Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsaslarıPrevious Article
 Uşaqların əyləncə hüquqlarıNext Article
Breaking News
  • Sokaklardan İktidara: Paşinyan Hükümeti 18 Haz, 2018 Dr. Hatem CABBARLI rmenistan’da geçtiğimiz Mart ve Nisan aylarında yaşananları daha iyi anlayabilmek adına birkaç yıl geriye; başka bir deyişle 2015 senesinde vuku bulan olaylara göz [...]
  • Uşaqların əyləncə hüquqlarıUşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]
  • Uşaq hüquqlarının məkana və zamana görə formalaşmasıHüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı. Uşaq hüquqlarının fəlsəfəsi  Uşaq hüquqlarının məkana və zamana görə formalaşması             Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və [...]

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Line Spacing+- AFont Size+- Print This Article
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Hüquq fəlsəfəsi seriyasından. Doqquzuncu yazı.

Uşaq hüquqlarının fəlsəfəsi

 Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

 

          Uşaq hüquqları lokal, milli, beynəlxalq və qlobal əhəmiyyət kəsb edə bilir. Bu kimi səviyyələrdə qorunmaq və təmin olunmaq zərurətini, vacibliyini özündə daşıya bilir. Uşaq hüquqlarının tərkibi məkana görə genişlənir və məhdudlaşır.

Uşaq hüquqları insan hüquqlarının tərkibi olmaqla vəsaitlərə və  zamana görə (inkişaf xüsusiyyətlərinə görə)  genişlənir və məhdudlaşır. Bu kimi proseslər daxilən və xarici elementlərin təsiri ilə baş verir. Daxili odur ki, proses daxili imkanlar hesabına baş verir. Digər tərəfdən,  zəruri olaraq daxili bir bioloji proses kimi meydana gəlir.   Xarici təsir isə xarici elementlərin istifadə imkanları ilə müəyyən olunur. Xarici mühit uşaq hüquqlarının daxilən genişlənməsinə və məhdudlaşmasına səbəb olur.

Məhdudlaşma yeni fazaya keçmə ilə baş verir. Bu fazada böyümə amili də rol oynayır. Böyümə xəttində hüquq elementlərinin artıb-azalması baş verir. Keçicilik və əvəzləmə baş verir.   Uşaqlarda zamana görə gələcək hüquqlar da formalaşa bilir. Zamana görə hüquqların formalaşmasına iki aspektdən yanaşmaq olar: birincisi, uşaqların yaşına görə hüquqlarının artması, yaşın imkan verdiyi məkanlarda-tərbiyə müəssisələrində, bu baxımdan  bağça və məktəblərdə iştirakı; ikincisi, dövlətin, ailənin, cəmiyyətin resurs artımı imkanlarına görə hüquqların zamanla genişləndirilməsi, çoxaldılması, istiqamətlərinin artırılması, sahələrinin çoxaldılması. Məsələn, dövlət öz büdcə artımına görə uşaqların sağlam həyatı və geniş dünya görüşləri və gələcəkdə cəmiyyətin sağlam avanqard qüvvəsinə çevrilməsi  üçün əlavə tədbirlər həyata keçirə bilər. Sosial qayğını və təmiantı genişləndirə bilər. Uşaqların dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil almalarını təmin edə bilər.  Müalicə və turizm imkanlarını artıra bilər.   Dövlət həmçinin gələcək hüquqların nəzəri əsasları ilə bağlı gələcək hüquq konsepsiyalarını, strategiya və fəaliyyət planlarını, proqram və digər konseptual sənədləri qəbul edə bilər və hüquqların genişləndirilməsi sahələrini bu sənədlərdə əks etdirə bilər.  Dövlət uşaq yaşlarının mərhələlərinə uyğun tənzimləmə məqsədilə qanunvericilik aktları (mərkəzi və yerli qüvvəyə malik) qəbul edə bilər. Eyni zamanda uşaqların sosial vəziyyətləri ilə bağlı aktlar (çərçivə, sahəvi xarakterli) qəbul edə bilər. Nəzərə almaq lazımdır ki, dövlət də norma və hədlərlə uşaqların təminatını həyata keçirir. Zamanla vəsaitin artmasına baxmayaraq dövlət “Ehtiyatlı strategiya”, “Yaşa uyğun strategiya” qəbul etməkdə borcludur. Ona görə ki, uşaqların sadə həyatı əlavə resurslara görə mürəkkəbləşə bilməz. Çaşqınlıq yarana bilməz.

Uşaq hüquqları insanların qayğı hüquqlarının tərkibini təşkil edir. Çünki uşaqlar cəmiyyətdə qayğıya ehtiyacı olan ən əsas qruplardan, təbəqələrdən birini təşkil edirlər. Dövlətin və ailənin imkanları genişləndikcə uşaqlara olan qayğıları da böyüyür, ehtiyacların ödənilməsi istiqamətində diqqət genişlənir.

Uşaq böyüyən məxluqdur. Böyüyərkən, qabiliyyəti artarkən, sərbəstliyi genişlənərkən, məlumatları çoxalarkən, dərrakə əhatəsi geniş müstəviyə çevrilərkən  hüquqları da genişlənir, böyüyür, əhatələnir. Hüquqların genişlənməsindən vəzifələri də genişlənir. Genişlənən vəzifələr uşaqların məsuliyyətini artırır. Uşaqlar böyüdükcə, törətdikləri mənfi əməllərə görə  cəza obyektinə də çevrilə bilirlər. Bu, onların yetişkənliyi və məsuliyyət dərk etmələri ilə bağlı olur. Uşaqlar böyüyürlər, cəmiyyətdə  tədricən iştirak  imkanları əldə edirlər, fəaliyyətləri müstəqilləşir, genişlənir.   Bu baxımdan da zaman amili maddi-fiziki və mənəvi kompozisiyada mövcud olur. Hüquqlar möhkəmlənir və bu baxımdan da zaman-zaman uşaq həyatının keyfiyyətləri də artır. Keyfiyyət əmsalında maddi, etik, estetik elementlər yer alır.

