ERMƏNİSTAN NATO MÜNASİBƏTLƏRİPrevious Article
Türkiyə-Ermənistan münasibətlərində Azərbaycan faktoruNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ermənistanın Türkiyə siyasətində yeni nüanslar və ya diplomatiya oyunu

Line Spacing+- AFont Size+- Print This Article
Ermənistanın Türkiyə siyasətində yeni nüanslar və ya diplomatiya oyunu

Hatəm Cabbarlı. 16 iyul 2008
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Rəhbəri

Ermənistan müstəqilliyini elan etmədən əvvəl Türkiyənin Moskva səfiri Vulkan Vural Orta Asiya və Cənubi Qafqaz respublikalarını ziyarəti zamanı bu ölkələrin dövlət rəhbərləri ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişdir. Erməni qaynaqlarına görə Vural, Ermənistan ziyarətində bu ölkənin Türkiyədən sözdə Erməni soyqırımı təbliğatını, torpaq və təzminat tələblərini müzakirə edilməsini tələb etmiş, qarşı tərəf isə iqtisadi əməkdaşlıq problemlərini gündəmə daşmaq istəmişdir. Ermənistanın Türkiyəyə yönəlik təcavüzkar siyasətinə baxmayaraq ciddi iqtisadi və ictimai çətinliklər yaşandığı, hətta ermənilərin aclıq və soyuqdan öldüyü 1990-cı illərin ortalarına qədər Türkiyə Qars şərq sərhəd qapısını açıq tutmuş, Ermənistana hər cür kömək göstərmişdir. İkili əlaqələri inkişaf etdirmək üçün Levon Ter-Petrosyanın iqtidarı dövründə əhəmiyyətli fürsət ortaya çıxsa da, Petrosyan bəzi iç və xarici səbəblərdən ötəri bu addımı atacaq cəsarəti göstərə bilməmişdir. Robert Koçaryan isə Türkiyəyə yönəlik daha radikal siyasət həyata keçirmiş o zamana qədər iki ölkə arasında mövcud olan kövrək əlaqələri əhəmiyyətli dərəcədə zəiflətmişdir. Bu müddətdə Türkiyənin bütün cəhdləri Ermənistan dövlət rəhbərliyi tərəfindən qiymətləndirilməmişdir. İki dövlət arasında əlaqələrin qurulmaması və inkişaf etməməsində Ermənistan nə qədər məsuliyyət sahibidirsə, ABŞ və Avropadakı Erməni diasporu da heç olmasa o qədər məsuliyyət sahibidirlər. Hətta zaman-zaman Ermənistanın Türkiyə siyasətinin neqativ tablosunun çəkilməsində heç bir hüquqi məsuliyyət daşımayan diaspora təyin edici güc olaraq özünü his etdirə bilmişdir.
2008-ci ilin fevral ayında prezident seçkilərindən sonra legitim olmayan bir şəkildə dövlət başçısı kreslosuna oturan köhnə müdafiə naziri, Ermənistanın təhlükəsizlik və xarici siyasətində şahinlər qanadının təmsil edən Serj Sarkisyan ilk günlərdə Türkiyə ilə əlaqələr və sözdə Erməni soyqırımı mövzusunda əxlaqi dəyərlərdən məhrum olan bəyanlar versə də, son zamanlarda tam tərsi bir vəziyyət yaşanmaqdadır. Sarkisyan iki ölkə milli futbol komandalarının qarşılaşmasını sözün gerçək mənasında bir diplomatiya oyununa çevirmişdir. Türkiyə Respublikası Prezidenti Abdullah Gülü matça dəvət edən Sarkisyan, xarici siyasətdə bu mövzudan müvəffəqiyyətli bir şəkildə özünə siyasi qazanc təmin etməyə çalışmaqda və bunu bacarmaqdadır. Bölgə mətbuatında bu dəvət mövzusunda müxtəlif qiymətləndirmələr edilsə də, Türkiyədə qəflət içində olan mətbuat və Erməni sevdalısı bəzi köşə yazarları Sarkisyanın bir neçə ay bundan əvvəl ‘Beynəlxalq sahədə və Türkiyəyə yönəlik soyqırımı təbliğatına əhəmiyyət verməmiz lazımdır’ ifadəsini eşitməməzlikdən gəlməkdə və iki ölkə arasındakı əlaqələrin gerçək tablosunu çəkmə cəsarətini göstərə bilməməkdədirlər. Avropa və Amerika qitəsində Ermənistan hökumətinin aralıqsız davam edən sözdə Erməni soyqırımı təbliğatının kölgəsində Sarkisyanın Gülü futbol matçına dəvət etməsi və hətta bilet göndərməsi heç də etik bir davranış deyil və psixoloji hücumun klassik bir nümunəsidir.
Sarkisyanın Astanada Gül ilə görüşmə səyi, jest olsun deyə Türkcə danışması və bunu bacara bilməməsi nəticəsində Azərbaycan Prezidenti İlham Əliyevin tərcüməçi olaraq köməkliyi də Sarkisyanın səmimiyyətini sübut etməkdə qeyri-kafi qalmışdır.
Gül, Sarkisyanın dəvətini qəbul etsə də, etməsə də Sarkisyan bütün vəziyyətlərdə bu mövzudan özünə fayda təmin edəcək, uzatdığı zeytun budağının qəbul edilmədiyini dünya ictimaiyyətinin diqqətinə çatdıracaqdır. Ancaq Gülün bu dəvəti qəbul etməməsi də eyni zamanda qarşı tərəfə yönəlik bir rəftardır və şərəfli bir davranış olar. Ermənistan Türkiyəyə yönəlik siyasətini futbol matçı səviyyəsinə endirərək gerçək səbəb və faktorları gizləməyə çalışmaqdadır; ancaq ay palçıqla suvanmadığı kimi, Ermənistanın sözdə soyqırımı təbliğatı, torpaq və təzminat tələbləri də belə demək olarsa ‘çuvalda gizlədilməyəcək’ qədər böyük və ağırdır. Türk mətbuatında bu gerçəklərin gündəmə gətirilməsi lazım olarkən nədənsə ictimaiyyət ‘nağıllarla və Qafqaz pendiri’ ilə yatırdılmağa çalışılmaqdadır.
Gülün ziyarəti qəbul etməsi, ölkə içində ciddi legitimlik problemi ilə qarşılaşan Sarkisyana rahat nəfəs aldırdır və mövqeyini daha da gücləndirir. Bu səbəblə də dəvət, səlahiyyətli təşkilat və şəxslər tərəfindən qiymətləndirilərkən ən incə detallarına qədər düşünülməli və tələsik qərar alınmamalıdır. Bu məzmunda Gülün dəvəti qəbul etməsindən sonra Azərbaycanın necə münasibət göstərəcəyi də olduqca maraqlıdır. Azərbaycan dövləti soyuqqanlı davranaraq bunu dövlət ciddiliyi ilə qəbul edə bilər, ancaq Azərbaycan ictimaiyyətin bu cür soyuqqanlılıq göstərməyəcəyi şübhəsizdir. Bu zaman Türkiyənin Azərbaycan ictimaiyyətdəki olduqca müsbət imici zədələniləcək. Dostu və düşməni tanımaq zamanıdır. Bu fəlsəfə insanlar arasında olduğu kimi, beynəlxalq münasibətlərdə də etibarlıdır və kimsə bunun əksini iddia edəcək qədər ağılsız deyil.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. təhlükəsizlik

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Noyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930