Qondarma DQR-in sosial iqtisadi vəziyyəti barədəPrevious Article
Yeni dünya düzəni: Özbəkistanın qərarı və KTMT-nin gələcəyi Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Paris görüşü: obyektivlik yoxsa evfemizmin1 yeni səhifəsi?

Line Spacing+- AFont Size+- Print This Article
Paris görüşü: obyektivlik yoxsa evfemizmin1  yeni səhifəsi?

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

19 iyun 2012

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşü olduqca gərgin bir mühitdə başladı. ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun 4-7 iyun tarixlərində Cənubi Qafqaza səfəri zamanı Ermənistan ordusu işğal altında olan bölgədə və Azərbaycan-Ermənistan sərhədində atəşkəsi pozaraq region təhlükəsizliyini ciddi şəkildə zədələdi. Klinton regionda olarkən Ermənistan mütəmadi olaraq atəşkəsi pozmağa davam etdi. Ermənistan və Azərbaycanı ziyarət edən Klinton hər iki tərəfi soyuqqanlı olmağa dəvət edərək, ATƏT Minsk qrupunun fəaliyyətini və vasitəçilik missiyasını xüsusilə vurğuladı, atəşkəs şərtlərinə əməl etməyə çağırdı.

Ermənistanın atəşkəsi pozduğu günlərdə və Paris görüşməsindən əvvəl Azərbaycan və Ermənistan XİN rəhbərləri bəyanatlar verərək bir-birilərini ittiham etdilər. ABŞ atəşkəsin pozulmasından dərhal sonra tərəfləri Parisdə bir araya gətirərək problemin əsaslı həll edilməsindən daha çox, tərəfləri son günlərdə daha da kövrəkləşən atəşkəs şərtlərinə əməl edilməsini, ikitərəfli münasibətlərin qaydaya salınmasını, tərəflər arasında etimad və etibarın bərpa edlməsini istəmişdir. Görüşdən əvvəl ABŞ-ın tərəflərə yeni təkliflər paketi təqdim edəcəyi haqqında informasiyalar verilsə də, bu paketdə nələrin ehtiva olunduğu yenə də qaranlıq qaldı. Bu informasiyalarla bağlı region mətbuatında gedən müzakirələrdə Parisdə razılaşma əldə ediləcəyi iddiaları isə özünü doğrultmadı.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin həll edilməsi üçün Minsk Qrupu təxminən 20 ildir fəaliyyət göstərsə də müsbət nəticə əldə etməmişdir. Minsk qrupu və problemin həll edilməsi üçün təşəbbüs göstərən digər vasitəçilər problemə evfemizimçərçivəsində yanaşır. Bu kökündən yalnış bir strategiyadır. Problemin mahiyyəti Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin separat tələblərini dəstəkləyərək Azərbaycanın torpaqlarını işğal etməsidir. Vasitəçilər və Ermənistanı dəstəkləyən digər qruplar Azərbaycan torpaqlarının işğal edilməsi gerçəkliyini, BMT-nin Nizamnaməsində sərhədlərin dəyişməzliyi və dövlətlərin ərazi bütövlüyü prinsiplərini görmür və yaxud görmək istəmirlər. Problem bu qədər bariz ikən Minsk qrupu və digər vasitəçilər etnik qrupun (ermənilərin) müqəddəratını təyin etmə məsələsini ön plana çıxarmağa çalışırlar. Bu, məsələyə evfemizim çərçivəsində yanaşmadır.

Birincisi ona görə ki, Dağlıq Qarabağda yaşayan ermənilər yerli xalq deyildir və son 200 ildə bölgəyə Rusiya imperiyası tərəfindən köçürülmüşdür. İkincisi, Dalıq Qarabağda yaşayan ermənilər Azərbaycan dövləti tərəfindən heç bir zaman etnik ayrı-seçkiliyə məruz qalmamışdır. Muxtariyyat statusu veriləndən 1990-ci illərin əvvəllərinə qədər vilayətdə ermənilər yüksək vəzifələrdə olmuş, vilayətin iqtisadi, sosial inkişafi Azərbaycan dövlətinin diqqət mərkəzində olmuş, iqtisadi göstəricilər və sosial mühit Azərbaycanın digər regionlarından yüksək olmuşdur.

Üçüncüsü, problemin həlli Azərbaycan və Ermənistanın BMT-yə, ATƏT-ə və digər beynəlxalq təşkilatlara üzv qəbul olunmasından sonra artıq dövlətlərarası ve region sərhədlərinin aşaraq beynəlxalq mahiyyət qazanmışdır.

Dördüncüsü,  Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən BMT Təhlükəsizlik Şurası Ermənistanın işğaıçılıq siyasətini tənqid edən və qeyd-şərtsiz olaraq işğal etdiyi torpaqlardan geri çəkilməsi üçün dörd qətnamə (822 saylı qətnamə 30 aprel 1993, 853 saylı qətnamə 23 iyul 1993, 874 saylı qətnamə 14 oktyabr 1993, 884 saylı qətnamə 11 oktyabr 1993) qəbul etmişdir. Bu qətnamələrin beynəlxalq hüququn tələblərinə əsasən həyata keçirilməsi problemin həllində əhəmiyyətli rol oynaya bilər. Minsk grupu qəbul edilmiş bu beynəlxalq hüquq sənədlərini görməzlikdən gələrək Ermənistana təzyiq göstərmir.

Beşincisi, həmsədr ölkələr siyasi, iqtisadi mənfəətlərini qorumaq üçün sərhədlərindən minlərlə kilometr uzaqdakı dövlətləri təhdid edərək önləyici zərbə doktrinini beynəlxalq ictimaiyyətə qəbul etdirməyə çalışırkən, Azərbaycan torpaqlarının 20%-ni işğal edən Ermənistana qarşı hərbi əməliyyatlara başlamağa imkan vermirlər.

Yuxarıda sadalanan bütün fikirlər həmsədr ölkələrin məsələyə obyektiv və ədalətli yanaşmadıqlarını təsdiq etməkdədir. Belə ki, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüquq çərçivəsində dəyərləndirilmir. Həmsədr ölkələrin Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edilməsi problemini həll etməsi üçün “Amerikanı yenidən kəşf etmələrinə” lüzum yoxdur. Beynəlxalq hqüquq prinsiplərini, BMT Nimzamnaməsini xatırlamaları, obyektiv və ədalətli olmaları yetərlidir. Bu haqsızlıqlara rəğmən, Azərbaycan beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək hərbi əməliyyatlara başlamaq da daxil olmaqla bütün haqlarından istifadə etmək hüququna sahibdir.

[1] Evfemizim-beynəlxalq hüquqda qarşı tərəfin narazılığına səbəb ola biləcək hansısa arzuolunmayan ifadənin və ya terminin mənası onunla eyni olan başqa ifadə ilə əvəzlənməsi, habelə müəyyən faktları pərdələmək üçün işlədilən termindir.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Noyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930