Ermənistan və terror Previous Article
Geosiyasi böhran şəraitində Türkiyə-Rusiya münasibətləri Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Krım: Qərb dünyası və Rusiya mübarizəsində istinad nöqtəsi

Line Spacing+- AFont Size+- Print This Article
Krım: Qərb dünyası və Rusiya mübarizəsində istinad nöqtəsi

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru

18 noyabr 2014

2013-cü ilin sonlarından etibarən Ukraynanın daxili siyasətində yaşanan böhranı təkcə ölkə daxili dinamizm ilə şərh etmək doğru olmazdı. Bu böhranın əsasını Qərb dünyası və Rusiya arasında yaşanan mübarizəyə paralel olaraq Ukrayna xalqının dövlətin siyasi gələcəyinin necə olacağının təyin edilməsi baxımından ideoloji olaraq ikiyə bölünməsi təşkil edir. Ukrayna dövlət olaraq gələcəyini Qərb dünyası ilə inteqrasiya olmaqda görür. Amma geosiyasi mövqeyindən irəli gələn amillər və Rusiya üçün əhəmiyyəti onun qarşısında ciddi maneədir.

Rusiya əvvəlki hegemoniyasına qovuşmaq üçün ilk addımı Ukraynaya doğru atmalıdır, Krımı ilhaq edərək və Ukraynanın şərqində bölücü qüvvələri  dəstəkləyərək bu addımı atmışdır. Bundan sonra Rusiya üçün əhəmiyyətli olan bu siyasəti ardıcıl olaraq davam etdirməkdir. Bu siyasətin davam etdirilməsi üçün aşağıdakı səbəblərə görə Rusiya Ukraynanı Qərb dünyası ilə inteqrasiya olmasının qarşısını almağa çalışır:

-Cənub-Şərqi Ukraynada kosmik raket, enerji, metallurgiya, kimya sənayesinin olması, bu sahələrdə Rusiyanın sifarişlərinin hazırlanması;

-Rusiya təbii qazını Avropaya daşıyan boru xəttinin bu ölkə üzərindən keçməsi Rusiyanın enerji üstünlüyünün davam etməsi baxımından əhəmiyyəti;

-Ukrayna Rusiya üçün rus milli kimliyinin və dövlətçiliyinin mərkəzidir, Avropaya açılan qapısıdır;

-Ukrayna Rusiyanın qərbə, şərqə və dənizlərə çıxmasına Yaxın Şərq və Balkanlarda siyasi və iqtisadi mövcudluğunu davam etməsinə imkan verən geosiyasi əhəmiyyətə malikdir;

-Ukraynada təxminən 17 milyon rus yaşayır (əhalinin 1/3 qədər) və Krımdakı hərbi dəniz bazası da slav-ortodoks amilindən beynəlxalq aləmdə mənafelərinin qoruması üçün Rusiya üçün olduqca əhəmiyyətlidir;

-Ukrayna Avrasiya İqtisadi Birliyi layihəsi üçün də əhəmiyyətlidir. Rusiyaya görə Ukrayna eyni zamanda NATO və Avropa İttifaqına üzv ola biləcək potensiala malikdir və Ukraynanın Avrasiya İqtisadi Birliyindən kənarda qalması bu layihənin uğursuzluğu kimi qəbul edilir.[1]

Foreign Policy jurnalı Rusiyanın Ukraynadan əl çəkməməsini və Krımı ilhaq etməsinin birbaşa bu ölkənin milli təhlükəsizliyi ilə əlaqəli olduğunu qeyd edir. Rusiyanın “isti dənizlərə” və okeanlara Qara dənizdən başqa çıxış yolu yoxdur. Hələ II Nikolay zamanında Rusiya Avropanı Asiyadan ayıran boğazlara nəzarət etmək istəyirdi. Rusiya bu planını Birinci Dünya Müharibəsi illərində həyata keçirmək istəsə də bacarmadı. Amma Sevr müqaviləsinə görə boğazlarının nəzarətinin Millətlər Cəmiyyətinə, daha sonra isə Türkiyəyə verilməsi ilə Rusiya isti dənizlərə etibarlı çıxış əldə etdi. Krımın geosiyasi əhəmiyyətini vurğulayan Marşal Vasilevski A.M Almaniyanın İkinci Dünya Müharibəsində Krımı işğal etmək üçün sonuna qədər mübarizə apardıqlarını, bu əraziyə nəzarəti təmin etdikləri təqdirdə Rumıniya, Bolqarıstan və Türkiyəyə təzyiq edə biləcəyini qeyd ediri.[2]

