131-1: Zərbə kimə dəyir və yaxud Vardan Oskanyanın qaranlıq gələcəyiPrevious Article
Ermənistanın daxili ictimai-siyasi vəziyyətiNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Qondarma DQR-də “surroqat anadan” müxalifətin doğuluşu

Line Spacing+- AFont Size+- Print This Article
Qondarma DQR-də “surroqat anadan” müxalifətin doğuluşu

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

Qondarma DQR son 20 ildə işğal altındakı bölgələrdə “prezident” və “parlament” seçkiləri keçirərək özünü müstəqil bir dövlət kimi beynəlxalq ictimaiyyətə tanıtmağa çalışsa da, nə qondarma qurumun əsas himayədarı olan Ermənistan, nə də digər dövlətlər bu qurumun müstəqilliyini tanımamışdır. Qondarma rejim və Ermənistan separat qurumun ayaqda durması üçün erməni diaspor təşkilatlarının və maraqlı dövlətlərin dəsətəyini təmin etməyə çalışsalar da, işğal altındakı bölgədə yaşayan ermənilərin sosial, iqtisadi və siyasi problemləri həll edilməmiş, əksinə bir az daha dərinləşmişdir. Ermənistan və qondarma rejimin hərbi gücünü artırmaq üçün xərclədikləri yüz milyonlarla dollar ermənilərin sosial rifahına yönəlmədiyi üçün ermənilərin yaşayış səviyyəsi olduqca aşağıdır.

Qondarma rejimdə 19 iyulda keçirilmiş “prezident seçkilərində” Bako Saakyana alternativ namizəd tapmaqda problemlərlə qarşılaşan separat rejim, iki-üç namizədi zorla bir araya gətirib qeydiyyatdan keçirmiş və tragikomik “prezident seçkilərində” Saakyan ikinci dəfə prezident seçilmişdir. Saakyanın “prezident” olduğu son beş ildə bölgədə yaşayan ermənilərin sosial-iqtisadi problemləri daha da dərinləşdiyi, korrupsiya və rüşvətin artması və yerli özunü idarə orqanlarının militarizə edildiyi üçün Saakyan ermənilərin “böyük etimadını” qazanaraq təkrar “prezident” kürsüsündə oturmuşdur.

Qondarma rejim bütün bu “müvəffəqiyyətlərini” diqqətə alaraq, hakimiyyətini legitimləşdirmək və dünya ictimaiyyətinə özünü qəbul etdirmək üçün son zamanlarda özünə qarşı “müaxlifət hərəkatı” yaratmağa çalışmaqdadır. Əlbəttə müxalifət iqtidara qarşı cəbhədə olub onun daxili və xarici siyasətindəki çatışmazlıqları tənqid etməli və təbii ki hakimiyyətə gəlməyə çalışmalıdır. Bu normal dövlətlərdə belədir. Amma qondarma rejimin siyasi təzyiqləri nəticəsində siyasi səhnədə normal müxalif qüvvələrin ortaya çıxmasına imkan verilmədiyi üçün, separat rejimin nümayəndələri qondarma müxalifət yaratmağa cəhd edirlər. Belə ki, iyul ayında keçirilən “prezidnet seçkiləri” zamanı guya müxalifəti təmsil edən deputat Vitali Balasanyan, qondarma rejimin Xarici siyasət və təhlükəsizlik ictimai şurasının sədri Masis Mailyan, Xankəndi mətbuat mərkəzinin sədri Qeqam Baqdasaryan, sabiq deputat Qriqori Ayrapetyan və deputat Vahan Badasyan bir neçə gün bundan əvvəl Şuşada keçirdiklıəri mətbuat konfransında “Konstutusiyalı Arsax” vətəndaş hərəkatı təşəbbüs qrupunun qurulması haqqında məlumat verdilər.

Vitali Balasanyan 5 mart 1955-ci ildə Əsgərən rayonunda doğulub.1988-ci ildə qanunsuz silahlı qruplaşmaya rəhbərlik edib, qondarma rejimin Müdafiə nazirinin müavini olub, general-mayordur. Daşnaksutyun Partiyasının üzvüdür və 2012-ci il “prezident seçkilərində” 32.5 % səs toplayaraq ikinci olub.

Masis Mailyan 1967-ci ildə Xankəndində doğulub. Qondarma rejimin XİN rəhbərinin müavini olub və 2007-ci ildə keçirilən “prezident seçkilərində” iştirak edib.

Qeqam Baqdasaryan 1 oktyabr 1961-ci ildə doğulub. Xankəndi mətbuat mərkəzinin sədridir.

Qriqori Ayrapetyan qondarma rejimin sabiq deputatı olub, Vahan Badasyan isə deputatdır.

Mətbuat konfransında Dağlıq Qarabağ probleminin həll edilməsində vətəndaş cəmiyyətinin potensialından istifadə edilməsi, vətəndaşların konstitusiya haqlarının pozulması, quruculuq işlərində fəal iştirak etmələrinin əngəllənməsinin qarşısının alınması, qondrma rejimdə müəyyən zümrəyə aid olan insanların digərlərinin sosial,  iqtisadi və siyasi haqlarını qəsb etmələri, hakimiyyət üzərində vətəndaş nəzarətinin olmaması, rüşvət və korrupsiyanın dözülməz həddə çatması, iqtisadi dirçəlişin və təşəbbüslərin qarşısının alınması məsələləri dilə gətirilmişdir. Bütün bu neqativ halların qondarma DQR-in beynəlxalaq imicinə ciddi zərbə vurduğu, milli təhlükəsizliyi və müdafiə qabiliyyətini zədlədiyi ifadə edilmişdir.

Bütün bunları nəzər alaraq “Konstutusiyalı Arsax” vətəndaş hərəkatı təşəbbüs qrupunun üzvləri guya ictimaiyyətin dəstəyi ilə aşağıdakı hədəfləri həyata keçirəcəkdir.

  • “Arsaxın” beynəlxalaq aləmdə müstəqilliyinin tanınmasına köməklik etmək;
  • Milli və dini dəyərlər əsasında ermənilərin sosial, mənəvi və əxlaqı atmosferinin sağlamlaşdırılmasına yönəlik fəaliyyət göstərmək;
  • əhalinin fikirlərini sərbəst ifadə etməsinin önündəki əngəl olan mexanizmləri ortadan qaldırmaq;
  • hakimiyyətin formalaşmasında cəmiyyətin iştirak etməsi və nəzarət mexanizminin qurulmasına çalışmaq;
  • qanuni seçkilərin keçirilməsini təmin etmək;
  • sosial ədalətin və insan haqlarının qorunmasına çalışmaq;
  • vətəndaş hərakatının fəaliyyəti barədə vətəndaşlara mütəmadi məlumat vermək.

Mətuat konfransında suallara cavab verərkən hakimiyyət uğrunda mübarizənin “Konstutusiyalı Arsax” vətəndaş hərəkatının hədəfləri arasında olmadığının bildirilməsi isə mətbuat nümayəndələri tərəfindən təəcüblə qarşılanmışdır. Belə aydın olur ki, “Konstutusiyalı Arsax” vətəndaş hərakatı əslində qeyri-hökumət təşkilatı kimi fəaaliyyət göstərəcək. Belə bir fəaliyyətin isə qondarma rejimdə yaşayan ermənilərin sosial, iqtisadi və siyasi problemlərini həll etməsi nə qədər mümkün ola bilər? Bu qondarma rejimin beynəlxalq aləm qarşısında gözdən pərdə asmasından başqa bir şey deyildir.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. təhlükəsizlik

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Fevral 2020
Be Ça Ç Ca C Şb B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
242526272829