Haqqımızda
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi
“Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi” ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir.
Mərkəz öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında) Azərbaycan Respublikasının Qanunu”, digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.
Mərkəz Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.
MƏRKƏZİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Mərkəz, Azərbaycanın milli mənafelərinin qorunmasının önündəki fürsət və əngəlləri, təhlükəsizliyini təhdid edən problemləri aydınlaşdırmaq və analiz etmək, elmi fundamental siyasət və bu siyasətə uyğun stratejilər hazırlamaq, bunları dövlət və ictimaiyyətlə paylaşaraq milli təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi çalışmaları ilə regional və qlobal stabillik və sülhə xidmət etməyi hədəf seçən bir strateji araşdırma mərkəzidir. Mərkəz, həyata keçirdiyi elmi, analitik fundamental, obyektiv araşdırmalar, toplantılar, konfranslar, simpoziumlar, raportlar və başqa çalışmalarla regionun və dünyanın ciddi araşdırma mərkəzlərindən biri olmağı hədəf qəbul etmişdir.
Mərkəzin əsas məqsədi, beynəlxalq proseslərin strateji analizinə, Azərbaycanda demokratik inkişaf və hüquqi dövlət quruculuğu prosesinə, dünyada gedən proseslərin Azərbaycanda daha yüksək səviyyədə öyrənilməsinə, Azərbaycanda strateji araşdırmalar sahəsinin inkişafına, Azərbaycandakı və dünyadakı proseslərin dərindən analizinə, media sahəsində inkişafa, Azərbaycan mediası ilə dünya mediası arasındakı əlaqələrin səviyyəsinin artmasına öz tövhəsini verməkdir.
Mərkəz məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
• dünyada, müxtəlif regionlarda gedən proseslərin mütəmadi öyrənilməsi, analiz edilməsi, xüsusi bülletenlər hazırlanması;
• dünyadakı və bölgəmizdəki vacib siyasi problemlərin, müxtəlif miqyasdakı hərbi münaqişələrin öyrənilməsi, analiz edilməsi, həlli yollarının ortaya qoyulması, regional və qlobal sülhün və təhlükəsizliyin qorunması istiqamətində səylər göstərilməsi;
• Azərbaycandakı və dünyanın müxtəlif regionlarındakı sosial-iqtisadi problemlərin öyrənilməsi, onların ayrı ayrılıqda və müştərək həlli üçün təkliflər verilməsi;
• Azərbaycan ilə dünyanın digər ölkələri arasında münasibətlərin, ayrı-ayrı ölkələrin öz aralarındakı münasibətlərin, bu münasibətlərdəki müsbət istiqamətlərin və problemlərin öyrənilməsi və analiz edilməsi;
• Azərbaycanın üzvü olduğu regional və beynəlxalq təşkilatlarda fəaliyyətindəki müsbət istiqamətlərin artırılmasına, üzv olmadığı təşkilatlar ilə əməkdaşlığının hər iki tərəf üçün faydalı olacaq şəkildə artırılması üçün səylər göstərilməsi,
• demokratiya və insan hüquqlarının ümumən daha yüksək səviyyədə təmini üçün lazımi islahatların keçirilməsi prosesində iştirak edilməsi;
• qadın və uşaq hüquqlarına dair xüsusi tədiqatların aparılması;
• cəmiyyətdəki müxtəlif qorunmağa möhtac təbəqələrin hüquqları üzrə tədqiqatların aparılması;
• insan hüquqlarının müxtəlif istiqamətləri üzrə inkişafın təmn edilməsi üçün layihələr həyata keçirilməsi;
• yerli özünü idarəetmə orqanlarının fəaliyyətinin yaxşılaşdırılmasına köməklik göstərilməsi;
• elm, texnologiya, təhsil və mədəniyyət sahələrində inkişafa xidmət edən layihələrin hazırlanması və həyata keçirilməsi;
