Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazıPrevious Article
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi

Line Spacing+- AFont Size+- Print This Article
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Uşağın maddi-mənəvi varlığı və hüquqi tənzimləmə

Hamımza məlumdur ki, təbiətin ali məxluqu olan insanın başlanğıcı uşaqdır. Uşaq ali dini və elmi varlıqdır. İnsanın əsası ana bətnində (daxilində) qoyulur. Ata və ana uşağın dünyaya gətirilməsində vasitəçi olurlar. İnsan hüquqlarının başlanğıcı elə bətndəki rüşeymlərdən formalaşır. Bu ilk bioloji yaranışla yaradılanın hüquq rüşeymi ortaya çıxır. Burada uşağın ilkini daşıyan ananın təbii hüquqlarından gələcək uşağın hüquqları meydana gəlməyə başlayır. Uşağın hüquqları, uşağın Allahdan verilən təbii haqqı (bu haqq bətndə döl böyüyənə qədər ardıcıl olaraq verilir) onun yaranış anından (döl anından) başlayır. Ana bətnində uşağın fiziologiyası ilə yanaşı, xarakteri də tədricən genetik əsaslarla formalaşır. Uşaq hərəkəti passiv olur, eləcə də hüquqları passiv formada, daxili bütövlüklə inkişaf edir. Ancaq uşağı bətndə daşıyan, bəstələyən ananın hüquqları (ana hüququna “iki canlının hüququ” adını vermək olar) aktivləşir. Ana hüququ daxili passiv hüquqların artması hesabına aktivləşir, öz kəmiyyətini artırır. Bu hüquqlar anaya olan maddi və mənəvi hüquqların artımı ilə müşayiət olunur. Uşaqda hərəkətlər və təkmilləşmə bətn (daxil) xarakterini meydana gətirir. Bətndə uşağın strukturu ilə bərabər şüuru da yaranmağa başlayır. Belə demək doğru olar ki, uşağın “Xas” (gen, orijinal) xarakteri də məhz ana bətnindən yaranır. Uşağın gen xarakteri (burada ilkin yaranışı və mövcudluq əsasları) onun genetik, təbii hüququnu şərtləndirir. İnformasiya daşıyıcıları olan hüceyrələr (hüceyrələrdə quruluş və ruhi informasiyalar toplanır) insanı yaradarkən insana bətn hüquqlarını da vermiş olur. İnsan öz başlanğıcı ilə özünün hüquqlarının ilkin formalaşma mərhələsini meydana gətirir. Ananın davranışının və ətraf təmasla əlaqəsinin xüsusiyyətlərini uşağa təsirsiz hesab etmək olmaz. Uşaq gen daşıyan hüceyrələrlə (atadan gələn və irsi kodları özündə cəmləşdirən hüceyrələr), həmçinin ananın irsi hüceyrələri və ananın (hamilə ananın) ətrafdan qəbul etdiyi informasiyalarla təmin olunmağa başlayır. Belə qəbul etmək olar ki, hamilə anaya uşağa pozitiv informasiyalar ötürmək üçün xoş mühit, gözəl mənzərə bəxş etmək lazımdır. Sakit, dinc həyat şəraiti vacibdir. Ana öz bətnində uşağın həm təbii genetik hüquqlarını, həm də ətraf üçün faydalı, sağlam evlad yetişdirmək hüquqlarını formalaşdırır. Döl formasında olan uşaq ana bətnində informasiyalar almaq hüququna sahib olur. Hamiləliliyin bütün dövrlərində və mərhələlərində (tibb dilində-trimestrlərdə) uşağın passiv hüququ böyüyür, eləcə də ana vasitəsilə xaricə açıq olan hüquqları aktivləşir. Hamilə ananın hüquqlarını uşağın maddi dünya üçün öncələyici hüquqları kimi sərf-nəzər etmək lazımdır.
Qeyd: tibb elmi qeyd edir ki, hamiləliyin bütün dövrü 3 trimestrə bölünür. 1-ci trimestr hamiləliyin 12-ci həftəsində, 2-ci trimestr hamiləliyin 24-cü həftəsində, 3-cü trimestr isə hamiləliyin 40-cı həftəsində başa çatır. Hamiləliyin dövrləri. 29 Aprel 2011.

