Ermənistanın demoqrafik problemləriPrevious Article
İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər əvvəlki məcrasına qayıdırNext Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Minsk qrupu vasitəçidirmi? 

Line Spacing+- AFont Size+- Print This Article
Minsk qrupu vasitəçidirmi? 

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru.

10 fevral 2016

 Beynəlxalq praktikaya uyğun olaraq dövlətlər; işğal faktı, etnik problemlər, sərhəd problemləri və digər məsələlər barədə razılaşma əldə edilmədiyi təqdirdə, məsələyə tərəfsiz münasibəti olan bir və yaxud bir neçə dövləti problemin həll edilməsi üçün vasitəçi olaraq qəbul edə bilir. Bunun bir çox nümunələri vardır.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupu da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin sülh yolu ilə həll edilməsi üçün 1992-ci ildə qurulmuşdur. Ancaq Minsk qrupu 20 ildən çoxdur bu məsələnin sülh yolu ilə həll edilməsi üçün tərəflərə heç bir ciddi plan təklif etməyib. 1994-cü ilin may ayında Atəşkəs müqaviləsinin imzalanmasında belə Minsk qrupunun ciddi fəaliyyəti olmayıb.

Minsk qrupu illərdir nəticəsiz fəaliyyət göstərməsi barəsində düşünərək, müzakirələrə yeni ruh verməkdənsə, yeni təkliflər paketi hazırlamaqdansa, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin sülh yolu ilə həll edilməsi üçün həyata keçirilən başqa təşəbbüsləri qısqanclıqla qarşılayır və maneə törədir.

Minsk qrupu özünün illərdir məşğul olduğu problemi həll edə bilmir, və yaxud həll etmək istəmir, ancaq sadəcə bu problemin həll edilməsi istiqamətində atılan addımları deyil, problemin müxtəlif beynəlxalq qurumlarda müzakirə edilməsinə belə etiraz edir. Minsk qrupu və Ermənistan problemin beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatında (BMT) belə müzakirə edilməsinə qarşı çıxırlar.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin müzakirə edildiyi siyasi qurumlardan biridir. AŞPA bu müzakirələrdə adətən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı ilə bağlı obyektiv münasibət bildirilir.

AŞPA-nın yanvarın 24-dən 30-dək keçiriləcək qış sessiyasında Siyasi Məsələlər və Demokratiya Komitəsinin üzvü, Böyük Britaniyanı təmsil edən deputat Robert Walterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı məruzəsi dinləniləcək. Məruzədə əsasən Dağlıq Qarabağ probleminin iqtisadi və sosial tərəfləri öz əksini tapıb, ekologiya və Sərsəng su anbarı ilə bağlı problem qeyd edilib.

ATƏT Minsk qrupu məruzə dinlənilmədən əvvəl bəyanat verərək Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində çalışan tək qurumun Minsk qrupu olduğunu bildirmələri olduqca məntiqsizdir.

Bəli, Minsk qrupu birbaşa problemin həll edilməsi üçün qurulmuşdur. Amma bu o demək deyildir ki, digər beynəlxalq təşkilat və qurumlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi məsələsi müzakirə edilməyəcək.

Minsk qrupu 20 ildən çoxdur problemin həll edilməsi istiqamətində bir addım belə irəliləməyib, işğalçı və işğala məruz qalan tərəfə hüquqi qiymət verməkdə acizdir. Vasitəçilik təşəbbüsündən daha çox Ermənistanın mövqeyini dəstəkləyən siyasət həyata keçirir.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı bir çox dövlət və beynəlxalq təşkilatlar tərəfindən dilə gətirilsə də, nədənsə Minsk qrupu bu reallığı görmək istəmir və problemi ən qısa zamanda həll etməkdənsə, prosesi uzatmaqla məşğuldur. Məsələyə bu cür birtərəfli münasibət əlbəttə Azərbaycana güvən hissi vermir. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə Minsk qrupu həmsədr dövlətlərdən narazılığını bildirib və həmsədr dövlətlərin dəyişdirilməsinin mümkünlüyünü vurğulayıb.

Minsk qrupu problemin həll edilməsi istiqamətində bir birinin əksi olan xalqların öz müqəddəratını təyin etmə və dövlətlərin ərazi bütövlüyü prinsiplərini önə çıxarmağa cəhd edir. Məsələyə bu cür tərs mütənasib paradiqmadan baxmaq və vasitəçilik etmək əlbəttə heç bir nəticə verməyəcəkdir.

Azərbaycan haqlı olaraq Minsk qrupu həmsədr dövlətlərindən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin sülh yolu ilə həll edilməsi üçün danışıqlar prosesində beynəlxalq ictimaiyyətin iradəsini əks etdirən BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, AÇPA sənədləri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin aidiyyəti qərarlarının icrasını təmin etmələrini tələb edir.

Azərbaycan Minsk qrupundan kənarda Dağlıq Qarabağ probleminin müzakirə edilməyəcəyi haqqında heç bir siyasi öhdəlik götürməyib və problemin həll olmasına köməklik edəcək istənilən bölgə və beynəlxalq təşkilatlarda müzakirəyə çıxarmaq haqqını özündə saxlayır.

Minsk qrupunun siyasi norma və əxlaq qaydalarını kobud şəkildə pozaraq AŞPA-da məsələnin müzakirəsinə mane olmaq cəhdi qətiyyən anlaşılan və qəbul edilən deyil.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

ABŞ

  0

Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

Mart 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 123
45678910
11121314151617
18192021222324
25262728293031