Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi Previous Article
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsaslarıNext Article
Breaking News

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Uşaq hüquqlarının fəlsəfi əsasları

Line Spacing+- AFont Size+- Print This Article
Uşaq hüquqlarının fəlsəfi əsasları

Hüquq fəlsəfəsi seriyasından. Yeddinci yazı.
Uşaq hüquqlarının fəlsəfəsi

Uşaq hüquqlarının fəlsəfi əsasları

Haqq universal anlayış, ifadə olmaqla, subyektlərdə “səpələnir”. Subyektlər haqqın (hüquqların) daşıyıcılarına çevrilirlər. Hüquq normalarla, ölçülərlə, tərkib elementləri ilə universal və məxsusi (törəmə) sistemlərdə əks olunur. Gerçəkləşir, aydınlaşır. Hüququn aydınlaşmasında təfəkkür, qavrama və nəticələrə gəlmək, bu baxımdan da ayırd etmək, təsnif etmək prosesləri önəm kəsb edir. İnsan bu baxımdan özünü hüquqlu (haqqa malik olan) tərəf kimi dərk edir. Deməli, insan özünü hüquq daşıyıcı element kimi hüquq müstəvisində dərk edir. Həmçinin hüquq müstəvisini yaradan elementlər, tərkiblər rolunu oynayır. İnsanların yaş amilləri, cinsi amillər, əmək və əqli qabiliyyət amilləri, ixtisas və peşə amilləri, ölkə, yaşayış yeri amilləri onların universal və məxsusi hüquqlarını yaradır. Sadalanan amillər insanların obyektə münasibətdə hüquq və vəzifələrini meydana gətirir. Buradan da səlahiyyərlərin, vəzifə və öhdəliklərin dairəsi formalaşmış olur.
Uşaqlar insan başlanğıcı olduğundan orijinal insan fəlsəfəsinin daşıyıcılarıdır. Bütün diqqətləri özlərinə cəlb edirlər. İnsanların təbii haqlarının başlanmasını özündə daşıyanlardır. Buna görə də insan hüquqlarının fəlsəfəsi (müsbət məzmunlu, dərin məzmunlu) öz başlanğıcını məhz uşaq hüquqlarından götürür.
Uşaq hüquqlarının fəlsəfəsi qnoseoloji (burada varlığın ilahi, dini əsasları), ontoloji (varlıq fəlsəfi anlayışı, kriteriyası), aksioloji (varlığın dəyər fəlsəfi kriteriyası), epistemoloji (varlığın sistemləşmiş biliklərdən ibarət olması, qeyri-müəyyən hüququn müəyyən hüquqa çevrilməsi və normalarda, qaydalarda öz əksini tapması və bununla da bilik kimi sistemləşməsi, öyrənmə predmetinə çevrilməsi) anlayışları ilə əlaqəlidir. İnsan öz hüququnu bilik kimi dərk edir, bilikləri sistemləşdiriri və formulalara, tətbiq olunan modellərə çevirir.
Uşaq düşüncələrdə, təfəkkürlərdə bir obyekt kimi qnoseoloji ( bir varlıq kimi “Allahdan gələn pay, məxluq” düşüncəsinin obyektidir. Burada epistemoloji əsaslar da önəmlidir. İnsan dərk edir və bununla dərk etdiyi obyekt biliklərini formalaşdırır. Düşüncələrində, hafizələrində məlumat, bilik, qayda, norma şəkilində qalır) əsaslıdır. Onun ontoloji əsasları (fiziki əsasları) həm də İlahi Varlığın payı kimi nəzərdən keçirilir və mütləqləşdirilir. Ata və ana uşağın vasitəçi kimi dünyaya gətirənlərdir. Uşaq burada valideynlik fəlsəfəsinə haqlar verir.
Uşaq hüquqlarının fəlsəfi məzmunu uşaqların ontoloji (varlıq) əsasları ilə bağlıdır. Düşüncələr də bu varlıq üzərində formalaşdırılır. Mövcudluğun mahiyyəti ruhi anlamda dərk edilir. Uşaq bir tərəfdən insan varlığının, digər tərəfdən məxsusi kriteriya üzrə varlığın daşıyıcı elementidir. Uşaq- varlıq varsa, onun hüquqları da var, həm də uşaq kimi var-prinsiplərini özündə daşıyan elementdir. Uşaq hüquqlarının fəlsəfəsi ilk növbədə həyatda, ailədə, cəmiyyətdə, dövlətdə və dünyada, ümumiyyətlə, bəşəri məkanda uşağın dəyər subyekti və elementi kimi xüsusi önəm kəsb etməsindədir. Uşaq qorunan, sevilən, etik, estetik, bu baxımdan da inci məxluq olduğundan ona məxsus olan təbii hüquqlar fəlsəfi məzmunludur. Yəni, hüquqlar şaxəlidir, bu baxımdan elmi əsaslıdır, şərtləndiricidir. Uşaq hüquqları müəyyənedici əsaslarla analitikdir.
Uşaq hüquqları həm də aksioloji (dəyər kimi) əsasldıır. Fəlsəfi məzmun uşağın dəyər elementi kimi fizioloji varlığına söykənir. Uşaq dəyərli element kimi bağlayıcı rolu oynayır, müxtəlif təbəqələr arasında bağlılıq yaradır, dəyərlər şəbəkəsini formalaşdırır. Uşaq gələcəyin qabiliyyətli, faydalı ünsürü olaraq qorunur. Uşağın yaş artımına uyğun hüquqları artdıqca, hüquqların fəlsəfi mənası da genişlənmiş olur. Uşaq hüquqları normalar ilə uşağın özünü dəyər kimi ifadə etdiyindən nəzəri dəyərlərə malik olur. Hüquqlar uşağın xeyrinə olaraq, təbii əsaslarla ifadə olunur.
