
Hatəm Cabbarlı
Siyasi elmlər doktoru
2016-cı ilin noyabrında Bakıda keçirilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri” konfransında problem geniş müzakirə edilmiş, ilə həll yolları axtarılmışdır. Bu konfrans zamanı “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” yaradılıb və fəaliyyət göstərir. Konfransda iştirak edən erməni nümayəndələr-Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist) da bu platformaya üzv olublar. Ermənistan və xaricdə yaşayan bəzi erməni QHT nümayəndələri və ziyalıları da bu platformaya müsbət yanaşır və üzv olma məsələsini dəqiqləşdirirlər.
Sülh naminə paltformanın yaradılması və fəaliyyət göstərməsi istər Ermənistan, istərsə də problemdə maraqlı olan dövlətlər, siyasi təhlilçilər tərəfindən dəstəklənməsi gərəkirkən, Ermənistan buna qətiyyətlə qarşı çıxır, platformaya üzv olan erməniləri xəyanətlə ittiham edir və hətta ölümlə təhdid edirlər.
Bəzi siyasi təhlilçilər də Ermənistanın rəsmi mövqeyindən çıxış edir, platformanın faəliyyətini dəstəkləməkdənsə, tənqid edir, onların nəzarətindən kənarda fəaliyyət göstərən platformadan rahatsız olduqlarını dilə gətirir və Avropa İttifaqının maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll edilməsi üçün Avropa Partnyorluğu” adlı QHT çərçivəsində müzakirələrə üstünlük verdiklərini bildirirlər.
Belə təhlilçilərdən biri də Tomas de Vaaldır. Tomasın Dağlıq Qarabağ problemi ilə maraqlandığı, bu barədə kitabı, məqalələri və analizləri olduğu məlumdur. Amma Tomas nə qədər obyektiv olmağa çalışsa da, bunu əsasən bacarmır, tərəzinin Ermənistan tərəfi nədənsə həmişə ağır gəlir.
Tomas Ermənistanda fəaliyyət göstərən hetq.am internet portalına cari ilin 15 yanvar tarixində müsahibə verib və müzakirə mövzusu əsasən “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın yaradılması, üzvləri və fəaliyyəti barədə olub.
Vaal əvvəlcə xalq diplomatiyasını təqdir etdiyini, belə bir dialoqun çatışmazlığının Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi prosesini zəiflətdiyini, Azərbaycan mətbuatından onun bu Platformaya münasibəti öyrənilirkən detallara girmədən, müsbət cavab verdiyini bildirsə də, daha sonra Palatformanın bəyanatı ilə tanış olduğunu və yolun dalana dirəndiyini gördüyünü qeyd edib.
Tomas sosioloji sorğunun nəticələrinə görə cəmi bir faiz erməninin Dağlıq Qarabağda vəziyyətin 1988-ci ildəki kimi olmasını bildirsə də, bu sosioloji sorğunun hansı təşkilatın apardığını qeyd etmir. Cəmi bir faiz erməninin Dağlıq Qarabağda vəziyyətin 1988-ci ildəki kimi olmasını arzuladığını Ermənistan ictimai rəyi baxımından faciə kimi dəyərləndirmir, Ermənistan dövlətinin və erməniərin militarist ruhundan danışmır.
Vaal Minsk qrupu çərçivəsində müzakirələrdə Qarabağ ermənilərinə müqəddaratını təyin edilməsi prinsipinin olduğunu, işğal altında olan bəzi rayonların Azərbaycana verilməsini, bölgənin təhlükəsizliyini qorumaq üçün sülıhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini xatırladır və bununla Ermənilərə demək istəyir ki, qətiyyən Platformada qeyd edilən müddəalarla razılaşmayın, biz sizə daha çox güzəşt alacağıq, hətta qondarma rejimin müstəqillik əldə edə biləcəyini vurğulayır.
Platformanı imzalayan və üzv olan ermənilərin Ermənistanda yaşamadıqları Vaal üçün böyük bir problemdir, buna görə də onlar erməni QHT-nin ümumi görüşlərini dilə gətirə bilməz deyərək, Ermənistan dövlətinin Platformaya üzv olan erməniləri təhdid etməsindən, ölümlə hədələməsindən bir kəlimə də olsa bəhs etmir.
Tomas Platforma üzv olan ermənilərin Bakıya gəlmədən əvvəl Ermənistanda və qondarma rejimdə bu məsələnin QHT-lərlə müzakirə edilməsinin vacibliyini bildirərkən, Ermənistan və qondarma rejimdə bunun çatışmamazlıq olduğunu ifadə edir, nədənsə imkansız və təhlükəli olduğunu deməyə cəsarət etmir.
Dağlıq Qarabağ probleminin həll edilməsi prosesində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüslərini müsbət dəyərləndirib-onu ayıq adam kimi tanımlayan Vaal problemin hərbi müstəviyə keçməsinin Azərbaycanda yüz minlərlə ailə üçün faciəyə səbəb olacağını deyir. Vaal bu zaman sanki Ermənistanın və erməni xalqının problemə tərəf olmadıqlarını, onların hansı faciə ilə qarşılaşacağından bəhs etmir. Vaalın bu fikri Azərbaycan ictimai rəyinə psixoloji təzyiq kimi dəyərləndirilə bilər.
Xalq diplomatiyasının zəruriliyindən bəhs edən Tomasın Palatformanın fəaliyyətini şübhə altına alması, xalq diplomatiyası fəaliyyətinin Avropanın nəzarətində olan “Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll edilməsi üçün Avropa Partnyorluğu” adlı QHT çərçivəsində müzakirə edilməsini önə çıxarması onu göstərir ki, vasitəçi dövlətlər həqiqətən “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın yaradılmasından və fəaliyyətindən narahatdırlar.
Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi üçün mümkün olan bütün platformlarda məsələni gündəliyə gətirəcək, müzakirə edəcək qədər müstəqil xarici siyasət anlayışına və potensiyalına sahibdir və bundan mümkün olduğu qədər istifadə edəcəkdir.
0 Comments
Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !
But You can be first to leave a comment !