Uşaqların hüquqları artır, ancaq onlar  öz kiçik yaşlı hüquqlarından bir qismini itirə bilir. Zaman trayektoriyası dəyişən amillərlə xarakterizə olunur.  Körpəlik və kiçik yaşda olan hüquqlarını itirə bilirlər. Erkən (körpəlik) yaşlarında, kiçik yaşlarda məxus olan hüquqlar yaş keçidi ilə əlaqədar olaraq əvəzlənir, keçidlər edir. Lakin hər bir yaş dövründə uşaq öz hüququnu saxlayır.  Uşaqlar böyüdükcə hüquqların miqdarı və kəmiyyəti də artır.

Uşaqlar həmçinin  məkanlar üzrə yerini dəyişəndir. Bu dəyişmə valideynlərin yaşayış yerlərini könüllü olaraq  dəyişmələri, təbii fəlakətlər səbəbindən, müalicə, təhsil və istirahət səbəbindən də baş verə bilir. Uşaq hüquqlarının tərkib elementlərinin dəyişməsində mədəni və maddi amillər, sivilizasiya tərzi də rol oynayır.    Uşaq böyüdükcə hüquqlarını genişləndirir. Bəzi hüquqlardan da məhrum olunur. Bu məhrumiyyət yaşa görə, fizioloji amillərə görə baş verir. Ancaq məkanlarda dəyişiklik olduqda, uşaq yerini dəyişdikdə belə  öz hüquqlarını daşıyır. Məkan dəyişəndə hüquq genişlənə bilir. Bu proses məkanda uşaqlara verilən hüquqlarla əlaqədar ola bilər.  Ən əsası uşaq hüquq daşıyıcısıdır.  Uşaqlar miqrasiya edərkən, qaçqına və məcburi köçkün vəziyyətinə düşərkən, turist kimi ölkələri gəzərkən, yaşayış yerini müvəqqəti və daimi olaraq dəyişərkən  öz hüquqlarını özü ilə aparır. Elə ölkələr ola bilər ki, imkanlarına müvafiq olaraq uşaqların geniş hüquqlarını tanısınlar. Belə ölkələrə gələn əcnəbi uşaqlar da həmin hüquqların bir çoxundan faydalana bilərlər. Ölkələr əcnəbi uşaqların da geniş hüquqlarını tanıya bilər və müvafiq beynəlxalq sənədlərdə bu kimi imkanlar tanına bilər.

Uşağın məkan üzrə milli və  beynəlxalq hüquqları mövcud olur. Bu, siyasətlə bağlı olan məsələdir. Dövlətin vəzifə və öhdəliyinə bağlı olur.  Hüquq siyasətin obyektini təşkil edir. Hüquqların icrası siyasətin icrasını əks etdirir.  Dövlətlər və beynəlxalq təşkilatlar uşaqların genişlənmiş  hüquqlarını tanıyırlar.  Uşaq öz  hüquqlarının daşıyıcısı olaraq həm valideynlərini, həm də məkanda olanların məsuliyyətini artırır. Uşaqlar hər bir sivil məkanda tərbiyə olunmaq, təhsil almaq, yaradıcılıq və quruculuqla məşğul olmaq, qidalanmaq, müalicə almaq, istirahət etmək, sağlam ətraf mühitdə yaşamaq, kollektiv həyat tərzi sürmək  hüquqlarına malik olurlar. Müxtəlif cəmiyyətlər və dövlətlər onların hüquqlarını təmin etmək öhdəliyini öz üzərlərinə götürürlər. Uşaqların irqə, din və dil mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması bəşəri cinayət hesab olunur. Ona görə ki, uşaqlar tək milli yox, eləcə də dünyəvi ünsürdür. Uşaqlara məxsus olan sosial və humanitar, eləcə də mədəni hüquqlar uşaqların yaşı artdıqca, eləcə də məkanları dəyişən anlarda da mövcud olur.

Uşaqlar öz hüquqlarına görə məkanların xassələrini uyğunlaşdıra bilirlər. Uşaqlarla bağlı eyni və oxşar yanaşmalar formalaşa bilir. Məsələn, dövlətlər beynəlxalq hüquq normaları ilə milli və beynəlxalq səviyyədə eyni vəzifələr yerinə yetirirlər  və oxşar məsuliyyət daşıya bilirlər. Məsələn,  bütün dövlətlərdə həddi-buluğa çatmayan və cinsi yetişkənliyi olmayan uşaqların nigahı qadağan edilir. Bütün sivil dövlətlərdə uşaqlara dövlət nəzarəti mövcud olur.

Uşaq hüquqlarının zamana və məkana görə formalaşmasında hüquqların məcburi və zəruri məhdudlaşdırılması amilini də qeyd etmək olar. Belə ki, uşaqların məkanlarda baş verən fövqəladə hadisələr zamanı qorunması zərurəti yarandıqda hüquqların məhdudlaşdırılması prosesləri zəruri hala çevrilə bilir. Uşaqların təxliyyəsi zamanı azadlıqları, sərbəst fəaliyyət imkanları  məhdudlaşdırıla bilər. Eləcə də uşaqların cinayət əməlləri zamanı məsuliyyətə cəlb olunduqları hallarda  da hüquqları məhdudlaşır. Bu məhdudlaşma onların islah olunmaları ilə əlaqəli olur. Məhdudlaşma və məhdudlaşdırma  aktları uşaqların dəyər kimi qorunmaları məcburiyyətindən meydana gəlir.

