Pol Kreyq Robertin Amerika həqiqətləriPrevious Article
Ermənistan-Rusiya:əyalət-mərkəz münasibətləriNext Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Ermənistanın Türkiyədən təzminat tələbi: illuziya yoxsa reallıq?

Line Spacing+- AFont Size+- Print This Article
Ermənistanın Türkiyədən təzminat tələbi: illuziya yoxsa reallıq?

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

21 avqust 2013-cü il

Təxminən 100 ildir davam edən qondarma erməni soyqırımı təbliğatı şərçivəsində ermənilər təzminat məsələsini 1990-cı illərin sonlarına qədər müzakirəyə çıxarmamışdır. Əslində bu məsələnin müzakirəyə çıxarılmaması ermənilərin təzminat tələb etməyəcəkləri demək deyildir. Bu, planlı və bir mərkəzdən idarə olunan “4T Planı”nın üçüncü mərhələsidir və hələlik rəsmi olaraq bu mərhələyə başlanmamışdır. Ancaq bəzən Ermənistan, ABŞ və Avropa medyasında təzminat tələbi ilə bağlı xəbərlər verilməklə Türkiyə və beynəlxalq ictimai rəy bu mövzuya hazırlanmaqdadır. Ermənistan rəsmi olaraq qondarma soyqırım qurbanları üçün təzminat tələb etməsə də, bu tələbini adətən Daşnaqsutyun Partiyası başda olmaqla digər milliyyətçi qruplar və diaspora təşkilatları vasitəsilə gündəliyə çıxarır. Hökumət, təzminat tələbinin qondarma soyqırım qurbanlarının hüquqi varislərinin və diaspora ermənilərinin haqqı olduğunu bildirərək, dolayısı ilə bu məsələdə onları dəstəkləyəcəyini bildirir.  Ermənistan XİN rəhbəri Vardan Oskanyan, təzminat tələbinin bu gün gündəlikdə olmadığını, ancaq bu məsələnin ilk fürsətdə dünya ictimaiyyətinin diqqətinə çatdırılacağını ifadə etmişdir.  Hay Dat (Erməni Məhkəməsi) mərkəz ofisi Sədri Kiro Manoyan təzminat tələbi məsələsi ilə bağlı fikirlərini “Osmanlı Türkiyəsi ermənilərə qarşı törətdiyi soyqırımına görə, cəzasız qalmamalıdır. Ankara Osmanlının hüquqi varisi olduğu üçün ermənilərə təzminat ödəməlidir.”  şəklində ifadə etmişdir.

Ermənilər təzminat məsələsinin hüquqi bazasını təşkil etmək üçün XX əsrin əvvəllərində Millətlər Cəmiyyətində problemin müzakirə edilməsini tələb etmiş və aşağıda göstərilən qrupların təzminat tələb etməyə haqları olduğunu bildirmişdir:

-terror, qətliam və erməniləri qətl edənlərin cəzalandırılmaması səbəbi ilə Osmanlı imperiyasını 1878-1915-ci illərdə Osmanlı passportu ilə və yaxud passportu olmadan tərk edənlər;

-1915-1920-ci illərdə qətliamlardan canlarını qurtara bilən (deportasiya edilənlər də) passportsuz ermənilər;

-1915-1920-ci illərdə dövlətin verdiyi passportla Osmanlıdan gedən ermənilər;

-Osmnalı işğal edildiyində işğalçılar tərəfində verilən sənədlərlə ölkəni tərk edən ermənilər;

-Fransanın Kilikyanı (Adana bölgəsi) türklərə geri verməsindən sonra ikinci dəfə bölgəni tərk edən ermənilər;

-Türk ordusunun qətliam törədəcəkləri təhdidləri nəticəsində İzmiri tərk edən ermənilər;

-Osmanlı ordusunun 1918-ci ildə Qarsa girməsindən, türk ordusunun 1920-ci ildə Ermənistan Respublikasına hücum etməsindən və 1921-ci il Moskva müqaviləsinin imzalanmasından sonra bölgəni tərk edən ermənilər,

-türk ordusunun Naxçıvan, Şahtaxtı və Sürməliyə daxil olaraq Azərbaycan silahlı birlikləri ilə ermənilərə qarşı qətliamlar törətməsindən və bu bölgələrin Moskva müqaviləsi şərtlərinə görə Azərbaycana verilməsindən sonra bölgəni tərk edən ermənilər;

-1918-1920-ci illərdə Bakı və Gəncədə, eyni zamanda Azər-baycan SSRİ-də törədilən qətliamlardan sonra bölgəni tərk edən ermənilər;

-daha sonra Gürcüstana birləşdirilən Axılkələk bölgəsində türklər tərəfindən qətliamlara məruz qalan ermənilər.

