ABŞ-ın hegemon gücünə tərs mütənasib humanist siyasəti Previous Article
Xocalı hava limanı robleminin düşündürdükləriNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

İrs Fondu və “Uoll Strit Jurnal”ın qərəzli iqtisadi azadlıq hesabatına baxış

Line Spacing+- AFont Size+- Print This Article
İrs Fondu və “Uoll Strit Jurnal”ın qərəzli iqtisadi azadlıq hesabatına baxış

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

16 yanvar 2012-ci il 

Böyük dövlətlər sadəcə iqtisadi, siyasi və hərbi gücü ilə dünya ictimaiyyətini manipulyasiya etmir. Əlbəttə bunlar əsas faktorlardır amma bir faktor daha var ki, bütün bu sadalanan faktorları bir araya gətirərək dünya ictimaiyyətinə elə təqdim edir ki, inanmaq daha asandır. Bu informasiyadır. Belə informasiya mənbəyinə və yaxud mexanizmlərinə sahib olan dövlətlər özlərini dünyada sülhün və əmin-amanlığın keşikçisi kimi göstərməyə çalışsalarda, əslində, demək olar ki bütün münaqişələrdə pərdə arxasında dayanan “qəhrəmanlardır.” Əgər, 80-90-cı illərə qədər bu informasiya mənbəyi əsasən radio və televiziya kanalları idisə, daha sonra internetin kəşf edilməsi və şəbəkəsinin genişləməsindən sonra internet üstünlük qazanmağa başladı. Artıq insanların evdə oturub televiziya proqramlarına baxıb, radio dinləmələrinə ehtiyac qalmayıb. Demək olar ki, bütün rabitə sistemlərinin mobil telefonlarda cəmlənməsi, internetə bu cihaz vasitəsilə bağlana bilmək, belə demək mümkündürsə artıq insanların bütün informasiyanı cibində gəzdirməyə imkanı var.

Bir digər məsələ də, böyük dövlətlərin dünya miqyasında demokratiya,insan azadlığını, iqtisadi azadlıq, iqtisadi göstəriciləri, mətbuat və ifadə azadlığını dəyərləndirən araşdırma mərkəzləri, jurnalları, televiziya və radio kanallarını, beynəlxalq qeyri-hökumət təşkilatlarını özlərinin mənfəətləri çərçivəsində dəstəkləməsidir. Yuxarıda qeyd olunan sahələrdə fəaliyyət göstərənaraşdırma mərkəzləri, jurnallar, televiziya və radio kanalları, beynəlxalq qeyri-hökumət təşkilatları müstəqil kimi görünsələr də, əslində heç biri müstəqil deyil və böyük dövlətlərin xarici siyasətinin və təhlükəsizlik orqanlarının xidmətindədir. Bu kimi beynəlxalq informasiya şəbəkələrinin müxtəlif dövlətlər barəsində hazırladıqları məruzə və hesabatlar dünya ictimaiyyəti tərəfindən daha asanlıqla qəbul edilir və böyük dövlətlər bu faktordan illərdir məharətlə istifadə edirlər.

“Amnesty İnternational”, “Freedom House”,“Human Rights Watch”,  “Heritage” Fondu, “Sərhədsiz Reportyorlar”,“The Jamestown Foundation”,“Fund For Piece”, CNN, BBC, Bloomberg, “The Wall Street Journal”, “Uoll Strit Jurnal”, “International Committee of the Red Cross” (Beynəlxalq qızıl xaş təşkilatı), “International Crisis Group” (ICG), “Economist-Intelligence Unit” (EIU)jurnalı, “Front Line Defenders” (Hüquq Müdafiəçilərinin Beynəlxalq Fondu) kimi beynəlxalq qeyri-hökumət təşkilatları, televiziya və radio kanalları, jurnallar və qəzetlərin verdiyi informasiyaların heç də hamısı gerçəkliyi və reallığı əkls etdirmir. Adı çəkilən mənbələrin informasıya bazası adətən böyük dövlətlərin tələbi və istəyi çərçivəsində yaranır. İkinci İraq müharibəsi zamanı Pentaqonun dezinformasiya yayamaqla məşğul olan yeni bir qurumunun qurulmasının xatırlanması böyük dövlətlərin hansı imkanlara sahib olduğunu təsdiq edir.

Keçdiyimiz günlərdə Amerikanın İrs Fondu “Uoll Strit Jurnal” qəzeti ilə birlikdə iqtisadi azadlıq göstəriciləri üzrə illik hesabatını açıqlayıb. Hesabat, ticarət, investisiya, əmək bazarı azadlığı, korrupsiyanın səviyyəsi, vergi rahatlığı və başqa meyarlara əsaslanır.

Hesabatda ölkələr “azad”, “bütövlükdə azad”, “nisbətən azad”, “qismən qeyri-azad”, “tamamilə qeyri-azad” qrupları üzrə sistemləşdirilib. 2012-ci ilin indeksinə əsasən, Azərbaycan “qismən qeyri-azad” ölkə statusu ilə 88-ci, Gürcüstan “bütövlükdə azad” statusu ilə 21-ci, Ermənistan isə eyni statusla 38-ci yerdə göstərilib.

İlk baxışdan bəlli olur ki, hesabat qərəzli hazırlanıb və bəzi ölkələrin indeksi bu və yaxud digər səbəblərə görə nədənsə yuxarı yerlərdə qərar tutub.

