
12 aprel 2016
Əlimusa İbrahimov
Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru
Politoloq
“Misir onun sabitlik və təhlükəsizliyinə Səudiyyə Ərəbistanının mövqeyi dəyişməzdir. Səudiyyə Ərəbistanı ilə Misir arasındakı münasibətlər stabildir və biz qardaş ölkələrimiz arasında mövcud münasibətləri pozmağa heç kimə imkan vermərik” .
Bu Əlahəzrət Salman ibn Əbdüləziz Əl Səudun Abdal Al-Fattah As-Sisinin Misirdə hakimiyyəti ələ aldığı ilk gündə səsləndirdiyi bəyanat idi. Bu bəyanat Səudiyyə Ərəbistanı- Misir münasibətlərinin yaxın on illər üçün istiqamətini müəyyən etdi. İki ölkə arasında münasibətlər yeni impuls qazandı. Qısa bir müddətdən sonra iki ərəb ölkəsi arasındakı münasibətlər birliyə çevrildi. Bu birlik indi hadisələrin çox sürətlə inkişaf etdiyi bir dövrdə Yaxın Şərqdə mövcud münaqişələrin həll olması istiqamətində ciddi iş görə bilər və məhz bu məqsəd üçün yaradılıb. Koalisiyanın digər amacı isə İran tərəfindən gözlənilən təhlükəyə qarşı dayanmaqdır. Bilindiyi kimi, regionda nüfuz uğrunda gedən müharibədə İran faktoru önəmli faktordur. ABŞ və Avropa ölkələri ilə aparılan nüvə danışıqları İranın xeyrinə başa çatdıqdan sonra bu ölkənin iqtisadi və siyasi potensialının daha da artacağı proqnoşlaşdırılır və təbii ki, Səudiyyə Ərəbistanı İranın getdikcə güclənməsinə seyrçi qala bilməzdi.
Səudiyyə Ərəbistanı ilə Misir arasındakı əlaqələr qədim tarixə malikdirlər. 1946-cı ildə Səudiyyə Krallığının banisi iki ölkə arasında münasibətlərin inkişafı üçün müqaviləyə xeyir-dua verdi. Bu müqavilə üçün danışıqlar 1926-cı ildən aparılırdı. Amma o zamankı tarixi şərait müqaviləni həyata keçirməyə imkan verməmişdi.
1955-ci ildə Kral Səudun hakimiyyəti dövründə münasibətlər daha da inkişaf etdirilərək iki ölkə arasında Təhlükəsizlik sahəsində əmkdaşlığın bağlanması ilə nəticələndi. Bir il sonra üçqat aqressiyaya məruz qalan Misirə yardım etmək üçün Səudiyyə Ərəbistanı ümumi səfərbərlik elan etdi. Könüllülərdən biri də Sədiyyə Ərəbistanının indiki kralı Kral Salman idi.
Sonrakı dövrlərdə də Krallıq müxtəlif sahələrdə Misirə yardım əlini uzatmışdır. Misirdə böyük su bəndinin tikintisi zamanı Krallığın büdcəsindən 100 milyon dollar vəsait ayrılmışdı. Kral Faysal 1973-cü ildə neft böhranına səbəb olan tədbirlər həyata keçirmişdir ki bundan da məqsəd İsrail və onun havadarlarının hücumuna mane olmaq idi.
1975-ci ildə Kral Xalid Misirə səfər zamanı Kral Feysəl kvartalının açılışını etmişdi. 1990-cı iin avqustunda ərəb ölkələrinin fövqəladə sammitində Kral Fəhdin mövqeyinin də qiymətləndirmək lazımdır. Bu zaman o Misir rəhbərliyi ilə birlikdə İraqın Küveytə müdaxiləsinə qarşı ərəb ölkələrini birləşdirməyə nail oldu. Bütün bu münasibətlər Kral Abdullanın 2013-cü ilin 30 iyun inqilabından sonra Ərəb dünyasında Misirin rolunun bərpa olunması barədə tarixi bəyantı ilə daha da möhkəmləndirildi.
Sadaladığımız tarixi hadisələrin şahidi və iştirkçısı Kral Salman bu gün Misir Prezidenti Əs-Sisi ilə birlikdə iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə daha da genişləndirmək istiqamətində addmlar atırlar. Qarşılıqlı səfərlər düzənlənir, iqtisadi layihələr həyata keçirilir. Misir Səudiyyə Ərəbistanı investisiyasının həcmi 30 milyard dollar çatdırılmışdşr.
Diqqətə çarpan layihə isə Misirlə Səudiyyə Ərəbistanını birləşdirəcək körpü layihəsidir. Qırmızı Dəniz üzərindən çəkilməsi nəzərdə tutulan bu körpü iki dövlətin iqtisadiyyatında önəmli rol oynayacaq. “Kral Salman ibn Abdel Əziz Körpüsü” adlandırılacaq yeni körpünu əhəmiyyətinə görə ikinci Kanal da adlandırırlar. Körpü Kral Salamnın sözləri ilə ifadə etsək “ Afrika və Asiyanı birləşdirəcək tarixi hadisə olacaqdır”
Təbii ki, Kralın Misirə səfəri və səfər zamanı əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə əlaqədar bağlanan müqavilələr hər iki başçının bəyan etdiyinə görə heçbir dövlətə qarşı çevrilməmişdir və kimsə bundan narahat olmamalıdır. Amma son hadisənin Səudiyyə Ərəbistanı ilə Misirin Xarici siyasətdə stratej məqsədlər güdən gediş olduğu şübhəsizdir. Bu gedişə İran, Türkiyə və hətta Rusiyanın cavabı nə olacaq? Hadisələri izləməkdə davam edək.
0 Comments
Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !
But You can be first to leave a comment !