ABŞ: vasitəçi yoxsa təxribatçı?Previous Article
“Sülh, Barışma və Mehriban Qonşuluq”: Sərkisyana çağırış Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Serj Sərkisyanın Respublika Partiyasının XVI qurultayındakı çıxışının dəyərləndirilməsi

Line Spacing+- AFont Size+- Print This Article
Serj Sərkisyanın Respublika Partiyasının XVI qurultayındakı çıxışının dəyərləndirilməsi

Hatəm Cabbarlı

Siyasi elmlər doktoru

Hakim Ermənistan Respublika Partiyasının 26 noyabr 2016-cı ildə keçirdiyi XVI qurultayında Serj Sərkisyan yenidən partiyanın sədri seçildi. Bu qurultayda müzakirə olunan məsələlər, səsləndirilən fikirlər və tezislər hələ də Ermənistan ictimaiyyəti tərəfindən ciddi tənqidi müzakirələrlə gündəmdədir. Əsas müzakirələr də əsasən Serj Sərkisyanın qurultaydakı çıxışı ətrafında gedir.[1] Ermənistanın müxalif və tərəfsiz KİV-lərində verilən xəbərlərin başlıqlarına diqqət yetirdikdə, müzakirələrin mahiyyətinin nədən ibarət olduğu anlaşılır.

Belə ki, KİV-lərin xəbər başlıqları bu şəkildə verilmişdir:

“Karen Karapetyan onun təyin edilməsində rolu olanların gözləntilərini qarşılayacaqmı?,” “Serj Sərkisyanın partiyadaşlarına yeddi qəribə məsləhət və vəsiyyəti,” “Serj Sərkisyanın bir qəpiklik çıxışı,” “Qorxunc faşizm və fanatizm: etno-kriminal vəba təhlükəsi” və.s.

Sərkisyanın qurultayda çıxışına diqqət edərkən aşağıda qeyd edilən məslələrə münasibət bildirdiyi məlum olur:

  1. Ölkədə uzun illərdir davam edən iqtisadi və sosial böhran dərinləşərək davam edəcək;
  2. Xarici siyasət məsələsində çoxşaxəli siyasət həyata keçirmək;
  3. Dövlətin təhlükəsizlik siyasətində ciddi dəyişiklik və yaxud qırılma nöqtəsi olmayacaq;
  4. Hakim Partiya 2017-ci ilin ikinci yarısında keçiriləcək parlament və 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər mövqeyini qoruyub saxlamağa çalışacaq və bunun üçün əlində olan bütün inzibati resurslardan istifadə edəcək.

 

Ölkədə uzun illərdir davam edən iqtisadi və sosial böhran dərinləşərək davam edəcək

İqtidar Karen Karapetyanın baş nazir təyin edilməsini ölkənin ictimai rəyinə problemləri həll etmək üçün yeni fürsət kimi təqdim etsə də, böyük ehtimalla, keçiriləcək parlament və prezident seçkilərində hakim partiyanın zəfər qazanacağı təqdirdə onun “reformator” və yaxud məğlubiyyətə uğrayarsa, “günah keçisi” imici formalaşdırıla bilər. Əlbəttə zəfər tacı hər zamankı kimi Sərkisyanın başına qoyulacaqdır.

Ermənistanın 2016-cı ildə iqtisadi inkişaf göstəricisi sıfırdır, hökumətə yaxın və müxalif KİV-lər Ermənistanın deflot olma təhlükəsi ilə qarşılaşdığını iddia edirlər.[2]

Ölkənin ən böyük kimya sənayesi olan “Nairit” zavodu rəsmən iflas etdiyini açıqladı.

Ermənistanın xarici borcu 2016-cı ilin sonuna qədər 6 milyard dollar olacaq.[3]

Ermənistanın xarici borcu ÜDM-un 60 faizinə bərabərdir və xarici borc almaqda ciddi çətinliklər yaşayır.[4]

Xarici borcun adambaşına düşən miqdarı 2000 dollardır.[5]

Yerli sərmayə xaricə, xüsusilə Gürcüstana yer dəyişdirir.[6]

Yuxarıda qeyd edilənlərə rəğmən Sərkisyan qurultaydakı çıxışında ölkənin iqtisadi və əhalinin sosial vəziyyətinin yaxşılığa doğru getdiyini bildirsə də, maraqlıdır ki, bir həftə əvvəl baş nazir Karapetyan bunun əksini iddia edərək, ölkənin ciddi iqtisadi problemlərlə qarşı-qarşıya qaldığını bildirmişdi.

 

Xarici siyasət məsələsində çoxşaxəli siyasət həyata keçirmək

Dövlətin xarici siyasət kursu ilə bağlı məlumat verən Sərkisyan Rusiya, ABŞ, Avropa dövlətləri, Çin ilə münasibətlərinə əhəmiyyət veriləcəyini qeyd etmişdir. Xarici siyasət kursuna Rusiyanı diqqətə alaraq davam edən Ermənistanın yaxın gələcəkdə bu təsir və yaxud asılılıqdan qurtula biləcəyi mümkün görünmür.

