Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sesiyasının yekun bəyannaməsi və Dağlıq Qarabağ problemi Previous Article
Hillari Klintonun Cənubi Qafqaz ziyarətinin düşündürdükləriNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

NATO-nun Çikaqo Sammiti: yeni mərhələnin başlanğıcımı?

Line Spacing+- AFont Size+- Print This Article
NATO-nun Çikaqo Sammiti: yeni mərhələnin başlanğıcımı?

Hatəm Cabbarlı, siyasi elmlər doktoru. Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri.

28 may 2012

Soyuq müharibənin başa çatmasından sonra NATO-nun funksiyası quruma üzv ölkələrdə geniş müzakirə olundu. Bu müzakirələrdə NATO-ya ehtiyac varmı və genişləmə məsələsi nə qədər aktualdır suallarına cavab axtarıldı. Cavab çox gecikmədi. Başda ABŞ olmaqla, NATO-nun saxlanılmasınada maraqlı olan dövlətlər, beynəlxalq təhlükəsizliyi təhdid edən terrorizmi, anti demokrattik rejimləri, kimyəvi və nüvə silahları qaçaqmalçılığı problemlərini önə çıxararaq NATO-nun saxlanılmasını və hətta genişləməsini məqsədəuyğun gördülər.

Soyuq müharibənin qurtarmasından sonra NATO dünyanın müxtəlif bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxmillətli proqram və layihələr həyata keçirsə də, nə bu qurumun sülhməramlı qüvvələrinin olduğu “qaynar bölgələrdə”, nə də digər münaqişə ocaqlarında təhlükəsizlik tam olaraq təmin edilməyib. 2011-ci ildə NATO-nun Lissabon Sammitində qurumun strukturunun və fəaliyyətinin yenidən planlaşdırılması haqqında sənədlər qəbul edildi. Cari il 20-21 mayda ABŞ-ın Çikaqo şəhərində keçirilmiş növbəti Sammitdə Lissabon Sammitində qəbul edilən sənədlərin necə tətbiq olunduğu və aşağıdakı məsələlər müzakirə edilmişdir:

-NATO-nun Əfqanıstandakı vəziyyəti;

-2008-ci ildə yaşanan dünya iqtisadi böhranından sonrakı vəziyyət;

-qısa, yaxın və uzun zamanda ortaq fəaliyyət strategiyasının planlaşdırılması;

-“ağıllı müdafiə” (smart defence) proqramının həyata keçirilməsi;

-NATO-nun hərbi gücünün qorunması və davam etdirilməsi;

-Rusiya ilə münasibətlər.

Sammitdə əhəmiyyətli olan digər məsələ də Orta Asiya və Cənubi Qafqaz dövlətlərinin Prezidentlərinin dəvət edilməsidir. Orta Asiya dövlətlərinin Prezidentləri bu dəvəti qəbul etməmiş, Cənubi Qafqaz dövlətlərindən olan Ermənistan Prezidenti isə Azərbaycan və digər Müstəqil Dövlətlər Birliyi üzvlərinin ərazi bütövlüyün tanınmasının Sammitin yekun bəyannaməsində yenidən təsdiq ediləcəyi üçün bu tədbirdə iştirak etməmişdir. Sammitin yekun bəyannaməsində Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünün tanındığı və münaqişələrin beynəlxalq hüququn prinsip və normalarına, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, Helsinki yekun aktına uyğun olaraq danışıqlar yolu ilə həll edilməsinin vacibliyi vurğulanıb.

ABŞ və NATO rəsmiləri Əfqanıstandakı sülhməramlı qüvvələrin fəaliyyətinin uğurlu olduğunu bildirsələr də, ölkəyə tam olaraq nəzarət edə bilmirlər. Son yaşanan dünya iqtisadi böhranı Əfqanıstanda və digər bölgələrdə sülhməramlı qüvvələrin saxlanımasında ciddi problemlər yaradıb. NATO 2014-cü ildə Əfqanıstandan sülhməramlı qüvvələrini çıxarmağı planlaşdırır. NATO Əfqanıstanda nə sabitliyi təmin edə bilib, nə də sülməramlı imicini qoruyamağı bacarıb. NATO əsgərlərinin sivil insanlara qarşı törətdiyi cinayətlər sülhməramlı missiyası ilə tərs mütənasibdir. NATO-nun 2014-cü ildə Əfqanıstandan çəkilməsindən sonra ölkədə təhlükəsizliyin təmin edilməsi üçün bütün siyasi və hərbi məsuliyyəti Həmid Karzai rejiminə aid olacaq. Karzai rejimi isə böyük bir ehtimalla bunun öhdəsindən gələ bilməyəcəkdir.

Sammitdən əvvəl NATO Hərbi Hava Qüvvələrinin “yalnışlıqla” Pakistan hərbiçilərini bombalaması nəticəsində 24 əsgərin öldürülməsindən sonra Pakistanın Əfqanıstana gedən tranzit haqqını təxminən 20 dəfə bahalaşdırması gərginlik yaratmışdır. Bu eyni zamanda 2014-cü ildən etibarən Əfqanısatanda sülhməramlı qüvvələrin çıxarılması məsələsində çətinliklərə səbəb olacaqdır. ABŞ-ın Pakistanın bu tələbindən məmnun olmadığını bildirmək üçün Prezident Barak Obama Pakistan Prezidenti Asif Əli Zərdari ilə əvvəlcədən planlaşdırılmış ikili görüşdən imtina etmişdir.

