi də inandırıcı deyil, belə ki, bu ölkəyə gələn ermənilərin bir qismi Ermənistandakı sosial-iqtisadi vəziyyətin müharibə yaşandığı Suriyadan heç də yaxşı olmadığını görərək, ölkəni tərk edərək Avropa və digər ölkələrə getmişdir. Ermənistan rəsmiləri ölkəyə gələrək daha sonra yuxarıda göstərilən səbəblərə görə ölkəni tərk edən ermənilərin statistikasını qətiyyən açıqlamır.

Belə ki, Ermənistan Diaspor Naziri Qranuş Akopyan 11 fevral 2016-cı ildə verdiyi açıqlamada ölkədə 16 min Suriya ermənisinin yaşadığını bildirsə də,[1] 1 mart 2016-cı ildə Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbandyan Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissarı Zeyd Raad ilə görüşərkən Ermənistanda 20 min Suriya ermənisinin gəldiyini bildirmişdir.[2] Cari ilin 16 fevral və 1 mart tarixləri arasında isə Suriyadan yeni erməni miqrantların gəlməsi haqqında erməni mətbuatında heç bir informasiya yoxdur. Ermənistan XİN rəhbərinin miqrant sayını artırması ölkəsinin imicini yüksəltməyə və maliyyə dəstəyi almaq istəyidir. Bu saxtakarlıq isə dövlətə baş ucalığı gətirmir.

Ermənistanın rəqəmlərlə oynama həvəsinin  100 illik təcrübəsi vardır. Qondarma erməni soyqırımına məruz qalanların sayı 100 ildir həndəsi silsilə ilə artır və bu günkü son rəqəmə görə guya 2.5 milyon erməni qondarma soyqırımına məruz qalmışdır. Hətta xəstə təfəkkürlü bəzi erməni tarixçilər bu rəqəmin 15 milyon olduğunu iddia edir.[3]

Ermənistanın Diaspor Naziri Akopyan Suriyadan gələn erməni miqrantların sosial-iqtisadi problemlərinə toxunarkən, Avropa İttifaqı və ABŞ-dan yardım almadıqlarını, Küveyt, Avstrya və Rusiyadan kiçik maliyyə dəstəyinin təmin edildiyini bildirmişdir.

Akopyan 1500 Suriya ermənisinin işlə təmin edildiyini, 150 nəfərə isə iş fəaliyyətinə başlaması üçün 1.5 milyon dollar kredit verildiyini bildirmişdir.

Əlbəttə Akopyan və iqtisadiyyatı “sürətlə inkişaf edən” Ermənistan üçün 1.5 milyon dollar “böyük” rəqəmdir. Suriyadan gələn ermənilərin təxmini sayının 10 mindən çox olmasına baxmayaraq, bu sayını şişirdərək 20 minə çıxaran Ermənistan Avropa İttifaqı və ABŞ-dan maliyyə dəstəyi almağa çalışır. Təkcə Türkiyənin müxtəlif etnik, dini tərkibdə olan 2.5 milyon miqrant üçün dövlət büdcəsindən 10 milyard dollardan çox vəsait xərcləməsini diqqətə alarsaq, Ermənistanın maliyyə dəstəyi alması üçün müxtəlif vasitələrə əl atması heç də əxlaqi bir davranış deyildir.

[1] В Армении проживает порядка 16 тысяч сирийских армян. http://www.armtoday.info/­default.asp?Lang=_Ru&NewsID=142098, 11.02.2016

[2] Армения предоставила убежище более чем 20 000 сирийских беженцев: МИД http://regnum.ru/­news/society/2089277.html, 1 Марта 2016

[3] Сурен Айвазян, История России: Армянский след, Изд. Крон Пресс, Moсква 2000, с. 466-467.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Avqust 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 1234
567891011
12131415161718
19202122232425
262728293031