Uşaq hüquqlarının fəlsəfəsi onun şaquli və üfiqi trayektoriya ilə şaxələnməsindən yaranan dərin məzmun kəsb edir. Bu müstəvi düşüncələrdə də müvafiq cəhətlər üzrə cızmaları yaradır. Hüquqların müstəvisi böyüdükcə, müəyyənlik artdıqca fəlsəfəsi də böyümüş olur. Fəslsəfi məzmun elmi əsaslarla məqamlara, anlara tərkiblərə ayırd edilmiş hüquq müstəvisinin pozitiv bütövlüyünü də şərtləndirir.
Uşaq hüquqlarının fəlsəfi mahiyyəti bu hüquqların (haqqın norma və qaydalarda əksini tapmış əsasların) daha çox qorunmaq zərurəti kəsb etməsindədir. Qorunma çox olduğundan dəyər də münasib şəkildə artmış hesab olunur.
Uşaq hüquqlarının fəlsəfi əsasları həm də ondan ibarət olur ki, bu hüquqlar fəlsəfi məna kəsb edən ümumi insan hüquqlarının tərlkibi kimi xassələndirilir. İnsan özü dəyərli ünsürdür. Dəyərlilik səviyyəsi onun qabiliyyət artımı səviyyəsi ilə ölçülür. Buna görə də uşaq hüquqları yüksək əqli və fiziki qabiliyyətə çatmış və cəmiyyətə, bəşəriyyətə dəyər verən insanların yetişən hüquqları ilə bağlı olur. Uşaqların bağlayıcı ünsür olması, onların gələcəyə yönəlik bağlayıcı elementlər rolunu oynaması məhz onların hüquqlarının fəlsəfi əsaslarını şərtləndirmiş olur. Uşaqlar mövcud və gələcək nəsillər arasında bağlayıcı tellərdir. Onların hüquqları zəncirvari və toxunulmuş əsaslarla müstəvi xarakterini alır. Bu baxımdan da böyüyən, artan, genişlənən məzmunlu insan hüquqlarını əks etdirir. Böyümə və genişlənmə bir fəlsəfə olduğundan, uşaq hüquqları sistemi də dərin məzmunlu fəlsəfi əhəmiyyət kəsb edir. Uşaq hüquqları məkan və şərait, həmçinin zaman amilləri kontekstindən zənginləşir, aydınlaşır.
Uşaqlar əxlaq ünsürləridir. Böyüklər üçün əxlaq, tərbiyə, etik davranış istinadlarıdır. Bu baxımdan da uşaq hüquqları böyüklərin hüquq və vəzifələri ilə birləşib harmonik, etik-estetik məzmun yaradır. Bu səbəbdən də dərin mənanı özündə ifadə edir. Əxlaqla hüquq birləşib dəyərləri yaradır.
Uşaq hüquqları bağlayıcı, birləşdirici, vəhdətləşdirici mənalar daşıyır. Məsələn, uşaq hüquqları ailə hüququnun formalaşmasında bağlayıcı elementdir. Eləcə də uşaq hüquqları yaş amilinə görə trayektorik bağlayıcılığı təmin edir. Məsələn, uşaq hüquqları insanların gələcək hüquq anlayışını şərtləndirir. Uşaqların irsi amilləri, onların yaş və irsi bağlayıcılıq funksiyaları insan hüquqlarını zamandan-zamana bağlayır. Uşaqlar böyüdükcə onların gələcək hüquq müstəvisinə daxil olmaq prosesləri yaşanır. Bu baxımdan da uşaq hüquqları mövcud və gələcək hüquqların zaman bağlayıcılığını meydana gətirir. Uşaq hüquqları insan hüquqlarının davamlılığını təmin edir. Uşaq hüquqları insan hüquqları müstəvisində bağlayıcı, vəhdətləşçdirici amildir və bu yöndə konstruksiya formasını əks etdirir. Onların hüquqları uşağa sahib olan valideyn hüquqlarını birləşdirir, ailə hüquqlarının yaranmasında iştirak edir, cəmiyyətin hüquqlarını, dövlətin hüquqlarını vəhdətləşdirir. Uşaq hüquqları törəmə hüquqlar, həm də baza hüquqlar olmaqla yanaşı, eləcə də törədicilik və baza yaradan hüquqlardır. Məsələn, uşaq hüquqları valideyn hüquqlarından törəyir. İnsan hüquqlarının tərkibini təşkil edir. Həmçinin uşaq hüquqları hamilə ana hüquqlarından tutmuş, valideyn hüquqlarına qədər törədici, şərtləndirici funksiya kəsb edir. Uşaq hüquqlarının mövcudluğu dövlətin, ailənin, valideynlərin, cəmiyyətin himayəçilik hüquqlarını şərtləndirir. Uşaqların təhsil, tərbiyə olunmaq və yaradıcılıq, istirahət hüquqları, tibbi sığorta, sosial təminat, mükafat almaq, yardım almaq hüquqları da elə uşaqların mövcudluğundan törəyir.
Uşaq hüquqlarının fəlsəfəsi uşaqların özlərinin cəmiyyətin avanqard, hərəkətəgətirici qüvvələri rolunu oynamasındadır. Uşaqlar cəmiyyəti, dövləti, ailəni, qabiliyyəti olan bəşəriyyəti daima aktiv edir. Böyükləri onların sosial qayğısını ödəməyə sövq edir. Uşaqlar böyüklərin əməyini stimullaşdırır. Bu baxımdan da dünyanı hərəkət vəziyyətində saxlayırlar. Uşaqların sosial təminat hüquqları onların pozitiv, şərtləndirici dəyər elementi oynamalarına rəvac verir. Bu baxımdan da uşaq hüquqları fəlsəfi məzmuna malik olur.

