Uşaq hüquqlarının fəlsəfi əsaslarıPrevious Article
Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Line Spacing+- AFont Size+- Print This Article
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

 Hüquq fəlsəfəsi seriyasından. Səkkizinci yazı.

Uşaq hüquqlarının fəlsəfəsi

 

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

 

Uşağın təbii hüquqları (burada dünyaya gələn uşağın  aydınlaşmış hüquqları nəzərdə tutulur)  onun hər yaş dövrünə xarakterik olan davranışından və inkişaf xüsusiyyətlərindən başlayır. Hər bir yaşda  uşaq böyüdükcə pozitiv hüquq məkanında öz müəyyən  hüquqlarını təsdiq edir. Müəyyən hüquqlara çatır. İfadə olunmuş normalarda öz hüquqlarını qazana-qazana böyüyür.   Südəmər, çağa uşaq  hüququ zəngin olur, o halda ki, ona diqqət və qayğı daha çox artır.

Uşağın fizioloji əlamətləri (burada boyu və yaşı) ilə yanaşı, xarakteri də onun təbii hüquqlarının əsaslarını yaradır. Belə ki, uşaq mexaniki, hissi, dərkedici xətlə böyüyür. Xarakterlə fiziologiya vəhdətləşir, bütövləşir. Hər bir xüsusiyyət ona təbii haqları qazandırır. Uşaq böyüdükcə təkmilləşən xarakterə müvafiq olaraq hüquqları da təmin olunur. Bu, bir öhdəlik və təminat funksiyasıdır. Dövlət və cəmiyyət uşağın yaş inkişaf xüsusiyyətlərinə malik olan hüquq və vəzifələr əldə edirlər. Bu hüquq və vəzifələr həm də onların məsuliyyətini artırır. Uşaq öz inkişaf mərhələləri ilə hüquqların formalaşması mərhələlərini eyniləşdirirlər. Hüquq hər bir məqamda ifadəedici məzmunu özündə əks etdirir.  Uşaq hüquqları ilə inkişaf və yaş xüsusiyyətləri şərtləndirici məzmun kəsb edir. Belə ki, uşaqlar öz yaşları ilə öz hüquqlarını da aşkar edirlər. Uşaqların bütün pozitiv hərəkətləri onların hüquqlarının təsdiqini, ifadəsini müəyyən edir. Uşaqların  fiziki və psixoloji cəhətləri onların haqq təminatını zəruri edir.

Mütəxəssislər uşağı müşahidə edərək qənaətə gəlirlər: Müxtəlif yaş dövrlərində şəxsiyyətin inkişafının xüsusiyyətləri. 8 iyun 2010.

http://kayzen.az/blog/pedaqoq/1165/m%C3%BCxt%C9%99lif-ya%C5%9F-d%C3%B6vrl%C9%99rind%C9%99-%C5%9F%C9%99xsiyy%C9%99tin-inki%C5%9Faf%C4%B1n%C4%B1n-x%C3%BCsusiyy%C9%99tl%C9%99ri.html

Məktəbəqədər   yaşlı uşaqların ( 3 yaşa qədər uşaqlıq dövrü)  xüsusiyyətləri.

 Mütəxəssislərin fikirlərinə görə, 3 yaşa qədər kiçik  uşaqlıq dövrüdür. Bu fikirdən irəli gələrək qeyd etmək olar ki, həmin  dövrə uyğun kompleks hüquq normaları qəbul olunmalıdır. Bu hüquq normaları uşağın kiçik yaşlarının xüsusiyyətlərini əhatə etməlidir. Hüquq normaları “diqqət və qayğı normaları” sistemini əhatə etməlidir. Adət qaydaları və dövlətin müəyyən etdiyi hüquq normaları uşağın qida və ərzaq təminatını həyat keçirməlidir. Hüquq normaları uşağın fiziki inkişaf parametrlərini əks etdirməlidir, ifadə etməlidir.