http://saglamolun.az/index.php/hamilelik-ve-dogus/163-hamilliyin-doevrlri.html

Trimestr latın sözüdür. Doqquz aylıq hamiləlik dövrünün hər üç ayına verilən addır. Trimestr üç ay deməkdir.
Allah insanı ana bətnində formalaşdırdığı dövrdə anaya və uşağa enerji, güc və qüvvə verir. Hamiləlik dövründə uşağın forması ilə yanaşı, mənası da yaranmağa başlayır. Bu məna elə uşağın ilk mənəviyyat hüququnun əsaslarını təşkil edir.
Məlumdur ki, yetkinlik və gənclik yaşına çatmayanlar (18 yaş və yuxarı yaş dövrü gənclik yaşı hesab olunur) uşaq və yeniyetmələr (11-15; 11-16 yaş arası insanlar; qızlarda bu yaş erkən olur: 9-13 yaş) hesab olunurlar. Bu göstərici uşağın fiziki, əqli və psixi qabiliyyətləri ilə müəyyən olunur.
Mütəxəssislər qeyd edirlər ki, hazırda pedaqoji, psixoloji və herontoloji baxımdan insanın aşağıdakı yaş dövrləri müəyyən edilmişdir: çağalıq və körpəlik dövrü (0-3 yaş); məktəbəqədər dövr (3-6 yaş); kiçik məktəbli dövrü (6-10 yaş); yeniyetməlik dövrü (10-15 yaş); gənclik dövrü (15-30 yaş); yetkinlik dövrü (30-60 yaş); ahıllıq dövrü (60-75 yaş); qocalıq dövrü (75-90 yaş); uzunömürlülük dövrü (90-150 yaş). Müxtəlif yaş dövrlərində şəxsiyyətin inkişafının xüsusiyyətləri. 08 iyun 2010.

http://kayzen.az/blog/pedaqoq/1165/m%C3%BCxt%C9%99lif-ya%C5%9F-d%C3%B6vrl%C9%99rind%C9%99-%C5%9F%C9%99xsiyy%C9%99tin-inki%C5%9Faf%C4%B1n%C4%B1n-x%C3%BCsusiyy%C9%99tl%C9%99ri.html

Həyat, həyatı təşkil edən, həyatı formalaşdıran ailə, cəmiyyət, dövlət və dünya üçün, ən əsası bəşəriyyət üçün uşaq bir varlıq olaraq kimdir-hansı ki, bu kimliyi ilə özünə haqq qazandırır və böyüklər tərəfindən hüquqi tənzimləmə obyektinə, predmetinə çevrilir:

-uşaq Uca Allahın insan yaradıcılığının başlanğıcıdır;
-uşaq insan paklığının, məsumluğunun bariz nümunəsidir;
-uşaq insanlığın, bəşəriyyətin, humanizmin dəyəridir;
-uşaq daxili aləmi ilə insanlığın ucalığıdır-ali məzmun, bəşəri mahiyyət məhz uşaqlıqda təcəssüm olunur. Saflıq, sadəlik məhz uşaqlıqda ifadə olunur;
-uşaq insanlığın davamıdır, irsin, soyadın, mədəni kimliyin davamçı mənbəyidir;
-uşaq yaradıcılığın, irsin, mədəni mövcudluğun, siyasi varlığın davamıdır. Dövləti təşkil edən insan resursları üçün uşaqlar əsas mənbədir;
-uşaq keçmiş və mövcud nəsil davamçısı olmaqla, gələcəyə yönəlik insani dəyərlərin qoruyucu elementidir;
-uşaq insan dəyərlərinin irsi daşıyıcısıdır;
-uşaq baza hüquqların tərkib və bölgü daşıyıcısıdır-hər yaşda uşağın baza hüquq və azadlığı mövcuddur və bu amil də insan hüquqlarının baza əsasını və azadlığını əks etdirir;
-uşaq insan azadlığının ilkin dəyər simvoludur;
-uşaq yaşlı nəslin ümid elementi, insanlığın əbədiyaşar simvoludur;
-uşaqlar hüquq ötürən ünsürlərdir-irsi hüquqlar, bu baxımdan da vərəsəlik hüquqları buna nümunədir;
-uşaq bəşəri mədəniyyətin bağlayıcı elementidir. Bəşəri mədəniyyətin davamçısıdır;
-uşaq bəşəri sülhün və sabitliyin şərtləndirici elementidir;
-uşaq ailə ənənələrinin mövcud və gələcək bağlayıcı və yaşam elementidir;
-uşaq yaşlı nəsili əvəzləyici və hüquqları yaşlı nəsildən təhvil alan ünsürdür. Buna görə də onlar qırılmaz, axan hüquqların ünsürləridir;
-uşaq milli-mədəniyyətin davavmçıları, sağlam nəslin rəhnidir(şərtidir, əsasıdır, mənbəyidir);
-uşaq gələcək nəslin gücüdür, potensialıdır. Bu baxımdan da uşaqların sağlamlığı, parlaq gələcəyi digər nəsillərin nümayəndələrini (cavanları, ahılları, yaşlıları, qocaları) düşündürür;
-uşaq ailə, cəmiyyət və dövlətçilik ənənələrinin davamını təmin edəndir. Onlara əsas zəmanətdir;
-uşaq müharibələrə, münaqişələrə, zorakılıqlara nifrət elementidir-uşaqlar böyükləri müharibələrdən çəkindirir. Ona görə ki, onlar böyüklərin dayağı, mənbəyidir. Böyüklər müharibə itkilərindən ehtiyat edərək, bu kimi aktlara qarşı çıxa bilirlər. Uşaqların bəşəri mənaları da qlobal və regional müharibələrdən yayınmaları əks etdirir. Müharibələrin qadağan olunması əsasları da hüquqi baxımdan formalaşır;
-uşaq ailə, cəmiyyət və dövlət üçün gələcəyə arzu simvoludur.
Ümumiyyətlə, uşaqların milli və beynəlxalq əhəmiyyəti onların hüquqlarının əsaslarını formalaşdırır.
Bu kiçik canlı varlıq öz məsumluğu, paklığı ilə maddi dünyaya, ailəyə, cəmiyyətə və dövlətə ayaq basır. İlk başlanğıcda ailəni, cəmiyyəti və dövləti özündən asılı edir. O mənada ki, ailənin, dövlətin, cəmiyyətin hüquq və vəzifələrini, öhdəlik və məsuliyyətini meydana gətirir. Onlar (ailə, cəmiyyət və dövlət) uşağın özü ilə gələn hüquqlarını uşağa vermək, hüquqları tanımaq və təsdiqləmək, hüquqlarla barışmaq (razılaşmaq, qəbul etmək, məkan ayırmaq) funksiyasını və öhdəliyini yerinə yetirirlər.
Uşağın dünyaya gəlməsi onun fərdi və universal hüquqlardan istifadə etməsini şərtləndirir. Ailə məişət və dövlət hüquqları sahəsində (hansı ki, insanlar bu hüquqları öz hüquqlarının tərkibi kimi təsdiq edirlər) uşaq istifadə edən tərəf kimi də çıxış edir. Məsələn, uşaq dünyaya gələndə onun hansı ölkədə doğulması şərtdir. Hansı ölkənin tranzit-nəqliyyat vasitələrində dünyaya gəlməsi şərtdir. Uşaqlara doğulduğu ölkələrə görə də vətəndaşlıq verilməsi məsələləri mövcud olur. Eləcə də uşaqların doğulduğu ailələrdə yaşamaq hüquqları (nəzəri-konseptual əsaslarla, həmçinin təcrübi baxımdan )meydana gəlmiş olur.