Uşaq hüquqları nə üçün fəlsəfidir?-bu şəkildə ümumiləşdirmə aparmaq olar:

-hüquqların daşıyıcısı olan uşaq daha çox pozitivdir, müsbət elementdir. Uşaqların hüquqları qanunvericiliklə daha da ciddi şəkildə dəyərləndirilir. Uşaq hüquqları haqqında beynəlxalq hüquqi sənədlər və milli qanunvericilik aktları mövcuddur. Belə sənədlərdə uşaqların qayğı ilə əhatə olunmaq, sosial element kimi diqqət mərkəzində saxlanılmaq, təhsil almaq, yaradıcılıqla məşğul olmaq, dövlət qayğısı ilə əhatə olunmaq, toxunulmazlıq kimi hüquqları mövcuddur;
-uşaq hüquqları konseptualdır və bu mənada da dərin və əhatəli mahiyyəti əks etdirir. Uşaq hüquqları məxsusi amillərlə ifadə olunur, sintezləşir. Hüquq normalarının müstəvisi əmələ gəlir;
-uşaq incidir, bu baxımdan da estetik obyektdir. Hüquq normaları uşağın qorunmasına əsaslanır. Uşaq öz gözəlliyi ilə ətrafın müdafiəsini qazanır;
-uşaq böyüdükcə insan hüquqlarının sferasını da böyüdür. Getdikcə fəlsəfi məna dərinləşir. Hüquqların kəmiyyəti artır;
-uşaq hüquqları irsin qorunması üçün ehtiyat hüquqlardır. Bu baxımdan da fəlsəfidir. İrsin özü dərin mənalıdır;
-uşaq hüquqları böyüklər tərəfindən daha çox istəniləndir, formalaşdırılandır. Uşaq hüquqlarının əhatəli şəkildə normalarda təsbit olunması daima böyüklərin diqqət mərkəzindədir. Böyüklər öz hüquqlarını uşaqlara görə zənginləşdirmək imkanlarına malik olurlar;
-uşaqların timsalında böyüklər öz gələcək davamedici irslərini görürlər. Bu baxımdan da uşaqların hüquqlarını genişlənmiş formada normalarda və qaydalarda əks etdirmək maraq kəsb edir;
-uşaq hüquqları böyüklərin hüquqlarının tərkibidir. Böyüklərin hüquqlarını genişləndirəndir və vəzifələrini artırandır. Dəyərlər şəbəkəsini yaradandır. Bu baxımdan da fəlsəfidir;
-uşaq hüquqları müxtəlif kriteriyalarla təhlil olunur. Buna görə də fəlsəfidir;
-uşaq hüquqları nəzəri konseptuallıq baxımından kompleks şəkildə bir fəlsəfi əsərdir. Hüquq müstəvisinin tərkibi normalardan, qaydalardan ibarətdir. Bu norma və qaydalar müəyyənedici funksiya daşıyırlar.