Sümüklərin elastik dövrüdür. Mütəxəssislər uşaqların bu dövrünü xassələndiriblər. Hüquq sistemi uşağa qayğını nəzərdə tutur. Bu sistemdə uşağın sağlam böyüməsi üçün ailə və cəmiyyət, eləcə də dövlət maddi-mənəvi yardımlar edir. Sağlamlıq və səhiyyə, sosial konsepsiyalar qəbul olunur. Uşaqlar minimum qida və ərzaq, eləcə də geyim  yardımları və qayğı ilə əhatə olunur. Dövlət uşağın qayğısı üçün vəsaitlər ayırır, valideynlərinə əmək və sosial güzəştlər göstərir. Uşaqların səhiyyə sistemində öz yerlərinin olması, uşaqlarla bağlı səhiyyə kompleksinin müəyyənləşməsi tədbirləri həyata keçirilir.

 Fiziki inkişafın başlanması və davamı dövrüdür. Bu yaşlarda onlar hisslərinə nəzarət edə bilmirlər. Uşağın idrak və öyrənmə dövrüdür. Valideynlərə tez-tez suallar verirlər. Uşaqlarda zəif iradə,  yamsılama dövrüdür. Mütəxəssislərin belə qənaətinə ailə, cəmiyyət və dövlət xüsusi diqqət göstərir. Qanunvericilikdə uşağın bu kimi xarakteri nəzərə alınır. Dövlət uşağın tərbiyələnməsi və sosiallaşması üçün müvafiq addımlar atır. Uşaqlara erkən bilikləri vermək üçün tərbiyə-təlim təlimatları və qaydaları hazırlayır. Təlim metodlarını tətbiq edir. Uşağın qavraya biləcəyi   tərzdə vəsaitləri hazırlayır. Bu vəsaitlərlə uşağa ilkin biliklər verir. Uşağın ilkin sosiallaşmasını, davranışını, ilkin münasibət yaratmaq qabiliyyəti üçün imkanları yaradır. 

3 yaşda uşaqların xarakterinin bünövrəsi qoyulur. Uşaqlarda qabiliyyətlərin ilk əlamətləri formalaşır. 3-6 yaşda müstəqilliyə can atırlar. “Mən özüm” deyir. Uşaqlarda tərslik xarakterinə görə “Üç yaşın böhranı” dövrü mövcud olur. Məktəbəqədər dövr uşaqlarda oyun oynamaq xüsusiyyətləri  aşkarlanır. Dövlət mütəxəssislərin uşaqları araşdırmaları məqsədilə vəsait ayırır. Uşaqları araşdırmaq üçün fondlar təşkil edir. Uşaqlar üçün bina həyətlərində, digər yaşayış kompleks və məhəllələrdə, parklarda,   ticarət və əyləncə obyektlərində uşaqların oyun oynamaları üçün atraksionlar, oyuncaqlar məkanı təşkil edirlər. Uşaqlar öz həyatlarını yaşamalıdırlar.  Uşaqlar üçün oyuncaq meydançalarının, guşələrinin normativi qəbul olunur. Uşaqlar oyuncaqlarla təmin olunurlar. Dövlət uşaq oyun  ləvazimatlarının istehsalı məqsədilə  sahibkarlığa imkanlar yaradır. Dövlət siyasətinin tərkibinə çevirir. İstehsalı təşviq edir.  Ailələr üçün tikilən mənzillərdə və evlərdə uşaq oyunu məkanı təşkil etmək məqsədilə normativlər qəbul edir.

Mütəxəssislər qeyd edirlər ki, 3-6 yaşlı uşaqların hissi-emosional aləmi zəngin olur. Onlar şən oyunları, əyləncələri, nağıl və yumoru xoşlayırlar. Onların təsiri ilə uşaqlarda əxlaqi-estetik hisslər formalaşır.  Mütəxəssislərin belə qənaətinə uyğun olaraq dövlət və ailə müvafiq  addımlar atır. Əyləncələr, nağıl və yumorlar üçün vəsaitlər hazırlayır.

Dövlət ümumiyyətlə, uşağın yaş inkişaf xüsusiyyətləri ilə onların təbii hüquqları arasında olan uyğunluğu təmin etmək məqsədilə ailələri müşahidələr altında saxlayır. Ailələrin təminat strategiyasını və taktikasını həyata keçirir.  Valideynlərin əsas vəzifə və borcu dövlətin uşaqlar üçün müəyyən etdiyi hüquqlardan istifadə etmələrini təmin etməkdən ibarət olur. Onlar bu baxımdan qanun qarşısında məsuliyyət daşıyırlar.