Ana bətnində döl (rüşeym, maya) halında olan canlı öz hüquqlarını özü ilə meydana gətirir. Hüquq müstəvisində məkan əldə edir. Südəmər körpə (tifil, qundaq, infant), kiçik uşaq öz hüquqlarını siyasi və sosial mənada adının qeydiyyata (dövlət reyestrindən keçmə) salınması ilə ikinci mərhələ olaraq rəsmən təsdiq edir. Dövlət sənədlə onun hüquqlarından çıxarışlar edir. Onun hüquqlarını müəyyənediciliklə, eyniləşdirməklə isbatlayır. Dövlət hüququ təmin edən əsas siyasi tərəf kimi uşağı öz diqqət və qayğısına alır. Dövlətdə mövcud olan qanunvericiliklərdən (imtiyaz nəzərdə tutan, maddi yardımlar edən normalardan) ailə istifadə edir. Ailə və digər qurumlar (burada valideynlər, yaxın qohumlar, uşaq üzərində valideynlik hüququnu həyata keçirənlər-hamilər, fiziki şəxslər, təşkilatlar) dövlət qarşısında uşaqların nümayəndələri kimi (müvəkkilləri, vəkilləri olaraq) çıxış edirlər.
Uşaq hüquqları uşağın böyüməsinə, yeniyetməliyə və gənclik yaşlarına qədər bir neçə mərhələdə formalaşır. Bu formalaşma vahid insan hüquqları trayektoriyasından məxsusi törəmələrlə həyata keçir. Törəmələr bir-birini şərtləndirir və məxsusi davamedici müstəvi yaradırlar. Bu da uşağın cəmiyyətdə, ailədə və dövlətdə iştirak imkanları ilə bağlı olur. Uşaqlar yetkin yaşlarından sonra ali siyasi hüquqlara sahib olurlar. Uşaq hüquqlarının ilkin mərhələsi (fazası) ana bətnində başlayır. Bu mərhələdə uşaq fizioloji-bioloji aspektdə ana ilə daha sıx bağlı olur və hüquqları birləşmiş formada müəyyən olunur. Bətndə olan uşaq hamilə qadın hüquqlarını meydana gətirir. Bu hüquqlar daxilində uşaq daşıyan ananın səlahiyyətlərini, vəzifələrini bir tərəfdən genişləndirir, digər tərəfdən də məhdudlaşdırır.
Hüquq təbiidir. Hüquq (haqq) insana xasdır və insanın özü öz vəzifə və səlahiyyətlərini müəyyən edən tərəfdir. Haqq-maddi-material vasitələrdə və mənəvi aləmdə məxsusluğu, mənsubluğu, aidiyyatlılığı olmaq deməkdir. Şəxs bu haqdan müəyyən təqribi, mütləq və nisbi ölçülərlə istifadə edərək özünü təsdiq edir, ifadə edir. Özünü qoruyur və təmin edir. Haqq məkana giriş və məkan əldə etmək kriteriyasıdır. Haqq (hüquq) şəxsin statusunu müəyyən edir. Şəxsin “statutunu”, yəni nizamlanmış, kompleks hüququnu, vəzifə və səlahiyyətlərini müəyyən edir.
Dövlət və cəmiyyət hüquqların təbiiliyini müəyyən edən, aşkar edən məkandır. Ailə özü də üzvlərin hüquqlarını müəyyən edən məkandır. Dövlət, cəmiyyət və ailə uşaqlar üçün hüquq təyin edən tərəfdirlər. Uşaq insandır. Bu baxımdan da insana aid olan umumi və məxsusi hüquqlar uşaqlara da aiddir. Uşaq bir kateqoriyadır. Bu baxımdan da uşaq hüquqları universal insan hüquqları daxilində bir kateqroiyadır. Uşaq hüquqları məxsusidir, eləcə də universaldır.
Uşaqların hüquqları onların qayğısı ilə müəyyən olunur. Uşaqlara qayğı göstərən tərəflər: valideynlər, yaxın qohumlar, cəmiyyət və dövlətdir. Tərəflər uşaq hüquqlarını müəyyən edirlər. Eyni zamanda uşaqlara sahiblik hüququ əldə edirlər. Uşaqlara sahiblik hüququ onlara qayğı göstərmək vəzifəsini və borcunu, məsuliyyətini zəruri edir. Bu baxımdan da uşaqların himayəçiliyi yaranır. Uşaqların himayəçiliyi doğma ata-analarına, yaxın qohumlarına, cəmiyyətə (burada ayrı-ayrı şəxlərin uşaqları övladlığa götürmələri nəzərdə tutulur) və dövlətə (dövlət kimsəsiz uşaqlara sahiblik hüququ qazanır və bununla da müəyyən ixtisaslaşmış müəssisələrdə onların saxlanmasını, təminatını və tərbiyəsini bir vəzifə kimi öz üzərinə götürür) məxsusdur.
Uşaq fizioloji və əqli varlıq (burada qabiliyyət, istedad, bacarıq ünsürü olduqları üçün) kimi tək ailənin yox, həm də bir fərd, vətəndaş olaraq cəmiyyətin və dövlətin varlıq ünsürüdür. Bu baxımdan da onların mövcudluqları və gələcək inkişaf tendensiyaları dövlətin və cəmiyyətin də maraq dairəsinə aiddir.

