Demokratiya və institutsional idarəetməPrevious Article
Parlament fəlsəfəsi və parlamentdə təmsilçiliyin əsasları Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

İdarəçilik hüququ insan hüquqlarının bölgüsü və tərkibi kimi

Line Spacing+- AFont Size+- Print This Article
İdarəçilik hüququ insan hüquqlarının bölgüsü və  tərkibi kimi

Elşən Nəsibov 

siyasi elmlər üzrə fəlsəfə doktoru

14 sentyabr 2015

İdarəçilik sistemli bir proses olaraq elementlərin müəyyən istiqamətlərə yönləndirilməsidir. Subyektlərin obyektlərə və vasitələrə alətlərlə təsirləridir. Bu da tənzimləmədir. Hər bir elementin öz lazımi məkanına gətirilməsidir və bu baxımdan yeni məkanlarla əvəz olunmasıdır. İdarəetmə prosesləri zamanı elementlərin məkanlarda sıralara düzülməsi halları yaşanır. Bu proses də tənzimləmə hesab olunur. Norma və qaydalar meydana gəlir. İdarəetmə mahiyyətcə norma və qaydalara salmaq prosesidir. Tənzimləmə insanlar tərəfindən həyata keçirlir. Buna görə də idarəetmə insan hüquqlarının tərkibinə aid olur.
Hüququn tərkibi bir mücərrəd və konkret, eləcə də konseptual anlayış kimi mövcudluqdan, varlıqdan meydana gəlir. Yəni, insan varsa, dövlətdə və cəmiyyətdə (ümumiyyətlə, məkanda) mövcuddursa, deməli, məkanda (dövlət və cəmiyyətdə) olan vasitələrdən istifadə haqqına malikdir. Eləcə də dövlət və cəmiyyətdə yeni resursları yaratmaq hüququna sahibdir. Dövlət və cəmiyyət özü elə insan hüququnun məhsuludur. Bütün hüquqlar insanların təbii hüquqlarına aiddir; çünki insan təbii varlıqdır. Onun fəaliyyəti də təbiidir. İnsanın quruculuğu və yaradıcılığı da onun təbii fəaliyyətinin, əqli və fiziki təbii fəaliyyətinin məhsuludur. İnsan yaradırsa, yaratdığı vasitələr üzərində hüquq əldə edir. Bununla da yaratdığını məxsusiləşdirir, özününkü edir. Yaratdığı vasitələrə hüquqi status əldə edir.
Hüquq subyektin obyekt üzərində təsir qaydalarını və mexanizmlərini yaradan vasitədir, üsul və istiqamət müəyyən edən bağlayıcı kriteriyadır. Məsələn, insanların dövlət və hakimiyyət hüquqları elə dövlətləri və hakimiyyətləri bir-birinə bağlayır. Hüquq qaydalar və normalar üçün nəzəri əsaslardır. İnsan hüquqlarının tərkibini formalaşdıran amillər mövcuddur. Bu tərkib vəzifələrdən doğan ixtiyar, səlahiyyət, səlahiyyətlərdən irəli gələrək, məxsusluq, mənsubluluq, aidiyyatlılıq, bunlardan irəli gələrək əşyadan istifadə haqqı, icra hüququ, üzərində inzibati həbs tətbiqi hüququ, əşyalardan istifadəni məhdudlaşdırmaq və genişləndirmək hüququ, ümumən aidiyyatlılıq vəziyyəti, bağlılıq, bağlayıcılıq, vasitələrin tərkibinin dəyişidirilməsinə yönəlik hallar, vasitələrin məhv edilməsi, iştirakçılıq, müşahidə və nəzarət və digər vəziyyətlər özlüyündə hüququn tərkibini yaradır. Hüquq burada hərəkətləri müəyyən edir. Sahələrdə olan vasitələr üzərində təsir hüquqları isə bölgünü meydana gətiririr. Məsələn, siyasi, iqtisadi, sosial, mədəni, texniki və digər hüquqlar bölgüyə aiddir. Hər bir sahədə hüquq istifadəni və məsuliyyəti meydana gətirir. Hüququn ümumi tərkibi universal kriteriya kimi (məsələn, vəzifə səlahiyyətlərindən istifadə hüququ) məxsusi sahələrdə tətbiq olunur. Hüquqların birbaşa və dolayı təsnifatı da vardır. Təbii ki, bu, vəzifə və səlahiyyətlərdən irəli gəlir. Dövlətdə və cəmiyyətdə məkana aid vəzifələri də elə insanlar özləri yaradırlar. Bu üsullarla insanlar öz hüquqlarını vəzifələrlə təsdiq edirlər. Vəzifə tutmaq, iş yeri əldə etmək həmin məkanda hüquqları yaradır. Hüquqlara birbaaş və dolayı yollarla sahiblik var. Birbaşa və dolayı təsnifat vasitələrdən istifadənin, aidiyyatlılığın və mənsubluluğun dərəcəsindən asılıdır. Bu da özlüyündə hüquqi məsuliyyət və vəzifə öhdəliyinin tərkib dərəcəsini meydana gətirir. Məsələn, müəyyən bir qurum tərkibində vəzifəsinə görə birbaşa məsuliyyət daşıyan və dolayı yolla məsuliyyət daşıyan şəxslər işləyirlər. Əşyalardan birbaşa və dolayı istifadə etmək halları mövcud olur. İnsanlar cəmiyyətdə mövcuddurlarsa və cəmiyyətin sosial-mədəni və siyasi ünsürləridirlərsə, deməli, kollektiv olaraq və fərdi əsaslarla münasibətlər və əlaqələr qurmaq hüquqlarına malikdirlər.
Hüquqları təsnif etsək və sahələrə ayırsaq, onda, belə qərara gəlmək olar ki, insanların alidən və aşağıya doğru (burada pilləli idarəçilik, onun tərkibi olan tabeçilik və məsuliyyət nəzərdə tutulur) hüquqları mövcud olur.