Valideyn vəzifəsi və hüququ-uşaq hüququnun təminat vasitəsi kimi

Uşaq hüquqları insan hüquqlarının tərkibi olmaqla ata və ana hüquqlarının (onları əvəz edən şəxslərin hüquqlarının) tərkibinə çevrilir. Uşaq hüquqları bölgü ünsürü kimi insanların fizioloji yaş hüquqlarının tərkibidir. Tərkib element kimi isə insan hüquqlarının tərkibini təşkil edir. İnsan hüquqlarına aid olan azadlıqlar, təbii hüquqlar hissəsi uşaqlara da aid olunur. İnsan hüququ məfhumu geniş anlamda uşaqların da hüquqlarını əhatə edir. İnsanların sosial, mədəni, mülkü, iqtisadi hüquqları, təhsil və peşə, ixtisas seçimi, əmək hüquqları ( əmək hüquqları məhdud formada olur) eləcə də dövlətçilik hüquqları (uşaqlar da dövlətin tərkib elementləridir) uşaq hüquqlarına aid olur. Uşaqlar da böyüklər kimi dövlətdə, cəmiyyətdə, ailədə yaşayırlar. Bu baxımdan da vətəndaşlıq hüquqları əldə etmiş olurlar. Uşaqların beynəlxalq hüquqları da vardır. Onlar da böyüklər kimi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aid olan hüquqlardan istifadə edirlər.
Uşaqlar nəsil əvəzedici olduqlarından insan hüquqlarının daşıyıcı ünsürü kimi də çıxış edirlər. Uşaqlar özləri ilə insan hüquqlarının trayektoriyasını cızırlar.
Uşaq hüququ valideyn hüququnu yaratmaqla, onun təbii tərkibinə çevrilir. Valideynlərə haqlar verirlər, törəmə funksiyasını daşıyırlar. Uşaq hüquqları həm də ailə hüququnun tərkibini təşkil edir. Uşaqlar üzərində valideyn hüquqlarını vəziyyətinə görə aktiv və passiv hesab etmək olar. Əgər qadının hamiləliyi dövründə valideynin hüquqları passiv olursa, uşaq dünyaya gəldikdən sonra bu hüquqlar aktivləşir. Geniş açılmağa başlayır. Uşaqlar böyüdükcə aktivləşmə də böyüyür.
Uşaqla valideyn arasında əyani təmas (ünsiyyət) uşağın dünyaya gəlməsi ilə başlayır. Bu andan etibarən atalıq və analıq hüquqları demək olar ki, aktivləşir. Ata və ana hüquqları uşağın hüquqları ilə birləşir və genişlənir. Ata və ana rəsmi olaraq valideyn hüquqları əldə etmiş olurlar. Uşağın hələlik dil açmayan, südəmər (qundaq) vaxtında valideynlərin əsas vəzifələri uşaqla ilkin ünsiyyətin aparılmasından ibarət olur. Başlıca məqsəd uşağın dil açması zamanı səlist danışmaq qabiliyyətini formalaşdırmaq, fikrini nitqlə aydın ifadə etmək bacarığını formalaşdırmaqdan ibarətdir.Uşaq dünyaya gələn kimi öz valideyni ilə kontakt hüququ, təmas hüququ meydana gəlir. Uşağın anaya sıx bağlılığının bioloji əsasları məhz hər ikisində hüquqları meydana gətirir. Ananın aktiv vəzifəsi ana üçün əlavə hüquqları meydana gətirir.
Valideyn hüquqları uşaq böyüdükcə daha da genişlənir. Bununla yanaşı, məhdudlaşır. Məsələn, uşaqlar ancaq müəyyən yaş dövrlərinə qədər uşaq bağçalarından istifadə edə bilirlər. Yaş bitdikdə valideynin də bu sahədə hüquqları bitir. Valideynin uşaqlarını orta məktəblərə göndərmək hüquqları və vəzifəsi formalaşır. Hər bir valideyndə uşağının sivil vasitələrlə uyğunlaşdırılması üçün müəyyən hərəkətlər etmək borcu mövcud olur. Məsələn, valideyn uşaqların fiziki və psixoloji inkişaf mərkəzlərinə göndərmək üçün borclu olur. Uşaqlarını yaradıcılıq birliklərinə, dərnəklərə göndərmək vəzifəsini daşıyır. Uşaqları ətrafla assosiativ böyütmək valideynin vəzifəsinə aid olur. Çünki uşaqların gələcək müstəqil həyatı həm ailə, həm dövlət, həm xalq, həm də beynəlxalq aləm üçün vacibliyi, zəruriliyi təşkil edir. Valideyn dərk etməli olur ki, onun uşağı ailə, cəmiyyət və dövlət, xalq və ümumi bəşəriyyət üçün dəyərli olmalıdır. Uşaqların sağlam yetişkənliyində valideynlərin də vəzifə və məsuliyyətləri mövcud olur. Bu baxımdan da valideynlər məsuliyyət dərk etməyi özlərinə borc kimi görürlər. Valideynlər dövlətin və cəmiyyətin yaratdığı şəraitdən istifadə edərək uşaqların fiziki və psixoloji idarəçiliyini həyata keçirirlər. Uşaqların məntiqi idraklarını formalaşdırırlar, uşaqları ətrafa üzv edirlər, onları sosiallaşdırırlar. İnsan həyatının üzvi elementinə çevirirlər. Bununla da bütövlük, tamlıq yaradırlar.
