ABŞ-İran böhranında Azərbaycan: Yaxın “qonşu” yoxsa, uzaq “dost”?Previous Article
Şanxay Əməkdaşlıq Təşkilatı: Rusiyanın imperiya perspektivi  Next Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

İlham Əliyevin Amerika ziyarəti: Azərbaycan yol ayrımında

Line Spacing+- AFont Size+- Print This Article
İlham Əliyevin Amerika ziyarəti: Azərbaycan yol ayrımında

Hatəm Cabbarlı.
Azərbaycan Strateji Araşdırmalar Mərkəzi Başqanı

Azərbaycan prezidenti İlham Əliyevin ABŞ səfəri, Ermənistan tərəfindən işğal edilimiş Azərbaycan torpaqlarının (Qarabağ probleminin) hərbi yolla geri qaytarılmasının istisna edilmədiyi haqqında Azərbaycanın son zamanlarda verdiyi bəyanatlar və İranın uranın zənginləşdirilməsi layihəsinin həyata keçirilməsi yönündə cərəyan edən beynəlxalq böhranın kölgəsində gerçəkləşəcəkdir. ABŞ prezidentinin Əliyevi rəsmi səfərə dəvət etməsi, Xarici İşlər Naziri Kondoliza Raysın yaxın günlərdə Türkiyəyə səfər etməyi planlaşdırması, Azərbaycan ve Ermənistan prezidentlərinə zəng edərək regional problemlərin müzakirə edilməsi, böyük bir ehtimalla ABŞ-ın xarici siyasətində yaxın və orta müddətdə ciddi dəyişikliklər olacağından xəbər verir. Tək qütüblü dünyada hegemon dövlət olan ABŞ-ın xarici siyasətindəki hər hansı bir ciddi dəyişiklik təbii ki beynəlxalq sistemdə də hiss ediləcəkdir. Azərbaycan üçün əhəmiyyətli olan bu dəyişikliklərdən milli mənafelərin qorunması baxımından maksimum şəkildə istifadə etmək və iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirməkdir.

İlham Əliyevin ziyarəti əsnasında iqtisadi və siyasi məsələlərlə yanaşı Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının hərbi yolla geri alınması haqqında son zamanlarda Azərbaycanın qərarlı bir davranış sərgiləməsi, ABŞ-İran böhranı və bu böhranda Azərbaycanın yeri və izləyəcəyi siyasət müzakirə ediləcəkdir.

İşğal edilmiş torpaqların hərbi yolla geri alınması Azərbaycanın təbii haqqıdır və beynəlxalq hüquq da buna imkan verir. Ancaq Azərbaycan bu haqqından istifadə etməsi üçün sadəcə beynəlxalq hüquqa arxalanmamalı, başda Amerika, Rusya və Avropa Birliyi olmaq üzrə, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təhlükəsizlik təşkilatları nəzdində propaqanda mexanizmlərindən başarılı bir şəkildə istifadə etməlidir. Bu propaqanda çərçivəsində xüsusilə diqqət etməsi gərəkən dövlət isə Rusiyadır.

1990-cı illərin sonlarından etibarən ABŞ Azərbaycanda hərbi baza (səyyar hərbi baza) yerləşdirmək istədiyini müxtəlif vəsilələrlə dilə gətirmişdir. Mərhum prezident Heydər Əliyev bu mövzuda tədbirli hərəkət etmiş, regional tarazlıq sistemini dəyişdirmək imkan və mexanizmlərə sahib olan dövlətləri (Rusiya, İran) diqqətə almış və qəti bir fikir ifadə etməmişdir. Prezident İlham Əliyev də bu siyasətə davam etməyə çalışmışdır. Amma bu gün beynəlxalq sistem ciddi şəkildə dəyişir və ABŞ-İran böhranı zamanı (bu böhran daha da dərinləşərsə) ABŞ, dünya dövlətlərinin bu məsələdə 11 Sentyabr terror aktından sonra olduğu kimi ya yanlarında yada qarşılarında görəcəkləri haqqında bəyanat verə bilər. Bu cür bəyanatların verilməsi isə xüsusilə İranla qonşu olan dövlətlər üçün böyük əhəmiyyət kəsb etməkdə, fürsət və təhdidləri də bərabərində gətirməkdədir.

Əliyevin bu ziyarətində ABŞ administrasiyası son zmanlarda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının hərbi yolla geri qaytarılmasının istisna edilmədiyi haqqında verdiyi bəyanatlar (ABŞ-İran böhranı diqqətə alınmaqla) haqqında problemin sülh yolu ilə həll edilməsi üçün bütün imkanların tükənmədiyini, ATƏT Minsk Qrubu çərçivəsində görüşmələrə davam edilməsi gərəkdiyini xatırladacaq və böyük ehtimalla özünün vasitəçi kimi çıxış edə biləcəyini bildirəcəkdir.