Dövlətin mühüm funksiyalarından biri də cəmiyyətin bütün fərdlərini araşdırmaqdan, xarakterik xüsusiyyətlərinin formula və modellərini müəyyən etməkdən ibarətdir. Dövlət uşaqları daima təhlil etmək funksiyasını həyata keçirməlidir.  Dövlət bu məqsədlə uşaq həyat tərzini öyrənir, araşdırır, tərəfləri müəyyən edir, hərtərəfli analizlər sayəsində  proqramlar qəbul edir, qanunvericilik yaradır. Hüquq normaları sistemini təkmilləşdirir.  Baza və köməkçi, icraçı qanun və qaydalar sistemini tətbiq edir. Fondlar, mükafatlar və təqaüdlər təyin edir.  Mütəxəssislər yetişdirir və mütəxəssislər qrupu yaradır. Eyni zamanda müvafiq təsisatlar təşkil edir, daimi fəaliyyət göstərən qurumlar, icra təşkilatları formalaşdırır. Dövlət uşaq hüquqlarının bu yolla nəzəri konsepsiyalarını müəyyən edir. Nəzəri konsepsiyalarda hüququn ifadəsi və təmin olunması üçün təkliflər paketi hazırlayır. Uşaq hüquqlarının xassələrinin müəyyən olunması məhz bu kimi strateji sənədlərdə, konsepsiyalarda müəyyən olunur.  Dövlət uşaq hüquqlarının yüksək səviyyədə və təbii yolla təmini məqsədilə beynəlxalq hüquq da yaradır. Eyni zamanda digər dövlətlərin nəzəri və praktiki təcrübəsini öyrənir. Milli səviyyədə və beynəlxalq aləmdə dəyərli bilikləri mənimsəmək vəzifəsini də qarşıya qoyur. Uşaq hüquqlarının təminatı  nəzəri və təcrübi olaraq vəhdət şəkilində həyata keçirilir. Dövlət uşaqların hüquqlarının genişlənməsi və əhatəli şəkildə təmin olunması məqsədilə daima törəyən hüquq normaları sistemini yaradır. Hüquqi islahatları inkişaf qaydalarına müvafiq şəkildə həyata keçirir.  Uşaq sahəsində mütəxəssilər yetişdirilir, uşaq və valideyn məsləhətxanaları, ailə məsləhətxanaları formalaşdırılır. Dövlət uşaqlarla münasibətlərin öyrədilməsi məqsədilə, uşaqla normal davranışın təmin edilməsi üçün valideynlər üçün ictimai mühazirələr təşkil edirlər.

Mütəxəssislər uşaqların müxtəlif yaş dövrünə uyğun xassələrini, xarakterik xüsusiyyətlərini araşdırırlar. Müxtəlif qənaətlərə gəlirlər. Qənaətlərdən biri belədir.

Bir elmi məqaləyə əsasən, kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri:

Məqalədə yazılır ki, bu yaşda qeyri-ixtiyari diqqət, mexaniki hafizə, konkret təfəkkür üstünlük təşkil edir. Onların nitq bacarığı da zəif olur. Çox vaxt şagirdlər mətnləri şer kimi əzbərləyir, mexaniki yadda saxlamağa çalışırlar. Bunun qarşısı alınmasa, onlarda əzbərçilik yarana bilər.   Uşaqların əsas fəaliyyət növləri təlimdir. Dövlət və ailədə valideynlər, məktəb müəllimləri uşaqların bu tip xüsusiyyətlərini nəzərə alırlar. Uşaqların təlimdə olmaları əsas şərtdir.  Normativlikdə uşaqların xassələrinə uyğun davranış normaları əks olunur.