2008-ci ildə yaşanan dünya iqtisadi böhranı NATO-nun genişləmə, raket əleyhinə müdafiə sisteminin, hava müdafiə sisteminin qurulması, yeni çoxmillətli proqram və layihələrin həyata keçirilməsi qarşısında ciddi bir problemdir. Təşkilata üzv olan bəzi dövlətlər raket əleyhinə müdafiə sisteminin daha bahalı olduğunu irəli sürərək Şərqi Avropada hava müdafiə sisteminin qurulmasını tələb edirlər. Əslində Rusiya Federasiyası NATO-nun hər iki planını milli təhlükəsizliyinə təhdid olaraq dəyərləndirir və qarşı çıxır. İqtisadi böhranın nəticələrini azaltmaq üçün NATO üzvləri daha praktik proqram və layihələrin həyata keçirilməsinə, köhnəlmiş silah texnologiyalarından imtina etməyə üstünlük verirlər. ABŞ-ın NATO-nun əsas donoru olduğu diqqətə alınarsa, son 10 ildə hərbi büdcəsinə 487 milyard dollar qənaət edəcəyini planlaşdırdığı üçün NATO ciddi maliyyə problemləri ilə qarşılaşacaqdır.

NATO-nun qısa, yaxın və uzun zamanda ortaq fəaliyyət strategiyanın planlaşdırılması Sammitdə ciddi müzakirə olunan məsələlərdən biri olmuşdur. Yuxarıda qeyd edildiyi kimi dünya iqtisadi böhranı bu cür layihələrin həyata keçirilməsində üzv dövlətləri daha təmkinli davranmağa sövq edir. Dünya iqtisadi böhranının nəticələri aradan qaldırılmadan, yeni strateji fəaliyyət planı təsdiqlənmədən, NATO-nun gələcəyinə yönəlik şübhələr artmaqdadır.

“ağıllı müdafiə” proqramının həyata keçirilməsi üç əsas elementdən ibarətdir:

-həyati əhəmiyyət daşıyan kritik güc və vasitələrin təmin edilməsi üçün çoxmillətli layihələr hazırlamaq;

-maliyə böhranı həll edilmədiyi təqdirdə çoxmillətli layihələri, raket əleyhinə müdafiə sisteminin, hava müdafiə sisteminin, yerüstü obyektlərə nəzarət və hava məkanında patrul uçuşlarının daha sonra təmin edilməsi;

-2020-ci ilə qədər kəşfiyyat məlumatlarının paylaşımı, hava məkanının müşahidə edilməsi və havada yanacaq doldurma sistemlərinin təkmilləşdirilməsi.

NATO-nun hərbi gücünün qorunması və davam etdirilməsi üzv dövlətlər üçün olduqca əhəmiyyətlidir. 50 ildən çoxdur ki, fəaliyyətinə davam edən təşkilat dünyanın müxtəlif bölgələrində üzv dövlətlərin siyasi, iqtisadi və hərbi təhlükəsizliyini təmin edir. Bunun davam etməsi üçün daha optimal layihə və proqramların hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Bu barədə xüsusilə NATO-nun lokomativ gücü olan ABŞ daha maraqlıdır və Sammitdə bunu xüsusilə ifadə edib.

Rusiya ilə münasibətlərə gəlincə, NATO və Rusiya arasında əsas problem Şərqi Avropada raket əleyhinə müdafiə sisteminin və hava müdafiə sisteminin qurulmasıdır. Rusiya bunu birbaşa təhdid kimi qarşılayır. NATO Baş Katibinin müavini Aleksandr Verşbou 3 may 2012-ci ildə Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi konfransda NATO-nun hədəfinin irəliyə yol tapmaq və raket əleyhinə müdafiə sistemi çərçivəsində Rusiya ilə əməkdaşlığı təmin etmək olduğunu qeyd etmişdir. Rusiyanı raket əleyhinə müdafiə sistemində tamhüqquqlu tərəfdaş olaraq görmək istədiklərini, bu layihənin Rusiyaya qarşı olmadığını bildirən Verşbou, Çikaqo Sammitindən əvvəl Rusiya ilə münasibətləri qaydaya salmağa çalışmışdır. Ancaq təşkilata üzv olan dövlətlərin hamısı Rusiyanı raket əleyhinə müdafiə sistemində tərəfdaş olmaq görmək istəmir. Belə ki, Polşa buna qəti şəkildə etiraz edir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç Çikaqo Sammitində sürprizlərlə qarşılaşmadıqlarını, müzakirə edilən məsələlər barəsində tərəfdaşları tərəfindən əvvəlcədən məlumat verildiyini, Gürcüstanın Abxaziya və Cənubi Osetiya Respublikaları ilə qonşuluq siyasətində NATO ilə eyni görüşləri paylaşmadıqlarını, ancaq bütün problemləri danışıqlar yolu ilə həll edilməsinə çalışdıqlarını qeyd etmişdir. Görünən odur ki, NATO-Rusiya arasında problemlər hələ uzun zaman davam edəcəkdir. NATO-nun genişləməsi, Şərqi Avropada raket əleyhinə müdafiə sisteminin, hava müdafiə sisteminin qurmağı planlaması Rusiyanın siyasi, iqtisadi, hərbi ambisiyaları ilə tərs mütənasıbdir. Böyük bir ehtimalla önümüzdəki 10 ildə bu ziddiyyətlər dəyişən dinamizm üzrə davam edəcəkdir.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Noyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930