Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?Previous Article
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti Next Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Line Spacing+- AFont Size+- Print This Article
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru.

Vətənsiz, ana yurdsuz qalmaq insanların sosial və siyasi psixologiyasına, həyatına bu və yaxud digər şəkildə təsir edir, vətənsizlik sindromunun nəticələri özünü büruzə verir, Bu məsələ ciddi sosioloji tədqiqat mövzusudur, burada məqsəd geniş sosioloji tədqiqat aparmaq deyil, məsələni ermənilər nümunəsində qısaca tədqiq etməkdir.

1918-ci ildə qurulan eməni dövlətinin 21-ci əsrin əvvəllərinə qədər demoqrafik vəziyyətinin əslində pozitiv bir inkişaf yolu keçməsi gərəkirdi. Ancaq bir sıra amillərə görə bunun əksini müşahidə edirik.

Belə ki, Ermənistan dövlətinin yüz illər boyunca dövlətin qurulma prosesini addım-addım, təbii şəkildə yaşayaraq, keçərək deyil, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində dünyada yaşanan geosiyasi dəyişikliyin, Birinci Dünya Müharibəsindən sonra, qalib və məğlub dövlətlərin razılaşmaları nəticəsində qurulduğunu iddia etmək mümkündür.

Ermənistan əhalisinin sayının artması üçün bir neçə dəfə ciddi səy göstərib. 1918-20-ci illərdə hakimiyyətdə olan Daşnaqsutyun Partiyası İran və Türkiyə ermənilərinin Ermənistana gəlməsini təşviq edib. Buna paralel isə, təxminən yarım milyondan çox azərbaycanlıya qarşı silahdan istifadə edərək onları tarixi torpaqlarından qovub. 1920-ci ildə Ermənistanda hakimiyyətə gələn Bolşeviklər Azərbaycan, İran və Türkiyəyə qovulmuş azərbaycanlıların geri gətirilməsinə çalışıb. Bunun da əsas səbəbi əsasən azərbaycanlıların məşğul olduğu kənd təsərrüfatı və heyvandarlıq sahəsinin çöküşü olub.

Sovet Ermənistanı növbəti dəfə əhalinin sayını artırmaq üçün İkinci Dünya Mühaibəsindən sonra əsasən Yaxın Şərqdə yaşayan erməniləri ölkəyə köçməyə təşviq edib, hətta belə demək mümkündürsə onları aldadıb. Amma Ermənistan hökuməti bu dəfə də yalnış siyasət həyata keçirərək 1948-53-cü illərdə təxminən 150 mindən çox azərbaycanlını deportasiya edib. Ermənistan dövləti üçüncü dəfə müstəqillik ərəfəsi və müstəqillik elan etdikdən sonra dünyanın müxtəlif dövlətlərində yaşayan erməniləri ölkəyə dəvət edib. Qeyd edək ki, bu zaman əsasən Dağlıq Qarabağ probleminə görə olduqca az sayııda milliyyətçi və militarist düşüncəli erməni Ermənistana gəlsə də, bu, demoqrafik göstricilərə müsbət mənada  ciddi təsitr etməyib. 1988-90-cı illərdə Ermənistan hökuməti 250 mindən çox azərbaycanlını ölkədən silah gücünə çıxarıb və beləliklə dövlətin mono etnik strukturunu formalaşdırıb.

Ermənilər dünyada 6-12 milyon ermənin yaşadığını qeyd edir. Amma bu rəqəmlər dəqiq deyil. Ermənilərin əsas kütləsi Ermənistanda yaşamır. Rəsmi statistikaya görə Ermənistanın əhalisi 3 milyon 300 min nəfərdir. Amma bu rəqəmin doğru olmadığını həm ermənilərin özü, həm də beynəlxalq təşkilatlar etiraf edir. Bəzi mənbələr Ermənistanın faktiki əhalisinin 1,5 milyon nəfər olduğunu bildirir. Əslində müstəqillik sonrası Ermənistan əhalisinin bir hissəsinin Dağıq Qarabağ problemi və sosial-iqtisadi problemlərə görə ölkəni tərk etməsydi, rəsmi statistikada göstərilən rəqəm doğru ola bilərdi.

Bilindiyi kimi Rusiyada Ermənistan əhalisindən çox erməni yaşayır. Bunların bir qismi Rusiya vətəndaşı, bir qismi də mövsümlük və yaxud daimi işləyən insanlardır.

