Dağlıq Qarabağ problemi: bir addım irəli iki addım geri?Previous Article
Pol Kreyq Robertin Amerika həqiqətləriNext Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Həmsədrlərin Dağlıq Qarabağ bəyanatı

Line Spacing+- AFont Size+- Print This Article
Həmsədrlərin Dağlıq Qarabağ bəyanatı

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

19 iyun 2013-cü il

G-8-lərin Şimali İrlandiyanın Lox-Ern kurort şəhərciyində keçirilən növbəti toplantısında ATƏT Minsk grupu həmsədr dövlətləri Dağlıq Qarabağ problemi barədə ənənəvi bəyanat qəbul edib. Bəyanatda Dağlıq Qarabağ probleminin hələ də həll olunmamasından, tərəflərin qarşılılqlı güzəştlər yerinə birtərəfli güzətlər əldə etmək istəmələrindən hiss etdikləri narahatlıq ifadə edilmişdir.

Bəyanatın ruhundan bəlli olur ki, Minsk grupu həmsədr dövlətləri hələ də problemin həll edilməsində vasitəçilik missiyasına davam etməkdə qərarlıdırlar; tərəfləri son 4 ildə həmsədr dövlətlərin gördükləri işə qiymət verməyə və təkliflərinə əməl etməyə dəvət edirlər.

Bəyanatda diplomatik bir şəkildə problemin müharibə yolu ilə həll edilməsinə etiraz edilir. Müharibə başlayacağı təqdirdə tərəflərin maddi, texniki, maliyyə və insan itkisi ilə qarşı-qarşıya qalacağı, qaçqınların sayının artacağı xüsusilə vurğulanır.

Həmsədr dövlətlər müharibə başlayacağı təqdirdə tərəflərin sosial, iqtisadi, demoqrafik və maliyyə problemlərinin yaşanacağını iddia edirlər. Bunu bilmək üçün böyük dövlətin prezidenti olmağa ehtiyac yoxdur. Həmsədr dövlətlər Ermənistanın “bataqlığa düşmüş” iqtisadiyyatının, demoqrafiyasının, sosial mühitinin hətta qısa zamanlı bir müharibəni öhdəsindən gəlməyəcəyini bilərək Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə çalışırlar. Rusiyanın Gürcüstana bir həftəlik hərbi müdaxiləsi zamanı Ermənistanda cəmi 8-10 günlük buğda ehtiyatının qaldığını, ciddi enerji problemlərinin olduğunu Azərbaycan tərəfindən daha çox həmsədr dövlətlər gözəl bilir.

Müharibənin başlamasını istəməyən Minsk grupu həmsədr dövlətləri vasitəçilik missiyalarını obyektiv yerinə yetirməyə borcludur. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib və bu işğala son vermək Azərbaycanın suveren hüququdur.

Minsk grupu həmsədr dövlətlərin üçü də Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının (TŞ) üzvüdür. Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi dörd bəyanatın şərtlərini həyata keçirməklə mükəlləf olan bu dövlətlər, nədənsə Ermənistandan bunu tələb etmirlər.

Dünya silah ticarətində ilk 10-na daxil olan dövlətlərinin ilk beşinin TŞ-nın üzvləri olması da bir başqa təzaddır. Minsk qrupu həmsədr dövləti olan Rusiya son 20 ildə Ermənistana qarşılıqsız olaraq təxminən 2 milyard dollarlıq silah vermişdir. ABŞ  dünyada təcavüzkarları cəzalandıran “ədalət simvolu” kimi imic formalaşdırmağa çalışsa da, son 20 ildə işğalçı Ermənistana yüz milyonlarla dollar maliyyə yardımı etmişdir. Buna paralel olaraq qondarma rejimə də hər il dövlət büdcəsindən milyonlarla dollar maliyə vəsaiti ayırır. Fransa Ermənistan ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığını genişləndirir, Nikola Sarkozinin dediyi kimi Ermənistanı “bacısı” kimi görür və təbii ki, “bacısının namusunu” qorumağa çalışır.

Demokratik dəyərlərin, insan haqlarının qoruyucuları olduqlarını iddia edən həmsədr dövlətlər mövzu Azərbaycan olanda dünya tarixində nə qədər beynəlxalq hüquq sənədləri var hamısını bir-bir sadalayaraq müharibənin mümkünsüzlüyndən danışır, və “sülıh göyərçini” rolunu oynayırlar. Özlərinin strateji, siyasi və iqtisadi maraqlarını qorumaq üçün isə sərhədlərindən minlərlə kilometr uzaqda hətta tamamən başqa qitədə olan dövlətləri bombalamaqdan belə çəkinmirlər.

İraqı və Əfqanıstanı hədəf seçən böyük dövlətlər bu ölkələri diktatorluqdan xilas edərək demokratiyanı, insan haqlarını, ədaləti bərpa edəcəklərini iddia etsələr də, bu dövlətləri işğal etdikdən sonra öldürdukləri mülki insanların sayı “diktator” zamnaında öldürülənlərdən daha çoxdur. Suriyanın daxili işlərinə müdaxilə edərək ölkədəki narazılığı vətəndaş müharibəsinə çevirən bu dövlətlər, “azadlıq ordusu” olaraq adlandırdıqları terrorist qruplaşmaları silah və maliyyə vəsaiti ilə təmin edirlər. Dünənə qədər beynəlxalq terrorizmə qarşı bütün cəbhədə mübarizə apardıqlarını iddia edən bu dövlətlər, Suriyada Bəşər Əsad rejimini devirmək üçün beynəlxalq terrorçu qruplaşmalarla məmnuniyyətlə əməkdaşlıq edirlər.

Nüvə silahına sahib olma haqqını öz monopoliyalarında saxlamağa çalışan TŞ-na üzv olan dövlətlər nüvə silahı əldə etmək istəyən Şimali Koreya və İranı terrorizmə dəstək verməkdə ittiham edirlər. Bu dövlətlərin heç biri TŞ-na üzv olan dövlətlərin torpaqlarını işğal etməyib və işğal etmə potensiyalına sahib olmasalar da, onlara qarşı iqtisadi, siyasi və hətta yüksək rütbəli dövlət məmurlarına fərdi sanksiyalar tətbiq olunur. Bu sanksiyaların Azərbaycan torpaqlarını işğal edən Ermənistana və qondarma rejimə tətbiq edilməsi gərəkirkən, TŞ-na üzv olan dövlətlər və Minsk qrupu həmsədr dövlətləri bu zaman səssiz qalmağa üstünlük verirlər. Bu olduqca düşündürücüdür.

Həmsədr ölkələrin bəyanatı bundan əvvəlki bəyanatlar kimi hüquqən heç bir nəticə doğurmayacaqdır. Amma siyasi olaraq tərəfləri, xüsusilə də Azərbaycanı müharibədən yayındırmağa çalışırlar. Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi üçün hərbi potensialını artırmağa,  ordusunu yeni və son texnologiya ilə istehsal edilmiş silahlarla təmin etməyə çalışdığı ərəfədə həmsədr ölkələrin bu bəyanatı diqqətdən qaçırılmamalıdır.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

İyun 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 12
3456789
10111213141516
17181920212223
24252627282930