Dövlət və cəmiyyət elə qurumlardır ki, bu qurumlar həm birbaşa, həm də dolayı hüquqlara sahib olan məkanlardır. Dövlətdə və cəmiyyətdə mövcud olan resurslar birbaşa və dolayı yolla istifadə olunmaqla yanaşı, insanları da hüquq və vəzifələri, öhdəlik və məsuliyyətləri baxımından bir-birilərinə bağlayır. Resurslar üzərində olan hüquqlar resursların tarazlı paylanması ilə meydana gəlir. Hər bir şəxs öz fəaliyyəti ilə hüquqlarını formalaşdırır. Hüquqlar normalar və qaydalar şəkilində əvvəlcə də müəyyən edilmiş formada mövcud olmuş olur. Məsələn, insanlar qanunların mövcud olduğu dövlətlərdə dünyaya gəlirlər. Müəyyən edilmiş norma və qayda tətbiq olunmağa başlayır.
Dövlətdə və cəmiyyətdə olan resurslar üzərində həm birbaşa fərdi və kollektiv, həm də dolayı yolla fərdi və kollektiv hüquqlar mövcud olur. Məsələn, dövlət hakimiyyəti və onun strukturları ümumilikdə xalqa məxsusdur. Burada (hakimiyyət strukturlarında) işləyənlər hakimiyyətdən, hakimiyyətdə tutduqları vəzifələrdən (səlahiyyətləri çərçivəsində) birbaşa istifadə edirlər. Hakimiyyət səlahiyyətlərinə malikdirlər. Digərləri isə dolayı yolla istifadə hüquqlarına sahib olurlar. Hakimiyyət üzərində nəzarət hüquqlarına malik olurlar. Resurslar həm fərdi olaraq, həm də kollektiv əsaslarla istifadə edilir.
Dövlətdə yaşamaq, hakimiyyətdə təmsil olunmaq insanların idarəetmə hüquqlarını reallaşdırır.
İdarəçilik məcmu, kollektiv hüquqdur. İdarəçiliyin tərkibində iştirak, quruculuq və yaradıcılıq, koordinasiya etmək, yönləndirmək, nəzarət və müşahidə kimi hallar mövcuddur. İdarəçilik qaydalar yaratmaq, nizam-intizam yaratmaq və sahələrdəki resurslardan fərdi və kollektiv olaraq istifadə etməni tənzimləmək hüququdur.
Dövlət mövcuddursa, deməli, idarəçilik də var. Bu idarəçilik insanlar, vətəndaşlar tərəfindən həyata keçirilir. Dövlətlər insanlara idarəetmə hüquqları müəyyən edirlər. Hüquqların müəyyən olunması normalar və qaydalarla həyata keçirilir. Hər kəs praktiki olaraq birbaşa idarəçilikdə iştirak edə bilmir. Lakin ümumən idarəçiliyin əsas iştirakçısı rolunda çıxış edir.
İdarəçilik hüququ birbaşa təmsilçilik və təyinatla yerinə yetirilir. Eləcə də dolayı üsullarla da, yəni nümayəndələr vasitəsilə (vasitəli idarəçilik) yerinə yetirilir. Hakimiyyət bu aspektdə birbaşa və dolayı yollarla xalqa məxsus olur. Nəticə etibarilə isə xalqa məxsusdur. Birbaşa və dolayı hüquqlar elə cəm halda xalqın idarəçilik və tənzimləmə hüquqlarının tərkibini təşkil edir.
İdarəçilik əhatəsinə və miqyasına görə mərkəzi və yerli olmaqla iki hissəyə ayrıldığından, hüquqlar da müvafiq olaraq iki hissə arasında bölgüyə məruz qalır. Vəzifə bölgüləri, struktur bölgüləri elə özlüyündə idarəçiliyin sahələr üzrə və pilləli formasını meydana gətirir.
İdarəçilik, nüfuz və təsir etmək elə insanların təbii xarakterinə bağlı olan məsələdir. İdarəçilik vasitələr üzərində təsir istəklərindən və insanların qaydalar yaratmaq istəklərindən formalaşır. İnsanın pozitiv xarakteri ona hüquqlar verir, onun istək və arzularından ortaya çıxır. Xarakter həmçinin qabiliyyətinə, istedadına bağlı olur. Hüquq normaları resursların təyinatını müəyyən etmək funksiyasını yerinə yetirir.
İnsanların idarəçilik hüquqları onların hakimiyyət hüquqlarını da formalaşdırır. Hakimiyyətdə vəzifələr tutmaq və funksiya həyata keçirmək elə idarəçiliyin tərkibini təşkil edir. İdarəçilik əsasən fərdi qaydada kiminsə üzərində nüfuz etməkdən yox, həyatın özünü tənzimləməkdən ibarətdir. İdarəçilik hüququ daha çox məsuliyyət yaradan hüquqdur. Çünki əks tərəfin hüquqlarının da təminatı məsələsi gündəlikdə olur. İnsanların idarəçilik hüquqlarına təşkilatçılıq hüquqları, təşkil etmək hüquqları, icra etmək hüquqları, normaları qəbul etmək hüquqları aiddir. İdarəçilik hüquqları qərarları qəbul etmək, tabeli əsaslarla müşahidə və nəzarət etmək kimi aspektləri də özündə cəmləşdirir. İdarəçilik hüquqlarına seçkilərdə aktiv və passiv əsaslarla iştirak hüquqları da aid olur. Hər iki halda insanların dövlətin və hakimiyətin işində iştirak hüquqları formalaşır. İdarəçilik hüquqları insanların özlərini dövlətə bağlayır və dövlətin fəaliyyətini insan fəaliyyəti ilə tamamlayır.