Bu yaşda uşaqlar böyüklərdən, müəllimlərdən hər şeyi öyrənməyə çalışırlar. Müəllimlərin sözünə diqqətlə qulaq asırlar. Onların sözlərini yerinə yetirməyə çalışırlar. Bu xarakter uşaqlarda təbii bir haldır, cəhətdir. Müəllimlər uşaqların bu təbii davranışlarından, yetişmə proseslərindən irəli gələrək metodika müəyyən edirlər. Uşaqların biliyə həvəsini oyatmaq və təşviq etmək məqsədilə təlimatlar işləyib hazırlayırlar. Uşaqlara erkən yaşlarında düzgün biliklər verməyi qərarlaşdırırlar. Uşaqların beyinlərinin əlavə informasiyalarla yüklənməsinin qarşısını alırlar.  Müəllimlər və valideynlər uşaqlara sadə biliklər təqdim edirlər. Onlarda aydın təfəkkürün formalaşmasına yardımçı olurlar. Onlarda uşaqlıq həyatına sevgi hisslərini aşılayırlar. Xarakterə uyğun müəllim davranışı kodeksləri qəbul olunur.

Uşaqlar şən, emosional təbiətə malikdirlər. Uşaqlarda ünsiyyət tələbatı güclüdür. Uşaqlar təsir altına tez düşür, ibtidai siniflərdə  müəllimin tapşırıqlarını yerinə yetirməyə çalışırlar. Mütəxəssislərin bu kimi qənaətləri məktəb təlimatlarında əks olunur. Uşaqların məktəblərdə sosiallaşması üçün dövlət və cəmiyyət öz təkliflərini hazırlayır. Dövlət müşahidələrin qənaətlərindən nəticələr çıxarır.  İdeyalar və fikirlər kompleksi yaradılır. İctimai təkliflər nəzərə alınır.  Dövlət uşaqların ilkin biliklər, sadə biliklər alması həvəsini nəzərə alır. Məktəb və ailə uşaqların gərgin həyatdan uzaqda yaşamasını təmin edir.

Yeniyetmə yaşının xüsusiyyətləri və hüquqlarının təmin edilməsi

Mütəxəssislərin fikrincə, yeniyetmələrdə məntiqi hafizə, ixtiyari diqqət, mücərrəd təfəkkür, təxəyyül inkişaf edir. Yeniyetmə yaşında bəzi yeni psixoloji törəmələr özünü göstərir. Buraya böyüklük hissi, qızlarla oğlanların dostluğu, kollektivdə yaxşı mövqe tutmaq və məşhurlaşmaq meyli, özünüdərketmə tələbatı və s. daxildir. Uşaqların bu kimi xarakterlərinə müvafiq olaraq cəmiyyət onları müşahidələr altında saxlayır. Onların hüquqlarının  təmin olunmasına şərait yaradılır.  Yeniyetmə hüquqları üçün məkanlar formalaşdırılır. Lazımi şərait yaradılır. Yeniyetmələrin bir qismi böyükləri yamsılayırlar (pis vərdişlərə-alkoqollu içkilərə, siqaret çəkməyə meyl edirlər), ünsiyyət və özünütəsdiq tələbatı güclənir; kollektivdə layiqli mövqe tutmaq tələbatı artır, yoldaşlıq və dostluq hissləri meydana gəlir, hisslər güclü təzahür edir. Çılğınlıq, hövsələsizlik, tündxasiyyətlilik özünü büruzə verir, intizamsızlıq, qanunpozma halları yaranır.

