Qərb və Rusiya arasında geosiyasi mübarizənin yeni mərhələsi Previous Article
Ukraynanın siyasi gələcəyiNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

NATO və Avropa İttifaqının Şərqə doğru genişləməsi və Rusiya

Line Spacing+- AFont Size+- Print This Article
NATO və Avropa İttifaqının Şərqə doğru genişləməsi və Rusiya

Hatem Cabbarlı,

Siyasi elmlər doktoru

19 noyabr 2014

NATO-nun 3-4 aprel 2008-ci ildə keçirilən zirvə toplantısında Ukrayna və Gürcüstanın üzvlük məsələsi müzakirə edildi. ABŞ bu dövlətlərə dəstək verəcəyini təkrar etdi, amma Fransa və Almaniya onların təşkilata üzv qəbul edilməsinin Rusiyanı narahat edəcəyini iddia edərək, qarşı çıxdılar. Zirvə toplantısı sonunda ortaq qərar almaq mümkün oldu, Ukrayna və Gürcüstanın NATO-ya üzv olması üçün rəsmi prosesə başlanmasa da, önləri açıldı.

 

Rusiya-NATO zirvə toplantısında Prezident Vladimir Putin açıqca ”Əgər Ukrayna NATO-ya üzv qəbul edilərsə, bu Ukraynanın mövcudluğunu itirməsi ilə nəticələnəcəkdir” desə də Qərb bu ultimatumu diqqətə almadı. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ”Bu gün biz görürük ki, NATO-nun genişlənməsi üzv-dövlətlərin təhlükəsizliyini qorumur. Bəzi hallarda, xüsusilə, Ukrayna və Gürcüstanın təşkilata üzv olacağı təqdirdə Avropa qitəsi ciddi problemlərlə qarşı-qarşıya qala bilər”[i] deyərək qarşı tərəfə xəbərdarlıq etdi.

 

Bu xəbərdarlığı diqqətə almayan ABŞ və Avropa İttifaqı 2008-ci ildə “Şərq tərəfdaşlığı” proqramını həyata keçirməyə başladı. Proqramın hədəfi Ukrayna, Moldova, Gürcüstan və digər dövlətlərin iqtisadi inkişafına və Avropa İttifaqına inteqrasiya prosesini sürətləndirməkdi. Elə bu mərhələdə iqtisadi və təhlükəsizlik problemlərini əhəmiyyətli dərəcədə həll edən Rusiya, ilk fürsətdə ABŞ və Avropaya qarşılıq verməsi üçün uyğun zamanı gözləməyə başladı.

 

Uyğun zaman isə 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya üzərində hakimiyyətini bərpa etməsi üçün hərbi əməliyyatlara başlaması ilə ortaya çıxdı. Gürcüstan ordusu bu bölgələrdə nəzarəti təmin etmədən, Rusiya Cənubi Osetiyadan ordusunu göndərərək Gürcüstan ordusunu paytaxt Tiflisə qədər təqib etdi. Səkkiz günlük işğaldan sonra ABŞ və Fransanın vasitəçiliyi ilə Rusiya ordusunu geri çəkdi, amma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla ABŞ və Avropa İttifaqına ultimatum verdi. ABŞ və Avropa İttifaqı Rusiyanın bu ultimatumunu diqqətə almadı, Albaniya və Xorvatiyanı NATO-ya üzv qəbul etdi.

 

ABŞ Ukrayna iqtisadiyyatının inkişaf etməsi və bu ölkədə demokratiyanın inkişafı adı altında 1991-2013-cü illərdə bu ölkəyə 5 milyard dollar kömək edib. Bu vəsaitin böyük bir qismi ABŞ-da fəaliyyət göstərən ”Demokratiyanın Dəstəklənməsi Milli Fondu” tərəfindən Ukraynaya verilib. Bu fondun maliyyə köməyi ilə Ukraynada demokratiyanın inkişaf etdirilməsi, insan haqlarının qorunması, Avropa ilə iqtisadi və siyasi bütünləşmə prosesini sürətləndirmək adı altında 60-dan çox layihə həyata keçirilib. ABŞ və Avropa İttifaqının Ukraynada siyasi mühəndislik təşəbbüsləri Rusiya dövlət adamları tərəfindən xoş qarşılanmadı. ”Demokratiyanın Dəstəklənməsi Milli Fondu”n direktoru Karl Gershman ”Ukraynanın Avropanın bir parçası olması qərarlılığı Putin tərəfindən canlandırılmağa başlanan imperializmin ölümü deməkdir”[ii] deyə tərəflər arasında yaşanan mübarizənin nə qədər gərgin bir mərhələdən keçdiyini və fondun fəaliyyətinin nədən ibarət olduğunu göstərir.

 

Avropa İttifaqının, NATO-nun Şərqə doğru genişlənməsi prosesi son 20 ildə Rusiya tərəfindən narahatlıqla müşahidə edilir. NATO-nun, Avropa İttifaqının Şərqə doğru genişlənməsi Rusiyanın iqtisadi və siyasi təhlükəsizliyini təhdid edən, onu sərhədləri daxilində qalmağa məcbur edən mahiyyətdə idi. Rusiya üçün bu münasib hal deyil. Çünki bu durumda post-sovet ölkələri Rusiyanın təsir dairəsindən uzaqlaşacaqdı. Rusiya bunun qarşısını almaq üçün post-sovet ölkələrin demək olar ki, hamısında təsirli mexanizmlərə sahibdir və bəzən bu mexanizmlərdən istifadə edir. Bu mexanizmləri qısaca belə təsnif etmək mümkündür:

 

– post-sovet ölkələrində etnik problemlərə müdaxilə (Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ);

 

– post-sovet ölkələrin mozaik etnik quruluşuna müdaxilə etmək bacarığı (Gürcüstanda erməni, Moldovada Qaqauz bölgəsi və s.);

 

– post-sovet ölkələrində etnik rusların yaşaması (Dnestryanıda, Ukraynada Krımı ilhaq etmiş və Ukraynanın şərqində etnik rusların bölücü tələblərini dəstəkləyərək böhranı dərinləşdirmişdir);

 

– enerji xətlərinə nəzarət;

 

– post-sovet ölkələrinin Rusiyadan iqtisadi asılılığı;

 

– Rusiyada post-sovet ölkələrindən gələn miqrantların olması (Ermənistandan 2.5 milyon, Gürcüstandan 1 milyondan çox, Qazaxıstandan 2 milyondan çox, Özbəkistandan 2 milyondan çox).

Dr. Hatəm Cabbarlı

[i] Э. Велиев, НАТО на Южном Кавказе пока не будет, «Зеркало».-2009. 3 апреля.-№55.-С.1.

[ii] Дж. Миршаймер, Почему Запад повинен в кризисе на Украине…Россия в глобальной политике, 3 сентября 2014.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Mart 2021
Be Ça Ç Ca C Şb B
« Avq    
1234567
891011121314
15161718192021
22232425262728
293031