Təxminən yüz ildən sonra Rusiyanın “isti dənizlərə” çıxması qarşısında yeni təhlükə ortaya çıxdı. Müstəqil dövlət olan Ukrayna Avropa və ABŞ ilə münasibətlərini inkişaf etdirməyə başladı, NATO və Avropa İttifaqına üzv olması məsələsi müzakirəyə açıldı. Hadisələrin bu cür inkişafı Rusiyanın milli təhlükəsizliyi qarşısında ciddi təhlükə idi. Rusiyanın Sevestapolda yerləşən hərbi dəniz bazasının əldən çıxma ehtimalı belə Rusiya üçün qəbul edilməzdi. Qara dəniz Rusiya üçün Karayib dənizinin ABŞ, Cənub Çin dənizinin Çin üçün olan əhəmiyyətindən daha artıqdır. Rusiya “…biz bunu olduqca aydın başa düşməliyik. Qara dənizdə Rusiyanın milli təhlükəsizliyinə qarşı hər hansı təşəbbüs sərt qarşılıq görəcəkdir” deyə ifadə edilən Qara dəniz doktrinasından heç vaxt imtina etməyib.[3]

İki milyondan çox əhalisi olan Krımda təxminən 1.5 milyon rus, 450 min ukraynalı və 250 min tatar yaşayır. Krımın Ukraynaya verilməsinin əsas səbəbləri Ukraynanın Rusiyaya birləşdirilməsinin 300-cü il dönümü və iqtisadi cəhətdən Ukraynaya bağlılığı olmuşdur . Bu gün Rusiya buna etiraz edərkən, Krımı Ukraynaya Rusiya Sosialist Federativ Sovet Respublikası Ali Sovetinin qərarı (41 nömrəli) ilə deyil, SSRİ Ali Sovetinin qərarı ilə (35 nömrəli) verildiyini iddia edir və buna görə də qərarın hüquqi qüvvəsinin olmadığını vurğulayır. Amma SSRİ zamanı adətən bu kimi qərarlar SSRİ Ali Soveti tərəfindən alınırdı və müzakirəyə açıq deyildi.[4] Rus tarixçilər Krımın Ukraynaya Nikita Xruşev tərəfindən hədiyyə edildiyini bildirsələr də, o vaxt Xruşşevin bu qərarın alınmasında təsiri olmadığı, bu qərarın əsasən Q.Malenkov tərəfindən alındığını, Xruşevin sadəcə SSRİ Ali Soveti Yüksək Prezidiumu qərarını imzaladığı məlumdur.[5]

Bu iddialara cavab olaraq Ukrayna tarixçiləri Krımın Ukraynaya qarşılıqsız verilmədiyini, Krım böyüklüyündə olan Taqanroq və ətraf ərazilərin Rusiyaya verildiyini bildirirlər. Ukrayna kənd təsərrüfatına əlverişli və zəngin Qara dəniz bölgəsi qarşılığında Rusiyadan suyu, elektriki və nəqliyyat infrastrukturu olmayan bir bölgə aldı.

Sovet İttifaqı süqut etdikdən sonra 1992-ci ildə Rusiya Ali Soveti Krımın Ukraynaya verilməsinin hüquqi əsasının olmadığı haqqında qərar aldı. 20013-cü ildə Tuzlı bölgəsi ilə bağlı tərəflər arasında anlaşmazlıq yaşandı. Rusiya Tuzlının kiçik torpaq parçası olduğunu, Ukrayna isə ada olaraq gördüyünü bildirirdi. Kerçensk körfəzinin girişində olan qum adası Krıma bağlı idi. Ukrayna Prezidenti Viktor Yanukoviç 2010-cu ildə Svestapolda yerləşən Rusiya hərbi dəniz bazasının qalması haqqında müqaviləni 25 il uzatdıqdan sonra Krım və Tuzlı bölgəsi problemi bir daha müzakirəyə çıxarılmadı. Ukraynanın müstəqilliyini elan etməsindən sonra keçirilən bütün seçkilərin nəticələrinə görə, Krımın daha çox Rusiya tərəfdarı olduğu məlum olur.