Uşaqların yeniyetməlik dövrünün normaları genişləndirilmiş olur. Uşaqların vəzifə və səlahiyyətləri böyüyür. Cəmiyyət üçün “Məsuliyyətli yeniyetmə” yetişdirmək prinsipləri meydana gəlir. Dövlət bu kimi qənaətə görə, öz aidiyyatı qurumları və ailələrlə birlikdə  yeniyetməlik psixologiyasının formalaşmasında yaxından iştirak edir. Dövlət tərəfindən gənclərlə “ehtiyatlı davranış kodeksləri” qəbul olunur. Bu kodekslərdə onlarla davranış normaları əks olunur. Normativlik qeyd edilir. Yeniyetmələrin, gənclərin davranışı kənardan qorunur, mühafizə olunur. Onların yumşaq və mədəni xarakterlərinin formalaşdırılması qarşılıqlı məqsəd hesab olunur.  Dövlət radio-televiziyalar və  mətbuat vasitəsilə yeniyetmələrin pis vərdişlərdən kənarda saxlanılmasını, onların  daha düzgün yollara yönləndirilməsini təmin edir. Yeniyetmələrlə təbliğat-təşviqat aparan mütəxəssislər qrupu yaradır. Məktəblərin yuxarı siniflərində təlim-tərbiyə işləri həyata keçirilir. Yeniyetməliyə sosial qayğı doktrinaları, plan və proqramları qəbul olunur.   Dövlət uşaqların və yeniyetmələrin bu kimi təbii xassələrini nəzərə alaraq onların istedad və qabiliyyətlərindən, həyata olan coşqu baxışlarından irəli gələrək hüquq normaları sistemini təkmilləşdirir.  Yeniyetməlik uşaqlıqdan gəncliyə keçid dövrü olduğundan onlarla ehtiyatlı davranış xüsusiyyətləri nəzərə alınır. Başlıca məqsəd dəyərləri ehtiyatla transfer etməkdən ibarət olur.  

 

Uşaq hüququ ailə hüququnun tərkibi kimi

 

Ailə birlik rəmzidir. Problemlərin birgə həllinə güc səfərbər edən vəhdətdir. Qayğıları, fikirləri, düşüncələri, məqsəd və vəzifələri bir araya gətirən birlikdir. Cəmiyyətin fərdi və kollektiv tərkib strukturlarına ailələr də aid olunur. Ailə cəmiyyətin etibarlı dayağıdır. Tərbiyə məskənidir. Ailədə böyüklərlə kiçiklər arasında münasibətlər formalaşır. Ailə həyat tərzi nizam-intizamlı, standartlı, dəyərli bir formadır. Bu forma insanların cəmiyyətdə  vəzifə və funksiyalarını artırır.  Daha çox dəyərlər vermək üçün inamlı edir. Ailə insanların cəmiyyətə olan etibarlarını da gücləndirir. Ailə həyat tərzi insanların xarakterini mülayim edir, insanları gələcəyə inamlı fərdə çevirir.  Ailə yaşayış forması və yaşayış məzmunu insanların sosiallaşmasını təmin edir. Ailəni daha çox cəmiyyətə və kollektivə bağlayır. Ailədə uşaqların olması valideynlərin gələcəyə olan bağlılığını yaradır, fəaliyyətlərini stimullaşdırır. Ailə insanların xeyirxah yaşamaları üçün modeldir, formadır. Ailə forması dövlət üçün ideal modeldir. Dövlətin sağlam mənbəyini təşkil edir. Dövlətlə fərdi həm kollektiv, həm də fərdi, şəxsi olaraq bağlayır. Ailə təfəkkürü dövlətçilik təfəkkürünün kollektiv əsaslarını meydana gətirib. Ailə cəmiyyətdə adət-ənənələrin formalaşmasının əsaslarını da ortaya qoyub. Ailə forması, yaşayış tərzi kollektiv nailiyyətlərin istiqamətlərini müəyyən edib. Ailədə kollektiv yaşamaq şüuru, təfəkkürü, düşüncəsi cəmiyyətdə əmək kollektivlərinin meydana gəlməsini şərtləndirib. Ailədə yaşamaq vərdişləri sosial vərdişləri aşılayıb. Ailə ənənələri klassik həyat tərzi ilə müasir, postmodernist həyat tərzini birləşdirir.