 

 

Uşaqların zorakılıqdan, təcavüzdən müdafiə hüquqları

 

Bu mövzunu Xocalıda, Suriyada, Rusiyanın Kemerovo şəhərində faciəvi şəkildə həlak olmuş uşaqların ruhuna ithaf edirəm! Allah rəhmət eləsin!

 

Uşaqların hərəkətləri böyüklər üçün düşündürücü vəziyyətlərdən ibarət olur. Belə ki, uşaqların psixi sağlamlıqlarına zidd olan qəfil qərarlar qəbul olunmur. Uşaqlar daima nəzarətdə saxlanılır, diqqət obyektinə gətirilir. Böyüklər uşaqlara qarşı münasibətdə və əlaqələrdə tolerant, yumşaq və səmərəli davranış strategiyasını seçirlər. Böyüklər uşaqlara qarşı gözlənilən, məsafəli, aramlı münasibət bəsləyirlər. Ona görə ki, onların düçüncə potensialını, hərəkət sadəliklərini qəbul edirlər, hərəkət həcmlərini və düşüncə kəmiyyətlərini nəzərə alırlar. Uşaqları analitik müşahidə obyektinə çevirirlər. Uşaq hüquqlarının trayektorik təminatında hüquqlar baza olaraq pozulmaz şəkildə müəyyən olunur. Valideynlərin, cəmiyyətin, ümumililkdə böyüklərin yanaşmaları hüquqların qorunması məqsədlərinə əsaslanır. Böyüklər uşaqların hüquq trayektoriyası ətrafında mühafizəedici zolaqları təşkil edirlər. Bu zolaqlar psixi və fiziki sağlamlıqlara xidmət edir. Zolaqlar sahəvi olaraq genişlənə bilir. Lazımi anlarda bu zolaqlardan uşaqlar enerji alırılar. Öz hüquq strukturlarının toxunulmazlığını həyata keçirirlər. Uşaq hüquqlarının inkişaf xətti pozulmaz, toxunulmaz qalır.

Bəşəriyyətin aparıcı dəyər başlanğıcı uşaqlardır. Uşaqlar həm də böyüklərin  hüquqlarını özlərinə doğru vəzifəyə çevirəndir. Valideyn hüquqları onların uşaqların hüquqlarını təmin etmələri sayəsində vəzifələrə çevrilir. Bu vəzifələrdə məqsədlər, niyyətlər, hədəflər əks olunur. Bu baxımdan da uşaq hüquqlarının kompleks əsasları məhz valideyn hüquq və vəzifələrinin kompleks əsaslarını birləşdirir, mənaca yaxın edir.  Uşaqlar böyüklər üçün  barışdırıcılığı şərtləndirən,  ortaq barışıq koordinatı yaradan və bu baxımdan da sülh və sabitlik üçün əsas yaradan təbəqədir. Bu baxımdan da təbii bir hal olaraq uşaqlar bəşəri hüquqlara haqq verəndirlər.   Buna görə də uşaq hüquqları bəşəri hüquqların həm məxsusi, həm də ümumi hüquqlarını təşkil edir.  Məlumdur ki, uşaq özünü böyüklərin zorakılıqlarından, cəmiyyətin böhranlarından, ölkədaxili və ölkəxaric təzyiqlərdən, fövqəladə vəziyyətlərdən   qoruya bilməz. Həmçinin onlar sosial itkilərdən müdafiə olunmaq iqtidarında deyillər. Eləcə də cəmiyyətdə baş verən ehtiyatsızlıqlardan, texniki qüsurların mənfi fəsadlarından qorunmaq iqtidarında deyillər. Bu baxımdan da onların himayəsi və müdafiəsi böyüklər tərəfindən yerinə yetirilir. Böyüklər uşaqların fəaliyyət sferasını müəyyən edirlər və müstəvi üzərində müşahidə-nəzarət funksiyasını həyata keçirirlər. Bu müstəviyə uşaqların kompleks hüquqları aid olunur.  Uşaqların hüquqlarının qorunması sistemli, əhatəli mahiyyət kəsb edir. Uşaqlar dövlət idarəçiliyinin xüsusi obyektini və predmetini təşkil edir. Uşaqlara qarşı amansız rəftar, qəddarlıq, işgəncələr və ümumilikdə  qeyri-insani hərəkətlər rədd edilir və bu kimi hərəkətlərin qarşısı alınır. Valideynlər, böyüklər bu istiqamətdə öz məqsəd və amallarını birləşdirirlər və birgə vəzifələr müəyyən edirlər.

Vəzifələrə və məqsədlərə  aid oluna bilir:

-uşaqların birgə dəyər kimi qəbul olunması;

-uşaqların birgə şəkildə, həmçinin  sosial sferada ümumi qaydalarla tərbiyə olunmaları;

-uşaqların kollektiv və fərdi qaydada təhsil almaları və ünsiyyət qurmaları;

-uşaqların birgə şəkildə maariflənmələri və sosiallaşmaları;

-uşaq problemlərinin həllinə birgə yanaşma;

-uşaqların birgə qorunması;

-uşaqlar üzərində sosial müşahidələr və ictimai qınaqlar;

-uşaqlar ətrafında birgə mühafizə “zolaqlarının” yaradılması;

-uşaqların zorakılıqdan və təcavüzdən birgə qorunması;

-uşaqlar üçün ümumi və vahid biliklərin müəyyən edilməsi;

