Ukraynanın siyasi gələcəyiPrevious Article
Qərb-Rusiya qarşı durmasında Ukrayna amili (2) Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Qərb-Rusiya qarşı durmasında Ukrayna amili (1)

Line Spacing+- AFont Size+- Print This Article
Qərb-Rusiya qarşı durmasında Ukrayna amili (1)

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

04 dekabr 2014

Qərb dünyası-Rusiya qarşı durması 2000-ci illərin sonlarına qədər əsasən Şərqi Avropada cərəyan etsə də, bu tarixdən sonra Qərb dünyası post-sovet coğrafiyasında möhkəmlənmək üçün müəyyən təşəbbüs göstərdi. Şərq Tərəfdaşlığı və NATO-nun Sülh Naminə Əməkdaşlıq Proqramları və digər proqramlar çərçivəsində post-sovet dövlətləri ilə münasibətlərini genişləndirməyə və bu ölkələrin Avropa ilə inteqrasiya olmalarına dəstək verdi. Ukrayna Qərb dünyası üçün genişlənmə, Rusiya üçün Qərb dünyasının Rusiya sərhədlərinə doğru yaxınlşmasının qarşısını ala biləcəyi mübarizə meydanı mahiyyətindədir. Bu mübarizənin konturları xüsusilə 2013-cü ilin sonlarından daha çox hiss edilir və Ukrayna dövləti isə iki güc arasında siyasi gələcəyini təyin etməyə çalışır.

Ukrayna müstəqilliyini elan etdikdən sonra 1991-ci il  dekabrın 8-də Müstəqil Dövlətlər Birliyinə üzv olmaq üçün müqavilə imzaladı. Bu müqavilə o vaxtın iqtisadi və siyasi reallıqları ilə bağlı olsa da, daha çox instinktiv olaraq imzalandı. Müstəqilliyini yeni əldə edən Ukrayna təxminən 400 ildir ortaq tarixi paylaşdığı Rusiyadan ayrılaraq sürətlə dünya ilə inteqrasiya ola bilməzdi. İqtisadi olaraq post-sovet ölkələri ilə ciddi əlaqələri olmasına baxmayaraq Ukrayna Avropa ilə münasibətlərini inkişaf etdirməyə çalışırdı.

Ukrayna və Rusiya arasında ilk anlaşmazlıq 1992-1993-cü illərdə Sovet İttifaqı iqtisadiyyatının paylaşımı zamanı yaşandı. Daha sonra Krım və Qara dəniz donanmasının kimə aid olması mübahisəsi ortaya çıxdı. Ukrayna Avropa ilə münasibətlərinin inkişaf etdirməyə çalışarkən, Rusiya amilini diqqətdən kənarda tuta bilməzdi. Tərəflər aralarındakı problemləri müəyyən qədər həll etməyə imkan verən dostluq və əməkdaşlıq müqaviləsini 1997-ci il mayın 31-də imzaladı. Müqavilədə tərəflərin gücdən istifadə etməmək şərti ilə münasibətlərini inkişaf etmələri, bir-birilərinə təzyiq etməmələri, üçüncü tərəflə digərinə qarşı yönəlmiş müqavilə imzalamamağı öhdəsinə alırdı. [1]

Sovet İttifaqının süqutundan sonra post-sovet ölkələri baxımından iqtisadi inkişaf və sosial problemlərini həll etmək əhəmiyyətli olsa da, daha sonrakı illərdə ciddi əhəmiyyət daşıyan problem bu dövlətlərin siyasi gələcəyinin necə olacağı idi. Bu daha çox ABŞ, Avropa İttifaqı və Rusiya arasındakı münasibətlərə indesklənmişdi, tərəflər arasındakı əməkdaşlıq və problemlər birbaşa post-sovet dövlətlərinə təsir edirdi. Ukraynanın siyasi gələcəyini də bu çərçivədə təhlil etmək mümkündür.