Bu görüşdə ABŞ Azərbaycanda hərbi baza yerləşdirmək istədiyini, İranın uranı zənginləşdirilməsi layihəsinin qarşısının alınması üçün bu ölkəyə qarşı tətbiq edəcəyi ehtimal olunan iqtisadi, siyasi və hərbi sanksiyalarda Azərbaycanın iştirakını istərsə Azərbaycan tərəfi buna qarşılıq:
• ABŞ-ın Azərbaycanın torpaq bütünlüyünü tanıdığını bildirməsinə baxmayaraq, Qarabağa müstəqil bir qurum olaraq göstərdiyi iqtisadi və maliyyə yardımlarını dayandırmasını və yaxud bu yardımın paylaşdırılması üçün Azərbaycana verilməsini,
• Qarabağın ABŞ-dakı nümayəndəliyinin bağlanılmasını,
• Müstəqilliyini yeni qazanmış dövlətlərə yardım edilməsi haqqında qanunda (Freedom Support Act) Azərbaycana yardım edilməsini qadağan edən 907-ci düzəlişin tamamilə ləğv edilməsini,
• Milenyum proqramı çərşivəsində 2006-cı ildə Ermənistana göstərilən yardımın Azərbaycana da şamil edilməsini və yaxud Ermənistana verilən bu yardımın azaldılmasını/kəsilməsini,
• Ermənistanın Rusiya ilə hərbi ittifaqını (Ermənistanın Rusyanın arxa bağçası olduğunu) diqqətə alaraq Ermənistana edilən hərbi yardımların azaldılmasını,
• Azərbaycan, işğal edilən torpaqları geri qaytarmaq üçün hərbi əməliyyatlara başladığı təqdirdə bu ölkədəki erməni diasporasının Senat və Nümayəndələr Palatasında Azərbaycana qarşı qanunlar qəbul edilməsinə əngəl olmağı,
• ABŞ-ın Azərbaycana siyasi, iqtisadi və hərbi sanksiya tətbiq etməyəcəyini qaranti altına almağı (yazılı mətn-müqavilə kimi),
• Hərbi əməliyyatlar başladığı təqdirdə Rusiyanın Azərbaycana göstərməsi ehtimal olunan təzyiqlərin azaldılması üçün köməklik göstərməyi,
• Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının maddi, texniki və canlı qüvvəsinin Ermənistan tərəfindən istifadə edilməsinə və yaxud Ermənistana əlavə silah və sursat göndərilməsinə əngəl olmağı,
• Avropa Birliyinin Azərbaycana edə biləcəyi təzyiq və sanksiyaların qarşısını almağı və yaxud yüngülləşdirməyi,
• Hərbi əməliyyatlar davam edərkən Azərbaycanın iqtisadi ve maliyyə problemləri ilə qarşılaşdığı təqdirdə uzun müddətli və aşağı faizlə kredit verməyi,
• İşğal etdiyi torpaqlardan geri çəkilməsi üçün Ermənistana təzyiq göstərərməyi, hərbi əməliyyatlar davam etdiyi müddət ərzində bu ölkəyə iqtisadi və maliyyə köməyini dayandırmasını,
• Amerikanın İrana yönəlik hərbi əməliyyatlar nəticəsində Azərbaycanın qarşılaştığı maddi zərərlərin (qaçqın kütləsinin ortaya çıxması v.s.) qarşılanmasını,
• ABŞ-dan, İranda Azərbaycanlıların yaşadıqları ərazilərin havadan və ağır silahlarla bombalanmamasına təminat verməsini,
• İran rejimi dəyişdiyi təqdirdə Azərbaycanlıların self determination (xalqların öz müqəddaratını təyin etməsi) haqqından istifadə etmələrinə imkan verməsini,
tələb etməlidir.