İrs Fondu və “Uoll Strit Jurnal”ının hansı iqtisadi göstəricilərə görə Ermənistanın 38-ci yerdə olmasını anlamaq üçün Ermənistanın iqtisadi vəziyyətinə qısaca diqqət yetirmək yetərlidir.

Dünya Bankasının məlumatlarına görə, Ermənistanda orta təbəqə yoxdur. Ölkə əhalisinin 20%-i milli gəlirin 80%-nə nəzarət edir.  Sosial həyatdakı bu fərqlilik sadəcə iqtisadiyyata deyil, daxili siyasətə də təsir etmişdir.

Ermənistanda 2003-2004-cü illərdə ÜDM 13,9% və 10,1% artmış, xarici sərmayə 2003-cü ildə 120,9 milyon, adam başına düşən milli gəlir 950, 2004-cü ildə isə 1,120 dollar  olmuşdur.

Dünya Bankının məlumatlarına görə, 2004-cü ildə Ermənistanın xarici borcu 733,1 milyon, “Economist-Intelligence”in hazırladığı məruzəyə görə, 1,08 milyard dollar olmuşdur.  Ermənistan Maliyyə nazirliyinin məlumatlarına görə, ölkənin xarici borcu 2008-ci ildə ÜDM-nin 13,2%, 2009-cu ildə isə 36% təşkil etmişdir. Xarici borcların böyük bir qismi 7-10 il güzəştli 35-40 illiyinə alınmışdır. Ermənistan əsasən Beynəlxalq Valyuta Fondundan (823 milyon dollar), Dünya Bankından (545 milyon dollar) və Rusiyadan (500 milyon dollar) borc alır. 2011-ci ilin statistik məlumatlarına görə Ermənistanın xarici borcunun 38,6 % (1,305 milyard dollar) Dünya Bankının, 35,4 % (1,19 milyard dollar) Beynəlxalq İnkişaf Assosiyasının, 109.2 milyon dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının, 13,3 milyon dolları Avropa Yenidənqurma və İnkişaf Bankının, 64,2 milyon dolları Kənd Təsərrüfatı Yardımı beynəlxalq Fondunun, 28,6 milyon dolları OPEK-in, 154,8 milyon dolları Asiya İnkişaf Bankının, 762,6 milyon dolları ilə Beynəlxalq Valyuta Fondunun payına düşür.

2009-cu ildə Ermənistanın xarici borcu 263,59 milyon dollar artmış və 1.87 milyard dollar,  2010-cu ilin birinci kvartalında ÜDM 2,981 milyard dollar olmuşdur.  Bəzi mənbələr isə Ermənistanın ümumi xarici borcunun 5,02 milyard dollar olduğunu bildirir. Ermənistanın Baş Naziri Tiqran Sərkisyan isə 2011-ci ilin sonuna doğru xarici borcun 4,305 milyard dollar olacagını bildirmişdir. 24 dekbar 2012-ci ildə Ermənistan Maliyyə Naziri Vaçe Qabrielyan ilin yekunlarını dəyərlədirdiyi hesabtta Ermənistanın xarici borcunun 4,4 milyard dollar olduğunu bildirmişdir.

Ərzaq istehlak səbətinə görə Ermənistanda adambaşına gündə 2230 kilokalori düşür və bə göstərici aclıq göstəricisinə olduqca yaxındır. Ermənistan vətəndaşları bu kilokalorini belə çeşidli qida növlərini istehlak edərək deyil, əsasən ucuz çörək və çörək məhsullarından qarşılayırlar. Bu da ermənilərin normal qidalanmadığını göstərməkdədir.

Son zamanlarda Gürcüstanda əlverişli iqtisadi şəraitin yaranması erməni sərmayəsinin bu ölkəyə yönəlməsi ilə nəticələnmişdir. Müşahidələr göstərir ki, təxminən 3 min kiçik, orta və böyük biznes şirkətləri sərmayələrini yavaş-yavaş Gürücüstana transfer edir. Bu proses sürətlənərsə Ermənistanda “isti pul” qıtlığı yarana bilər və vəziyyət daha da gərginləşər.

Yeni iqtisadi sistemə keçid prosesində dövlət qurumları lazımı şəkildə işləmədiyindən rüşvət və korrupsiya üçün uyğun şərait yaranmışdır. Bazar iqtisadiyyatının “acı həqiqətləri” ilə qarşılaşan bürokratiya, yüksək infilyasiya səbəbi ilə əlindəki hər şeyi itirdiyindən korrupsiya ilə məşğul olmuş və rüşvət alarkən özünü “haqlı” saymışdır. Dünya Bankı Ermənistandakı korrupsiya və rüşvət haqqında məruzə hazırlayarkən 95 böyük fabrik və zavodun sahibləri arasında keçirdiyi anket nəticələrinə görə, gömrük, vergi, polis, məhkəmə və prokurorluq kimi təşkilatlarda korrupsiya və rüşvətin olduğu məlum olmuşdur.

İrs Fondu və “Uoll Strit Jurnal”ınınbu cür iqtisadiyyata sahib olan ölkənin hesabatında 38-ci yerdə oması ciddi şübhə doğurur və hesabatın siyasi anlayış çərçivəsində hazırlandığı məlum olur.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Dekabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031