Ukraynada böhran davam edərkən Rusiya Krım Muxtar Respublikasında yaşayan etnik rusları təşkilatlandıraraq, böhranda zəiflədiyi mövqelərini gücləndirməyə çalışırdı. Ukrayna hökuməti və müxalifət arasında gərginlik davam edərkən, Krımda ruslar “Stop Maydan!”, “Bölücülüyə Yox!” şüarları ilə mitinq edirdilər. Rusiya KİV-ləri mütəmadi olaraq Krımda yaşayan rusların etnik səbəblər görə təzyiqlə üzləşdikləri, iqtisadi və sosial sahələrdə planlı şəkildə sıxışdırıldıqları və son zamanlarda 30 min rusun bu səbəblərə görə Rusiyaya sığındığını tirajlayırdı. Rusiyanın kəşfiyyat orqanlarının və təhlükəsizlik qüvvələrinin dəstəyi ilə ruslar Krımda nəzarəti əllərinə keçirdilər. Rusiya Krımı ilhaq etməyə çalışırkən, hüquqi arqumentlərini gücləndirmək üçün tatarların da dəstəyini almağa çalışırdı. Amma daha Krım hadisələri başlıamadan əvvəl Ukrayna hökumətindən ən sadə haqlarını ala bilməyən tatarlar buna rəğmən hökuməti dəstəklədiklərini bildirdi. Mustafa Cəmil Krımoğlu liderliyində təşkilanan tatarlar Rusiyanın əməkdaşlıq təklifini rədd etdilər. Krım, Sumı və Dnepropetrrovsk tararları Maydan hərəkatını dəstəkləyən mintinqlər təşkil etdilər.[6] Amma sayiları az olan, Ukrayna və Avropanın tam dəstəyini ala bilməyən tatarlar Krımda Rusiyanın ilhaqına qarşı daha ciddi müqavimət göstərə bilmədilər.[7]

Krım Ali Sovetinin 2014-cü il 11 martda Muxtar Respublikanın müstəqilliyini elan etməsindən[8] sonra, Rusiya Krımdan yaşanan hadisələri sürətləndirərək, 16 martda Krımda referendum keçirdi. Başda Rusiya olmaqla ABŞ, Polşa və Litvadan olmaqla 23 ölkədən 135 müşahidəçinin iştirak etdiyi referendum nəticələrinə görə, səs verənlərin 93 faizi Krımın Ukraynadan ayrılmasını istədi.[9] Krım müstəqilliyini elan etdikdən sonra 18 marta Rusiya ilə imzalanan müqavilə ilə Svestapol daxil olmaqla Rusiya ilə birləşdi. Krımın ilhaq edilməsindən sonra Xarici işlər naziri Serqey Lavrov BMT kürsüsündən “AB, və Avropa İttifaqı Ukraynada çevrilişi dəstəklədi, sözdə yeni Ukrayna hökumətinin ana dili, tarix və mədəniyyətini qorumağa çalışan insanlara qarşı gücdən istifadə etməsinə haqq qazandırmaq istəyir.”[10] deyərək qarşı tərəfi tənqid etdi.

Rusiyanın Krımın müstəqilliyi üçün referendum keçirməsi istiqamətində təşəbbüslərini beynəlxalq hüquq baxımından dəyərləndikdə, Kosovanın müstəqilliyinə bənzər ssenarinin həyata keçirildiyini müşahidə etmək olar. Bununla Rusiya Kosova hadisələrini unutmadığını ABŞ və Avropa İttifaqına xatırlatdı.

Krımda referendum keçirilmədən əvvəl ABŞ Prezidenti Barak Obama referendumun Krımın konstitusiyasını və beynəlxalq hüququ ciddi şəkildə pozduğunu, Ukraynada vəziyyətin daha da gərginləşməsində rolu olan şəxslərə sanksiyalar tətbiq edəcəklərini bildirdi.[11]

ABŞ və Avropa İttifaqı Rusiyanın, iqtisadi baxımdan çökməsi üçün lazım olan hər şeyi edəcəklərini bildirsələr də, tətbiq edilən iqtisadi sanksiyalardann daha sonra ən az Rusiya qədər özlərinin də problem yaşadıqlarını anladılar. Ukrayna böhranına Rusiyanın müdaxiləsinin ilk aylarında Almaniya Baş naziri Anqela Merkel Rusiyaya qarşı iqtisadi sanksiyaları genişləndirməyi tələb etsə də. daha sonra bu mövqeyini dəyişdi. Krımın Ukraynaya birləşdirilməsindən sonra NATO Baş Katibi Anders Fogh Rasmussen Ukraynanın müstəqilliyini, ərazi bütünlüyünü qoruyacaqlarını, NATO-nun Ukraynaya açıq olduğunu amma hələlik daha ciddi problemlərinin olduğunu bildirdi.[12]

