Abxaziya dəmir yolu problemi: Gürcüstanın strateji maraqları və reallıqlarPrevious Article
Dağlıq Qarabağ problemi: bir addım irəli iki addım geri?Next Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Türkiyə-Ermənistan: sərhəd qapısı problemi

Line Spacing+- AFont Size+- Print This Article
Türkiyə-Ermənistan: sərhəd qapısı problemi

Hatəm Cabbarlı, siyasi eləmlər doktoru

2may 2013-ci il 

Ermənistan parlamentinin 29 aprel 2013-cü il tarixli iclasında Miras Partiyasının deputatı Zarui Postancıyan parlamment sədri Ovik Abramyandan 2009-cu ildə Ermənistan-Türkiyə arasında imzalanmış protokolların qanunverici orqanın böyük gündəmindən çıxarılımasının mümkünlüyü haqqında sual verib. Bu məsələ mütəmadi olaraq parlamentin gündəminə gəlir və mətbuatda müzakirə edilir.

Abramyan cavab olaraq “Hakim partiya, Prezident Serj Sarkisyan protokolların parlamentdə ratifikasiya olması üçün heç bir şərt irəli sürmür. Bu erməni soyqırımına və ölkədəkisiyasi proseslərə bağlı deyil. Biz 2009-cu ildə protokolları qeyd-şərtsiz olaraq paraf etdik. Bu protokolların realizə edilməsi diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması deməkdir.Belə bir vəziyyət Ermənistan iqtisadiyyatının inkişafına stimul ola bilər.” Postancıyan və Daşnaqsutyun Partiyasından Arçvik Minasyanm və Aqvan Vardanyan “biabırçı” olaraq adlandırdıqları protokolların məclis gündəmindən çıxarılması üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirərək məsələyə münasibətlərini bildirmişdir.

Abramyan doğru deyir. Protokolların parlamentdə ratifikasiya edilməsi hər keçən gün bir az daha tənəzzülə uğrayan, istehsalda geriləmə yaşayan, beynəlxalq bazarda mövqelərini itirən, maliyyə problemləri ilə qarşılaşan, xarici borcu 4,205 milyard dollar olan Ermənistan iqtisadiyyatı üçün həqiqətən stimul ola bilər. Çünki bütün bu iqtisadi problemlər Ermənistandan insanların daha rahat yaşamaları və daha çox pul qazanmaları üçün miqrasiya etmələri ilə nəticələnir. 2012-ci il statistikasına görə Ermənistan əhalisi 3.274.3 min nəfərdir. Ermənistandakı xarici dövlətlərin səfirliklərinin verdiyi məlumatlara görə isə əhalinin sayı 1.5 milyondan çox deyildir. Beynəlxalq Miqrasiya Təşkilatının statistikalarına görə son 20 ildə 1 milyondan çox insan Ermənistanı tərk etmişdir.

Belə bir şəraitdə Ermənistan hökuməti ianələr hesabına dövlətin yaşayamayacağını, iqtisadi, siyasi, sosial və demoqrafik problemləri həll edəməyəcəyinianlayaraq və məntiqli qərar qəbul edərək son 20 ildə daxili və xarici siyasətində etdikləri yanlışlıqlara davam etməməlidir. Ermənistan regionda və xüsusilə də Azərbaycana qarşı militarist siyasət həyata keçirdiyi üçün region və beynəlxalq əhəmiyyətli iqtisadi, siyasi və sosial layihələrdə iştirak edə bilmir. Ermənistan hökuməti hər nə qədər son 20 ildə Azərbaycanın Ermənistana qarşı iqtisasdi sahələrdə təzyiq mexanizmlərinin olmadığını, qarşılaşdığı iqtisadi problemlərə immunitet qazandığını iddia etsə də, bu ictimai rəyi aldatmaqdan başqa heç nəyə xidmət etmir. Ermənistanın region və beynəlxalq əhəmiyyətli layihələrdə iştirak etməsinin qarşısını Azərbaycan hökuməti qətiyyətlə alır. Regionda son 20 ildə həyata keçirilən hansı böyük iqtisadi və nəqliyyat layihələrində Ermənistan yer alıb? Ermənistan hökuməti bu suala müsbət cavab verə bilmir.

