İlham Əliyevin Amerika ziyarəti: Azərbaycan yol ayrımındaPrevious Article
Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Şanxay Əməkdaşlıq Təşkilatı: Rusiyanın imperiya perspektivi

Line Spacing+- AFont Size+- Print This Article
Şanxay Əməkdaşlıq Təşkilatı: Rusiyanın imperiya perspektivi

Hatəm Cabbarlı.

Siyasi elmlər doktoru, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Rəhbəri
Sovet İttifaqının dağılmasından sonra bu coğrafiyada ciddi siyasi, hərbi və iqtisadi boşluq yarandı. Rusiya Federasiyası əvvəlki gücə sahib olmadığı üçün bu boşluğu doldura bilmirdi. ABŞ və Çin isə bu cür qəfil və ciddi dəyişikliyə hazır olmadığı üçün uzun müddətli strateji planlara və layihələrə sahib deyildi. Bu ərəfədə NATO-Varşava Paktı arasında yaşanan siyasi və hərbi ziddiyyətlər ortadan qalxmış, daha təhlükəli və idarə edilə bilməyən beynəlxalq terrorizm problemi ortaya çıxmışdı. Beynəlxalq vəziyyəti və qlobal təhlükəsizlik problemlərini dəyərləndirən Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan qarşılıqlı etimadın qurulması məqsədilə sərhəd bölgələrində hərbi qüvvələrin azaldılması haqqında razılığa gəldilər. Şanxay Beşliyi kimi də tanınan bu dövlətlər 1996-1997-ci illərdə “Sərhəd bölgələrində hərbi sahədə etimadın möhkəmləndirilməsi haqqında” və “Sərhəd bölgələrində qarşılıqlı olaraq hərbi qüvvələrin azaldılması haqqında” müqavilə imzaladılar.

Daha sonrakı illərdə bu təşkilat mahiyyət və konsepsiyasını dəyişərək 15 iyun 2001-ci ildə Özbəkistanın da iştirakı ilə imzalanan müqavilə ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) adını aldı.

ŞƏT, qurulduğu ilk illərdə regional və beynəlxalq təhlükəsizlik məsələlərindən daha çox regional iqtisadi əməkdaşlıq məsələlərinə üstünlük verib. Ancaq son zamanlarda Rusiyanın iqtisadi sahədə ciddi irəliləməsinə paralel olaraq, bu təşkilat siyasi və hərbi sahələrdə də ciddi irəliləyişlər əldə edib. Rəsmi Moskva, perspektiv vəd edən ŞƏT-ın regional və beynəlxalq təhlükəsizlik problemləri ilə maraqlanmasını da təmin edib, təşkilatın strukturunda beynəlxalq terrorizmlə mübarizə adı altında siyasi və hərbi çalarları daha da tündləşdirib.

Rusiya iqtisadiyyatı gücləndikcə, onun imperiya ehtirasları da paralel olaraq güclənir. Rusiya bunun üçün “düşmənimin düşməni mənim dostumdur” prinsipindən hərəkət edərək Çinlə münasibətlərini daha yüksək səviyyədə qurmağa və inkişaf etdirməyə çalışır. ŞƏT layihəsində baş rolu Rusiya və Çin, ikinci dərəcəli rolu Qazaxıstan, üçüncü dərəcəli rolu isə Özbəkistan (siyasi, hərbi və iqtisadi resurslarına görə yaxın gələcəkdə Özbəkistan ikinci yerə yüksələ bilər) və Qırğızıstan oynamaqdadır.

Son zamanlarda ABŞ, ŞƏT-ın beynəlxalq səhnədə daha fəal siyasət izləməyindən narahat olduğunu bildirib. Bu zaman Rusiya diplomatik bir ifadə ilə ŞƏT-ın ABŞ-a qarşı olmadığını bildirsə də “görünən kəndə bələdçi lazım olmadığı kimi”, ŞƏT-nın fəaliyyəti dəyərləndirildiyi zaman Rusiyanın səmimi olmadığı anlaşılmaqdadır. Son illərdə ŞƏT ABŞ-ın bölgədəki siyasi, iqtisadi və hərbi varlığından olduqca narahatdır və ABŞ-ın regiondakı dayaqlarının zəifləməsi və yaxud tamamən yox olması üçün əlindən gələni etməyə çalışır. ŞƏT-ın 2005-ci ilin iyun ayında keçirilmiş Zirvə toplantısında Qırğızıstan və Özbəkistan ABŞ-dan hərbi qüvvələrini ölkədən çıxarmasını tələb etmişdi. Qırğızıstan, daha sonra bu tələbində israr etməsə də, Əndican hadisələrinə görə Amerika ilə münasibətləri pozulan Özbəkistan ABŞ hərbi qüvvələrini öz ərazisindən çıxara bilmişdi. Bu məsələdə Rusiya qeydsiz-şərtsiz Özbəkistanı dəstəklədi.