Belə bir fikir var ki, dövlətdən öncə ailələr  formalaşıb. İnsanların say artımı ilə zəruri proses kimi  ailələr tayfaları, qəbilələri, icmaları təşkil edib. İcma rəhbərliyindən dövlətə keçidlər edilib. İzafi məhsul ailələrdən əmələ gələn tayfa cəmiyyətləri üzərində hakim təbəqəni meydana gətirib. Həmçinin ailə yaşayış forması fizioloji bağlılıq, psixoloji bağlılıq, dəyərlərin qorunması və onların nəsillərdən-nəsillərə ötürülməsi, nəsil, tayfa ardıcıllığını təmin etmək məqsədilə zəruri fenomen olaraq formalaşıb.  Ailələr, ailə birliyi kollektiv yaşayış tərzinin meydana gətirilməsi üçün təşkil olunub. Ailələr  cəmiyyətin, cəmiyyət birliyinin, mənbə şəkilində dövlətin bazasını, təminat elementləri bazasını formalaşdırıb.  Ailələr birgə təsərrüfatı təşkil etmək, zehni və fiziki qabiliyyəti birləşdirmək,  əməyin bölgüsünü həyata keçirmək, ər və arvad arasında fizioloji əmək bölgüsünü və ümumi əməyi tamamlamaq və yaşayışı birləşdirmək  məqsədilə də tarixi mədəni, sosial birlik olaraq da meydana gəlib. Ailələr mədəni zərurət, yaradıcılıq və quruculuqda birgəçiliyi təmin etmək üçün də formalaşdırılıb. Ailə birlikləri nəsil və tayfanı, daha təkmil formada xalqları və dövlətləri yaradıb. Ailələrin tərkib elementləri birgəyaşayış formasının  əsaslarını ortaya qoyub. Ailə kanonları (ailə qanunları, qaydaları) öz tərkib elementləri  baxımından formalaşıb. İstiqamətlər, sahələr meydana gəlib.  Ailə qayda-qanunları ailənin kollektiv münasibət və əlaqə təzahürü olaraq meydana gəlib. Ailə prinsipləri insanların üzvi bağlılığını və harmoniyanı zəruri edib. Bu vəhdətdən də birlik meydana gəlib. İnsanların təbiətlə əlaqələri məhz ailə forması ilə birgə formanı alıb. İnsanlar ailə şəkilində daha çox gəlirlər əldə edərək, sistemli gəlir və qazancları müəyyən etmişlər. Ailələrin mübadiləsi (burada maddi vasitələrlə, əşyalarla bərabər, ailələr arasında nigahın meydana gəlməsi) mədəni əlaqələrin formalaşmasını şərtləndirib.   Ailə birgə məsuliyyəti, birgə hüquq və vəzifələri, birgə funksiyaları müəyyən etmişdir. Ailə prinsip olaraq yaşam tərzini, fərdiyyətçilikdən kollektivçiliyə keçid formasını meydana gətirmişdir. Ailə nəsil artımını təmin edən forma olmaqla bərabər, mədəni məzmunlu məişət birliyinin də əsaslarını ortaya qoymuşdur.   Ailə insanlarda həm fərdi, həm də kollektiv hüquqların təbii əsaslarını meydana gətirib. Ailədə uşaq ikən valideynlərdən təbii asılılıq uşaq əməyinin istismarının qadağan olunmasını  və uşaqlara olan qayğı hüquqlarını formalaşdırmışdır. Ailə uşaqlar üzərində mədəni bir nəzarət forması kimi tarixi zərurətdən, təbii əsaslardan meydana gəlib.  Uşaqlar valideynlərlə yaşayarkən və cəmiyyət əhatəsində olarkən, dövlət nəzarətində yaşayarkən onların əməyinə nəzarət mexanizmləri formalaşmış olur. Bu nəzarət, müşahidə və vəziyyətlərin idarə olunması məhz uşaqların  əməyinin istismarının qarşısını almaqdadır. Ailələr uşaqlar üzərində himayəçilik institutudur. Bu institut cəmiyyətin şərtlərinə uyğun şəkildə uşaqların qayğısını təmin edir. Ailə sağlam cəmiyyətlər üçün uşaqların yetişdirlməsində məsul vəzifəyə malik olan institut funksiyasını yerinə yetirir.