Uşaqlar üzərində sahiblik birbaşa və dolayı əsaslarla mövcud olur. Belə ki, uşaqların valideynləri onlara birbaşa fizioloji sahiblik hüququna malikdirlər. Yaxın qohumlar (böyüklər), cəmiyyət, dövlət, xalq və dünya ictimaiyyəti isə dolayı sahiblik hüququnu əldə etmiş olurlar. Dövlətlər istər milli (mərkəzləşmiş və yerli formada, bölgələrdə), istərsə də beynəlxalq səviyyədə uşaqlara sahiblik (təminat və hüquqlarının qorunması baxımından) məqsədilə hüquq normaları qəbul edirlər. Bununla da milli və beynəlxalq sahiblik hüquqları qazanmış olurlar. Bu normalarla uşaqlar üzərində həm özlərinin, həm də valideynlərinin, eləcə də qəyyumlarının (himayəçilərinin) hüquqlarını, eyni zamanda cəmiyyətin hüquqlarını qəbul edirlər.
Valideynin vəzifəsi və borcu dünyaya gətirdikləri evladlarını həm ailə üçün, həm cəmiyyət, həm xalq, həm də dövlət üçün layiqli şəxsiyyət yetişdirməkdən ibarət olur. Buna görə də uşaqların yetişmə və böyümə mərhələlərində öz iradələrini uşaqların iradələri ilə sintez etməyə çalışırlar. Bu birləşmə sayəsində xarakter də eyniləşir, sosial uyğunluq yaranır. Bununla da uşağın ailəyə sosial məxsusluğu formalaşır. Uşaq genetik baxımdan öz ailəsinə bağlı olur, eləcə də sosial xarakterinə görə öz valideynlərinin və digər yaxın qohumlarının tərkibini təşkil edir. Ailə tərbiyəsi, ailə davranışı, ailə vəziyyəti və sosial statusu uşağın bioloji, maddi, mənəvi məxsusluğunu, mənsubluğunu meydana gətirir. Bununla yanaşı, uşaqlar ictimai mühitdə də məxsusluq yaradırlar. Uşaqlar doğulduqları cəmiyyətlərdə və dövlətlərdə məxsusi xarakter əldə edirlər. Bununla da hər bir uşağın mədəni, milli kimliyi meydana gəlmiş olur. Hər bir ailədə, cəmiyyətdə uşaq fərdi və ümumi xarakterə yiyələnmiş olur. Bütün fərqlərə baxmayaraq, uşaqlar vahid məzmunlu (tərkibi rəngarəng olan birlik məzmunlu) insan hüquqlarına sahib olurlar.
Valideynin hüquqları dövlətin müəyyən etmiş olduğu uşaq, ailə və valideyn hüquqlarından layiqli istifadə etməklə ailəni və uşağı lazımi resurslarla təmin etməkdən ibarət olur. Valideynin uşaqlar üzərində olan hüquqları uşağın yetişmə, böyümə prosesinə müvafiq olaraq genişlənir. İlkin yaşlarda valideynin əsas vəzifəsi uşağı əlverişli yaşayış şəraiti ilə təmin etməkdən, uşağa hərtərəfli qulluq etməkdən və uşağı bəstələməkdən ibarət olur. Valideyinin əsas borcu, həm də insani borcu uşağa qarşı insani rəftar etməkdən ibarət olur. Uşağa münasibətdə öz xarakterini yumşaldır. Uşağa qarşı məişət zorakılığı və kobud rəftar, qeyri-insani hərəkətlər valideyndə məsuliyyət (cinayət və inzibati məsuliyyət, bu baxımdan da sosial və bəşəri məsuliyyət) yaradır.
Valideyn hüquqlarına dövlət dəstək verir. Ona görə ki, öz tərkibini təmin edir, qoruyur. Ailə hüquqları çərçivəsində dövlət valideynlərə uşaqlara görə müavinət, təzminat, təqaüd ayırır. Bu, valideynə kömək məqsədindən ibarətdir. Valideyn müəyyən olunmuş, normalarla təsbit olunmuş hüquq normalarından istifadə hüquqları əldə etmiş olur. Valideyn uşaqların hüquqi təminatı üçün dövlət və bələdiyyə qurumlarına müraciət hüququ əldə etmiş olur. Təminat məqsədilə dövlət qurumlarına müraciət edir, şikayət verir. Eyni zamanda məhkəmələrdə uşağın sahibi, nümayəndəsi kimi iştirak edir. Valideynin qərarlardan (uşaqla bağlı) etiraz hüququ olur. Uşaq yetkinlik yaşına çatana qədər onun hüquqlarının təmin olunmasında vasitəçi kimi valideynləri və valideynlərini əvəz edən himayəçilər, qəyyumlar (bunlar dövlət tərəfi və ictimai təşkilatlar da ola bilər) çıxış edirlər. Valideyn hüququ uşağın hüququnu təmin etmək üçün formalaşır. Uşaq kriteriyası böyüklərin hüquqlarını baza olaraq iki qismə bölür: birincisi, valideynin özünün fərdi olaraq mövcud olan insan hüquqları; ikincisi, valideynin məxsusi olaraq mövcud olan valideynlik hüquqları.
Valideyn uşağa sahib olduqdan sonra ona dair mənsubiyyət hüququ əldə edir. Mənsubiyyət hüququ şaxələndirici olur və özündə maddi-mənəvi bağlılıq yaradır. Maddi-mənəvi hüquqlar fizioloji sahiblik hüququndan törəyir. . Valideyn uşağa dair sahiblik hüququndan istifadə edərək uşaq üzərində yetkinlik yaşına çatanadək (uşaqlıq dövrünü adlayanadək) sərəncam vermək, onu mülki işlərdə təmsil etmək (uşağa aid olan hüquqların valideyn tərəfindən yerinə yetirilməsi, uşağın adından çıxış etmək və s.), uşaq üçün yaşayış yerini müəyyən etmək, uşaqla birgə yaşamaq, uşağı müşahidə etmək, nəzarət etmək, tərbiyəsi ilə məşğul olmaq hüquqları əldə etmiş olur. Bu hüquqlar içərisində valideyn vəzifələri və öhdəlikləri yaranmış olur.