Fikirləri ümumiləşdirərək uşaqla bağlı bu kimi qənaətlərə gəlmək olar:

-uşaq hər anda və hər bir yaşayış məskənində, eləcə də qeyri-yaşayış məskənlərində hüquqlarını daşıyan bir elementdir;
-uşaq insan hüquqlarının baza əsaslarında bölgü və tərkib yaradan elementdir;
-uşaq əks tərəflərdə himayə hüquqlarını yaradan vasitədir;
-uşaq insan hüquqları müstəvisində tərkib yaradan vasitədir;
-uşaq insan hüquqlarının mövcud və gələcək əsaslarını yaradan amildir;
-uşaq insan hüquqlarını zamanla daşıyan və onu genişləndirən vasitədir;
-uşaq insan hüquqlarını üfiqi və şaquli müstəvi üzrə genişləndirən və mərkəzləşdirən, bir araya toparlayan koordinativ vasitədir;
-uşaq ailəyə, fərdə əlavə hüquqlar verən vasitədir. Məsələn, şəxslərə ata və ana hüququ verir, anaya hamiləlik hüququ, doğuş məzuniyyəti, uşağa qulluq məzuniyyəti və digər sosial hüquqları verir;
-uşaq öz timsalında valideynlər üçün kompleks sosial hüquqlar bəxş edir;
-uşaq cəmiyyətə və dövlətə onların hüquqlarını müəyyən etmək hüquqları verir;
-uşaq cəmiyyətə və dövlətə müdafiə və mühafizə hüquqlarını verir. Uşaqlara himayəçilik dövlətin konstitusion hüququnu təşkil edir;
-uşaq valideynlərinə imtiyazlı və əlavə hüquqlar bəxş edir;
-uşaq dövlətə onların təhsil almalarını və tərbiyə olunmaqlarını təmin etmək hüquqları bəxş edir;
-uşaq hüquq konsepsiyasının və obyektinin mərkəzində dayanır.

Uşaq hüquqlarının normalara və qaydalara salınmasını təmin edən sənədlər, aktlar bunlardan ibarət olur:

