Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər – I hissəPrevious Article
Հաթեմ Ջաբբարլի. «Թեև ազգային փոքրամասնությունները Հայաստանի համար լուրջ վտանգ չեն ներկայացնում, այնուամենայնիվ նրանց նկատմամբ կառավարության ճնշումները շարունակվում է» Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər – II hissə

Line Spacing+- AFont Size+- Print This Article
Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər – II hissə

Anar Əkbərov
20 fevral 2015
Təəssüf ki, dözümsüzlük və ksenofobiya müasir dövrdə artıq ən inkişaf etmiş və təminatlı cəmiyyətlərdə belə gündəlik həyatın acı reallığına çevrilib. Bu qorxulu tendensiya ayrı-ayrı dövlətlərin hüdudlarından kənara çıxır və gündəlik həyatımıza transformasiya olunur. Belə təhlükəli tendensiyalardan biri islamofobiyadır. Nə qədər təəccüblü olsa da, bu özünü daha çox liberal Qərbdə göstərir.
“Liberal” Qərbdə anti-İslam dalğasının səbəbləri
Bəzi təhlilçilər Qərbdə islamofobiyanın kök salmasının başlıca səbəbi kimi ictimai düşüncəyə təsir edən tarixi yaddaş və stereotiplərə diqqət yetirməyi vacib sayırlar. İntibah dövründən sonra Qərb dünyasında şəxsi mədəniyyətin üstünlüyü duyğusu formalaşdıqdan sonra digər mədəniyyətlərə laqeyd münasibət göstərilməyə başlandı. Bir çox təhlilçilərin fikrincə, məhz tarixən formalaşmış bu ictimai düşüncə avropalıların islama xor münasibətinin təməlində durur.
İslamofobiyadan danışarkən biz əksər hallarda onun siyasi və ictimai formada təzahür etdiyini unuduruq. Əgər bugün ABŞ-da islamofobiya siyasi məzmunda özünü göstərirsə, Avropada ictimai amillər daha çox qabarır. ABŞ-da islamofobiyanın siyasi məzmunda təzahür etməsinin nümunəsi kimi 2012-ci il prezident seçkilərini göstərmək olar. Demokratik və liberal dəyərləri çox vaxt alət kimi görən respublikaçılar islamofobiyadan öz məqsədləri üçün istifadə etməyə çalışdılar. ”Zogby Analiz” analitik mərkəzinin hesabatına görə Respublikaçılar partiyasının tərəfdarlarının 47%-i müsəlmanları ölkə üçün real təhlükə hesab etdiyi halda, demokratların 23%-i islam və müsəlmanları təhlükəli hesab edirlər. Bu kontekstdə qeyd etmək lazımdır ki, ABŞ vətəndaşlarının 48%-i islam dinini ölkə üçün real təhlükə və radikal din hesab edirlər. Bu isə dünya dövlətlərini daim tolerantlığa və demokratik dəyərlərə əməl etməyə dəvət edən ABŞ üçün olduqca pis göstəricidir. Bu da faktdır ki, 2011-2012-ci illərdə ABŞ Konqresinə müsəlmanların dini azadlıqlarını məhdudlaşdıran 78 qanun layihəsi təqdim edilmişdir ki, onlardan 73-ü respublikaçılar tərəfindən təsdiq edilmişdir. “Gallup İnternational” beynəlxalq araşdırma mərkəzinin 2011-ci ildə təqdim etdiyi nəticələrə görə ABŞ-da yaşayan müsəlmanların 48%-i dini ayrı-seçkiliyin qurbanıdır. Onu da xatırlatmaq lazımdır ki, müsəlman ölkələrindəki münaqişə ocaqlarını çıxmaq şərti ilə heç bir müsəlman ölkəsində kilsələrə zərər verilmədiyi halda, ABŞ-da 2009-cu ildə 13, 2010-cu ildə 53, 2011-ci ildə 22, 2012-ci ildə 29 məscidə ziyan vurulmuşdur.
Amerikalı təhlilçi Con Feffer hesab edir ki, islamofobiya ABŞ-a Yaxın Şərqdəki neft hasilatını nəzarət altında saxlamaq, bu regionda İsrailin üstünlüyünü təmin etmək, islam dininin məğzini təhrif etməklə müsəlman dövlətlərinin təsirinin güclənməsinin qarşısını almaq üçün lazımdır.
Avropanın yaxın keçmişinə müraciət etdiyimiz halda isə Qərb cəmiyyətinin din, dil və irqi müxtəlifliyin tanınması sahəsində ciddi problemlərinin olduğunu görmüş oluruq. Şərq dövlətlərindən fərqli olaraq Qərbdə dini və irqi müxtəliflik birləşdirici dəyər kimi deyil, bölücü faktor kimi istifadə edilir. XX əsrin ortalarında Avropada yəhudilərə olan münasibət bunun bariz nümunəsi kimi özünü göstərmiş oldu.
Hazırda Avropada müsəlmanlarla bağlı ən böyük problem dini faktorla bağlıdır ki, bu amilin mütəmadi olaraq gündəmə gətirilməsi müsəlmanların siyasi, sosial və hüquqi problemlərini ikinci plana keçirir.
Cinayət, yoxsa ”söz azadlığı”?
