Ermənistanda istefa, yeni hökumət və perspektivləri Previous Article
Armen, sənin də yerinə səs verdim, narahat olma!Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Min dramlıq vergi

Line Spacing+- AFont Size+- Print This Article
Min dramlıq vergi

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru
21 noyabr 2016

Ermənistan parlamenti üç günlük müzakirədən sonra “Hərbi əməliyyatlarda yaralanan və ölən hərbiçi ailələrə kömək fondu” adlı (Min dramlıq qanun layihəsi) qanun layihəsini 17 noyabrda qəbul edib. Səsvermə zamani 102 deputat lehinə, üç deputat əleyhinə səs verib və doqquz deputat bitərəf qalıb.
Maraqlıdır ki, aprel hadisələrindən sonra Ermənistan parlamentində oliqarxların qeyri-qanuni yollarla topladıqları sərvətin bir qismini ordu üçün xərclənməsi gərəkdiyi haqqında ciddi tələblər irəli sürülmüşdü. Aradan 7 ay keçmədən oliqarxların sərvətinin bir qisminin ordu üçün xərclənməsi haqqında deyil, sadə vergi mükəlləfiyyətçilərinin aylıq qazancından (maaşından) min dram (təxminən 2,5 ABŞ dolları) tutulması haqqında qanun layihəsi parlament tərəfindən qəbul edildi.
Bu günlərdə parlamentdə və ictimasi-siyasi həyatda bu qanun layihəsi barədə ciddi müzakirələr gedir.
Erməni mətbuatı bu qanun layihəsini yeni təyin edilmiş Müdafiə Naziri Viqen Sərkisyan tərəfindən təklif edildiyini qeyd edir. Ermənistanda yeni təyin edilmiş Baş nazir Karen Karapetyan ölkənin çox ciddi iqtisadi problemlərlə qarşı-qarşıya qaldığını, 2017-ci ildə parlament seçkilərinin keçiriləcəyi ərəfədə belə bir qanun layihəsi təklifindən məmnun olmadığını bildirsə də, Prezident Aparatı rəhbəri olan Viqen Akopyanın Prezident Serj Sərkisyan tərəfindən iki ay əvvəl birbaşa Müdafiə Naziri vəzifəsinə təyin edildiyinə görə Karapetyan bu qanun layihəsinin irəli sürülməsinə və parlamentdə layihənin qəbul edilməsinə etiraz edə bilməmişdir. Yəni qanun layihəsi ilə bağlı bütün iqtisadi və siyasi məsuliyyət Baş nazir Karapetyanın üzərinə yüklənmişdir. Baş nazir təyin edildikdən sonra texnokrat hökumət qurmağa çalışan Karapetyan əvvəlki oliqarx hökumət nümayəndələrinə qarşı ciddi mübarizə aparacağını bəyan etsə də, ilk problemlə hökumət üzvünün təklif etdiyi bu qanun layihəsinə görə qarşılaşmışdır. Yəni Karapetyan ilk zərbəni öz komandasından almışdır. Belə ki, Ermənistanın sosial-iqtisadi problemləri diqqətə alındığında vergi mükəlləfiyyətçiləri olan vətəndaşlardan ayda min dram vergi alınması əlbəttə müsbət qarşılanmır. Bu eyni zamanda onu göstərir ki, yeni hökumət oliqarxlara qarşı mübarizədə oyuna 1-0 hesabı ilə məğlub başlayır. Baş nazir Karapetyan və digər rəsmi şəxslərin son aylarda oliqarxlara qarşı mübarizə çağırışı əhəmiyyətli dərəcədə səngiyib. Cari ilin avqust ayına qədər Ermənistanda vergi toplamada yeddi faiz kəsir olması, təxminən bir neçə ay bundan əvvəl sərmayəsi 50 milyon dramdan artıq olan iş adamlarının maliyyə bəyannaməsi verməsi məcburiyyəti haqqında qanun işləmədən sadə vergi mükəlləfiyyətçilərinə min dramlıq yeni vergi yükü təbii ki, vətəndaşları narahat edir.
Ermənistanın ciddi sosial-iqtisadi problemlər yaşamasına baxmayaraq silahlanmaya ayırdığı xərcə görə digər dövlətlərdən seçilir. Belə ki, 2007-2009-cu illərdə Ermənistan silahlanmaya üzrə dünyada səkkizinci yerdə, 2012-2014-cü illərdə dördüncü yerdə, 2013-cü ildə isə üçüncü yerdə qərar tutmuşdur. Ermənistan mütəmadi olaraq hərbi büdcəsini artırır. 2001-ci ildə 65, 2002-ci ildə 75 milyon dollar olan hərbi büdcəsi 2014-cü ildə 472, 2015-ci ildə 450, 2016-cı ildə 430 milyon dollar olmuşdur. 2014-cü ildə Ermənistanın hərbi büdcəsi 472 milyon dollar olsa da, faktiki hərbi xərci 500 milyon dollar olmuşdur. 2017-ci ildə isə hərbi büdcəsi 439,7 milyon dollar qəbul edilmişdir.
Ermənistan inadla silahlanma yarışına davam edir. Sərkisyan iqtidarı ölkədəki sosial-iqtisadi problemlərdən, əhalinin rifah səviyyəsinin sürətlə aşağı düşməsindən, miqrsiya problemlərindən, yerli sərmayənin qonşu dövlətlərə, xüsusən də Gürcüstana getməsindən narahat deyil. Avrasiya İaqtisadi Birliyinə üzv olması da Ermənistan iqtisadiyyatının çöküş prosesinin qarşısını ala bilmədi.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Cənubi Qafqaz

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Noyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930