Səudiyyə Ərəbistanı-Misir: ikitərəfli münasibətlərdə yeni mərhələPrevious Article
Ermənistanın təhlükəsizlik problemi və yeni geosiyasi reallıqlarNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

GEOSİYASİ DƏYİŞİKLİK ŞƏRAİTİNDƏ TÜRKİYƏ-RUSİYA BÖHRANI 

Line Spacing+- AFont Size+- Print This Article
GEOSİYASİ DƏYİŞİKLİK ŞƏRAİTİNDƏ TÜRKİYƏ-RUSİYA BÖHRANI 

Hatəm Cabbarlı

siyasi elmlər doktoru

21 yanvar 2016

Dünyada geosiyasi dəyişikliyinin ümumu mənzərəsi

XX əsrdə dünya üç dəfə mühüm geosiyasi dəyişikliyə məruz qalıb.

-Birinci dünya müharibəsi;

-İkinci dünya müharibəsi;

-SSRİ-nin süqut etməsindən sonrakı dövr.

XXI əsrdə ilk geosiyasi dəyişiklik isə 2001-ci il 11 sentyabrda ABŞ-a qarşı törədilən terror  aktından sonra başlamış və son zamanlarda daha da vüsət almışdır.

Bu vüsətin növbəti dalğasını ərəb coğrafiyasında yaşanan “Ərəb baharı”ndan sonra başladığını demək mümkündür. Yaxın və Orta Şərqdə ərəb dövlətləri bir-birinin ardınca süqut etdi. Son zamanlarda bu proses İran, S.Ərəbistanı, Qətər, Türkiyə və regionun digər dövlətlərinə doğru sürətlə yaxınlaşır. Yaxın və Orta Şərq coğrafiyasının zəngin təbii sərvətləri və enerji resursları diqqətə alındığında “yeni dünya düzəni” geosiyasi dəyişikliyinin də bu coğrafiyada başlaması olduqca diqqət çəkir.

Bu prosesi tədqiq edən bəzi tədqiqatçıların bəziləri iddia edirlər ki, yeni geosiyasi dəyişikliyin ssenarisi əhəmiyyətli dərəcədə ABŞ tərəfindən hazırlanır NATO və Avropa İttifaqı dövlətlərinin dəstəyi ilə həyata keçirilir. Qarşı cəbhədə isə əsasən Rusiya və Çin dayanır. Ancaq görünən odur ki, ABŞ hələlik Çini əsas rəqib olaraq görmür və yaxud onun maraqlarına toxunaraq qıcıqlandırmaq istəmir.

Rusiya üçün bu geosiyasi dəyişiklik əsasən Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya hücum etməsindən, Ukraynanın Avropa İttifaqı ilə siyasi və iqtisadi münasibətlərini inkişaf etdirməyə cəhd etməsindən, ABŞ və müttəfiqlərinin Suriyada Əsəd rejimini devirməyə çalışmasından sonra daha da aktuallaşdı. Rusiya Gürcüstan və Ukrayna məsələsindəki mövqeyində israr etməkdə davam edir və bəzi nəticələrə nail ola bilib. Suriyada isə geosiyasi mübarizə bütün ciddiyyəti ilə davam edir.

Dünyada yaşanan geosiyasi dəyişikliyə diqqət etdikdə, Rusiya istisna olmaqla ABŞ və müttəfiqlərinin hərbi əməliyyatlarda birbaşa iştirak etmədiyini görürük. Bu ABŞ və müttəfiqləri üçün olduqca əhəmiyyətlidir. Rusiya maliyyə iqtisadi, siyasi və hərbi potensiyalını nəticəsinin nə olacağı məlum olmayan Yaxın və Orta Şərq bataqlığında tükədərkən (Suriyada hərbi əməliyyatlara gündə beş milyon dollar xərcləyir), ABŞ və müttəfiqləri ərəb coğrafiyasında daha əvvəllər də həyata keçirilmiş və uğurlu nəticələr əldə edilmiş məzhəb ayrılığlından məharətlə istifadə edərək, geosiyasi dəyişikliklərə daha ucuz qiymətə nail olmaq istəyir. ABŞ və müttəfiqləri oyunun birbaşa iştirakçısı olsalar, bu, onlara olduqca baha başa gələr, ərəb coğrafiyasında məzhəblər üzərində “oynayaraq”, gah bir tərəfi, gah da digər tərəfi dəstəkləməklə məzhəb ayrılığını daha da alovlandırırlar.