-uşaqların ümumi həyatlarının (kollektivçiliyin) təbliğ və təşviq edilməsi və bu baxımdan da uşaqların ictimai şüurlarının formalaşdırılması. Valideynlər uşaqları gələcək ictimai sağlam ünsür və dəyər kimi yetişdirməkdə borclu olurlar. Uşaqlar ümumi mənafe bazasından özlərinin fərdi maraqlarını təmin edirlər;

-uşaqların zorakılıqlardan, onların həyatına olan risqlərdən uzaqlaşdırılması və bu yöndə vahid ictimai qaydaların yaradılması. Məsələn, valideynlər bir qayda olaraq qəbul edirlər ki, uşaqlarını erkən yaşlarında ailə qurmağa sövq etmirlər, erkən nigahlardan çəkinirlər və uşaqlarının həyatına qəsd etmirlər;

-valideynlər bəşəri duyğularını birləşdirirlər və uşaqların sağlam gələcəkləri üçün müştərək planlar, proqramlar qəbul edirlər;

-valideynlər uşaqları məişət zorakılıqlarından kənarda saxlayırlar və s.

Uşaqların müdafiə hüquqları onların təhlükəsizliyinin təmin edilməsi və sosial müdafiəsi ilə tamamlanır. Uşaqların hüquqları cəmiyyətdə, ailədə təhlükəsizlik təminatı və onları sağlam yaşatmaq vəzifəsi ilə ümumiləşir. Uşaqlara qarşı “Sığortalı strategiya”, “Zəmanətli və ehtiyatlı davranış strategiyası” qəbul olunur. Bu kimi strategiyalar konsepsiya (əhatəli)  xarakterli olurlar. Uşaqların zorakılıqlardan, təcavüzlərdən müdafiə hüquqları icra baxımından daha hesabatlı, məsuliyyətli məzmun kəsb edirlər.  Digər tərəfdən, bütün insanların azad, sərbəst, sağlam, təhlükəsiz yaşamaq hüquqları mövcuddur. Bu, insanların təbii hüququdur.  İnsanlıq qorunmalıdır, ona görə ki, bəşəriyyətin mənası insanlıqdadır. İnsan insanlığa dəyər verməli və özünü irsən yaşatmalıdır. Uşaqlar bioloji mənada insanlığın başlanğıcı olduqlarından onların qorunmağa və inkişaf etməyə daha çox haqları mövcuddur. Təəssüflə qeyd olunmalıdır ki, uşaqlara qarşı istər müharibə, istərsə də dinc şəraitdə müxtəlif səviyyələrdə və dərəcələrdə, açıq və qapalı formada  zorakılıqlar törədilir, təcavüzlər olunur. Zorakılıqlar fonunda işgəncələr verilir, silahlı hücumlara düçar olunur və  onlar müharibə dağıntılarına məruz qalırlar, fəlakətlərə sürüklənirlər.  Uşaqlar ailə münaqişəsinin, sosial fəlakətlərin, siyasi oyunların qurbanlarına çevrilirlər. Onlar məişət zorakılıqlarına məruz qalırlar, cinsi təcavüzün qurbanına çevrilirlər. Uşaqlar zəif, zərif və incə təbəqə olduqlarından uşaqbazlığın (pedofillliyin)  hədəfinə çevrilirlər. Cəmiyyətin psixi pozğunluq (burada böyüklərin ruhi pozğunluğu) hallarının zərbə tərəfinə çevrilirlər.

Ailə münaqişələrindən, müharibələrdən, sosial fəlakətlərdən, fövqəladə şəraitdən uşaqlar ailələrini, valideynlərini itirirlər. Soyqırımlarda uşaqlar valideynlərini itirirlər, müharibələrdən aclıq, səfalət içərisində yaşayırlar. Ümumiyyətlə, qəbul edilməz, dözülməz və insanlığı fəlakətlərə sürükləyən hadisələr uşaqların həyatlarını təhlükələrə atır və məhvə sürükləyir. Uşaqlar praktiki olaraq ailə hüquqlarından məhrum olurlar. Bu da onlarda anormallığı doğurur, psixi sağlamlıqları təhlükələrə məruz qalır. Fiziki və psixi zərbələri yaşayanlar uşaq sağlamlıq-bərpa mərkəzlərindən asılı vəziyyətlərdə qalırlar.

 

Uşaqların dəyər elementi kimi zərərsizləşməsinə, məhv olmasına yönələn hadisələri bu şəkildə ümumiləşdirmək olar:

Bu kimi proseslər öz miqyasına görə minimumdan maksimuma qədər dərəcələnə bilirlər

-ilk növbədə abortlar-uşağın meydana gəlməsinin, maddi-mənəvi dünyaya qədəm qoymasının qarşsını kəsən ən qəddar, radikal addımdır;

-kiçik yaşlı uşaqlara qarşı aildə və tərbiyə müəssisələrində valideyn və ya da dayə (baxıcı) qəddarlığı;

-ailə münaqişələri-uşaqların fiziki sağlam və psixi sağlam böyüməsinə mane olan şəraitlərin yaradılması zərurətini ortaya qoyur. Uşaq itkisi və ailədə valideyn itkisi ilə üzləşilir. Xüsusilə, valideynlərin boşanma hadisələrini, ailə mübahisələrini və münaqişələrini buna nümunə göstərmək olar;

-uşaqların məcburən təhsildən kənarda saxlanılması-valideynlər bu məsələdə birbaşa cinayət məsuliyyəti daşıyırlar;

-uşaq ticarəti;

-cəmiyyət böhranları-müharibələr, vətəndaş qarşıdurmaları, münaqişələr, böhranlar, aclıq fəlakətləri;

-tibbi-səhiyyə problemləri-epidemiya, kütləvi xəstəliklərin yayılması, səhiyyə preparatlarının çatışmazlığı;

-geyim və ərzaq çatışmazlığı-uşaqların məhvinə və depressiya hallarına şərt verir;

-təbii fəlakətlər-zəlzələlər, sel daşqınları, yanğınlar və digər kəskin formalı təbiət hadisələri;

-mədəni amillər-uşaqlara qarşı dini, etnik, irqi-ayrıseçkilik məsələlərinin tətbiqi;

-uşaqlara qarşı cəmiyyətin laqeyd münasibətləri və cinsi zorakılıqlar;

-uşaqların məcburi olaraq ailə qurmalarına (erkən nigahlara) sövq edilməsi;

-təhsil problemləri-uşaqların, xüsusilə,  qız uşaqlarının  dünyəvi təhsil almalarının qarşısının alınması və s.