Dövlətlərin geosiyasi mövqeləri onlara müxtəlif sahələrdə fürsətlər təmin etsə də, eyni zamanda təhdidləri də ortaya çıxarır. Ukrayna geosiyasi mövqeyinə görə tarixdə güclü və birləşmiş dövlət olmayıb. Hər zaman Qərb və Şimal arasında mübarizə meydanı oldu, müxtəlif dövlətlər tərəfindən işğal edildi, əldən ələ keçdi. 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra da geosiyasi mövqeyindən irəli çıxan fürsətləri yaxşı dəyərləndirəə bilmədi. Daha doğrusu Ukraynanın iqtisadi və siyasi eliti olmadığı üçün sovet və Qərb dövlət idarəsi modeli əsasında qurulan dövlətdə keçmiş sovet ideologiyası ilə yetişən nəsil Ukraynada hakimiyyətə gəldi. Bu nəsil Avropa dəyərlərini qəbul etməkdə çətinlik çəkdi, milli mənafelərindən daha çox öz mənafelərini ön planda tutaraq dövləti idarə etməyə çalışdı. Rusiyanın təsiri obyektiv və subyektiv səbəblərə görə minimuma endirilə bilmədi və Avropa ilə inteqrasiya prosesində gecikmələr yaşadı.

Ukrayna coğrafi baxımdan bütün olsa da, fikri və ideoloji olaraq qərbi və şərqi arasında hər zaman ciddi fərqliliklər olmuşdur və bu fərqlilik hələ də hiss edilir. Ənənəvi olaraq Ukraynanın qərbi Avropa dəyərlərinə daha yaxındır. Qərb və şərq bölgəsində yaşayan ukraynalılar arasında ideoloji bütünləşmə Sovetlər zamanı belə tam olaraq təmin edilə bilmədi. Bunun ən böyük səbəblərində biri də şərqdə etnik rusların sayının daha çox olmasıdır.

Sovet İttifaqının süqutundan sonra Ukraynada nüvə silahlatrının yox edilməsi müzakirəyə açılınca, Ukrayna 1994-cü il yanvarın 14-də sonrakı yeddi ildə sahib olduğu bütün nüvə silahlarını yox edəcəyi barədə öhdəlik aldı. Buna qarşılıq, ABŞ və Avropadan maliyyə köməyi alacaqdı və təhlükəsizliyinin təmin edilməsi üçün ABŞ və Rusiya, daha sonra isə Çin təminat verdi. İqtisadi problemlərinin nüvə silahlarının yox edilməsi qarşılığndan alacağı maliyyə köməyi ilə həll edəcəyini düşünən Ukrayna, həm nüvə silahından məhrum oldu, həm də iqtisadi problemlərini həll edə bilmədi. Nüvə silahını yox etməsi Ukraynanın dövlət olaraq etdiyi ən böyük xətalarından biridir. Bu gün qarşılaşdığı təhlükəsizlik problemlərinin və işğalın bünovrəsində də bu amil vardır. Nüvə silahına sahib olan Ukrayna ABŞ, Avropa İttifaqı və Rusiya arasında müzakirələrdə daha güclü mövqeyə sahib ola və milli mənafelərini daha çox qoruya bilərdi.

Post-sovet ölkələri 2000-ci illərin sonlarına qədər Rusiya, ABŞ və Avropa İttifaqı arasında tarazlıq siyasəti həyata keçirsələr də, son illərdə Rusiya, ABŞ və Avropa İttifaqı arasında yaşanan problemlər onları çətin vəziyyətə salmışdır. Xüsusilə, ABŞ və Avropa İttifaqının Ukraynanın Avropa İttifaqı və NATO-ya üzv olması üçün həyata keçirdikləri siyasət digər post-sovet ölkələrinin də hərəkət sahəsini məhdudlaşdırır. Rusiya, ABŞ və Avropa İttifaqı bu dövlətlərin tarazlıq siyasətindən artıq məmnun deyil və onları ortada yox, öz yanlarında görmək istəyirlər.

