Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədəPrevious Article
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqiNext Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Line Spacing+- AFont Size+- Print This Article
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru

Ermənistanın 2016-cı ilin aprel ayında atəşkəs rejimini kobudcasına pozaraq hərbi əməliyyatlara başlaması, Azərbaycan ordusunun bu təxribatın qarşısını alaraq Ermənistan ordusunun irəliləməsinin qarşısını alması və hətta bir neçə strateji əhəmiyyətə sahib yüksəkliyi geri almasından sonra Ermənistan və siyasi havadarları Azərbaycan ordusunun döyüş ruhu, intizam, milli birlik və bərabərlik ruhu, hərbi silah və sursat baxımından 1991-1994-cü illərdəki ordudan çox fərqli olduğu gerçəkliyini anladılar.

Bir ildir Ermənistan aprel hadisələrinin hərbi və siyasi nəticələrini həzm etməkdə çətinlik çəkir, qapı-qapı gəzərək havadarlarından siyasi və hərbi dəstək axtarır. Aprel hadisələri zamanı Rusiyanın mövqeyindən narazı qalan Ermənistan Prezidenti Serj Sərkisyan üzünü Avropaya tutmuş, Almaniyaya səfərə gedərək baş nazir Anqela Merkelin qarşısında dərsini bilmiyən uşaq kimi əyləşərək, bu ölkənin Ermənistana yardım etməsi üçün ümidsizcə yalvarmışdı.

Minsk qrupu həmsədr ölkələri də Ermənistanda yaşanan böhran zamanını onun yanında oldular. Aprel hadisələrindən sonra Dağlıq Qarabağ probleminin həll edilməsi müzakirələrində yeni nüanslar ortaya çıxdı. Fransa, ABŞ Ermənistanın mövqeyini dəstəklədi, Rusiya isə bir az da irəli gedərək Ermənistana “İskəndər” zenit raket kompleksi satdı. Operativ taktik silah olan “İskəndər” raketinin Ermənistana satılmasına Fransa və ABŞ səssiz qaldı, bölgə təhlükəsizliyini təhdid edən Ermənistana heç bir təzyiq etmədilər. Əksinə bu ölkə ilə siyasi və hərbi əməkdaşlığı genişləndirməyə təşəbbüs etdilər.

2017-ci ilin 8-9 mart tarixində Ermənistan Prezidenti Fransaya rəsmi səfərə getdi.[1] Səfər zamanı Fransa Prezidenti Fransua Olan ilə görüşən Sərkisyan tərəflər arasındakı iqtisadi, ticari və siyasi məsələləri müzakirə etmiş, bu əlaqələrin daha da inkişaf etdirilməsi gərəkdiyini vurğulamışdır.

Dağlıq Qarabağ problemi müzakirə edilərkən Oland atəşkəs rejiminin pozulması təhqiqat mexanizminin tətbiq edilməsinin vacibliyini vurğulamışdır.[2] Qeyd edək ki, Fransa daha əvvəllər də atəşkəs rejiminin pozulması təhqiqat mexanizminin tətbiq edilməsini istəmiş, aprel hadisələrindən sonra isə bunda israr etmişdir. Oland ilk dəfədir ki, atəşkəsin pozulması zamanı məsuliyyətin hansı dövlətə aid olmasını aydınlaşdırmağı tələb etmişdir. Maraqlıdır ki, Minsk qrupu həmsədrləri son zamanlarda cəbhə bölgəsində atəşkəs pozularkən, dolayısıyla və ya birbaşa Azərbaycanı ittiham edirlər. Atəşkəsin qorunmasında Azərbaycan Ermənistandan daha çox maraqlıdır, buna bxmayaraq atəşkəs pozulduqda Azərbaycanın ittiham edilməsi vasitəçilik missiyası ilə üst-üstə düşmür.

Oland eyni zamanda atəşkəsi pozan tərəfə qarşı sanksiya tətbiq etmənin mümkünlüyünü dilə gətirib.[3] Bu Fransanın vasitəçilik missiyasının ruhuna tərdsir. Vasitəçilik missiyasının mahiyyəti tərəfləri ortaq məxrəcə gətirməkdir, onlardan birini atəşkəsi pozduğunda sanksiya tətbiq etməsi deyil. Vasitəşilər heç bir halda hakim rolunu oynaya bilməz, atəşkəsin hansı dövlət tərəfindən pozulduğu qəti olaraq bilinsə belə, həmsədr dövlətlər o dövlətə qarşı sanksiya tətbiq edə bilməz. Bu zaman onların özlərinə vasitəçilik yox, hakimlik statusu verdikləri məlum olur. Nə Azərbaycan, nə də Ermənistan həmsədr dövlətlərə hakimlik səlahiyyəti verməyib. Ermənistan bu səlahiyyəti vermiş belə olsa, Azərbaycan eyni qaydada vasitəçilərə hakimlik statusu vermədiyi üçün Fransa və digər həmsədr dövlətlər hakim kimi davranaraq heç bir tərəfə sanksiya tətbiq edə bilməz.

Ermənistan mətbuatı Olandın Dağlıq Qarabağ probleminin həll edilməsi üçün müstəqillik haqqında referendum keçirilməsi və Dağlıq Qarabağ ətrafında beş rayonun qaytarılması planını təklif etdiyini bildirir.[4] Olandın bu təklifi 25 il davam edən müzakirələrin və Madrid prinsiplərinin üstündən xətt çəkməkdən başqa bir şey deyil. Bu plan işğalçı və işğala məruz qalan tərəfi aydınlaşdırmır, Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaradılması deməkdir ki, bu Azərbaycanın mənafeyinə cavab vermir. Azərbaycan dəfələrlə ən yüksək statusda Dağlıq Qarabağ ermənilərinə muxtariyyat verə biləcəyini bildirsə də, maraqlı odur ki, təkcə Ermənistan deyil, Minsk qrupu həmsədr dövlətləri də qondarma rejimə müstəqillik verilməsində israr edirlər.

Fransa və digər həmsədr dövlətlərin vasitəçilik missiyası siyasi reallıqlarla üst-üstə düşmür. Həmsədr dövlətlər tərəfsiz deyil və əsasən Ermənistanın maraqlarını qorumağa çalışırlar. Bu cür ikili münasibət əlbəttə Azərbaycan tərəfindən qəbul edilə bilməz.

[1] Арам Саргсян, С какой повесткой Серж Саргсян едет во Францию?, http://ru.1in.am/1183260.html,

2017-03-05.

[2] Арам Аматуни, Франция меняет акценты в Арцахском вопросе и расширяет игру, http://ru.1in.am/­1183669.html, 2017-03-09

[3] Карабахский конфликт: Франсуа Олланд выступил за возможные санкции в случае противодействия миру: RFI, http://ru.1in.am/1183697.html, 2017-03-10

[4] Tert.am: Референдум о независимости в Карабахе и возврат 5 районов – предложение Олланда, http://www.lragir.am/index/rus/0/country/view/54311, 12 Марта 2017

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Avropa

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

Mart 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 123
45678910
11121314151617
18192021222324
25262728293031