Rusiya təhlükəsizlik, terrorizmlə mübarizədə və bu kontekstdə siyasi və hərbi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ilə ŞƏT coğrafiyasında iqtisadi, siyasi və hərbi varlığını gücləndirmək istəyir. ŞƏT-in növbəti Zirvə toplantısı 16 avqust 2007-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirildi. Zirvə toplantısında Əfqanıstan, Monqolustan, İran və Türkmənistanın rəsmi nümayəndələri də iştirak edib. Zirvəyə paralel olaraq ŞƏT üzvü dövlətlərin hərbi güclərinin iştirakı ilə Rusiyanın Çelyabinsk şəhərində “Sülh missiyası-2007″ adlı hərbi manevr təşkil edilib. “Sülh missiyası-2007″ hərbi manevrinin terrorizmlə mübarizə çərçivəsində keçirildiyi iddia edilsə də, əsas məqsəd Rusiya və Çinin hərbi gücünün və birliyinin nümayiş etdirilməsi olub. Bununla tərəflər sanki ABŞ-a Orta Asiya və Cənub-Şərqi Asiyada təhlükəsizlik məsələlərində məsuliyyəti öz üzərilərinə götürməyə hazır olduqlarını bildirmək istəyib.

Rusiya bütün hallarda ŞƏT-in hərbi xarakterini ön plana çıxarmağa çalışaraq sanki “Varşava Paktı”nı yenidən qurmağa cəhd edir. Bu mövzuda qəti ifadələr işlətmək doğru olmasa da, hadisələrin bu istiqamətdə inkişaf etməsini də unutmaq olmaz. Təbii ki, Rusiya bu məsələnin əhəmiyyətini və ciddiliyini başa düşür və ŞƏT daxilində siyasi birliyi saxlamağa çalışır. Ancaq ŞƏT cəbhəsində Amerikaya qarşı olan dövlətlər bir araya gəlsələr də, bəzi məsələlərdə ciddi fikir ayrılığı var.

Zirvədə regional və beynəlxalq təhlükəsizlik məsələlərinin ön plana çıxması və imzalanan sənədlərin dörddə birinin bu məsələ ilə bağlı olması təşkilatın təhlükəsizlik məsələlərində iddialı olduğunu göstərir. ŞƏT coğrafiyasında 1,5 milyard insan yaşayır və 30 milyon km2-lik böyük bir bölgəni əhatə edir. Bundan başqa, region dövlətləri olan İran, Pakistan, Hindistan, Monqolustan və Türkmənistan da bu təşkilata üzv olmaq istəyir. ABŞ da strateji maraqları baxımdan təşkilata üzv olmaq arzusunu bildirsə də, Rusiya buna qarşı çıxmışdı. İranın üzvlüyünə Çin və Rusiya müsbət baxsa da, Qazaxıstan və Qırğızıstan İranın nüvə silahı əldə etmək problemini nəzərə alaraq ABŞ-ın təzyiqindən qorunmaq üçün bu məsələyə hələ ki ciddi yanaşmır. İran isə ciddi-cəhdlə təşkilata üzvlüyə can ataraq nüvə probleminə bu dövlətləri də tərəf etmək istəyir. Xüsusilə İran prezidenti Əhmədinejatın Zirvə zamanı Rusiya prezidenti Vladimir Putinin yanında addımlamaq üçün “dəridən-qabıqdan çıxması” diqqəti çəkdi. İran və Pakistan təşkilata qonaq statusunda üzv olsa da, onların tamhüquqlu üzv olmaları üçün şərait yetişməyib. Ancaq İran-ABŞ gərginliyi müharibəsiz başa çatarsa, Rusiya və Çin İranla Pakistanın təşkilata üzv olmaq istəyinə müsbət cavab verə bilər.

Dövlətlər imperiya olmaq istəyərkən, adətən, sərhədlərinin yaxınlığında böyük və güclü dövlətlərin olmasını arzu etmirlər. Ancaq Rusiya bu gün imperiya olmaq yönündə planlarını yavaş, ancaq etibarlı addımlarla həyata keçirərkən, ətrafında Çin kimi böyük dövlətin olmasından narahat deyil. Heç, ABŞ-a qarşı ortaq strateji maraqlarda birləşdikləri müddətdə də narahat olmayacaq. Rusiya özünü imperiya kimi ABŞ-a qəbul etdirdikdən sonra Çinlə münasibətlərini nəzərdən keçirə bilər. Ancaq Rusiya və Çini ABŞ düşmənliyi birləşdirsə də, Çin, Rusiyanın həddən artıq güclənməsində maraqlı deyil. Çin bu təhlükəni hiss edərsə ABŞ-la yaxınlaşa bilər. Bu faktor bəlkə də ŞƏT-də ən zəif halqadır və Amerika bundan istifadə etməyə çalışacaq.

ŞƏT-in fəaliyyəti bu günün prizmasından dəyərləndirildiyində regionda genişlənən və güclənən, perspektiv vəd edən bir təşkilat olduğunu söyləmək mümkündür. ŞƏT, bütün çatışmayan cəhətlərinə rəğmən, orta və uzun müddətdə beynəlxalq münasibətlərin diqqət mərkəzində ola bilər. Hələ ki, Rusiya ŞƏT-də daha aktivdir və lider rolunda çıxış edir. Rusiyanın bu mövqeyinin uzun zaman davam etməsi istisna deyil.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Sentyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30