İdarəçilik hüquqları bu yollarla təmin olunur:

Təminolunma birbaşa və dolayı yollarla həyata keçirilir,

Birbaşa yol

-konstitusion hüquqların təmini ilə;
-referendumlarda iştirak yolu ilə;
-seçkili vəzifələrə seçilmək yolu ilə;
-vəzifələrə təyin olunmaq (mərkəzi və yerli dövlət qurumlarında) və fəaliyyət göstərmək yolu ilə.

Prosedurlar-vəzifə təlimatını yerinə yetirmək, bu baxımdan, qərarların qəbulunda iştirak etmək, qərar qəbul etmək, əmr, sərəncam və göstərişlər, tapşırıqlar vermək, təşəbbüslər irəli sürmək, təklif və ideyalarla çıxış etmək.

Dolayı yolla

-konstitusion hüquqların təmini ilə;
-referendumlarda iştirak yolu ilə,
-dövlət və hökumət rəhbərlərini seçmək yolu ilə;
-qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə təşəbbüskarların qanun layihələrinin qanunverici quruma göndərilməsi yolu ilə;
-seçkili qurumlara (ali və yerli özünüidarəetmə qurumlarına) nümayəndələr seçmək yolu ilə;
-dövlət siyasəti ilə bağlı hökumətə təkliflər vermək yolu ilə;
-dövlət hakimiyyətinə ictimai nəzarət üçün ictimai qurumlar yaratmaq yolu ilə;
-kütləvi informasiya vasitələrinin nəzarəti ilə və s.

Bu yollar özündə prosedurları əks etdirir. Eyni zamanda müvafiq imzalar toplamaq, rəy sorğuları və monitorinqlər həyata keçirmək, ictimai araşdırmalar aparamaq üsulları da idarəetmədə iştirak prosedurlarına aid oluna bilər. Bu da özlüyündə dövlət hakimiyyətinə ictimai nəzarətin əsaslarını yaradır.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Yanvar 2021
Be Ça Ç Ca C Şb B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
25262728293031