Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti Previous Article
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? Next Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Line Spacing+- AFont Size+- Print This Article
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru

Xarab olmuş saat belə gündə iki dəfə zamanı doğru göstərir. Bu optimist düşüncə baxımından az da olsa ümid vericidir. Bəzi hadisələr, problemlər, münaqişələr var ki, onların müzakirə prosesində tərəf-müqabil ilə olmasa da, öz aralarında müzakirə edərkən, məntiqli düşünə bilən insanlar nadirən də olsa vardır. Bu insanlardan biri də 1993-cü ildə Ermənistan XİN rəhbərinin birinci müavini, 1994-1997-ci illərdə Təhlükəsizlik Şurasının Katibi olmuş, Beyrutda doğulan erməni əsilli Jirayr Sedraki Liparityandır. Liparityan 1997-ci ildə Ermənistanı tərk etmişdir, ABŞ-da yaşayır. Miçiqan universitetinin professorudur və həmin universitetdə Erməni tarixi kafedrasının müdiridir. Qeyd edək ki, Liparityan 1980-1988-ci illərdə Bostonda yerləşən Daşnaksutyun Partiyasının arxiv müdiri vəzifəsində çalışıb. Bu arxiv sadəcə Daşnaqsutyun Partiyasının arxivi deyil, eyni zamanda 1918-1920-ci illərdə hakimiyyətdə olmuş Daşnaqsutyun hökumətinin də arxivinin böyük bir qismi burada qorunmaqdadır və arxiv tədqiqatçılar üçün açıq deyil.

Liparityan adekvat düşünə bilən nadir erməni siyasətçilərindəndir. Hələ Ermənistana ilk gəldiyi zaman qondarma erməni soyqırımı və “bölünmüş” Ermənistan ideologiyasını qəbul etməsinə baxmayaraq, bu məsələlərin Ermənistanın xarici siyasətində əsas amil olmasına inadla qarşı çıxmışdır.[1]

Liparityan Dağlıq Qarabağ probleminin həll edilməsi məsələsində də uzlaşmadan yana olmuşdur. Amma zamanının erməni siyasətçiləri onun və onun kimi düşünənlərin tövsiyyələrinə əməl etməmişdir.

Liparityan Ermənistanı tərk etdikdən sonra xatirələrini və müşahidələrini “Ermənilərin Dövlətləşmə İmtahanı” adlı kitabda toplamışdır. Bu kitab Türkcəyə tərcümə edilmiş və 2000-ci ildə dərc edilmişdir. Kitabı oxuyanda, hələ 1997-ci ilə qədər olan dönəmdə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ probleminin həll edilməsi üçün hansı ciddi fürsətləri fövtə verdiklərini görmək mümkündür. Liparityan qeyd edir ki, o zaman problemin həll edilməsi üçün siyasi iradə nümayiş etdirilsəydi, Ermənistan bu günkü səfil vəziyyətə düşməzdi.

Liparityanın Dağlıq Qarabağ probleminin həll edilməsi prosesi ilə bağlı növbəti kiçik xatirəsi ABŞ-da erməni diasporunun ingilis dilində nəşr olunan “Masis Post” qəzetində dərc olunub. Burada əhəmiyyətli məsələlərə toxunub və Ter-Petrosyanın problemin həll edilməsi istiqamətində təşəbbüslərini dəstklədiyini qeyd edib.

Libarityan 1997-ci ildə yaşadığı və iştirak etdiyi müzakirə barədə belə yazır: “Mənim məqsədim o deyil ki, bizim komandanın indiki liderlərdən və diplomatlardan daha yaxşı olduğunu sübut edim. Məqsədim 25 illik tarixin vacib məqamları ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. 1997-ci ildə baş vermiş bu hadisə bir daha sübut edəcək ki, Qarabağ münaqişəsinin nizamlanması 20 il bundan əvvəl mümkün idi, hansı ki bu, 2005-ci ildə mümkün deyildi və yəqin elə indi də mümkün deyil.”

Liparityanın qeydlərinə görə Dağlıq Qarabağ probleminin həll edilməsi üçün müzakirədə qondarma rejimi Robert Köçəryan, “baş nazir”  və “prezidentin” səlahiyyətlərini icra edən Leonard Petrosyan, “xarici işlər naziri” və növbəti “prezident” olacağı gözlənilən Arkadi Qukasyan, “müdafiə naziri” Samvel Babayan təmsil edirdi.