ABŞ Krımın Rusiyaya birləşdirilməsindən sonra məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxardı. Müzakirədə yüz dövlət Ukraynanın ərazi bütünlüyünü dəstəklədi, Ermənistan, Belorus, Kuba, Suriya, Nikaraqua, Venesuella və Boliviya qərarın əleyhinə səs verirkən, Çin və Qazaxıstan bitərəf qaldı.[13]

ABŞ, NATO, BMT və Avropadan verilən sərt reaksiyalardan sonra Serqey Lavrov  heç kimin Krıma müdaxiləsini tövsiyə etmədiyini, bunun ediləcəyi təqdirdə isə Milli Təhlükəsizlik Doktrinasında  olduqca aydın ifadə edilən qarşılığın veriləcəyini bildirdi.[14] Rusiya Krımı ilhaq etdikdən sonra Ukraynanın şərqində bölücü qrupların tələblərini dəstəkləyərək təzyiqləri azaltmaqla bərabər, məsələnin istiqamətini də dəyişdirdi. Belə ki, Lüksemburq xarici işlər naziri Jean Asselborn Avropanın artıq Krımın Ukraynaya verilməsi haqqında düşünməməsi gərəkdiyini, yaxın on ildə heç bir şeyin dəyişməyəcəyini, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Avropa iqtisadiyyatını da ciddi şəkildə təhdid etdiyini, Krımın Ukraynaya verilməsinin tələb edilməsinin Üçüncü Dünya Müharibəsinə səbəb olacağını bildirdi.[15]

[1] Sinan Çıtçı, ‘Ukrayna, AB ve Rusya için neden önemli?’, http://www.zaman.com.tr/yorum_ukrayna-ab-ve-rusya-icin-neden-onemli_2205178.html, 16 Mart 2014.

[2]  Крым-Севастополь-Россия. История-геополитика-будущее. М., 2007, s. 170.

[3] Foreign Policy: Воссоединение Крыма с Россией – защита геополитических и национальных интересов, http://russian.rt.com/article/44360, 07.08.2014.

[4] Дмитрий Караичев, Мифы о незаконности передачи Крыма в 1954 году, http://gazeta.zn.ua/internal/mify-o-nezakonnosti-peredachi-kryma-v-1954-godu.html, 11 января 2013.

[5] Aleksandr Gorobeç, Что получила Россия взамен Крыма в 1954 году, http://uainfo.org/blognews/295891-chto-poluchila-rossiya-vzamen-kryma-v-1954-godu.html, 21.03.2014.

[6] Krım və Şərqi Ukrayna da Yanukoviçə qarşı qalxdı, http://www.azadliq.info/siyast/40574-yanukovic-yatsenyuka-ba-nazir-klickoya-ba-nazirin-mueavini-postu-tklif-edib-.html, 27 YANVAR 2014.

[7] Крымские татары между Украиной и Россией, http://www.islamnews.ru/news-144508.html, 26 февраля 2014.

[8] İgor Torbakov, Крым: история и мифы, http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=107489,

26.03.2014.

[9] Кризис между Россией и Западом из-за Крыма набирает обороты, http://www.armtoday.info/default.asp?Lan­g=_Ru&NewsID=107701, 31.03.2014.

[10] Сергей Лавров: США и Евросоюз поддержали государственный переворот на Украине, http://russian.rt.­com/article/51920, 27.09.2014.

[11] Обама: Референдум в Крыму станет нарушением международного права, http://russian.rt.com/inotv/2014-03-07/Obama-Referendum-v-Krimu-stanet, 7 марта 2014,

[12] НАТО будет поддерживать суверенитет, независимость и территориальную целостность Украины, http://russian.rt.com/article/23188, 26.02.2014.

[13] BMT-də Krım müzakirə ediləcək, http://www.aznews.az/index.php?c=news&id=51085, 18.03.2014.

[14] Сергей Лавров: Я бы никому не советовал нападать на Крым, http://russian.rt.com/article/40016, 09.07.2014.

[15] Глава МИД Люксембурга: Де-факто Крым больше не является частью Украины, http://russian.rt.com­/article/40164, 10.07.2014

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Noyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930