Ailələr insanların fərdi və kollektiv yetişkənlik prinsiplərini özlərində əks etdirən fenomen strukturlardır. Uşaqların erkən dövrlərdə valideynlərdən, ailədən asılılığı təbii fiziki, maddi, mənəvi hadisə olmaqla bərabər, qayğı hüquqları ilə əhatə olunmaq hadisələri ilə də şərtlənmişdir. Bu baxımdan uşaqlar hüquqi müdafiə ünsürləri və obyektləri olaraq, eləcə də fiziki və əqli baxımdan cəmiyyətin zəif tərəfləri (bu zəif tərəflər böyüklərə görədir. Zəiflik təbii yetişkənlik prosesinin formalaşması ilə güclülüyə, müstəqil iradəyə aparıb çıxarır) olaraq qayğıya ehtiyacı olan elementlər, fərdlər kimi qəbul olunmuşlar. Uşaqların ailə tərəfindən müdafiəsi onların cəmiyyət tərəfindən müdafiəsi ilə tamamlanmışdır. Çünki ailələr cəmiyyətin kollektivçilik prinsiplərinin dayağıdır. Ailələr cəmiyyətin kollektivçilik strukturunun əsasını təşkil edir.  Ailə, cəmiyyət və dövlət ümumi halda uşaqlara qayğı obyekti kimi baxmışlar. Ona görə ki, uşaqlar həm ailənin (burada valideyni olan, yaxın qohum olan böyüklərin), həm cəmiyyətin, həm də dövlətin dayağına, ardıcıllıq mənbəyinə, insanlığın ardıcıl, davamlı, axarlı mövcudluğuna şərt verən elementlər rolunu oynayırlar.

Ailə hüquqlarını valideynlərlə yanaşı, onlarla birgə yaşayan uşaqaların hüquqları  da təşkil edir.  Uşaqlar birgə yaşayış formasına daxil olduqda geniş tərkibli ailə meydana gəlir. Uşaqların mövcudluğu ailəyə birgə paylaşılan  hüququ (ailə hüququnu) qazandırır. Uşaqların mövcudluğu ailəyə fərdi hüquqlarla bərabər, kollektivçiliyi, ailə hüququnu bəxş edir. Burada uşaqların uşaq kimi fərdi hüquqları da təmin olunur. Məsələn, uşaqların ailə himayələrində yaşamaq hüquqları, valideyn himayələrində yaşamaq hüquqları, həmçinin onların ailədə və cəmiyyətdə azadlıqları, toxunulmazlıqları, sərbəstlikləri tanınır. Bununla bərabər, uşaqların beynəlxalq hüquqları da dövlətlər tərəfindən tanınır. Uşaqlar öz hüquqlarının təminat vasitəsi kimi ailələrini və digər  himayəçilik institutlarını görürlər.

Uşaqlar ailə hüquqlarını yaradır və genişləndirir. Uşaqlara görə ailələrə təzminat, müavinət, təqaüd  ödənilə bilir. Dövlət tərəfindən ailə hüquqları prioritet təşkil etməyə başlayır. Uşaqlara görə ailəyə verilən güzəştlər və valideyn hüquqlarının fərdi hüquqlar kimi genişləndirilməsi (yəni, fərd valideyn olduqda onun hüquqları genişlənir. Dövlət ailədə valideynlər üçün əlavə hüquqları tanıya bilir) prosesləri baş verir. Uşaqların ailədə kollektiv və fərdi məzmunlu hüquqları mövcud olur. Bu hüquqlar yaşayış tərzinə əsaslanır.

Uşaqların ailə hüquqlarına aid olur:

-valideynləri və digər qohumları (baba, nənə, əmi, dayı, xala, bibi və digər qohumlar-ailə tərkibini və yaxın ailələri təşkil edən şəxslər) ilə birgə, bir ünvanda, məhəllədə, eyni küçədə, eyni  qəsəbə və kəndlərdə, şəhərlərdə  yaşamaq hüquqları;

-uşaqların  ailədə ünsiyyət və əlaqə, münasibət hüquqları;

-uşaqların ailədə gündəlik tələbatlarının ödənilməsi;

-uşaqların ehtiyaclarını, istəklərini təmin etmək vəzifələri (valideynlərə aiddir. Müvafiq hüquqlar təmin edilməlidir. Valideynin məsuliyyəti var);

-uşaqların valideynlərinin qayğı ilə əhatələnmək hüquqları (burada valideyn vəzifəsi ilə uşaqların hüquqları birləşir);