Son zamanlarda Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməyə cəhd edən Ermənistan hələlik müzakirələr mərhələsindədir və konkret razılaşma əldə edilməyib.

 

Dövlətin təhlükəsizlik siyasətində ciddi dəyişiklik və yaxud qırılma nöqtəsi olmayacaq

Sərkisyan qurultayda çıxışında hər zamankı kimi Dağlıq Qarabağ problemi, cari ilin aprel ayında yaşanan hadisələr, silahlanma problemi, məsələnin həll edilməsi üçün Azərbaycan Prezidenti ilə keçirilən görüşlərin nəticələri barədə fikir bildirib. Problemin həll edilməsi üçün vasitəçilik təşəbbüsünün “aprelə qədər” və “apreldən sonra” mərhələlərinə qədəm qoyduğunu, amma buna baxmayaraq, hər iki mərhələdən sonra problemin həlli istiqamətində Ermənistanın mövqeyinin dəyişmədiyini, problemin həll edilməsi üçün müzakirələrə davam etmənin və Dağlıq Qarabağın siyasi statusu məsələsinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.

 

Hakim Partiya  2017-ci ilin ikinci yarısında keçiriləcək parlament və 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər mövqeyini qoruyub saxlamağa çalışacaq və bunun üçün əlində olan bütün inzibati resurslardan istifadə edəcək

Sərkisyan çıxışında əsas vurğunu daxili siyasətə yönəldib. Parlament seçkilərində partiyasının xalqdan etibar mandatı alacağı təqdirdə, Karapetyanın baş nazir postunda qalacağını bildirmişdir. Burada diqqətə alınmalı olan 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər Karapetyanın baş nazir postunda qalacağının dilə gətirilməsidir.

Ermənistanda geniş müzakirə olunan məsələlərdən biri də Sərkisyanın prezident, yoxsa baş nazir postunu seçəcəyidir. Cari ilin birinci yarısında Əl-Cəzirə TV kanalının bu barədə sualını cavablandıran Sərkisyan belə demişdir: “Bu barədə danışmaq zənimcə hələ tezdir”. Ehtimallardan biri də Sərkisyanın baş nazir postuna gəlməyə iddialı olmasıdır. Çünki Ermənistandakı son konstitusiya dəyikliyi ilə bağlı referendumdan sonra prezidentlik institutu simvolik xarakter alır və səlahiyyətləri ciddi şəkildə azalır, parlament respublika üsul-idarəsində baş nazirin səlahiyyətləri artır.

Hakim Respublika Partiyasının daxili siyasətdə əsas strategiyasının bu cür olacağı təxmin edilir. Ancaq daxili ictimai-siyasi həyatda yaşanan hər hansı qırılma nöqtəsi ciddi dəyişikliklərin yaşanmasına səbəb ola bilər.

Bu qırılma nöqtəsinin siyasi səhnədə yaşanması ehtimalı az olsa da, eynilə Sasna Çrer silahlı qrupunun Erebuni polis alayını girov götürməsi kimi bir hadisə yaşanarsa, parlament seçkilərindən əvvəl Respublika Partiyasının mövqeyi ciddi şəkildə zədələnə bilər.

Bundan başqa hakim partiyanın qarşısında duran əsas məsələ parlament və prezident seçkilərinə qədər iqtisadiyyatda az da olsa inkişafın canlanmasına nail olmaqdır. Amma mövcud iqtisadi vəziyyət bu inkişafın əldə edilməsinin demək olar ki, mümkünsüz olduğunu göstərir.

Bu kimi amillər hakim partiya üçün problemlər yaratsa da, müxalif partiyaların zəifliyi, bir araya gələ bilməmələri, pərakəndə fəaliyyəti hakim partiyanın işinə yarayır və müxtəlif siyasi kombinasiyalar quraraq, müxalif partiyalar arasında razılaşmaya hər vəchlə mane olmağa fürsət yaradır. Bundan əvvəlki parlament və prezident seçkilərindəki proseslər diqqətə alınarsa, hakim partiyanın müxalif cəbhədən bir o qədər çəkindiyini söyləmək mümkün deyil.

[1] Речь Сержа Саркисяна на 16 съезде РПА (полный текст) http://www.lragir.am/index/ru­s/0/country/view/52446, 26 Ноября 2016.

[2] Наира АЙРУМЯН, В Армении заговорили о дефолте http://www.lragir.am/index/rus/0/comments/­view/52563, 02 Декабря 2016.

[3] Госдолг Армении в этом году почти достигнет 6 млрд. Долларов http://www.lragir.am/index/rus/­0/economy/view/52517, 30 Ноября 2016.

[4] Наира АЙРУМЯН, Армении больше не дадут в долг? http://www.lragir.am/index/rus/0/comments/­view/52456, 28 Ноября 2016.

[5] Госдолг платежом красен: каждый гражданин Армении в среднем должен по $2000  https://regnum.ru/news/economy/2162418.html, 2 Августа 2016.

[6] Роза Ованнисян, Почему капитал вывозят из Армении http://www.lragir.am/index/rus/0/interview/view­/52567, 02 Декабря 2016.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Avqust 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
 1234
567891011
12131415161718
19202122232425
262728293031