Türkiyə-Rusiya münasibətlərində qırılma nöqtəsi

2015-ci il noyabrın 24-nə qədər  Türkiyə bu geosiyasi dəyişiklikdə qəti olaraq hansı tərəfdə olmasına qərar verməsə də, bəzi taktiki və strateji gedişlərlə özünəməxsus siyasət həyata keçirməyə cəhd edirdi. Ancaq yuxarıda qeyd edilən tarixdə  Rusiyanın SU 24 döyüş təyyarəsini vurmasından sonra Türkiyənin istər-istəməz ABŞ-ın yanında olduğu məlum oldu.

Qeyd edək ki, Rusiya-Türkiyə arasında böhran başladığı andan etibarən, ABŞ və NATO Türkiyəyə yetərli siyasi dəstəyi vermədi.

Türkiyə Rusiyanın ona qarşı həyata keçirdiyi iqtisadi və siyasi sanksiyaları əvvəlcə daha sakit qarşıladı, amma Rusiyanın ritorikası sərtləşdikcə, Türkiyə də müəyyən tədbirlər görməyə başladı.

Türkiyədə PKK terror təşkilatının siyasi qanadı olan Halkarın Demokrasi Partiyasının lideri Səlahəddin Dəmirtaşın Moskvaya dəvət edilməsi və XİN rəhbəri Serqey Lavrov ilə görüşməsi rəsmi Ankara tərəfindən hiddətlə qarşılandı. Görüşdən bir neçə gün sonra isə Dəmirtaşın Rusiyadan silah istəməsi haqqında informasiyalar yayıldı. Rusiya açıqca PKK və HDP-yi dəstəkləcəyini bildirdi. Son məlumatlara görə, Rusiyadan PKK-ya dəstək üçün 300 nəfər xüsusi təlim keçmiş döyüşçü göndərilib. Ehtimal edilir ki, Rusiya PKK-ya daha müasir silahlar da verə bilər. Siyasi analitiklər Əfqanıstanda Rusiyanın geri çəkilməsinin əsas səbəblərindən birinin də ABŞ-ın 1986-cı ildə mücahidlərə “Stinger” mobil zenit raket kompleksinin verilməsinin olduğunu qeyd edirlər. Rusiya PKK-ya bu model silahlardan verərsə, bu, tarazlığı ciddi şəkildə dəyişə bilər. Hələlik Rusiyanın Türkiyəyə qarşı əlindəki ən güclü siyasi təzyiqi PKK terror təşkilatıdır və görünən odur ki, bu mexanizmdən istifadə edir.

Amma bununla belə, hələlik Türkiyə hökuməti Rusiyaya qarşı ritorikasını çox sərtləşdirməyib, böhranın ilk günlərində belə hal müşahidə edilsə də, son zamanlarda Türkiyə daha səbrli davranmağa çalışır. Amma bu o demək deyil ki, Türkiyə Rusiya qarşısında geri çəkiləcək.