• Azərbaycan mediasının müasir peşə standartlarında fəaliyyətini təmin etmək məqsədilə beynəlxalq konfranslar təşkil edilməsi;
• ölkə jurnalistləri ilə qabaqcıl ölkə jurnalistləri arasında təcrübə mübadiləsi məqsədilə birgə tədbirlər keçirilməsi;
• Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması üçün yerli və xarici mütəxəssislərin cəlb olunacağı treninq layihələrinin həyata keçirilməsi;
• Azərbaycan media sisteminin təkmilləşdirilməsi və müasir standartlara çatdırılması üçün araşdırmalar keçirilərək analitik hesabatların hazırlanması və əlaqədar qurumlarla əməkdaşlıqların qurulması;
• müxtəlif mövzuları əhatə edən media monitorinqlərinin həyata keçirilməsi;
• beynəlxalq münasibətlər, dövlətlərarası strateji ittifaqlar və s. mövzularda araşdırmaçı jurnalistika ənənəsinin inkişaf etdirilməsi üçün jurnalistlər arasında müsabiqələrin keçirilməsi;
• dövri mətbuatla əməkdaşlıq edilərək strategiya, beynəlxalq münasibətlər və s. mövzularda əlavələr nəşr edilməsi;
• TV layihələrinin həyata keçirilməsi;
• jurnalistlərin təlim mərkəzi kimi fəaliyyət göstərək, ictimai əsaslarla işləyəcək Jurnalistika Məktəbi təsis edilməsi;
• xarici ölkələrin media monitorinqini təşkil edərək həmin ölkələrdə Azərbaycanın milli dövlət maraqlarının müdafiəsi istiqamətində “imic araşdırmaları” keçirilməsi;
• ictimaiyyətin müxtəlif təbəqələrinin ölkədə və dünyada baş verən proseslə haqqında rəyini öyrənmək məqsədilə ictimai rəy sorğuları keçirilməsi;
• bu Nizamnamədən irəli gələn başqa vəzifələri həyata keçirilməsi.
Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Mərkəz:
• xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları ilə əlaqələr qurur və onlarla birlikdə layihələr həyata keçirir;
• elmi araşdırmalar aparır, müxtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, konfranslar, simpoziumlar və digər tədbirlər təşkil edir;
• sosioloji sorğular keçirir, monitorinqlər aparır;
• məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada kütləvi informasiya vasitələri, mətbu nəşrlər təsis edir;
• müxtəlif regional və beynəlxalq qurumlar və institutlar ilə əlaqələr yaradır;
• xarici ölkələrdə fəaliyyət göstərən təşkilatların onun məqsəd və mənafelərinə zidd olmayan tədbirlərinə qoşulur, nümayəndələr mübadiləsini həyata keçirir.
• məqsədlərimizə uyğun olan və qanunvericilik ilə qadağan edilməyən digər fəaliyyətləri həyata keçirir.
QEYD: Mərkəzin saytında dərc edilmək üçün göndərilən məqalələr və yazılar ekspertlər tərəfindən dəyərləndirildikdən sonra sayta yerləşdiriləcəkdir. Məqalə və yazılar göndərərkən mütləq elektron adresinizi və telefon nömrələrinizi yazın.
Ekspert heyəti:
Hatəm Cabbarlı, Siyasi elmlər doktoru (ATSAM Sədri)
Nazim Cəfərsoy, Siyasi elmlər doktoru (İqtisad universiteti TDİF, Azərbaycan)
Aygerim Şilibekova, Siyasi elmlər doktoru (L.N Gumilyev Avrasya Ulusal Üniversitesi Uluslararası ve Bölgesel Araştırmalar Merkezi. Kazakistan)
Asif Qurban, İqtisad elmləri doktoru
Ələsgər Ələsgərli, Hüquqi elmləri doktoru (21. Yüzyıl Enstitüsü, Türkiyə)
Mehmet Şahin, Siyasi elmlər doktoru. (Gazi universiteti, Türkiyə)
Arif Kəskin, (Türkiyə)
0 Comments
Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !
But You can be first to leave a comment !