Ermənilərin ölkələrini tərk etməsinin səbəbləri nədir? Bu səbəbləri dövrlərə görə belə təsnif etmək mümkündür:

1990-2000-ci illərdə;

Dağlıq Qarabağ problemi, ölkədə yaşanan sosial-iqtisadi çətinliklər, işsizlik, böyük sənaye müəssisələrinin fəaliyyətini dayandırması;

2000-ci illərdən bu günə qədər;

Demokratik dəyərlərin qorunmaması, insan haqlarının kobud şəkildə pozulması, sosial-iqtisadi çətinliklər, işsizlik, böyük sənaye müəssisələrinin fəaliyyətini dayandırması və Dağlıq Qarabağ problemi.

Göründüyü kimi miqrasiyanın səbəbləri əsasən dəyişməsə də, 2000-ci illərə qədər Dağlıq Qarabağ və sosial-iqtisadi problemlər miqrasiyanın əsas səbəbi idisə, bu tarixdən sonra bəşəri dəyərlər ön plana çıxmış, Dağlıq Qarabağ və iqtisadi problemlər yerini geriyə doğru dəyişmişdir.

Ermənilər hələ də xaricə köçməyə davam edir. Rəsmi statistikaya görə. 2008-ci ilin yanvar ayından 2016-cı ilin dekabr ayına qədər 41 310 nəfər əsasən Avropa dövlətlərinə qaçqın statusu ilə müraciət edib.[1] Buraya post-sovet dövlətlərinə köçən insanlar daxil deyil. 2016-cı ilin avqust-sentyabr aylarında Avropa dövlətlərindən qaçqın statusu tələb edən ermənilərin sayı 2008-2016-cı illərin orta aylıq statistikasından çox olub. Əgər 2008-ci ildə Avropa İttifaqı ölkələrinə qaçqın statusunda müraciət edən ermənilərin sayı ayda ortalama 385 nəfər idisə, 2016-cı ilin avqust ayında bu rəqəm 1110, sentyabr ayında isə 1185 nəfər olub. Aİ-nin Statistika Xidmətinin hesabatına görə, 20 yanvar 2017-ci ilə qədər qaçqın statusu almaq istəyənlərin 49 faizi, qadın, 51 faizi kişi olub. Qaçqın statusunda müraciət edənlərin 33 faizinin ortalama yaşı 35-64 yaşı olub. 18-34 yaşlı ermənilərin də böyük bir qismi ölkəni tərk edib, onların ümumu rəqəmin 32 faiz təşkil edir.

Rəsmi statistikaya görə Robert Köçəryanın iqtidarı zamanı (1998-2008) 134.100 nəfər, Serj Sərkisyan iqtidarı zamanı (2008-2015) ölkəni geri dönməmək şərti ilə 297.700 nəfər tərk edib. Ümümən son 20 ildə Ermənistanı rəsmi statistikaya görə 431.200 nəfər ölkədən gedib. Buraya sadəcə daimi yaşayış üçün getdikləri ölkələrdə vətəndaşlıq alanlar daxildir. Ermənistan vətəndaşlığından imtina etməyən, amma son 25 ildə ölkəsinə dönməyən insanlarla birlikdə ölkəni tərk edənlərin sayının 1 milyondan çox olduğu təxmin edilir.

Erməniərin ölkələrini tərk etməsinin sosial-iqtisadi və təhlükəsizlik səbəbləri ilə bərabər psixoloji amili də gözdən qaçırmaq olmaz. Erməniər Ermənistanı vətən və ata yurdu olaraq görmürlər, dövləti idarə edənlərin səbatsız insanların olması bu psixoloji vəziyyəti daha da dözülməz edir. Yüz illər boyunca dövlətləri olmayan, dünyanın müxtəlif bölgələrində rifah içərisində yaşayan  ermənilər, nədənsə, Ermənistanda yaşamaq istəmir və ilk fürsətdə ölkədən qaçmağa çalışır. Bəlkə də bu köçün əsas səbəbi psixoloji amildir.

 

 

[1] Число беженцев в Европу из Армении утроилось после захвата здания ППС https://regnum.ru/news/­polit/2231066.html, 25 января 2017.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Cənubi Qafqaz

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

İyul 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031