Türkiyənin də Rusiyaya qarşı təzyiq mexanizmləri var və bunlardan istifadə etmə imkanına malikdir:

-Ukrayna ilə siyasi və hərbi əməkdaşlığı inkişaf etdirə bilər;

-beynəlxalq təşkilatlarda Krım və Şərqi Ukrayna məsələsində Ukraynanı dəstəkləyə bilər;

-Tatarıstan və digər türk coğrafiyasında Rusiya üçün müəyyən ciddi problemlər yarada bilər;

-Çeçenistan və ümumən Şimali Qafqazda Rusiya üçün problemlər yarada bilər;

Rusiya isə ölkə daxilində Türkiyəyə qarşı edə biləcəyi bütün məhdudiyyətləri edib, Türk şirkətləri və iş yerləri bağlanıb, Türkiyə vətəndaşları (əsasən etnik türk olanlar) ölkədən çıxarılıb, müəyyən strateji mallar və xammallar istisna olmaqla, ticarət əlaqələri demək olar ki, dayandırılıb. Rusiya erməni kartından da məharətlə istifadə edir, böhrandan dərhal sonra qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsini gündəmə gətirdi, Yunanıstan-Türkiyə arasında yaşanan gərginlikdən yararlanmağa çalışır.

Böhrandan bu günə qədər olan dövrdə Rusiya dövlət rəsmilərinin Türkiyəyə qarşı bəyanatlarına diqqət etdikdə, iqtisadi və siyasi sanksiyaları yetərisiz olaraq gördüklərini və Türkiyəyə qarşı daha ciddi və hiss edilə bilən zərbə vurmağı planlandıqlarını ehtimal etmək olar. PKK və HDP ilə əməkdaşlıq belə Rusiyanın siyasi və hərbi elitasını qane etmir. Belə ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Katibi Nikolay Patruşev Türkiyə ilə yaşanan böhran məsələsinə toxunaraq olduqca açıq və sərt bir dildə Rusiyanın qanadlı raketlərdən istifadə etməsi zamanı NATO-nun cavab verəcəyi təqdirdə, Baltikyanı dövlətləri ələ keçirəcəklərini vurğulayıb.[1]

Rusiyanın bu qədər açıq və sərt Türkiyə və NATO-nu təhdid etməsindən sonra belə bir vəziyyət yaranacağı təqdirdə ABŞ və NATO-nun mövqeyi necə ola bilər? ABŞ və NATO Baltikyanı dövlətləri itirmək bahasına Türkiyəyə real dəstək verməyə cürət edərmi? Maraqlı budur ki, Patruşevin bu təhdidinə ABŞ və NATO rəsmilərindən hələ ki, cavab gəlməyib və bu, olduqca düşündürücüdür. ABŞ və Almaniyanın Türkiyədən “Patriot” zenit raket kompleksinin çıxardığı bir dövrdə Patruşevin bu bəyanatı gələcəkdə böhranın daha da dərinləşəcəyi, hətta hərbi müstəviyə keçmə ehtimalından xəbər verir.

Azərbaycanın mövqeyi

Bölgə və beynəlxalq təhlükəsizlik mühitində yaşanan xaos Azərbaycanın xarici və təhlükəsizlik siyasəti üçün problemlər yaradır. Rusiya-Türkiyə böhranında Azərbaycanın bildirdiyi  diplomatik münasibət-mövqe bu şəraitdə ən optimal mövqe idi. Ancaq bu böhran hələlik səngimir və daha da gərginləşir.

İran-S. Ərəbistanı qarşı durması da təxminən oxşar vəziyyət yaradır. Məlumdur ki, son bir-iki ildə Azərbaycan-İran iqtisadi və ticarət əlaqələrində  canlanma müşahidə edilir. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri barədə informasiyalar var. Digər tərəfdən S. Ərəbistanı ilə də Azərbaycanın yaxşı münasibətləri gerçəklikdir…

Cari ilin mart ayının 31-də Vaşinqtonda keçiriləcək Nüvə Sammitinə ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi dəvət etməsi isə Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin hansı istiqamətə yönələcəyi haqqında müzakirələrə yeni rəng qatmışdır.

[1] Кремль: если НАТО поддержит Турцию, мы захватим… Прибалтику http://pressafoto.ru/nato-turki-litva январь 4, 2016.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Noyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930