Ukraynanın 1995-ci ilin noyabrında Avropa Şurasına üzv olması Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməyə imkan verdi. Ukraynanın Avropa Şurasına üzv olması təşkilatın Şərqə doğru genişləməsi, demokratik dəyərlərin, insan haqlarının qorunması baxımından əhəmiyyətlidir. Ukrayna Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməklə bərabər NATO ilə də münasibətlərinə əhəmiyyət verib. 1997-ci ilin iyul ayında tərəflər arasında “Ukrayna və NATO arasında xüsusi əməkdaşlıq sazişi” imzalandı. Sazişdə təhlükəsizlik sahəsində əməkdaşlıq, problemlərin həll edilməsi, nüvə, bioloji və kimyəvi silahların yayılmaması, silahlar üzərində nəzarət məsələləri barəsində razılıq əldə edildi. NATO-ya üzv olan dövlətlər Ukraynanın nüvə silahına malik olmayan dövlət statusuna uyğun olaraq onun müstəqilliyini qoruyacaq, demokratiyanın inkişaf etməsinə kömək edəcəklərdi. Kiyevdə NATO-nun İnformasiya və sənədlər mərkəzi açıldı, bu mərkəz adətən tərəflər arasında əməkdaşlığı koordinasiya edirdi. Ukrayna və Rusiyanın Avropa İttifaqı siyasətində fərqli və bənzər tərəflər olsa da, son illərdə Ukraynanın Avropa siyasətində bəzi müsbət dəyişikliklər müşahidə edilirdi. Rusiya Ukraynanın Avropa Təhlükəsilik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Avropa Şurası ilə münasibətlərinə müsbət yanaşsa da, Avropa İttifaqı və NATO ilə münasibətlərini inkişaf etdirməsindən narahat idi. [2]

Avropa dövlətləri son illərə qədər Ukraynanı Avropa İttifaqına tam üzv olması üçün tələsməsələr də, bu ölkə ilə ortaqlıq müqaviləsi imzalamaq üçün görüşmələrə davam edirdi. Ukrayna ilə bu barədə razılaşma əldə edilmişdi və 2013-cu il  noyabrın 29-da Vilnusda Avropa İttifaqı Şərq Tərəfdaşlığı Zirvə görüşündə Ortaqlıq müqaviləsi imzalanacaqdı. 21 noyabrda Ukrayna hökuməti milli təhlükəsizliyini diqqətə alaraq Ortaqlıq müqaviləsini imzalamayacağını bildirdi. Bu qərardan sonra Ukrayna hökuməti MDB-yə üzv olan dövlətlərlə iqtisadi, texniki, ticari, siyasi və enerji sahələrində əməkdaşlığı genişləndirmək haqqında proqram qəbul etdi. [3]

Ukrayna hökuməti Ortaqlıq müqaviləsini imzalamaqdan imtina etdikdən sonra Avropa İttifaqından əhaliyə satılan təbii qazın qiymətinin artırılmaması, ixrac sahələrinin genişləndirilməsi, sənayesinin bəzi sahələrində dotasiyaların davam etməsi, metallurgiya sənayesi mallarının ixracına qadağaların ləğv edilməsini tələb etdi. [4] Avropa İttifaqı Komissiyasının məsul üzvü Stefan Füle Ukrayna Baş naziri Serqey Arbuzovla görüşərkən, Ukraynanın bu tələblərinin günün reallıqları ilə uyğun olmadığını, dövlətin ciddi öhdəliklər alması gərəkdiyini bildirdi. [5]

