Suriya ermənilərinin bu günkü vəziyyətiPrevious Article
ABŞ-ın hegemon gücünə tərs mütənasib humanist siyasəti Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Qaqik Çarukyanın Brüssel ziyarəti: prezidentliyin bir addımlığında

Line Spacing+- AFont Size+- Print This Article
Qaqik Çarukyanın Brüssel ziyarəti: prezidentliyin bir addımlığında

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

10 dekabr 2012-ci il

2013-cü ilin fevral ayının 18-də Ermənistanda prezident seçkiləri keçiriləcəkdir. 2012-ci ilin may ayının 6-da keçirilən parlament seçkilərindən sonra daxili ictimai-siyasi həyatda yeni siyasi mənzərənin yaranması prezident seçkilərində kimlərin namizəd olacağının müəyyən edilməsində əhəmiyyətli rol oynadı. Bundan əvvəlki hökumətdə koalisiya ortağı olan “Çiçəklənən Ermənistan” Partiyası (ÇEP) parlament seçkilərindən sonra ana müxalifət statusu aldı və iqtidara qarşı cəbhədə mövqelərini gücləndirməyə çalışır. Təkbaşına hökumət quran Ermənistan Respublika Partiyasının (ERP) prezident seçkilərində hansı siyasi qüvvələlərlə əməkdaşlıq edəcəyi isə yaxın günlərdə bəlli olacaqdır. Belə ki, artıq ERP-nin Daşnaksutyun Partiyası (DP) ilə əməkdaşlıq edəcəyi haqqında informasiyalar verilməkdədir.

 

2013-cü ildə keçiriləcək prezident seçkilərində digər siyasi partiya və blokların da namizədlərinin olacağına baxmayaraq əsas mübarizənin Prezident Serj Sərkisyan və ÇEP lideri Qaqik Tsarukyan arasında yaşanacağı ehtimal edilsə də, Tsarukyanın seçkilərdə iştirak etməyəcəyi məlum oldu. Bu vəziyyət Ermənistan daxili ictimai-siyasi həyatında yeni ziddiyyətli vəziyyətin yaranmasına rəvac verdi. Digər namizədlərin siyasi və maliyyə gücü prezident seçkilərində mübarizə aparacaq və qələbə qazanacaq qədər yetərli deyildir.

 

Tsarukyan Ermənistanın ən güclü oliqarx siyasətçilərindəndir. Böyük maliyyə mənbəyinə sahibdir və xeyriyyə işləri ilə ictimai-siyasi həyatda müsbət imic formalaşdıra bilmişdir. Əvvəlki hökumətdə koalisiya ortağı olduğu üçün iqtidar təcrübəsi vardır, Ermənistanın problemlərini və potensialını ən azından yeni hökumət qədər bilir. Bu problemlərin həll edilməsi və ölkənin potensialından istifadə etmək üçün proqramları vardır. Bundan başqa, son illərdə xüsusilə ABŞ və Avropa ilə münasibətlərini qaydaya salmağa cəhd edir. Amma Tsarukyan bütün bu geniş hərəkət imkanına rəğmən namizədliyini irəli sürməməyə qərar verdi.

 

Ermənistanın müstəqilliyini elan etdiyi son 20 ildə keçirilən prezident və parlament seçkilərində hər zaman xarici dövlətlərin ciddi təsiri olmuşdur. Bu xarici dövlətlərin içərisində Rusiya xüsusilə seçilir. Bu günə qədər hakimiyyətə gələn bütün siyasi partiyalar Rusiyanın tələblərini əhəmiyyətli dərəcədə qarşılamışdır. Amma son zamanlarda Rusiya ilə bərabər ABŞ və Avropa Birliyinin də Ermənistanın daxili ictimai-siyasi həyatına müdaxiləsi hiss edilməkdədir. Belə ki, Rusiyanın son zamanlarda Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya Birliyinin və Gömrük Birliyinin yenidən formalaşdırılması istiqamətində apardığı işlər ABŞ və Avropa Birliyini ciddi şəkildə narahat edir.

