Ermənistanın daxili siyasətinin dinamikası Previous Article
NATO və Avropa İttifaqının Şərqə doğru genişləməsi və Rusiya Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Qərb və Rusiya arasında geosiyasi mübarizənin yeni mərhələsi

Line Spacing+- AFont Size+- Print This Article
Qərb və Rusiya arasında geosiyasi mübarizənin yeni mərhələsi

Hatəm Cabbarlı

siyasi elmlər doktoru

4 noyabr 2014

Rusiya təxminən 400 ildir bu günkü Ukrayna ərazisinə nəzarət edir. Son zamanlarda Rusiya və Ukrayna arasında yaşanan problemlər iki dövlətin bir-birilərinə düşmən olmasından daha çox, ABŞ, NATO və Avropa İttifaqının Rusiyaya yönəlik “Anakonda taktikası”nı həyata keçirməsinin nəticəsidir. “Anakonda taktikası”nı General George Brinton McClellan tərəfindən ilk dəfə ABŞ-da vətəndaş müharibəsində (1861-1865-ci illər) tətbiq edilmişdir. Bu taktikanın məqsədi geosiyasi düşməni zəiflətmək üçün onun dənizlərə, okeanlara, müttəfiqlərinə və təbii sərvətlərə çıxış yollarını bağlamaqdır. Beləliklə, bunu bacaran tərəf geosiyasi mövqeyini nə qədər gücləndirərsə, qarşı tərəfin geosiyasi mövqeyi də o qədər zəifləyəcəkdir (1).

“Anakonda taktikası” “Böyük Oyun” çərçivəsində təxminən 300 ildir müxtəlif vəsilələrlə həyata keçirilir. XİX əsrdə Rusiya və İngiltərə arasında yaşanan mübarizə adətən “Böyük Oyun” adlandırılır. “Anakonda taktikası” isə bu oyunun əsasını təşkil edir. Amma bu barədə fərqli fikirlər də var. Məsələn, Eric Walberg “Böyük Oyun”u hegemon dövlətlər arasında yaşanan mübarizə olaraq görür və bunu üç yerə ayırır: (2)

– XİX əsrin birinci yarısından XX əsrə qədər olan mərhələdə Rusiya və İngiltərənin Asya Heartlandı uğrunda mübarizə. Bu mərhələdə qırılma nöqtəsi Rusiyada Noyabr inqilabının yaşanması olmuşdur;

– İkinci Dünya Müharibəsindən sonra SSRİ və ABŞ arasında yaşanan soyuq müharibə və SSRİ-nin bu “müharibəni” uduzması və ümumən sosialist rejimin süqutu;

– 1989-cu ildə başlayan və hələ də davam edən, ancaq heç bir böyük dövlətin təklikdə bunu həyata keçirməsi mümkün olmayan, enerji, təbii sərvətlər üzərində nəzarəti saxlamağa çalışan ABŞ liderliyində “Qərb” (3) olaraq adlandırılan dünya. Bu dünyanın qarşısında isə “o biri dünya” dayanır.

Qərb tərəfindən “Anakonda taktikası” Rusiyaya qarşı rəngli inqilab adı ilə keçmiş Yuqoslavyada (2000), Gürcüstanda (2003), Qırğızıstanda (2005), Ukraynada (2004, 2014) həyata keçirilir. Bu inqilablar Rusiyanın geosiyasi məkanını məhdudlaşdırmağa Şərqi Avropa və post-sovet coğrafiyasında nəzarəti itirməsinə yönəlmişdir.

SSRİ-nin 21 dekabr 1991-ci ildə süqut etməsindən sonra Rusiya Federasiyası Şərqi Avropa və Baltik dövlətlərini itirməsini çətin də olsa qəbul etdi. Amma Qərb dünyasının post-sovet coğrafiyasında da üstünlüyü ələ almağa çalışmasından sonra vəziyyət dəyişdi. Xüsusilə bu üstünlük Ukrayna kimi geosiyasi mövqeyə sahib olan bir dövlətin sərhədləri daxilində olunca Rusiya dirənməyə və qarşılıq verməyə başladı.

1990-cı illərdə ABŞ-ın Rusiya siyasətini liberallar və realistlər arasında yaşanan ideoloji mübarizədən liberalların zəfər əldə etməsi formalaşdırdı. Realistlər soyuq müharibənin başa çatmasından sonra Şərqi Avropa və Baltik dövlətlərində nəzarətin təmin edilməsini, NATO-nun şərqə doğru genişlənməsini müsbət qarşılasalar da, post-sovet coğrafiyasına doğru genişlənməyi uyğun görmürdülər. Realistlər NATO-nun Ukrayna və Gürcüstanın tam üzvlüyə qəbul etməsinin onsuz da zəif iqtisadiyyata və “yaşlı” əhaliyə malik olan Rusiyanı narahat edəcəyini və keçmiş hegemoniyaya sahib olma duyğularını hərəkətə gətirəcəyini düşünürdülər. Realist məktəbin nümayəndəsi Corc Kennan NATO-nun şərqə doğru genişləndiyi mərhələni təhlil edərkən, “Məncə Ruslar yavaş-yavaş düşməncə davranacaq, bu onların xarici siyasətinə təsir edəcəkdir. Bunun ciddi xəta olduğunu düşünürəm, bunun üçün heç bir əsas yoxdur. Kimsə kimsəyi təhdid etmir.” (4) demişdir.