 

Uşaqların dövlətçilik, cəmiyyət, ailə, təhsil, tərbiyə olunmaq, gəzmək, istirahət etmək və digər bu kimi hüquqları təbii hüquqlardır. Bu kimi hüquqların onların əlindən alınması, passivləşdirilməsi və qeyri-müəyyənliyə keçirilməsi, azadlıqların, sərbəstliklərin əllərindən alınması uşaqların maddi-mənəvi varlıq kimi məhv olmalarına səbəb olur. Uşaqların böyümə strukturlarını iflic edir.   Uşaqlar hər bir xalqın, nəslin mədəni və irsi-bioloji genetik fondunu təşkil edir. Bu baxımdan da onların zorakılıqlardan, təcavüzlərdən qorunmaq hüquqları mövcuddur. Uşaqlar cəmiyyətin zəif təbəqələri olduğundan onların humanizmə, humanitar qayğıya daha çox ehtiyacları var. Humanizm özü də böyüklərin vəzifələrində yumşaq davranış öhdəliklərini doğurur.  Dövlət, ailə və cəmiyyət uşaqlara daha çox həssas yanaşmaq borcunu və vəzifəsini öz üzərində saxlamalıdır. Dövlət uşaqları fiziki və psixoloji mənada təhlil etməli, onlar üzərində müşahidələr aparmalı və müvafiq qanunvericilik norma və qaydaları yaratmalıdır. Uşaqların zorakılıqlardan və təcavüzdən müdafiə hüquqları analitik əsaslarda müəyyən edilməli, dolğun məzmunda əks olunmalıdır.

Uşaqların zorakılıqdan, təcavüzdən müdafiə hüquqları milli və beynəlxalq səviyyədə müəyyən olunur. Uşaqlar dövlətlərin və müvafiq təşkilatların diqqət mərkəzində qərarlaşırlar. Dövlətlər və təşkilatlar öz vəsaitlərini uşaqların müdafiəsinə yönəltmək məqsədilə müvafiq qərarlar qəbul edir və qərarların icra mexanizmlərini öz üzərlərinə götürürlər. Dövlətlər milli səviyyələrdə uşaqların hüquqlarını müəyyən etmək və qanunvericilik mexanizmisini yaratmaq məqsədilə ixtisaslaşmış institutlar təşkil edirlər. Eləcə də cəmiyyətdə bu sahədə ictimai institutlar fəaliyyət göstərir. Dövlət həm öz (hakimiyyət) qurumlarını yaradır, həm də qeyri-hakimiyyət qurumlarının formalaşmasına dəstək nümayiş etdirir. Dövlət çalışır ki, uşaqların carı və strateji-konseptual hüquqları təmin olunsun. Uşaq hüquqlarının təminatına dair siyasi və ictimai  monitorinqlər həyata keçirilir. Dövlətlər uşaqların təcavüzdən qorunması məqsədilə, eləcə də uşaqlara yönəlik birgə müşahidələrin həyata keçirilməsi üçün beynəlxalq ixtisaslaşmış hökümət qurumları formalaşdırırlar. Həmçinin beynəlxalq qeyri-hökumət qurmlarının fəaliyyətinə dəstək olurlar.

Uşaqların zorakılıqdan, təcavüzdən müdafiə hüquqlarına aid ola bilir:

Qeyd: uşaq hüququ bütövdür və uşağın qorunması prinsiplərini özündə daşıyır,

-məişət zorakılığından və valideyn və digər böyüklərin  təcavüzündən müdafiə hüquqları (valideyn vəzifəsi və məsuliyyəti, yaxın qohumların məsuliyyəti bu hüquqlarla tamamlanır. Uşaqların məişət zəminində iğtişaşlardan, qarşıdurmalardan  və bu kimi hadisələrin obyektinə çevrilməkdən, kənarda saxlanılması,  çəkindirilməsi bir vəzifə olaraq müəyyən edilir);

-müharibə şəraitində uşaqların daha təhlükəsiz və  dinc məskənlərə köçürülməsi hüquqları;

-uşaqların düşmən əlinə girov düşməkdən uzaqda saxlanılmaq hüquqları (bu, dövlətin dinc sakinləri müharibə məskənlərindən, döyüş bölgələrindən  təxliyə etmək  və müharibə aparmaq qaydalarına əməl etmək vəzifələri  ilə tamamlanır);

-uşaqların girovluqda saxlanılmasının qadağan edilməsi (uşaqlar qeyri-hərbi tərəf olduqlarından müharibələr zamanı hərbi tərəfin girov düşmüş  mülki şəxslərlə-uşaqlarla  davranışları xüsusi məsuliyyət doğurur);

-uşaqların terror qruplaşmalarının zorakılıqlarından  və təcavüzlərindən qorunmaq hüquqları;

-uşaqların cəmiyyətin təhlükəli ünsürlərindən, onların qeyri-insani hərəkətlərindən, bu baxımdan  uşaq oğurluğundan, alqı-satqı predmetinə çevrilməsindən, bədən üzvlərinin alqı-satqıya məruz qalmalarından, şikəst edilmələrindən və digər bu kimi qəddarlıqdan müdafiə olunmaq hüquqları;

-uşaqların islah-əmək koloniyalarında, uşaq cəza-tərbiyə  müəssisələrində qəddarlığa və işgəncələrə məruz qalmamaq və bu kimi aktlardan  müdafiə olunmaq hüquqları  və s.