-uşaqların ailə və dövlətin ailəyə olan qayğısından irəli gələrək, mənzildə müəyyən kvadrat sahə üzrə yaşayış standartları;

-uşaqların tərbiyə olunmaq və valideynləri, yaxın qohumları haqqında məlumat almaq hüquqları;

-dövlətin ailəyə ayırdığı vəsaitlərdən, yardımlardan, güzəştlərdən uşaqların istifadə hüquqları;

-uşaqların bilik qazanmaları  və yaradıcılıqla məşğul olmaqları üçün yaşayış evlərində və mənzillərində müvafiq şəraitlə təmin olunmaq hüquqları (burada da valideynlərin vəzifələri ilə uşaqların hüquqları birləşir. Vəzifələr uşaqların təminatına əsaslanır, uşaqların təminatına yönləndirilir);

-uşaqların geyim, ərzaq və müvafiq ləvazimatlarla təmin olunmaq hüquqları (bu hüquqlar da valideyn vəzifələri ilə birləşir);

-uşaqların ailədə şərəf və ləyaqət, namus və vicdan  hüquqları (bu hüquqlar həm də ailənin müvafiq hüquqları ilə birgə təmin olunur, qorunur);

-uşaqların ailədə böyüklər tərəfindən sıxışdırılmalarından,  valideyn zorakılıqlarından, işgəncələrindən müdafiə hüquqları (bu hüquqlara dövlət və cəmiyyət nəzarət edir. Uşağa fizioloji və qeyri-fizioloji, bioloji və qeyri-bioloji mənsubluq, yəni evladlığa və himayəçiliyə götürülən uşaqlar üzərində məxsusluq, mənsubluq heç də valideynlərin onlara qarşı zorakılıq, qəddarlıq  və qeyri-insani hərəkətlər etməsinə rəvac verə bilməz. Çünki uşaq bəşəri dəyərdir. Onun hüquq bəşəriyyət tərəfindən birgə qorunur);

-uşaqların ailədə və ailədən kənarda (əyləncə məkanlarında) əylənmək, şənlənmək, oyunlar təşkil etmək hüquqları (cəmiyyət, dövlət və ailənin vəzifəsi uşaqların bu kimi hüquqlarını təmin etməkdən ibarətdir);

-uşaqların ailənin digər üzvləri ilə birlikdə istirahət, gəzmək və sosial- mədəniyyət hüquqları;

-uşaqların öz ailələri ilə birlikdə  sağlam ətraf mühitdə yaşamaq, ekoloji təmiz, saf və təbii qidalardan təmin olunmaq hüquqları (ailə, dövlət və cəmiyyət bu kimi hüquqları tanıyır və müvafiq şəraitlər yaradır);

-uşaqların valideynləri tərəfindən maliyyə təminatı hüquqları;

-uşaqların ailədə  sərbəst hərəkət etmək,  digər uşaqlarla ünsiyyət qurmaq hüquqları;

-uşaqların ailədə məlumat almaq hüquqları-valideynlər yalnız müəyyən sirlərdən başqa, digər məlumatları uşaqlardan gizlədə bilməzlər;

-uşaqların dünya haqqında, ölkə və xalq haqqında məlumatlar almaq hüquqları;

-uşaqların əmlak hüquqları;

-uşaqların ailənin əqli mülkiyyətinə vərəsəlik qaydasında sahiblik hüquqları;

-uşaqların ailə-sağlamlıq kartlarından istifadə hüquqları;

-uşaqların ailə şənliklərində iştirak hüquqları  və s.

Uşaqlar ailənin vəsaitlərindən maksimum yararlanmaq imkanlarına malik olurlar. Valideyn sevgisini və məhəbbətini qazanırlar. Uşaqlar vahid ailə xarakterini formalaşdırırlar. Uşaqların hüquqları onların tərbiyəsi ilə sərhədlənə bilir. Hər bir uşaq öz yaşına görə hüquqa malik olur. Böyüklərin bütün ailə hüquqları uşaqlara fiziki olaraq şamil oluna bilməz.

 

Elşən Nəsibov

Siyasətşünas alim

 

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Sentyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30