Əlbəttə, Ermənistan hökuməti Azərbaycana qarşı militarist siyasətindən və Türkiyəyə qarşı qondarma soyqırımıiddialarından əl çəkib məntiqli və yaxın qonşuluq siyasəti həyata keçirərsə, minnətlə qəbul etdiyi Rusiyanın və Avropa İttifaqı ölkələrinin maliyyə yarımlarına ehtiyacı qalmaz. Regionda həyata keçirilən layihələrdə bərabərhüquqlu tərəfdaş kimi iştirak edərək iqtisadiyyatını və ticarətini inkişaf etdirə bilər. Ermənistanın Türkiyəyə qarşı heç bir əsası olmayan qondarma erməni soyqırımı iddiaları, Azərbaycan torpaqlarını işğal etməsi onu öz girdabında boğur ve perspektivi yoxdur. Ermənistan hökuməti daşınan su ilə dəyirman çarxının dönməyəcəyini birdəfəlik anlamalı və qarşılaşdığı iqtisadi, sosial problemlərin həll olunması üçün məntiqli qərar verərək Türkiyə və Azərbaycan siyasətində müsbət mənada ciddi dəyişikliklər etməlidir.

Türkiyə-Ermənistan arasında sərhəd qapısı problemi 1993-cü ildən etibarən gündəmə gəlmişdir və bu gün də davam edir. Bu məsələnin həll edilməsi üçün Türkiyə və Ermənistan, eyni zamanda bir çox qeyri-hökumət təşkilatları, ABŞ müxtəlif vəsilələrlə təşəbbüs göstərsələr də, hələlik ciddi bir nəticə yoxdur. Ermənistan Türkiyə ilə münasibətlərinin qurulması və genişləndirilməsi üçün qeyd-şərtsiz münasibət qurulmasını istəsə də, Türkiyəyə yönəlik son 20 ildə həyata keçirdiyi siyasəti buna imkan vermir. Belə ki:

-Ermənistan Türkiyəni qondarma erməni soyqırımı ilə ittiham edir və beynəlxalq aləmdə qondarma erməni soyqırımının tanınması üçün son 20 ildir təbliğat fəaliyyətinə davam edir;

-iki ölkə arasında sərhəd xəttini təyin edən Kars və Moskva müqavilələrini tanımır;

-“Müstəqillik Bəyannamasi”nin 11-ci maddəsində “Ermənmistan Respublikası 1915-ci ildə  Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda təşkil edilən erməni soyqırımının beynəlxalq aləmdə tanınmasına çalışmaqdadır.” ifadə edilmişdir;

-Ermənistan Türkiyədən təzminat və torpaq tələb edir;

-Ermənistan PKK teror təşkilatını Türkiyəyə qarşı dəstəkləyir;

-beynəlxalq təşkilatlar nəzdində Türkiyəyə qarşı qərarlar alınmasına çalışır;

-2009-cu ildə Türkiyə ilə imzaladığı protokolları ratifikasiya etmir;

-bu protokollarla bağlı rəy almaq üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir;

-Konstitusiya Məhkəməsinin protokollarla bağlı verdiyi rəy protokolların möhtəviyyatı ilə əlaqləli deyil.

Ermənistan hökuməti belə bir şəraitdə Türkiyədən qeyd-şərtsiz protokolları Türkiyə Böyük Millət Məclisində ratifikasiya etməsini tələb edir. Görünür, Ermənistan hökuməti günümüzün reallıqlarını tam mənasıyla ilə qavramaqda ciddi problemlər yaşayır. Türkiyə hökuməti yuxarıda sadalananlara rəğmən protokolları ratifikasiya etsə belə, Türkiyə və Ermənistan buna Azərbaycan hökumətinin necə reaksiya verəcəyini diqqətə almalıdır. Türkiyənin bir defə buna cəhd etməsi zamanı Azerbaycan hökumətinin reaksiyasını unutmaq olmaz.

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Bey. münasibətlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Noyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930