Bill Klinton iqtidarında təmsil olunan liberallar isə bu mərhələnin fürsət olduğunu, Rusiyanın zəif vəziyyətində Şərqi Avropa və post-sovet coğrafiyasına hakim olmanın tam zamanı olduğunu iddia edərək, Rusiyanın çox da müqavimət göstərməyəcəyini düşünürdülər. Liberallar soyuq müharibənin bitməsindən sonra dünya siyasətinin bünövrəsindən dəyişdiyini, realizmin deyil, idealizmin bütün dünyanı əhatə edəcək şəkildə, başda ABŞ olmaqla digər dövlətlərin də xarici və təhlükəsizlik siyasətində prioritet mövzu olacağı fikrinə hakim idilər. Bu mərhələdə ABŞ və Avropa İttifaqı Şərqi Avropa dövlətləri ilə iqtisadi və siyasi münasibətləri genişlətməyi, bu dövlətləri Avropa İttifaqı sərhədləri daxilində görmək istəyirdi. Liberallar geosiyasətin reallığını diqqətə almadan liberalizmin bütün Avropanı formalaşdıra biləcəyini düşünürdü. Amma Ukrayna nümunəsində olduğu kimi geosiyasəti diqqətdən qaçırmaq mümkün deyil. Rusiya bu amildən irəli gələn təhdidi xüsusilə son illərdə daha ciddi hiss edirdi və qarşı tədbirlər almağa məcbur idi.

Soyuq müharibənin başa çatmasından sonra ABŞ, Avropa İttifaqı və SSRİ-nin dövlət adamları ABŞ ordusunun Avropada qalmasına və NATO-nun dağılmaması haqqında razılığa gəldilər. Ruslar Almaniyanın birləşməsindən sonra daha sülhsevər siyasət həyata keçirəcəyini və Qərb siyasətçilərinin onların narahatçılığını başa düşəcəklərinə ümid edirdi. Amma 1990-cı illərin ortalarında ABŞ NATO-nun, Avropa dövlətləri isə Avropa İttifaqının Şərqi Avropaya doğru genişləmə planını həyata keçirməyə başladı. ABŞ və Avropa İttifaqının 1991-ci ildən bu günə qədər başda Rusiya olmaq üzrə post-sovet dövlətlərinə yönəlik həyata keçirdikləri siyasət təhlil edilərkən, üç ayrı istiqamətdən hərəkət etdiklərini görmək mümkündür:

– NATO-nun genişləməsi;

– Avropa İttifaqının genişləməsi;

– demokratiyanın genişləməsi və güclənməsi.

1999-cu ildə Çexiya, Macarıstan və Polşanın NATO-ya üzv qəbul edilməsi ilə şərqə doğru genişlənməsinin ilk mərhələsi tamamlandı. 2004-cü ildə isə Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniyanın NATO-ya üzv olmaları ilə NATO post-sovet coğrafiyası ilə qonşu oldu. 1995-ci ildə NATO serbləri bombaladığı zaman Rusiya bu təhdidi daha yaxından hiss etdi. Qərb dünyasının sonrakı hədəfi post-sovet dövlətlərindən Ukrayna və Gürcüstanın NATO-ya üzvlük prosesini sürətləndirmək idi. Rusiyanın Avropa İttifaqı və NATO-nun post-sovet məkanına doğru irəliləməsi, Ukrayna və Gürcüstanın NATO-ya üzv olma ehtimalının artmasından hiss etdiyi narahatçılığı müxtəlif vəsilələrlə dilə gətirməsinə baxmayaraq ABŞ və Avropa İttifaqı bu narahatçılığı diqqətə almadı.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

  1. Комлева Н.А, Украинский кризис как элемент «тактики анаконды», Пространство и Время, 2(16)/2014, http://www.space-time.ru/assets/files/2-16.2014/2226-7271provr-st2-16.2014.13-komleva.pdf
  2. Walberg, Eric. Postmodern Imperialism: Geopolitics and the Great Games. Atlanta, GA: Clarity Press, Inc. 2011.
  3. Панарин А.С. Православная цивилизация в глобальном мире. М.: Алгоритм, 2002.
  4. Джон Миршаймер, Почему Запад повинен в кризисе на Украине,http://www.globalaffairs.ru/number/Poc­hmu-Za­­pad-povinen-v-krizise-na-Ukraine-16921, 3 сентября 2014.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Aprel 2021
Be Ça Ç Ca C Şb B
« Avq    
 1234
567891011
12131415161718
19202122232425
2627282930