İspaniya, İtaliya və İsveçin məsələni gündəliyə gətirməsindən sonra Millətlər Cəmiyyəti Birinci Dünya Müharibəsindən əvvəl Osmanlı sərhədlərini tərk edən ermənilərin mallarını və banklardakı hesablarını qeyri-qanuni olaraq müsadirə edilməsini araşdırmağa başladı. Ancaq Birinci Dünya Müharibəsinə qədər Rusiya, daha sonra isə Türkiyə, Azərbaycan və Gürcüstan sərhədləri daxilində qalan ermənilər bu araşdırmadan kənarda qalmışdı. Türkiyənin etirazlarından sonra bu məsələ müzakirə edilmədi. 20 oktyabr 1925-ci ildə Türk hökuməti Millətlər Cəmiyyəti Baş Katibinə məktub göndərərək Lozan müqaviləsi imzalanmadan əvvəl ölkəni tərk etmiş ermənilərinbu günkü vəziyyətinin İsmət Paşanın Lozan Konfransının 17 iyul 1923-cü il tarixli iclasında verdiyi bəyanatla tənzimləndiyini bildirmişdir. Türklərin MC nəzdində erməni iddialarını Lozan müqaviləsi çərçivəsində hüquqi olaraq əsassız olduğunu sübur etməsindən sonra ermənilər təzminat tələblərinin hüquqi bazası üçün başqa yollar axtarmağa başlamışdır.

Son zamanlara qədər Ermənistan və erməni diaspora təşkilatları tərəfindən təzminatın məbləği haqqında qəti fikir bildirilməsə də, artıq bu məsələ də müzakirə edilməyə başlanmışdır. Ermənistan Elmlər Akademiyası Tarix institunun əməkdaşı Stepan Stepanyana görə, Ankaranın “soyqırım” varislərinə 60 milyard dollar təzminat ödəməlidir. Stepanyan, qondarma erməni soyqırımı varislərinin Türkiyənin işğal etdiyi “Qərbi Ermənistan” torpaqlarını tərk etməsi, 1915-ci il “soyqırımını” tanıması və təzminat ödəməsi tələblərini təkrarlamışdır.

Stepanyan, mətbuat konfransında ABŞ administrasiyasını da tənqid edərək, 15 ölkənin erməni “soyqırımını” tanıdığı halda ABŞ-ın soyqırımını tanımadığını və Türkiyəni dəstəklədiyini iddia etmişdir. Stepanyan, “soyqırımından” sadəcə Osmanlı imperiyasının deyil, müasir Türkiyə Respublikasının da məsuliyyət daşıdığını ifadə etmiş, Türkiyənin “soyqırımı” qurbanlarının hüquqi varislərinə maddi təzminat ödəməsi gərəkdiyini bildirərək, bu məbləği 60 milyard dollar olaraq açıqlamışdır.

Ermənilər, ABŞ və Fransa sığorta şirkətlərindən qondarma erməni soyqırımı qurbanlarının həyat sığorta polislərinin hüquqi varislərinə verilməsi tələblərinin müsbət nəticələnməsini Türkiyədən təzminat almaq yolunda ilk addım olaraq görmüş, bu məsələ ilə daha ciddi məşğul olmağa başlamışdır. 30 iyul 2004-cü ildə Kaliforniya Məhkəməsində “soyqırımına” məruz qalan ermənilərin hüquqi varislərin “Nyu-York Life Sığorta Şirkəti”nə qarşı qaldırdıqları iddianın udmaları və məhkəmədə “soyqırımı” ifadəsinin yer alması erməniləri ciddi şəkildə ümidləndirmişdir. Eyni zamanda, sığorta şirkətlərinin Türkiyəyə qarşı iddialarının olma ehtimalı da ermənilərin xeyrinə ola bilər. Uzun zaman davam edən müzakirələrdən sonra sığorta şirkəti erməni “soyqırımında” ölən şəxslərin hüquqi mirasçılarına, ödənməmiş sığorta polisi müqabilində cəmi 20 milyon dollar ödəməyi qəbul etmişdir. Ermənilər sığorta polisi məhkəmə işinin yekunlaşmasını, qondarma erməni soyqırımının tanınması yönündə irəliyə doğru atılmış addım kimi dəyərləndirmişdir.

Qondarma erməni soyqırımına məruz qalan ermənilərin hüquqi mirasçılarına təzminat ödəyən digər şirkət Fransanın “AXA Sığorta Şirkəti”dir. AXA, 2005-ci ildə ödəməyi qəbul etdiyi təzminat üçün son müraciət tarixinin 1 oktyabr 2007-ci ildə bitəcəyini, onlarda olan siyahıya görə 7 min erməniyə cəmi 12,7 milyon avo ödəyəcəklərini bildirmişdir.

ABŞ və Fransa sığorta şirkətlərinin ermənilərə ödəmələri bu gün ön plana çıxarılmasa da, təzminat məsələsinin təbliğat mərhələsi başladığı zaman əmsal kimi dəyərləndirilə bilər. Qondarma erməni soyqırımı son 100 ildə təbliğat mərhələlərinə diqqət edildiyində bunun imkansız olmadığını söyləmək mümkündür.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

Mart 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 123
45678910
11121314151617
18192021222324
25262728293031