Uşaq hüquqlarının təminatı istiqamətində valideynlərin hüquqlarını, vəzifələrini və məqsədlərini bu şəkildə ümumiləşdirmək olar:

Hüquqlar

-məzuniyyət (ödənişli və ödənişsiz) hüququ;
-əmək münasibətlərində güzəştlərdən istifadə hüququ (yeni doğulmuş uşağa qulluq üçün şəraitlər yaradılır. Məsələn, anaya uşağı əmizdirmək, uşağı bəstələmək üçün iş yerindən gün ərzində fasilələr verilir);
-dövlətdən maddi (maliyyə, ərzaq, geyim yardımları) yardımlar, təzminatlar, müavinətlər, təqaüdlər (sağlam uşaqlara verilən aylıq ödənişlər, eləcə də əlilliyi müəyyən olunan uşaqlar üçün təyin olunan pensiyalar) almaq hüququ;
-dövlətdən və qeyri-dövlət qurumlarından ianələr, maddi yardımlar almaq hüququ;
-dövlətdən və qeyri-dövlət qurumlarından mükafatlar almaq hüququ;
-dövlətin müəyyən etdiyi pulsuz icbari orta təhsildən (tam və natamam) istifadə hüququ (valideyn bu hüquqdan istifadə edərək öz uşağını təhsil müəssisəsinə göndərir);
-dövlətdən mənzil, ev və torpaq sahələri almaq hüququ (dövlət çoxuşaqlı ailələrə, əkiz doğulan, eləcə də üçəm doğulan uşaqlara görə valideynlərinə mənzillər verə bilər);
-uşaq əyləncə mərkəzlərindən güzəştli və güzəştsiz əsaslarla istifadə hüququ;
-dövlət, bələdiyyə, özəl məktəbəqədər tərbiyə müəssisələrində, uşaq bağçalarında və dövlət ümumi və ixtisaslaşmış, profilli məktəblərdə oxutdurmaq hüququ;
-internat məktəblərinə vermək hüququ;
-peşə məktəblərində oxutdurmaq hüququ;
-pansionatlarda, uşaq düşərgələrində, yay və qış istirahət mərkəzlərində istirahət üçün göndərmək hüququ;
-uşaqlar üçün nəzərdə tutlan milli və beynəlxalq səviyyəli idman və bilik yarışmalarında (turnirlərdə, viktorinalarda, olimpiadalarda və digər yarışlarda) uşaqların iştirakını təmin etmək hüququ;
-istedadlı, bilik və bacarıqlı, fərqləndirici keyfiyyətləri olan uşaqların istedadlarının üzərə çıxarılması üçün dəstək məqsədilə dövlətə və digər qurumlara müraciət etmək hüquqları;
-uşağa dəymiş zərərin əvəzini ödəmək üçün dövlət və digər qurumlardan, fiziki şəxslərdən aidiyyatı qurumlara və məhkəmələrə şikayət vermək hüququ;
-uşağı ödənişli və ödənişsiz təhsilə yönləndirmək hüququq;
-uşaq inkişaf mərkəzlərində, müvafiq mərkəzlərdə uşaqlar üçün psixoloji yardım almaq hüququ;
-uşağı ödənişli və ödənişsiz əsaslarla (dövlət və digər qurumların vəsaiti hesabına) ölkədə və başqa ölkələrdə müalicə etdirmək hüquqları;
– uşaq reabilitasiya və bərpa mərkəzlərinə göndərmək hüququ;
– polis, təhqiqat, istintaq və məhkəmə orqanlarında, eləcə də inzibati qurumlarda uşağın hüquqlarını tələb etmək hüquqları;
-dövlətin digər qurumlarında uşağa aid olan hüquqları təmin etmək üçün müraciət etmək və şikayət vermək hüquqları;
-uşağa, onun davranışına, təhsilinə, bilik və bacarığına, ümumi həyat şəraitinə nəzarət etmək, yaxından və uzaqdan müşahidə etmək, uşağın ətrafı ilə maraqlanmaq hüquqları;
-təbii fəlakətlər, kütləvi epidemiyalar və müharibələr şəraitində uşaqlar üçün sığınacaqlar, tibbi ləvazimatlar, digər yardım vasitələri almaq hüquqları;
-mülki məsələlərdə, əmlak məsələlərində uşağın nümayəndəsi olmaq hüququ;
-uşağı donorluq etmək və digər şəxsləri donorluğa cəlb etmək hüquqları;
-uşaq üzərində sahiblik və sərəncam vermək hüquqları və s.

Valideynin məqsədi

Məqsədlər aşağıdan, ibtidaidən aliyə doğru təsnif olunur. Belə ki, fizioloji bağlılıqdan irəli gələn istəklər üzərində qurulan, meydana gələn (bir insan kimi böyütmək məqsədi) məqsədlər adi və aşağı məqsəddir. Ancaq evladın cəmiyyətdə ləyaqətli və dəyərli yer tutması, bəşəriyyət üçün faydalı elementə çevrilməsi ali məqsədlər içərisindədir. Ali məqsədlərə həmçinin irsi davamedicilik prinsipləri də aid olunur. Valideynin məqsədi evladının sağlam gələcəyi timsalında özünü tapmaqdan, təsdiq etməkdən ibarət olur. Məqsədlər yaxın və uzaq məsafələrdə hədəfləri müəyyən edir. Hədəflər içərisində istəklər və arzuların reallaşdırılması nəzərdə tutulur. Məqsədlərin ümumi mahiyyətində iki baza xəttin təmin edilməsi dayanır:birincisi, gələcək bəşəri humanist bazanın formalaşdırılması, layiqli evladların yetişdirilməsi; ikincisi, elmi-təhsil, maarifçilik bazasının yetişdirilməsi. İkinci baza məqsəd məhz birinciyə xidmət edən vasitəçi, köməkçi məqsəd də hesab oluna bilər. Bu məqsədlərə ideoloji məqsədlər adını vermək olar. İdeoloji məqsədlərə xidmət edən vasitəçi-təminedici məqsədlər isə çoxluq təşkil edir. Vəzifələr məqsədlərin reallaşmasına doğru yönəlir. Uşaq həyatında uşağın öz məqsədləri də mövcud olur. Bu məqsədlərin təmin olunmasında valideynlərin, ailələrin, cəmiyyətin və dövlətin məqsədləri birləşir, uyğunlaşır. Valideynlər, ailələr, cəmiyyət və dövlətlər, həmçinin beynəlxalq təsisatlar məqsədləri müəyyən edən tərəflərdirlər.
Məqsədləri bunlar hesab etmək olar:
-ali dəyərli insan kimi yetişmək;
-ailə birliyinin təmin olunmasına -bütöv ailəyə nail olmaq;
-valideynləri əvəz edə biləcək sağlam (əqli və fiziki baxımdan, psixoloji aspektlərinə görə) nəslin yetişməsi;
-öz gələcək həyatlarını (uşaqların həyatı) sağlam şəkildə qura biləcək şəxsiyyətlər kimi yetişmək;
-müstəqil, azad insanlar kimi sağlam gələcək qurmaq, ayaqda dura bilmək;
-sağlam və təhlükəsiz cəmiyyətdə yaşatmaq və belə cəmiyyətlər qurmaq üçün faydalı şəxsiyyətlər yetişdirmək. Cəmiyyətlərin sağlamlığını ardıcıl olaraq qorumaq;
-dünyaya dəyərli evladlar bəxş etmək;
-gələcək təminat (valideynin özünün gələcək təminatı üçün) məqsədilə sağlam müdafiəçi və təminatçı yetişdirmək;
-valideynin nəslini sağlam şəkildə davam etdirə bilən şəxslər yetişdirmək;
-saf əqidəli və düzgün məntiqli insan formalaşdırmaq;
– sağlam fiziki və psixi durumlu həddi-buluğa çatan evladlar böyütmək və s.

