Parlament fəlsəfəsi və parlamentdə təmsilçiliyin əsasları Previous Article
Strategiya, taktika  və dövlətin strateji və taktiki sahələrinin  müəyyən olunması.  Birinci yazıNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Seçki proseslərinin rasional və irrasional (kortəbii) əsasları

Line Spacing+- AFont Size+- Print This Article
Seçki proseslərinin  rasional və irrasional (kortəbii) əsasları

Elşən Nəsibov 

siyasi elmlər üzrə fəlsəfə doktoru

Çoxlarımıza məlumdur ki, ağıl və məntiqin əsas vəzifəsi dəyərləri müəyyən etməkdən ibarətdir. Dəyərlər, yaxşılar, keyfiyyətlər seçim və təsnifat yolu ilə müəyyən olunur. Ağıl və məntiq səmərəli müqayisədə daha çox öz gücünü göstərir. Dəyərli elementlər tərkibinə görə müəyyən olunur. Məkanda olan zənginlik dəyərləri yaradır. Tərkib zənginliyi və funksional faydalar dəyərləri sübuta yetirir. Həyatın bütün sferaları da dəyərləri seçməklə və dəyərlərdən düzgün və məntiqi əsaslarla istifadə yolu ilə kompleks şəkildə inkişafa məruz qalır. İnkişaf kompleks olaraq dəyərlərin mərkəzi elementlərə çevrilməsindən meydana gəlir.
Rasionallıq fəlsəfi anlayş olaraq, məntiqə və ağılauyğun, məqəsədəmüvafiq olmaq mənasını verir. Bu mənada sistemlilik, strukturluluq, məntiqi mexanizmlik, tarazlılıq, harmoniyalılıq, uyğunluq və simmetriyalılıq var. Rasionallıq bir anlayış kimi özündə elə keyfiyyətlilik və dəyərlilik mənasını da verə bilir. Çünki mərkəzdə ağıl və məntiq dayanır. Ağılın yüksək səviyyəsi daha çox dəyərləri, keyfiyyətləri üzərə çıxarır. Əlaqələrin və münasibətlərin rasional əsasları dövlətlərdə, cəmiyyətlərdə, institutlarda, təşkilatlarda formalaşır. Xalqın özünün rasional təfəkkürü dövlətin və cəmiyyətin tərəqqisini təmin edir. Rasionallıq gücü artırdığından dövlətin beynəlxalq münasibətlərdə geosiyasi gücü də çoxalmış olur. Rasionallığın altında səbrli seçim, dözümlü davranış, ehtiyatlı hərəkətlər də dayanır. Bu istiqamətdə rasionallıq mədəniyyətin yüksəkliyini şərtləndirmiş olur.
Rasional cəmiyyətlərdə və dövlətlərdə demokratiyanın bir elmi-məntiqi əsasları mövcud olur. Ağıllı demokratiya məhz rasional təfəkkürün məhsuludur. Bu əsasda insanlar öz təbii və pozitiv hüquqlarının tərkibi olan ali siyasi hüquqlarını məntiqlə, ağılla müəyyən edirlər. Dövləti təşkil etmək hüququ, hakimiyyəti təşkil etmək hüququ, idarəçilikdə iştirak hüququ, idarəçiliyi təşkil etmək hüququ, idarəetmə qurumlarına seçmək və seçilmək hüququ, vəzifələrə təyinat hüququ, müəyyən məsələlərə səs vermək hüququ məhz ali siyasi hüquqların tərkibini təşkil edən komponentlərdir. Bütün bu proseslərdə hüquqilik, normativ tənzimləmə məhz rasionallıqdır. Rasionallıq siyasi sistemliliyin, bu da özlüyündə sabitliyin əsasıdır. Proseslərin rasional əsasları o mənaları verir ki, burada hadisələr ardıcıl və sistemli şəkildə məntiqi şərtləndiricilikilə baş verir. Bu zaman ardıcıl inkişaf prosesləri yaşanır. Rasionallıq şəbəkəsi formalaşır. Deməli, sabit dövlətlər və cəmiyyətlərdə proseslərin sistemli axarı dövlətlərin və cəmiyyətlərin sistemli və sürətli inkişafını təmin edir. Rasionallıqda demokratiya sabit hüquqi və siyasi əsaslarla formalaşır.