Uşaqlara qarşı zorakılıq aktiv və passiv ola bilir. Məsələn, uşaqlara qarşı böyüklərin birbaşa qəddar davranışları və fiziki-psixi zorakılıqları (bədənə xəsarət yetirmələri və düşüncələrinə, həyata baxışlarına zərbə vurmaları)  aktiv və açıq təcavüz kimi xassələndirilə bilər. Ancaq böyüklərin uşaqalara qarşı kinayəli münasibətləri, soyuq davranışları, uşaqları diqqətə almamaları və depressiya vəziyyətləri onlara qarşı böyüklərin passiv zorakılıqları kimi qəbul oluna bilər. Buna hətta “Sakit zorakılıq” kimi də ad vermək olar.

Uşaqlar fərdi qaydada və valideynləri ilə birlikdə (valideynləri nümayəndələri kimi) aidiyyatı hüquq- mühafizə qurumlarına və məhkəmə orqanlarına şikayət etmək hüquqlarına malik olmalıdırlar. Onların şikayəti böyüklərin qeyri-insani rəftarlarından edilə bilir. Müharibələrə məruz qalmış xalqların uşaqları kollektiv şikayət etmək hüquqlarına malik olurlar. Onlar qəddarlıqdan və müharibə, silahlı münaqişə cinayətlərindən, irqi-ayrıseçkilikdən, soyqırımlardan  şikayətlər edirlər.

 

Uşaqların təhsil hüquqları

 

Təhsil tərbiyə fəlsəfəsidir. Məlumat elə bir təsiredici dəyərdir ki, beyində aydınlıq meydana gətirir.  Fiziki olaraq qavrama proseslərini sürətləndirir.  Məlumatlar mühitində yaşamaq, aydın zəkaya sahib olmaq, prosesləri dərk edərək nəticə çıxarmaq bəşəriyyətin tarixi inkişaf təzahürüdür və zərurətidir.  Təbiətin məlumatı, insanın özünün yaratdığı məlumat təbii bir fenomendir. Bu fenomen insanın ali şüurundan və məqsədli, iradəli fəaliyyətindən meydana gəlir.  Buna görə də insanlar məlumatlı yaşamaq üçün təbii hüquqlara malik olurlar. Məlumatlar zənciri, şəbəkəsi inkişafın bazasında dayanır, inkişafı təmin edir. Məlumatlar çoxluğu uzaq məsafələri yaxın edir. Buna görə də həqiqi məlumatlarla, real hadisələri olduğu şəkildə çatdıran məlumatlarla yaşamaq xoşbəxt yaşamaq, mənalı ömür sürmək deməkdir. Məlumatlı olmaq həyatın özünə, proseslərə adekvat olmaq deməkdir. Məlumatlarla yaşamaq həyatın mənasını dərk etmək üçün asan yollar tapmaqda köməkçi vasitələri və yolları müəyyən etmək deməkdir.  Məlumatların çatdırılmasını müxtəlif proseslər, vasitələr təmin edir. Bu proseslər və üsullar, vasitələr içərisində təhsil prosesləri  (tədris vasitələriu) də önəmli rol oynayır.

Təhsillli, zəngin məlumatlı insan sistemli həyat tərzi yaşayar. Dünyanı yaxından dərk edər və öz mövqeyini, münasibətini də təkmil formada həyata keçirər. Həm də münasibətlərdə və davranışlarda nəzakətli, ədəbli, ümumiyyətlə, mədəni olar. Təhsil almayan insan cahil olar, prosesləri düzgün anlamaz və bəsitlikdən, adilikdən tam asılı qalar, bununla da   cəmiyyətdən, rəngarəng proseslərin axarından kənarda qalmış kimi hiss olunar. Uşaqların ardıcıl şəkildə təhsil almaq yolu ilə biliklərə yiyələnməsi  sağlam düşüncəli həyat axarının davamlılığını təmin edir. Məkanlarda və zamanlarda sağlam insan obrazının yaranmasını şərtləndirir.

Mövcud dövrün münasibətləri mürəkkəbləşmiş məzmundan meydana gəlir.  İndiki cəmiyyətlər özünün ardıcıl varlığını təmin etmək üçün  sistemləşmiş, informasiyalaşmış, təkmilləşmiş, mürəkkəbləşmiş, eləcə də sadələşmiş təfəkkür, düşüncə  tələb edir.  Qlobal dövrün tələbləri ondan ibarətdir ki, insanlar daha çox informasiya mühitində yaşamaq məcburiyyətindədirlər. İnformasiya texnologiyaları məlumatların sürətli yayılmasını təmin edir. Buna görə də bu texnologiya və vasitələrdən istifadə etmək bacarığı və müvafiq biliklər hər zaman lazım olur.  Dünyanın dərk olunması informasiya mühitində, informasiya müstəvisində cərəyan edən təzahürlərdən meydana gəlir. İnsanlar elm, təhsil, maariflənmə mühitində tərbiyə olunurlar və sivil yaşayış tərzini təmin edirlər. Təhsil şəbəkələşmiş, sistemləşmiş məlumat müstəvisini yaradan bir prosesdir. Həyat gerçəkliklərinin aydınlaşması fonunda sağlam münasibətlərin yaradılması sağlam həyat üçün vacib şərtləri təmin edir.