 

2013-cü il prezident seçkilərinin keçiriləcəyi və yuxarıda ifadə edilən belə bir şəraitdə ÇEP lideri Tsarukyan 4 noyabr 2012-ci il tarixində partiyasının üzvlərindən olan böyük bir nümayəndə heyəti ilə Brüsseli ziyarət etmişdir. Bu ziyarətdən əvvəl Tsarukyanın bir neçə etibarlı nümayəndəsinin Brüsseldə ABŞ və Avropa Birliyinin yüksək vəzifəli nümayəndələri ilə məxfi şəkildə görüşərək Cənubi Qafqazdakı iqtisadi, siyasi və təhlükəsizlik məsələləri ilə bərabər Ermənistanın daxili ictimai-siyasi vəziyyətini və prezident seçkiləri ilə bağlı problemləri müzakirə etdiyi bildirilir. Tsarukyanın etibarlı nümayəndələrinin bu məsələlər barəsində razılaşma əldə etməsindən sonra onun Brüsselə ziyarəti başlamışdır. Etibarlı mənbələrdən verilən məlumatlara görə, Tsarukyan Brüsseldə ABŞ Dövlət departamentinin, Almaniya, Fransa və Avropa Birliyinin yüksək vəzifəli nümayəndələri ilə görüşərək yuxarıda ifadə edilən məsələləri daha geniş müzakirə edərək əsasən razılığa gəlmişdir. Razılığa gəlinən məsələlər bunlardır:

 

-Ermənistan xarici siyasətində Rusiyanın təsirinin azaldılması;

 

-Rusiyanın Avrasiya Birliyi layihəsində və Gömrük Birliyində Ermənistanın iştirakının minimuma endirilməsi;

 

-Ermənistanın Avropa Birliyi ilə münasibətlərinin daha da genişləndirilməsi və Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində bu ölkəyə maliyyə yardımlarının daha da artırılması;

 

-Ermənistanın MDB çərçivəsində mövqeyinin zəiflədilməsi;

 

-Ermənistanın KTMT çərçivəsində Rusiya ilə hərbi münasibətlərinin yenidən nəzərdən keçirilməsi;

 

-Ermənistanda dislokasiya edən 102-ci rus hərbi bazasının daha da möhkəmləndirilməsinin qarşısının alınması və S-400 raketlərinin bu ölkəyə yerləşdirilməməsi;

 

-Gürcüstan ilə münasibətlərin inkişaf etdirilməsi və genişləndirilməsi;

 

-İran ilə münasibətlərdə daha soyuqqanlı davranmaq və münasibətlərə yenidən nəzər salınması;

 

-Türkiyə ilə münasibətlərdə qondarma “erməni soyqırımı”nın gündəmə gətirilməməsi və bu ölkə ilə imzalanan protokolların Milli Məclisdə ratifikasiya edilməsi;

 

-Dağlıq Qarabağ probleminin həll edilməsində daha konstruktiv mövqedən çıxış edilməsi;

 

-ölkə daxilində demokratiya və söz azadlığının qorunması;

 

-Avropanın demokratik və insan haqları institutlarının siyasi məhbus olaraq tanıdıqları şəxslərin sərbəst buraxılması;

 

-Dağlıq Qarabağ problemi həll edildikdən sonra Azərbaycanın sahib olduğu enerji və iqtisadi potensialından Ermənistanın da mümkün qədər istifadə etməsi.

 

Bu razılaşma ABŞ və Avropa Birliyinin siyasi və maliyyə dəstəyi ilə Tsarukyanın 2013-cü ildə prezident seçkilərində qələbə qazanma ehtimalını daha da yüksəldirdi. Ancaq bu zaman Rusiya faktoru da qətiyyən nəzərdən qaçırılmamalıdır. Eyni zamanda, Sərkisyanın rəqibini fiziki cəhətdən məhv etmə ehtimalı da nəzərə alınmalıdır. Belə ki, bunun bir neçə nümunəsi Ermənistanın son 20 illik daxili ictimai-siyasi həyatında yaşanmışdır. Yuxarıda ifadə edilənləri nəzərə alsaq, Tsarukyanın namizəd olmamasının səbəbləri müəyyən qədər anlaşıla bilər.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Dekabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031