-Uşaqların baza hüquq və azadlıqlarını, məxsusi pozitiv hüquqlarını ifadə edən konstitusiyalar;
-uşaq hüquqlarını sahələr üzrə təmin və ifadə edən, qoruyan qanunlar;
-uşaq hüquqlarını proqramlaşdıran, konseptual məzmun verən və gələcəyə yönəldən, həmçinin qoruyan strateji-konseptual sənədlər: proqramlar, fəaliyyət planları, xartiyalar(niyyət bəyamnamələri) və s.;
-uşaq hüquqlarını sahələr üzrə təmin edən, qanunlardan törəyən əlavə mahiyyət kəsb edən və mexanizm yaradan normalar və normalar toplusu olan qaydalar. Norma və qaydaları qəbul edən mərkəzi icra hakimiyyətinin sənədləri;
-uşaqların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının icrasını təmin edən ixtisaslaşmış dövlət qurumunun (aidiyyatı mərkəzi icra hakimiyyəti qurumunun-publik şəxslərin, komitələrin) qəbul etdiyi sənədlər, aktlar;
-uşaqların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını təmin etmək üçün yerli qurumların qəbul etdiyi normalar və qaydalar. Təlimatlar, direktivlər, göstərişlər, şifahi və yazılı tapşırıqlar, əmr və göstərişlər;
-uşaqların pozulmuş hüquqlarını təmin edən, bərpa edən, uşaq hüquqlarının pozulmasının qarşısını alan məhkəmə qurumlarının qərarları;
-uşaq hüquqları sahəsində fəaliyyət göstərən ictimai (qeyri-kommersiya) qurumların qəbul etdikləri qərarlar;
-beynəlxalq hüquqi sənədlər-konvensiyalar və onlara əlavə olunan protokollar, bəyannamələr;
-beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının qəbul etdikləri sənədlər.
Qəbul edilən bütün milli (mərkəzi və yerli) və beynəlxalq (universal və regional, dövlətlərarası və beynəlxalq təşkilatlarda) sənədlərdə uşaqların təbii hüquqları tanınır, qəbul olunur. Normalara salınır və hədlər, sərhədlər müəyyən olunur. Uşaq hüquqlarının miqdarı, ölçüsü normalarda və qaydalarda ifadə olunur. Sənədlər uşaq hüquqlarının kompleks tərəflərini birləşdirir. Hüquqların strateji-təsbitedici məzmununu və taktiki icraedici əsaslarını ortaya qoyur.
Həyatın uşaq üçün zəruri sahələrində uşaqların təbii hüquqları mütləq qaydada normalara salınır. İnkişaf tsiklinə və xüsusiyyətlərinə uyğun olaraq hüquqlar müəyyən edilir. Əsas və əlavələr olmaqla təsnif edilir, qruplaşdırılır. Deməli, uşaq hüquqları məkana və inkişaf proseslərinə bağlı olaraq müəyyənliklə formalaşır. Normalardan yeni norma və qaydalar törəyir.

Uşaq hüquqları ilə bağlı tədqiqatın (predmetin) əsas istiqamətləri

Uşaq hüquqları anlayışı üzrə tədqiqatları, mülahizələri və predmetləri bu kimi baza istiqamətlərdə həyata keçirmək, müəyyənləşdirmək və fikir konsepsiyaları, normaları yaratmaq olar:

-uşaq hüquqları baza insan hüquqlarının tərkibi kimi;
-uşaq hüquqlarının və azadlıqlarının təminatı sahəsində valideynlərin və dövlətin hüquq və vəzifələri;
-uşaqların artan və məhdudlaşan hüquqları;
-dövlətin uşaq hüquqlarının normalarla və qaydalarla müəyyən olunmasında vəzifə və funksiyalarının əsasları;
-uşaq hüquqlarının təminatı sahəsində dövlət hüququnun insan hüquqlarının tərkibini təşkil etməsi;
-uşaq hüquqlarının ümumi insan hüquqları sferasında bağlayıcı və genişləndirici mənalar kəsb etməsinin əsasları;
-uşaq hüquqlarının cəmiyyətin təbəqələrinə məxsus olan hüquq kimi tərkibinin və bölgü ünsürü təşkil etməsinin əsasları;
-uşaq hüquqları şaxələndirici və bölücü hüquq kimi;
-uşaq və onun fəlsəfi mənası. Uşaq dəyər subyekti və obyekti kimi;
-uşaq hüquqlarının ontoloji, qnoseoloji və epistemoloji əsasları;
-uşaq hüquqlarının nəzəri əsasları ilə bağlı bəzi tezislər;
-uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları. Yaşa görə hüquqların keçici və bağlayıcı əsaslarla dərk olunmasının əsasları;
-uşaq hüquqlarının insan hüquqlarının nəzəri konsepsiyasının tərkibini təşkil etməsi;
-uşaq hüquqlarının insan hüquqlarının nəzəri strategiyasını və taktikasını təşkil etməsi;
-uşaq hüquqlarının təminatında dövlətin funksiyalarının müəyyən olunması və dövlətin qayğı hüquqlarının əsasları;
-hamilə qadın hüquqları-uşaq hüququnun tərkibi kimi. “İki canlı hüququ”nun formalaşması. Uşaq hüquqlarının ilkin fazası. Hüququn mənbəyi və mənşəyi;
-uşaqların yaşa görə kateqorial hüquqları. Tərbiyə olunmaq, qayğı və təhsil hüquqları;
-uşaq hüququ ailə hüququnun tərkibi kimi. Ailə hüququnun genişlənməsində uşaqların hüquqi rolu;
-valideyn vəzifəsi və hüququ-uşaq hüququnun təminat vasitəsi kimi. Valideyn hüququ ilə uşaq hüquqlarının harmonik məzmunu, üzvi vəhdəti;
-uşaq hüquqlarının təminatında dövlətin vəzifə və funksiyaları. Dövlətin hüquqi təminat, hüquqi müdafiə hüquqları və vəzifələri;
-uşaq hüquqlarının təminatında cəmiyyətin vəzifə və funksiyaları. Cəmiyyətin müdafiə, ictimai qınaq və müşahidə, nəzarət funksiyası;
-uşaq hüquqlarının məkana və zaman görə formalaşması. Yaşa və imkanlara görə artan, genişlənən hüquqlar;
-uşaq hüquqlarının kateqoriyası (insan hüquqlarının tərkibi olaraq). Uşaq hüquqlarının məxsusi əsasları;
-uşaq hüquqlarının təminatı sahəsində dövlətin təşkilati funksiyası. Ailə və uşaqlarla bağlı tənzimləməni həyata keçirən səlahiyyətli dövlət qurumlarının təşkili;
-uşaq hüquqları sahəsində cəmiyyətin təşkilati funksiyası. Uşaqlarla əlaqəli olan və onların valideynlərinin hüquqlarını qoruyan, ictimai nəzarəti həyata keçirən qurumların təşkil olunması;
-uşaq hüquqları sahəsində milli qanunvericiliyin formalaşması əsasları-qanunvericiliyi zəruri edən şəraitin meydana gəlməsi;
-uşaq hüquqları sahəsində beynəlxalq hüquq normalarının formalaşması;
-uşaqların beynəlxalq hüquqi müdafiəsinin əsasları və beynəlxalq humanitar hüquqda uşaq hüquqları;
-uşaq hüquqları ilə beynəlxalq normaların milli qanunvericilikdə əks olunması;
-uşaqların təhsil hüquqları;
-uşaqların əyləncə hüquqları;
-uşaqların yaxın qohumlarını görmək hüquqları;
-uşaq hüquqları mədəni hüquqların tərkibi kimi. Milli –mədəni hüquqlardan istifadə hüquqları;
-uşaqların zorakılıqdan, təcavüzdən, köləlikdən və təqiblərdən milli və beynəlxalq səviyyədə müdafiə hüquqları;
-uşaqların beynəlxalq müdafiə və humanitar hüquqları. Onların beynəlxalq gərginliklər anında lazımi resurslarla təmin olunmaq hüquqları;
-uşaqların aliment almaq hüquqları;
-uşaqların əmlaka sahiblik hüquqları;
-uşaqların sağlam ətraf mühitdə, cəmiyyətdə və dövlətdə yaşamaq hüquqları;
-uşaqların cinayət və inzibati məsuliyyətə cəlb olunmaları zamanı onların müdafiə hüquqları;
-sağlamlıq üçün zəruri olduqda uşaqların müvafiq bədən orqanları ilə (transfer olunan orqanlarla, bu baxımdan da orqan köçürülməsi ilə əlaqəli təminat hüquqları) və s.

Elşən Nəsibov
Siyasətşünas alim

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Sentyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30