Təhsil elmin, elmi məlumatların sadə və mürəkkəb məzmunda insanlara çatdırılması proseslərindən ibarətdir. Təhsil uşaqların sistemli, ardıcıl şəkildə məlumatlar əldə etmələrini təmin edən əhəmiyyətli, sahəvi və ümumiləşdirici, çərçivələndirici  bir prosesdir.

Təhsil və onun tədris formasında verilməsi, təhsil almaq məlumatların tərbiyə əsasında verilməsi və tərbiyə ilə qəbul olunmasıdır. Həmçinin norma və hədlərdə təqdim olunmasıdır.  Çünki məktəblərdə ardıcıl verilən biliklər nizamlı təfəkkürün formalaşmasına səbəb olur. Bu da özlüyündə gələcək üçün  nizamlı, intizamlı şəxsin formalaşmasına şərait yaradır.  Təhsil özü bir proses olaraq təbiət, insan və cəmiyyət, din haqqında olan məlumatların, biliklərin yayılması hadisələrindən, yayılması və ötürülməsi proseslərindən ibarətdir. Təhsil ibtidai, orta, orta ixtisas və ali formada verilir. Elmi yaradıcılıq, elmi axtarışlar səviyyəsinə qədər davam edir. Təhsilin verilməsinin müxtəlif metodları, müxtəlif sahələri mövcuddur.  Məlumdur ki, təhsilin formal (birbaşa)-əyani, qiyabi və informal-sərbəst-onlayn kimi tipləri mövcuddur. Uşaqlar (şagirdlər) və tələbələr birbaşa və eksternat yolu ilə imtahanlar verirlər. Burada təhsilin çatdırılma, biliklərin ötürülməsi tipləri fərqləndirilir. Hər iki tipdə metodlar uyğunlaşdırılır. Başlıca məqsəd təhsil proqramlarının şagirdlər tərəfindən mənimsədilməsindən ibarət olur. Dövlət və ailə təhsil tiplərinin formalaşmasında yaxından iştirak edirlər. Dövlətlər öz cəmiyyətlərində təhsil müəssisələri (əyani-gündüz, axşam şöbələri və qiyabi-gündüz və axşam şöbələrində təhsil vermək üçün) yaradırlar, həmçinin sərbəst (uşaqların ailədə olmaları şərtilə-distant, onlayn) təhsil almaq imkanlarını təqdim edirlər.

Təhsil elmi nailiyyətlərin paylanılmasını və müştərək mənimsənilməsini təmin edən ardıcıl bir prosesdir. Burada elmi nailiyyətlər və əldə olunanlar ümumi əsaslarla  cəmiyyətə təqdim olunur. Bu təqdimat sayəsində biliklər ümumiləşir. Birgə qavrama, biliklərin eyniləşməsi prosesləri yaşanır. Təhsil elmi kütləvi olaraq insanlara təqdim edir. Uşaqlar tərəfindən mənimsənilən biliklər onların həyat prinsiplərinin oxşarlığını, dünyəvi baxışlarının eyniləşməsini, uyğunlaşmasını təmin edir.

Qəbul edirik ki, insanlara, insanlığa xidmət edən, fayda gətirən bütün proseslər insanların nizamlı formalı hüquqlarıdır. Bu hüquqlar təbiidir, genetikdir, irsidir. İnkişaf sayəsində əldə olunan bütün vəsaitlər məxsusi və universal olaraq, birbaşa və dolayı yollarla insanlığa xidmət edir. Bu yöndə insanların məlumatları ibtidai formada, sadə əsaslarda qəbul etmək hüquqları mövcuddur. Təhsil maariflənmənin, aydınlaşmanın, qeyri-müəyyənlik haqqında təsəvvürlərin müəyyənliyə çevrilməsinin   əsas metodudur.

Cəmiyyət, təbiət, həyat özü  məlumatlardan ibarət olur. İnsan həyatı məlumatlardan, hadisələrdən formalaşır. Məzmun və forma məlumatlarla dərk olunur. Məlumatlar məlumatların dərk olunması üçün aydınlığı təmin edir.  Məlumatlar əsasında idarəçilik həyat keçirilir, tənzimləmə müəyyən olunur. Məlumatlar insan həyatını istiqamətləndirir. İnsan həyatını, insan düşüncə və əməllərini şəbəkələndirir. Məlumatların ötürülməsi insan həyatının zaman və məkan üzrə tənzimlənməsini təmin edir. Məlumatlar sayəsində insanların həyata olan baxışları, dünyagörüşləri formalaşır. Məlumatlarla insanların maddi-mənəvi həyatları təşkil edilir.

