Yeni dünya düzəni: Özbəkistanın qərarı və KTMT-nin gələcəyi Previous Article
Ermənistanın enerji problemiNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

NATO və Azərbaycan torpaqlarının işğal edilməsi problemi

Line Spacing+- AFont Size+- Print This Article
NATO və Azərbaycan torpaqlarının işğal edilməsi problemi

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

10 iyul 2012

NATO (North Atlantic Treaty Organization) Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanı ziyarəti zamanı keçirdiyi mətbuat konfransında təəssüratlarını ifadə edərkən: “Qarabağ probleminin hərbi həll yolu yoxdur. NATO sülh yolu tərəfdarıdır, belə ki, Qafqaz regionunda sabitlik Alyans üçün olduqca əhəmiyyətlidir. Azərbaycan və NATO bir çox sahələrdə aktiv əməkdaşlıq edir və bizi yaxşı gələcək gözləyir. Biz enerji təhlükəsizliyi sahəsində IPAP (Individual Partnership Action Plans) proqramı çərçivəsində sıx əməkdaşlıq edirik”,- demişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başda Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) olmaq üzrə bir sıra beynəlxalq təşkilatlara üzv olmuş və əlaqələrini genişləndirmişdir. NATO ilə də əməkdaşlıq Azərbaycan üçün prioritet məsələlərdən biridir. Azərbaycan Sülh naminə əməkdaşlıq, IPAP və bir çox proqramlar çərçivəsində NATO ilə əməkdaşlıq etməkdədir və bir neçə münaqişə bölgəsində sülh yaratma missiyasında iştirak edir. Dünyanın ən böyük təhlükəsizlik təşkilatı ilə əməkdaşlıq etmək Azərbaycana beynəlxalq təcrübə qazanmağa, ordu quruculuğunu beynəlxalq standartlara yüksəltməyə kömək edir.

Ancaq Azərbaycanın bu qurumla hərtərəfli əməkdaşlığı, münasibətlərini genişləndirməsi, qurumun müxtəlif beynəlxalq proqramlarında iştirak etməsi belə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin həll edilməsində istənilən nəticələri verməmişdir. Bu məsələ gündəmə gəldiyi zaman dünyanın müxtəlif bölgələrində hərbi gücdən istifadə edərək sülh yaratmağa çalışan NATO, Dağlıq Qarabağ probleminin sülh yolu ilə 20 ildir ki, həll olunmamasına rəğmən Azərbaycanın Ermənistan işğalı altında olan torpaqlarını azad etməsi üçün hərbi əməliyyatlara başlamasına soyuq baxır və problemin sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğulayır. Əlbəttə, problemin sülh yolu ilə həll olunması ən optimal yoldur və Azərbaycan da bunu dəfələrlə ən yüksək tribunalardan dilə gətirmişdir.

Ancaq NATO-nun bu məsələ ilə bağlı ikili standartının olduğu məlumdur. NATO-ya üzv dövlətlərin maraqlarını qorumaq üçün qurum istədiyi zaman hədəf dövləti nüvə və kimyəvi silah əldə etmək istədiyini (İraq), beynəlxalq terrorizmə dəstək verdiyini iddia edərək (Əfqanıstan) bu dövlətlərə qarşı hərbi əməliyyatlar təşkil edə bilir. Nəticədə isə işğal edilən dövlətlərin əslində nüvə silahı olmadığı və beynəlxalq terrorizmə dəstək verəcək gücdə olmadığı bəlli olur. NATO indi də hədəf ölkə kimi İranı seçmiş və nüvə silahı əldə etmək cəhdi iddiasıyla bu dövləti təhdid edərək, iqtisadi, siyasi sanksiyalar tətbiq edir.

Bundan başqa, NATO son zamanlarda “önləyici zərbə” adıyla digər dövlətlərin təhlükəsizliyini təhdid etməyə davam edir. “Önləyici zərbə” doktrinasının mahiyyəti ABŞ və NATO üzvlərinə qarşı hər hansı bir hərəkətin təhdid olaraq dəyərləndirilməsi zamanı hədəf dövlətə yönəlik daha əvvəl hərbi əməliyyatlara başlayaraq gözlənilən təhlükənin qarşısını almaqdır. Beynəlxalq ədəbiyyatda “önləyici zərbə” doktrinasının haqlı, ədalətli olması ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi mülahizələrdə bu zaman böyük və güclü dövlətlərin ciddi təhdid və təhlükə hiss etmədən də bu doktrinadan öz mənafeləri üçün istifadə etməyə imkan verdiyi ifadə edilsə də, digər mülahizələr bu doktrinanı dəstəkləyir. Bir başqa ifadə ilə, “önləyici zərbə” doktrinası beynəlxalq hüquqda hələ də tam olaraq formalaşmayıb.

ABŞ və NATO-ya üzv dövlətlərin bu doktrina ilə bağlı səmimi və ədalətli olmamasını Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nümunəsində daha aydın görmək mümkündür.

Quruma üzv olan böyük dövlətlər bu doktrina ilə təhlükə təşkil edən (bu terminə xüsusi fikir vermək lazımdır)- işğal edən deyil, təhlükə təşkil edən dövlətlərə qarşı hərbi əməliyyatlara başlamağa özlərinə icazə versələr də, Azərbaycan üçün sadəcə təhlükə təşkil edən deyil, 20 ildir torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı hərbi əməliyyatlar təşkil edilməsinə imkan verilmir.

Qərb dünyasının xüsusilə son illərdə ciddi ehtiyac duyduğu enerji probleminin həll edilməsində sanballı mövqeyi olan, müxtəlif beynəlxalq sülh yaratma missiyalarında iştirak edən, region və beynəlxalq təhlükəsizliyin təmin edilməsi və qorunmasına öz töhfəsini verən, Əfqanıstan sülh məramlıları üçün tranzit ölkə olan  Azərbaycan ilə əməkdaşlıq edən NATO, bu ölkənin ərazi bütövlüyünü tanıdığını hər fürsətdə ifadə etsə də, faktiki olaraq bunun təmin edilməsi üçün müxtəlif maneələr yaratmaqdadır. Ermənistan Azərbaycan üçün təhlükə mənbəyi deyil – bu ölkə Azərbaycan torpaqlarının 20%-ni işğal edib, amma yenə də NATO Ermənistana qarşı İran və Suriyaya tətbiq etdiyi iqtisadi və siyasi sanksiyaların heç birini tətbiq etmir, əksinə bu ölkə ilə əməkdaşlığı genişləndirir və dəstək olur.

Qərb dövlətlərinin və NATO-nun bu məsələ ilə bağlı ikili standart həyata keçirməsi beynəlxalq aləmdə yaşanan ədalətsizliyin, beynəlxalq hüquqdakı çatışmazlıq və problemlərin hələ uzun zaman davam edəcəyini göstərir. Azərbaycanın yerləşdiyi regionun təhlükəsizlik anlayışı, qonşu dövlətlərin məsələyə münasibəti və digər məsələlər Qərb dünyasının geosiyasi mənafeləri ilə üst-üstə düşmədiyi təqdirdə münasibətlərdəki anlaşmazlıq birdəfəlik həll olunan deyil. Azərbaycan bütün hallarda ərazi bütövlüyünü təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Sentyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30