Valideynin vəzifəsi

Vəzifə hüquq və məqsədlərdən irəli gələn addımlar və aktlar toplusudur. Məqsədlər hüquq və vəzifələri yaradır. Vəzifələrin icrası hüququn mexanizmisini meydana gətirir. Hüquqları vəzifələrin yerinə yetirilməsi ilə reallaşır. Valideyn təbii olaraq uşaq üzərində hüquq əldə edir. Çünki uşağın müstəqil həyat yaşamaq, tam anlaqlı olmaq, həyatı müstəqil dərk etmək və təkbaşına yaşamaq qabiliyyəti kifayət qədər yetişmir. Onu da nəzərə almaq almaq lazımdır ki, qloballaşma dövründə qarışıq, çətinləşən inkişaf təzahürləri və tendensiyaları, eləcə də meydana çıxan mürəkkəbliklər uşaqların həyatı tam müstəqil şəkildə dərk etmələrinə imkan verə bilmir. Uşaqlar daha çox valideynlərindən asılı vəziyyətlərdə yaşamaq məcburiyyəti və zərurəti ilə üzləşirlər. Uşaqların sadə həyatı mürəkkəbliklər önündə çətinliklərlə üzləşir. Uşaq təbii olaraq valideyni ilə birlikdə yaşamaq və ailədə, yaxın qohumlar içərisində və kollektivdə tərbiyə olunmaq hüquqlarına malik olur.

Vəzifələri bu şəkildə ümumiləşdirmək olar:

-bir insan kimi tərbiyə vermək borcunu yerinə yetirmək, bu baxımdan da onları hər yaşda analiz etmək, uşaqlar üzərində müşahidələr aparmaq, diqqət mərkəzində saxlamaq;
-uşaqlarla südəmər (körpə) yaşlarından düzgün münasibət və ünsiyyət qurmaq. Onların məntiqini nəzəri və praktiki məşğələlərlə inkişaf etdirmək;
-uşaq təfəkkürünün düzgün, harmonik formalaşdırılması üçün uşaqlar üçün təlimlər müəyyən etmək;
-onların qayğısını çəkmək və bir ailədə yaşamaq;
-uşaqlar üçün mənzil şəraitini yaxşılaşdırmaq, onları ekoloji təmiz və gigiyenik baxımdan təmiz məkanlarda yaşatmaq;
-uşaqları epidemik xəstəliklərdən, infeksiyalaşmış məkanlardan qorumaq;
-uşaqları ictimai nəqliyyatdan və fərdi nəqliyyat qəzalarından qorumaq;
-uşaqlar üçün nəqliyyat vasitələrində sərbəst və azad, həm də təhlükəsiz gedişləri təmin etmək;
-uşaqları bütün yaş dövrlərində bəsləmək, maddi təminatını həyata keçirmək, bu baxımdan sağlam qida və geyimlə təmin etmək;
-uşaqların sosial etikaya uyğunluğunu təmin etmək;
-uşaqları fiziki zədə və xəsarətdən qorumaq;
-uşaqları psixi gərginliklərdən (stress hallarından) uzaqda saxlamaq;
-uşaqlarda sağlam davranışı formalaşdırmaq;
-uşağın özünə, ailəyə, yaxın qohumlarına, xalqına və dövlətinə məhəbbətini yaratmaq;
-uşaqlarda bəşəri ideyaları, insanlığı aşılamaq, təbliğ və təşviq etmək;
-uşaqları nəzarətdə saxlamaq, pis vərdişlərdən, zərəli əməllərdən uzaqda yaşatmaq, kimyəvi zəhərli zonalardan uzaqlaşdırmaq;
-uşaqlar üçün “təhlükəsiz istirahət” strategiyasını müəyyən etmək və həyata keçirmək;
-uşaqlarda aydın təfəkkürün, səlis nitqin formalaşmasını təmin etmək;
-uşaqlara çatacaq maddi təminatın onların ehtiyaclarının ödənilməsinə yönəltmək;
-uşaqların vərəsəlik hüquqlarını təmin etmək, maddi kapital hüquqlarının icrasını həyata keçirmək;
-uşaqların əyləncəli məkanlarda, pansionat və düşərgələrdə, digər istirahət mərkəzlərində iştirakını təmin etmək;
-uşağa qarşı zorakılıqlara yol verməmək;
-uşaqları siyasətdən, siyasi oyunlardan kənarda saxlamaq;
-uşaqları cinayət tərkibli əməllərdən çəkindirmək;
-uşaqları bütün situasiyalarda müdafiə etmək;
-uşaqların həyatı nümayəndəsinə çevrilmək və onların müvəkkili kimi çıxış etmək-cəmiyyətdə və məhkəmələr önündə;
-uşaqlara lazımi təhsil vermək və müvafiq təhsil müəssisələrinə göndərmək;
-uşaqları onlar üçün qadağan olunmuş informasiya mühitindən-yaşlarına uyğun olmayan audio dinləmərlərdən, video görüntülərdən uzaqda saxlamaq;
-uşaq əxlaqına zərər vuran vasitələrdən uzaq saxlamaq;
-uşaqları vaxtlı-vaxtında müalicə etdirmək, həkim müşahidələrinə və nəzarətinə vermək;
-uşaqların münasib zamanla həyatda yaşamaq prinsiplərini qorumaq. Uşaqların sadə və rahat həyat rejimlərini təmin etmək;
-uşaqların həyatdan zövqlü yaşamalarını təmin etmək;
-uşaqlarda müharibə, münaqişə, böhran və digər gərginlik hisslərini oyatmamaq;
-uşaqları ailə münaqişələrindən uzaqda saxlamaq;
-uşaqların milli-mədəni irsi öyrənmələrini təmin etmək;
-uşaqları dini, milli, etnik, mədəni, irqi ayrıseçkilikdən uzaqda saxlamaq;
-uşaqlara daima pozitiv ideyalar təbliğ etmək;
-uşaqlara lazımi öyüd-nəsihətlər vermək, onları düzgün amallara yönləndirmək;
-uşaqları məlumat yüklənmələrindən uzaqda saxlamaq;
-uşaq əməyinin istismarına yol verməmək;
-uşaqların cinsi, fiziki, psixoloji-mənəvi zorakılıqlardan, zərbələrdən kənarda saxlamaq;
-uşaqlara valideyn kimi özlərnin məhəbbətini aşılamaq;
-uşaqlara öz bilikərini, həyat təcrübələrini öyrətmək;
-uşaqlarla kobud rəftara yol verməmək;
-uşaqlara vaxtında və müəyyən olunmuş məbləğdə aliment ödəmək;
-uşaqların minimum yaşayış normalarını ödəmək;
-uşaqlara aliment tələb etmək (ödəməli olana qarş-ataya, anaya qarşı);
-boşanma zamanı uşağın hansı valdeynlə qalacağını təmin etmək vəzifəsi;
-uşağı axtarmaq, onunla görüşmək və birgə yaşamaq vəzifəsi;
-uşaqların təbiəti və tarixi, musiqini, incəsənəti öyrənmələrini təmin etmək və digər bu kimi vəzifələr;
Valideynlər və dövlət təhsil-tədris, təlim-məşq müəssisələri uşağın intellekt əmsalının yüksək səviyyədə formalaşmasını təmin edirlər. Uşaqlarda informasiyanı genişləndirir. Müxtəlif yollarla söz bazasını zənginləşdirir. (Qeyd: intellekt əmsalı (ingiliscə intelligence quotient -IQ “ay-kyü”) insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisidir. Müxtəlif testlər vasitəsilə uşağın düşünmə kəmiyyətini müəyyən edir);
Məktəblə yanaşı, valideynlər də uşaqlarda koqnitivliyi (başa düşməni, dərk etməni öyrənməni, xaricdən informasiya almanı) təbliğ edir və buna şərait yaradırlar. Uşaqlar üçün dərs tapşırıqlarını yerinə yetirmək üçün əlverişli şərait yaradırlar.
Valideynlər vəzifələri yerinə yetirməklə öz borclarını da yerinə yetirmiş olurlar. Borcun yerinə yetirilməməsi insani, mədəni, hüquqi məsuliyyət yaradır. Valideyn dövlətin uşaqlar üçün müəyyən etdiyi hüquqları onlara vaxtında çatdırmaq üçün (uşaqların vaxtında istifadəsi üçün) dövlət orqanlarına və bələdiyyə qurumlarına müraciət etməkdə borcludur. Valideynlər uşaqları həyatdan məhrum edərlərsə cinayət məsuliyyəti daşıyırlar.
Valideynlər uşaqlar qarşısında onların hüquqlarına görə asılı vəziyyətdə olurlar və uşaq hüquqlarına görə məsuliyyət daşıyırlar.

Elşən Nəsibov
Siyasətşünas alim

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinin nəticələrinə görə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Burdur şəhərində yerləşən Məhməd Akif Ərsoy və [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Türkiyənin Məhməd Akif Ərsoy və Isparta Tətbiqi Elmlər Universitetində “Ermənistanın işğalçılıq siyasəti: region və beynəlxalq təhlükəsizlik problemləri” adlı sempozium təşkil edəcək   0

read more
Sokaklardan İktidara: Paşinyan Hükümeti

Sokaklardan İktidara: Paşinyan Hükümeti   0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more

Arxiv

Sentyabr 2019
Be Ça Ç Ca C Şb B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30