İrrasionallıq isə məntiqə əsaslnamayan, elmi qaydalara uyğun olmayan, ağılın və məntiqin qaydalarından “kənara çıxan” və qeyri-sistemli proseslərdən meydana gələn vəziyyətlərdir. İrrasionallıq qeyri-kafilik və qeyri-yetişkənlikdir. Burada kəmiyyət ola bilir ki, keyfiyyəti üstələyir. Hətta ardıcıllığın pozulmasından xaotiklik meydna gəlir.
Seçki prosesləri də rasional və irrasional xarakterə malik olur. Rasional seçki o deməkdir ki, bütün proseslər qanunuvericiliyin tələblərinə uyğun olaraq təşkil olunur və tənzimlənir. Hüquq normalarına əməl edilməklə seçkinin həyata keçirilməsi özlüyündə rasionallığı meydana gətirir. Proseslərin təşkilində sistemlilik mövcud olur. Səsvermə və namizədlərin müəyyən olunması prosesləri də rasional olur. Namizədlərin müəyyən olunmasında rasional yanaşma əsasdır. Bu, o deməkdir ki, namizəd seçimi ağıllı, düşünülmüş olmalıdır. Namizədin özünün rasional tələblərə cavab verməsi ilkin şərtdir. O, ağıllı, savadlı, məntiqli, nizam-intizamlı olmalıdır. Əməlləri ilə cəmiyyətə və dövlətə faydalar gətirən olmalıdır.
Güclü dövlətlərdə, sabit və inkişaf etmiş cəmiyyətlərdə seçki prosesləri müqayisədə daha da rasional olur. Çünki belə cəmiyyətlərdə fərdin namizədin müstəqil dəyərləndirməsi halları yaşanır. Fərd özünün namizəd seçimində müstəqil olur və özü obyektinin qabiliyyətini müstəqil müəyyən edə bilir. İrrasional, ənənəvi cəmiyyətlərdə, eləcə də infantil (qüsurlu, qeyri-yetişkən) cəmiyyətlərdə isə proseslər daha çox irrasionallığı (kortəbiiliyi) ilə fərqlənir. Namizədin seçimində ailənin digər hüquqlu üzvləri üçün ailə başçılarının seçimi, tayfa ağsaqqallarının seçimi önəm kəsb edir. Seçki proseslərində məişət xarakteri və məişət adətləri önə gəlmiş olur və şərtləndiriciliyi yaradır.
Kasıb və qeyri-müstəqil, məişət, sosial və siyasi krietriyalarına görə asılılığın ifrat formasının mövcud olduğu cəmiyyətlər üçün irrasional proseslər xarakterikdir.
Kortəbii seçki zamanı namizədin təsadüfiliyi meydana gəlir. Kütlənin kortəbii seçimi sonradan onların siyasi faydalanmamalarıan səbəb olur. Qeyri-rasional kriteriyalara, tələblərə görə seçim yalnışlıq yaradır və seçilmiş namizədin təmsilçilik keyfiyyətlərini yerinə yetirə bilməməsinə səbəb olur. İrrasional seçki prosesləri öz mahiyyətinə görə şou xarakteri kəsb edə bilir. Təbliğat və təşviqat seçiciləri ilkin təəssüratda ruhlandıra bilir. Sonradan isə dəyərli təmsilçilik ortaya çıxmır. Bundan daha çox seçici əziyyət çəkir; çünki siyasi hakimiyyətdə öz nümayəndəsi ilə layiqincə iştirak edə bilmir.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Dekabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031