“Demokratiya”, “insan hüquqları”, “tolerantlıq” və “multikulturalizm” məfhumları ilə pərdələnməyə çalışan Avropada dini faktorun təcəssümü kimi Avropa İttifaqının Türkiyəyə münasibətini göstərmək kifayətdir. Belə ki, İPSOS fransız şirkətinin “Le Figaro” qəzeti üçün apardığı araşdırmaların nəticələrinə görə fransızların 56%-i Türkiyənin yalnız müsəlman ölkəsi olduğu üçün Avropa İttifaqının üzvü olmasını istəmədiklərini bildiriblər. Bu uzun müddətdir müsəlman dövlətlərini xristianların hüquqlarını pozmaqda və artan radikalizmdə ittiham edən ölkə üçün kifayət qədər mənfi göstəricidir. Bu yerdə xüsusilə qeyd etmək lazımdır ki, müsəlman dövlətlərini radikalizmdə ittiham edən Avropa dövlətlərində 2012-ci ildən 2014-cü ilin martınadək 78 məscidə “Molotov kokteyli” atılıb, təkcə İsveçdəki məscidlərə 2014-cü ildə 12 hücum qeydə alınıb. Qərb ictimaiyyətində irqçi təşkilatlara simpatiyanın artması, ”PEGİDA” (Vətənpərvər avropalılar İslama qarşı) kimi populist təşəbbüslərə rəğbətin yüksəlməsi, Almaniyanın Drezden şəhərindən başlayan irqçi dalğanın Avropanın digər şəhərlərinə də yayılması olduqca təhlükəli tendensiyanın göstəricisi kimi diqqəti çəkir.
Bu gün Qərb KİV-lərində təqdim olunan qərəzli informasiya və şərhlərdə hər törədilən terror aktı və “Allahu Əkbər” çağırışı ilə gerçəkləşən qətllərin dinlə əlaqələndirilməsinin konkret siyasətin tərkib hissəsi olduğu diqqətdən yayınmır. Lakin əksər hallarda bu kimi hallar müəllifləri tərəfindən qoyulan məqsədə – İslam dininə və müsəlmanlara qarşı neqativ münasibətin formalaşmasına – təəssüf ki, çatır. Dini ayrı-seçkiliyə görə ABŞ-da və Avropa ölkələrində qətlə yetirilən gənc müsəlmanlar haqqında süjetlərin gündəmə gəlməsində maraqlı olmayan BBC, CNN kimi televiziya kanallarında Suriya, İraq və Əfqanıstanda “demokratiya carçıları”nın qoyduqları mirasa görə törədilən insan qətlləri islamın bir hissəsi kimi təqdim edilir, yekunda bu təbliğat dinin təhrif edilməsinə, islamofobiyanın vüsət almasına şərait yaratmış olur. Qərb vətəndaşının ölümü adı keçən media orqanlarında dünyanın ən vacib hadisəsi kimi təqdim edildiyi halda, on minlərlə afrikalı və ya müsəlmanın ölümü haqqında informasiya nəinki dərc olunmur, hətta gizlədilir.
Təəssüf ki, “demokratiya”dan danışmağı sevən bir çox Avropa dövlətlərində və ABŞ-da islamofobiya günbəgün artır və bu hala bədnam “söz azadlığı” ilə bəraət qazandırılır. Bu “demokratiya təəssübkeşləri” unudurlar ki, hər kəsin hüquqları var və bu hüquqların konkret sərhədləri müəyyən edilib.
Bu gün müsəlman dövlətləri islamofobiyanın cinayət kimi tanınmasına çalışsalar da, Qərb bu rüsvayçı halın qarşısını almaq üçün elementar addımları belə atmayıb. İslamofobiya nə qədər də “fikir azadlığı” kimi təqdim edilsə də, şübhəsiz ki, bu, radikalizmin artmasının əsas faktoru kimi özünü göstərməkdədir. Bir çox müşahidəçilər hesab edirlər ki, antisemitizm kimi islamofobiyanın da cinayət olaraq tanınması ilk növbədə radikalizmin qarşısını almaqla, bir çox problemin həllinə yardım etmiş olar.
Tolerantlığın Azərbaycan modeli
Avropa və ABŞ-da artan islamofobiya fonunda islam, xristian və yəhudi dinləri arasında münasibətlərin gələcəyinə dair bədbinlik hədsiz dərəcədə artsa da, Azərbaycan nümunəsi bunun əksini göstərir. Beynəlxalq təşkilatlar və nüfuzlu siyasətçilərin Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olması üçün yaratdığı əlverişli mühiti təqdir etməsi, digər dövlətlər üçün nümunə göstərməsi Azərbaycan dövlətinin böyük uğurudur. Hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və tərəqqisində siyasi hakimiyyətin iradəsi əvəzsizdir. Azərbaycanın dövlət rəhbərliyi daim ölkədə qədim tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, ekstremizmi və dinlərarası nifrəti rədd edib. Başqa ölkələrlə müqayisə edildikdə Azərbaycanın tolerantlıq baxımından doğrudan da bir model dövlət olduğuna şübhə qalmır. Bu həm dövlətimizin, həm də cəmiyyətimizin fəxarətlə dünyaya təqdim edə biləcəyi ənənəsidir.
Anar Əkbərov

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Avqust 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 1234
567891011
12131415161718
19202122232425
262728293031