Ermənistan adından müzakirədə prezident Levon Ter-Petrosyan, parlamentin sədri Babken Ararktsyan, müdafiə naziri Vazgen Sərkisyan, dövlət təhlükəsizlik naziri Serj Sərkisyan, xarici işlər naziri Aleksandr Arzumanyan və prezidentin baş müşaviri, Təhlükəsizlik Şurasının Katibi olaraq özünün iştirak etdiyini bildirir. Liparityan bu toplantını qondarma rejimin və Ermənistanın təhlükəsizlik şuralarının qeyri-rəsmi birgə iclası kimi xarakterizə edir.

Liparityan qeyd edir ki, qondarma rejim nümayəndəsi Leonard Petrosyan bildirib ki, indiyədək situasiyaya tam kor-koranə baxıblar və səhvə yol veriblər. Ona görə də qərara alıblar ki, paket həlli yox, mərhələli həlli qəbul etmək lazımdır.

Buradan belə anlaşılır ki, o vaxta qədər Ermənistan və qondarma rejim problemin həll edilməsi üçün paket həll variantını qəbul ediblər və müzakirələr bu çərçivədə aparılıb. Ter-Petrosyan bu fikirdən heyrətə gəlib və Petrostandan fikrini təkrar etməsini tələb edib.

Bəli qondarma rejim o vaxta qədər əldə edilən razılaşmadan kənarlaşıb. Maraqlı odur ki, bu müzakirələrdə qondarma rejim nümayəndələrinin hansı məsələlərə kor-koranə baxıb hansı səhvə yol verdiklərini açıqlamayıblar. Qondarma rejim nümayəndələrinin situasiyaya tam kor-koranə baxıb və səhvə yol verdiklərini özlərimi anlayıb, yoxsa, kənardan bir qüvvə onlara bunu pıçıldayıb? Bu barədə Liparityanın qeydi yoxdur.

Liparityan belə davam edir: “Ter-Petrosyan fikrini tamamlayıb…. qalan görüş iştirakçılarına tərəf üz çevirdi və soruşdu: Siz hamınız başa düşdünüz burada nə baş verdi? Atəşkəsin əldə olunmasından bu yana ilk dəfədir ki, Dağlıq Qarabağ və Ermənistan liderləri münaqişənin nizamlanmasına dair tam razılığa gəlirlər. Biz mərhələli həllə bağlı yanaşmanı davam etdiririk və hamımız başa düşürük ki, bu nə deməkdir. Burada bu proseslə razı olmayan kimsə varmı? Ter-Petrosyan kimin bu planla razı olmadığını iki, yaxud üç dəfə soruşdu. Heç kim etiraz etmədi, yalnız Samvel Babayan sonda tərəddüdlə soruşdu: “Biz Kəlbəcəri də saxlaya bilərikmi, hə?” O, çiynini Robert Köçəryanın stuluna söykəyib oturmuşdu, Köçəryan Babayana tərəf döndü (O, Samvelə düz baxa bilməzdi, bunun üçün 180 dərəcə dönməliydi) və dedi: Sən eşşəksən yoxsa nəsən? Biz heç Laçını həzm edə bilmirik, indi sən Kəlbəcəri də istəyirsən?”

Burada Liparityan özünüsenzuradan istifadə etməyib və hadisəni olduğu kimi yazıb. Hələ o vaxt qondarma rejimin prezidenti olan Köçəryan özünün nazirinə eşşək deyəcək qədər tərbiyyəsizlik edib. Müzakirələrdə bir-birini təhqir edərək eşşək deyən şəxs demək ki, özünü və digərlərini də hər hansı bir heyvan növünə aid edir.

Ermənistan siyasi rəhbərliyinin sosial və siyasi psixologiyasını öyrənmək baxımından belə nüanslar olduqca əhəmiyyətlidir. Koçaryanın eşşək dediyi Samvel Babayan Koçaryan Ermənistanda baş nazir və prezident seçildikdən sonra da qondarma rejimdə eyni vəzifədə xeyli işlədi.

Ermənistanın Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində razılaşmaq istəməməsi, bu problemə paralel olaraq ölkədə sosial-iqtisadi, siyasi və təhlükəsizlik problemlərinin sümükləşməsi onu göstərir ki, siyasi elit deyə bir şey yoxdur, ölkə hələ də Koçəryanın dediyi məxluqlar tərəfindən idarə edilir.

 

[1] Gerard J. Libaridyan, Ermenilerin Devletleşme Sınavı, (İstanbul: İletişim Yayınları, 2000).

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

Mart 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 123
45678910
11121314151617
18192021222324
25262728293031