Uşaqların yaş dövrlərinə uyğun olaraq ibtidai və orta və tam orta  təhsil almaq hüquqları mövcuddur. Bu hüquqlar sayəsində uşaqlar məktəb keçirlər, sistemli tərbiyə alırlar. Məktəb uşaq təfəkkürünün birləşməsini təmin etdiyi üçün potensialı da birləşdirir. Məktəb sistemli və dərəcələnmiş, sadə və mürəkkəb məzmunlu biliklərin alınmasını şərtləndirir, təmin edir. Biliklər sayəsində uşaqlar cəmiyyətin aktiv, savadlı, bilikli, məlumatlı, dünyagörüşlü təbəqələrinə çevrilə bilirlər. Təhsil almaq təbii prosesdir. Bu baxımdan da uşaqların təhsil almaq hüquqları təbiidir. Dövlət bu kimi hüquqları qəbul edir, tanıyır və təmin olunmasını həyata keçirir. Uşaqların təhsil hüquqları dövlətin qayğı göstərmək vəzifəsinin də tərkib hissəsidir. Dövlət uşaqların təhsil hüquqlarını onların hər yaş dövrünə görə  tanıyır. Məsələn, dövlət ibtidai təhsil haqqında, orta və orta ixtisas təhsili haqqında, ali təhsil və elmi təhsil (yaradıcılıq təhsili) haqqında qanunvericilik aktları qəbul edir.   Təhsil almaq üçün prosesləri həyata keçirir, vasitələri və obyekltləri müəyyən edir. Metodları qruplaşdırır. Uşaqları təsnif edir, biliklərinə görə ixtisaslaşma aparır.  Təhsil verən tərəfləri yetişdirir. Uşaqlar təhsil almaq üçün maksimum şəraitdən yararlanmaq hüquqlarına sahib olurlar. Dövlətlər fiziki qüsurlu uşaqlar üçün təhsil və oxumaq imkanlarını təmin edirlər. Məsələn, gözdən əlil uşaqlar üçün “Brayl əlifbası” ilə yazıb-oxutmaq məqsədilə mütəxəssislər yetişdirirlər, müvafiq məktəblər açırlar, kəkələyən uşaqlar üçün loqoped mütəxəssis təminatını həyata keçirirlər.

Uşaqların təhsil hüquqları onların konstitusion və baza hüquqlarıdır. Ona görə ki, təhsilsiz sağlam cəmiyyət, sağlam dövlət qurmaq mümkün deyil. Ona görə ki, bu kimi dəyərlərin əldə edilməsi məqsədilə  sağlam baza tələb olunur. Sağlam bazanın başlanğıcı da təhsil müəssisələrində, ailələrdə, sağlam cəmiyyətlərdə uşaqlarla birlikdə törəyir, onların timsalında yaranır. Uşaqlar sağlam və ardıcıl inkişaf üçün resurs, mənbə rolunu oynayan təbəqə rolunda çıxış edirlər. Bu baxımdan cəmiyyət, ailəd və dövlət uşaqlara xüsusi qayğı və diqqət göstərir. Onların hüquqlarını maksimum səviyyədə təmin etməyə çalışır. Təhsil yolu ilə dəyərlər ötürülür, əməli vərdişlər aşılanır, yayılır.  Təhsil yolu ilə mədəni davranış metodları ixrac olunur. Məktəblərdə bilik, savad, elm və tərbiyə vəhdətləşir. Nəticədə cəmiyyət üçün üzvi element, yararlı element formalaşır. Uşaqlar gələcək baza olaraq “gəzən resurs” rolunu oynayırlar.

Uşaqların təhsil hüquqları öz tərkib elementlərinə görə çox zəngindir. İnsan hüquqları müstəvisində xüsusi və ondan şəbəkələnən  ümumi müstəviyə malikdir. Bu baxımdan da tərkibində baza (birbaşa təhsil almaq) və yardımçı (birbaşa təhsil üçün köməkçi ) hüquqlar mövcuddur.  Buna görə də kompleks məzmunlu və formalıdır. Təhsil prosesinin özü uşaqların təhsil hüquqlarını meydana gətirir.

 

Uşaqların təhsil hüquqlarına aid olur:

Baza hüquq olaraq,

-üsul olaraq əyani-formal, sərbəst-informal, distant, onlayn yollarla  təhsil almaq  hüquqları, o cümlədən,

-müəyyən olunmuş proqramlarla ibtidai və orta biliklər almaq hüquqları;

-yaş dövrlərinə uyğun olaraq sadə və mürəkkəbləşmiş biliklər almaq hüquqları, o cümlədən, ibtidai və orta, tam orta təhsil almaq hüquqları;

-ardıcıl biliklərin mənimsənilməsi ilə savadlanmaq hüquqları;

-həyatın aparıcı və köməkçi sahələrinə aid olan bilikləri almaq hüquqları;

-sahəvi və ümumi biliklər almaq hüquqları;

-gündəlik elmi nailiyyətlərin sadələşmiş və yaşa görə mürəkkəbləşmiş,  təkmilləşmiş formada bilik kimi mənimsənilməsi hüquqları;

-ana dilində və əcnəbi dillərdə biliklərə yiyələnmək hüquqları

Baza hüquqa yardımçı hüquq olaraq,

-məktəblərlə və dərs vəsaitləri, tədris vasitələri  ilə mütəmadi olaraq təmin olunmaq hüquqları;

-müəllimlərlə, tərbiyəçilərlə vaxtında  təmin olunmaq hüquqları;

-mövcud dövrün texniki vasitələri ilə bilikləri qazanmaq hüquqları;

-dərslərarası (fənlərarası) tənəffüslə təmin olunmaq hüquqları;

-məktəblərdə idman, əmək və əyləncə ilə məşğuliyyət hüquqları;

-məktəbə vaxtında gəlib getmək üçün şəraitlə təmin olunmaq hüquqları (nəqliyyat vasitələri ilə təminat);

-əldə etdikləri, qazandıqları bilikləri realizə etmək üçün yarışlarda (olimpiadalarda, breyn rinqlərdə və s.) iştirak hüquqları;

-imtahanlarda və test-sınaq tapşırıqlarında iştirak hüquqları;

-müxtəlif tədbirlərdə (olimpiadalarda, konsert-tamaşa salonlarında) iştirak hüquqları;

-məktəblərdə sosiallaşma hüquqları. Bu baxımdan da dərnəklər təşkil etmək hüquqları;

-geyim və ərzaqla təmin olunmaq hüquqları;

-ictimai tədbirlərdə iştirak hüquqları;

-yaradıcılıq və quruculuq hüquqları

Bu hüquqlar eyni zamanda uşaqların vəzifələrini də meydana gətirir. