NATO-nun Cənubi Qafqazda əməkdaşlıq imkanları Previous Article
Ermənistanın demoqrafik problemləriNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ermənistanın silahlanması və bölgə təhlükəsizliyi

Line Spacing+- AFont Size+- Print This Article
Ermənistanın silahlanması və bölgə təhlükəsizliyi

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru

22 fevral 2016

 Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən bu günə qədər qonşu dövlətlərə münasibətdə militarist siyasət həyata keçirmiş, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Gürcüstanın Cəvahetiya bölgəsində yaşayan ermənilərin separat tələblərini dəstəkləmiş və Türkiyənin şərq əyalətlərini erməni torpağı kimi göstərərək geri verilməsini tələb etmişdir. Cənubi Qafqaz dövlətlərinin siyasi tarixinə nəzər yeridikdə XX əsrin əvvəllərində Birinci Ermənistan Respublikasının bənzər militarist siyasət həyata keçirdiyi məlum olur. Bir baxıma Ermənistanın bu gün həyata keçirdiyi militarist siyasət Birinci Ermənistan Respublikasının həyata keçirdiyi siyasətin eynisidir. Ermənistan son 100 ildir bölgə təhlükəsizliyi üçün təhlükə mənbəyidir və bu gün də elədir.

Ermənistan müstəqilliyinin ilk illərində bölgə və beynəlxalq aləmdə cərəyan edən təhdidləri fürsət kimi dəyərləndirərək, qarşılaşdığı sosial, iqtisadi və təhlükəsizlik problemlərini həll etməkdənsə, militarist siyasət həyata keçirərək dövlətin möhkəmləndirilməsi, demokratiya, insan haqlarının qorunması və inkişaf etdirilməsi, vətəndaşlarının sosial rifah halını yüksəldilməsi fürsətini əldən vermişdir. Bu gün Ermənistan bütün parametrlər üzərə hərbiləşdirilmiş dövlətdir, bölgə və beynəlxalq təhlükəsizlik üçün təhdiddir.

Ermənistan mütəmadi olaraq hərbi büdcəsinin artırır. Bu ölkənin hərbi büdcəsi 2001-ci ildə 65, 2002-ci ildə 75, 2003-cü ildə 82,[1] 2004-cü ildə 60, 2005-ci ildə 100, 2006-cı ildə 150, 2007-ci ildə 263, 2008-ci ildə 382.3, 2009-cu ildə 495.3, 2010-cu ildə 402.8, 2011-ci ildə 387, 2012-ci ildə 400, 2013-cü ildə 450, 2014-cü ildə 472, 2015-ci ildə 450, 2016-cı ildə 430 milyon dollar olmuşdur. Bundan başqa Ermənistan müttəfiqlərindən dünya silah bazarındakı qiymətlərdən daha ucuz qiymətə müasir silahlar alır ki, bu da onun hərbi büdcəsinin yuxarıda qeyd edilən məbləğlərdən daha yüksək olmasına dəlalət edir.

Bir neçə gün bundan əvvəl Ermənistan Müdafiə Nazirinin müavini David Tonoyan  ATƏT-in Vyanada hər beş ildən bir keçirilən “Müdafiə doktrini yanaşması” seminarında ölkəsinin müdafiə doktrinində bəzi dəyişikliklər edilə biləcəyini bildirib. Tonoyan əvvəlki doktrində qəbul edilən “passiv müdafiə” sistemi yerinə “qarşısını alma, önləmə” (Deterrence system) sisteminə keçə biləcəklərini, bu sistemin mahiyyətində refleks və önləyici prinsiplərin olduğunu vurğulamışdır.[2] Refleks və önləyici prinsiplərin qeyd edildiyi müdafiə doktrinasna sahib dövlətlər ənənəvi olaraq militarist dövlətlərdir. Bunu beynəlxalq münasibətlər sisteminin son 30 illik tarixinə diqqət yetirdikdə görmək mümkündür.

Toroyan təxminən 25 ildir ölkəsinin “passiv müdafiə doktrini” həyata keçirdiyini, bunu zəiflik kimi dəyərləndirən Azərbaycanın “aqressiv siyasət” həyata keçirməyə çalışdığını, ölkəsinin yeni “qarşısını alma, önləmə” müdafiə sisteminə keçmələri ilə Azərbaycandan hiss etdikləri təhdidin qarşısın almağa çalışdıqlarını bildirmişdir.[3]

Toroyanın bu bəyanatı hər şeydən əvvəl Ermənistanın militarist və işğalçılıq siyasətini pərdələməyə, Dağlıq Qarabağ problemini arxa plana itməyə, Rusiya ilə xüsusilə son zamanlarda hərbi sahədə genişləyən əməkdaşlığını bölgənin təhlükəsizlik mexanizmində yaşanan problemlərlə izah etməyə uğursuz cəhd edir.

Tonanoyan Vyanada keçirilən seminarda ABŞ Dövlət Katibinin Silahlar və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Rouz Qottenmüller ilə də görüşüb və dövlətinin silahlanmayı artırmayacağı barədə öhdəliyini yerinə yetirəcəyini bildirib. Maraqlı odur ki, elə bu günlərdə Ermənistan Rusiyadan aldığı 2018-ci ildən başlayaraq on il müddətinə ödəyəcəyi 200 milyon dollarlıq idxal krediti ilə bu ölkədən hücüm xarakterli yaylım atəşi açan “Smerç”, “İqla-S” zenit raket kompleksi, yerüstü radiotexniki kəşfiyyat apara bilən “Avtobaza-M” maşını, od püskürən “TOS-1A” sistemləri, tank əleyhinə idarə edilən “Konkurs-M” raketi, “RPQ-26” qranamyotları, “Draqunov” snayper vintovkası, “Tiqr”  zirehli maşını, mühəndislik və rabitə texnikası alır.[4]

ABŞ və Qərb dünyası isə Ermənistanın silahlanmasını sükutla qarşılayırlar. Ermənistanın hücum xarakterli silahlara sahib olması Dağlıq Qarabağ problemidə status-kvonun və bölgə təhlükəsizliyinin ciddi şəkildə  pozulmasına gətirib çıxara bilər.

Tanoyanın iddialarının əksinə, Azərbaycan müstəqilliyini elan etdikdən bu günə qədər heç bir dövlətin ərazi bütünlüyünə qarşı nə siyasi, nə də hərbi ritorika ilə çıxış etməyib. Hər zaman beynəlxalq tribunalardan bölgənin təhlükəsizlik problemlərini dilə gətirərək, bu problemlərin beynəlxalq hüququ prinsip və normaları çərçivəsində sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

[1] Петросян, «Развитие вооруженных сил Армении…»,

[2] Давид Тоноян объявил об изменении оборонной доктрины Армении, http://www.lragir.am/index/rus/0/co­untry/view/47005, 18 Февраля 2016.

[3] Акоп БАДАЛЯН, Армения предупреждает  Азербайджан, http://www.lragir.am/index/rus/0/comments/view/­47028 19 Февраля 2016

[4] Армения закупает «Смерчи», «ТОС»-ы, ПВО и ПТРК, http://www.panarmenian.net/rus/news/206388/

18 февраля 2016.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Sentyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30