Ukrayna hökumətinin Ortaqlıq müqaviləsini imzalamaqdan imtina edərkən “milli təhlükəsizlik” ifadəsini dilə gətirməsi olduqca maraqlıdır. Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində imzalanması düşünülən Ortaqlıq müqaviləsi dövlətin “milli təhlükəsizliyini”  təhdid edirdisə, niyə bu təhdid müqavilə mətni üzərində razılaşma əldə etmədən əvvəl ifadə edilmirdi? Bu təhdid Avropa İttifaqındanmı, yoxsa Rusiyadanmı hiss edilirdi? Demək ki, Ukrayna hökuməti Ortaqlıq müqaviləsi imzalanacağı təqdirdə, ölkəni hansı problemlərin gözlədiyini bilirdi. Ortaqlıq müqaviləsinin imzalanmasından imtina edildikdən sonra Ukrayna Baş naziri Nikolay Azarov “Avropa İttifaqı ilə Ortaqlıq müqaviləsini imzlamamağı və Ukrayna-Rusiya arasında ticarət münasibətlərini genişləndirməyi bizə Rusiya təklif etdi.” deyərək “milli təhlükəsizliyə” təhdidin mənbəyini də göstərmiş oldu. [6]

Ukrayna hökumətinin bu bəyanatından sonra Rusiya Prezienti Vladimir Putin Ukraynanın Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığına qarşı olmadıqlarını, amma bunun davam edəcəyi təqdirdə, Ukraynanın Rusiya ilə iqtisadi əməkdaşlığının mövcud səviyyədə qalmayacağını, bu dövlətin NATO-ya üzv olmasını Rusiyanın milli təhlükəsizliyinə təhdid olaraq gördüklərini bildirdi. [7]

Ukrayna son bir ildə daxili siyasətində yaşanan böhran mühitində Avropa İttifaqı ilə münasibətlərini genişləndirməyə çalışsa da, Krımın Rusiya tərəfindən ilhaq edilməsi, şərq bölgəsində etnik rusların bölücülük təşəbbüslərinin silahlı mübarizə mərhələsinə keçdiyi bir ərəfədə bu əməkdaşlığın perspektivinin necə olacağı aydın deyil. Ukrayna faktiki olaraq şərq bölgəsi üzərində nəzarəti itirib, inteqrasiya olmaq istədiyi Qərb dünyası isə Ukraynanın siyasi, iqtisadi, təhlükəsizlik problemlərinin həll edilməsində ehtiyac duyduğu siyasi və hərbi dəstəyi göstərmir. Bu baxımdan hətta bəzi məsələlərdə (enerji, təhlükəsizlik və s.) Qərb dünyasının Rusiya qarşısında adekvat cavab vermədiyi, hələ ki, o qədər də təsiri hiss edilməyən iqtisadi sanksiyalarla təzyiq göstərməyə çalışır.

 

[1] Внутренняя и внешняя политика Украин, http://www.webkursovik.ru/kartgotrab.asp?id=-78937

[2] Артем Мальгин, Россия–Украина: европейский фактор в постсоветских отношениях, http://www.mgimo.ru/news/experts/document245438.pdf, 26.12.13.

[3] Отказ Киева от ассоциации с ЕС вызовет разочарование Европы в постсоветских государствах – Ваан Ованнисян, www.regnum.ru/news/fd-abroad/armenia/1735720.html, 23:15 21.11.2013.

[4] Украина выдвинула два основных требования к Евросоюзу, http://www.armtoday.info/default.asp?Lan­g=_Ru&NewsID=101013, 25.11.2013.

[5] Avropa Birliyi Ukrayna ilə müzakirələri təxirə salır, http://www.azadliq.org/content/article/25201466.html

15.12.2013.

[6] Ukraynanın baş naziri: “Rusiya belə məsləhət gördü”, http://www.mediaforum.az, 2013-11-26.

[7] Почему Украина приостановила подготовку к соглашению с ЕС?, http://www.armtoday.info/default.­asp?Lan­g=_Ru&NewsID=100807, 21.11.2013.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Mart 2021
Be Ça Ç Ca C Şb B
« Avq    
1234567
891011121314
15161718192021
22232425262728
293031