Azərbaycanın İrana qarşı koalisiyada yer alması haqqında Azərbaycan və bölgə mətbuatında buna qarşı olan və dəstəkləyən mahiyyətdə yazılar dərc edilməkdədir. Azərbaycanın İrana qarşı koalisiyada yer alması fikrini dəstəkləyərək səbəblərini aşağıdakı şəkildə ifadə etmək mümükündür:
• Hər şeydən əvvəl İraq problemini həll etmədən Amerikanın gısa və orta müddətdə İrana qarşı hərbi əməliyyatlara başlama ehtimalı zəifdir. Bir ehtimala görə Amerika yüksək dəqiqlik qabiliyyətinə sahib raketlərlə İrana qarşı nöqtə zərbələri endirə bilər (uranın zənginləşdirildiyi ehtimal edilən labaratoriyalara lokal dağıdıcılıq gücünə sahib atom bombası ata bilər), ancaq geniş bir əməliyyat təşkil etməsi prespektivli deyil. Azərbaycan bu məqamı da diqqətə almalı, bəzi məsələlərdə Amerika ilə eyni görüşləri paylaşdığını bildirməli ama heç bir hüquqi öhdəlik qəbul etməməlidir. Azərbaycan “səbr et və izlə” siyasətini həyata keçirməyə çalışmalı, hadisələrin hansı məcrada inkişaf etməsinə diqqət etməlidir.
• Əgər ABŞ, İrana hər hansı bir şəkildə sanksiya tətbiq etməyə və yaxud hərbi əməliyyatlara başlamağa qəti qərar veribsə/verəcəksə, Azərbaycan maksimum bir şəkildə ehtiyatlı davranaraq bu koalisiyada yer alma ehtimalını dəyərləndirməlidir.
• Əgər regionda tarazlıq dəyişəcəksə, yeni tarazlıq sisteminin qurulması mexanizmində Azərbaycan da yer almalıdır. Hadisələrdən kənarda qalaraq deyil hadisələrin içində olaraq müdaxilə etmək mümkündür. Təbii ki, Azərbaycanın bu tarazlıq mexanizmin əsas hissəsi ola bilməsi üçün siyasi və hərbi imkanları məhduddur. Ancaq bütün məhdudiyyətlərə baxmayaraq milli mənafelərini maksimum şəkildə qorumağa çalışmalıdır.
• Cənubi Azərbaycanın müstəqillik və yaxud muxtariyyat əldə etməsi üçün bütün imkanlar və mexanizmalar istifadə edilməlidir. İndiki mərhələdə şimal və cənubun birləşdirilməsi məsələsindən bəhs edilməməli, ancaq bunun orta və uzun müddətdə həyata keçirilməsi üçün lazım olan hər şey edilməlidir.
• Azərbaycanda ABŞ-ın hərbi baza yerləşdirilməsinə prinsip olaraq icazə verilə bilər. Ancaq bu hərbi bazanın İrana qarşı hərbi əməliyyatlarda iştirak etməsinə razı olunmamalıdır. Bunu qaranti altına almaq üçün ABŞ hərbi bazasının yerləşdirilməsi haqqında Azərbaycan və ABŞ arasında imzalanacaq müqavilənin bir maddəsində “Azərbaycanda yerləşən ABŞ hərbi bazasının başqa bir dövlətə qarşı hərbi əməliyyatlarda birbaşa və yaxud dolayısıyla iştirak etməsi mümkün deyildir” fikri ifadə edilə bilər. Bu zaman İran və Rusiyanın da təzyiqləri azala bilər. Bir başqa ifadə ilə ABŞ ordusunun Azərbaycan torpaqlarını istifadə edərək İrana hücum etməsinə icazə verilməməlidir. Bunun nəticələri Azərbaycan üçün çox ciddi ola bilər. Amma verilməsi ehtimalı da qəti şəkildə rədd edilməməlidir.
• Azərbaycanın bu haqda ABŞ-ı inandırması üçün ciddi səbəbləri vardır. Hər şeydən əvvəl İran Azərbaycanın qonşusudur və bundan sonra da hər hansı bir şəkildə qonşusu olacaqdır.
• İranda 30 milyondan çox Azərbaycanlı yaşamaqdadır və ABŞ hərbi əməliyyatlarda başarılı ola bilməsə Fars rejimi onlar üçün ciddi bir təhlükədir.
• Əfqanıstan və İraqda ABŞ hərbi gücü vardır və hərbi əməliyyatların bu coğrafiyadan başlanması sadəcə Azərbaycanın deyil, Cənubi Qafqazın təhlükəsizliyi baxımından əhəmiyyətlidir.
• Bakı-Tiflis-Ceyhan neft kəməri ciddi təhlükə ilə qarşılaşar.
• Regionda enerji qaynaqlarına və neft boru kəmərlərinə qarşı İran və Ermənistan tərəfindən dəstəklənən terror aktları təşkil edilə bilər.

Bütün bu müddəalar Azərbaycan dövlətinin gələcəyini dəyişdirə biləcək mahiyyət daşımaqdadır. Başarılı ve çox şaxəli bir dövlət siyasət planı təşkil edildiyi təqdirdə, Azərbaycan maksimum bir şəkildə milli manafelərini qoruya bilər. Bunun üçün beynəlxalq sistemin dinamikləri ciddi bir şəkildə dəyərləndirilməli, regional təhlükəsizliyi təhdid edə biləcək problemlər öyrənilməli, iqtisadi, siyasi və hərbi nöqteyi-nəzərdən ssenarilər hazırlanmalıdır. Prezidentin Amerika ziyarəti əvvəlki ziyarətlərdən olduqca fərqli olacaqdır!

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

İyul 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031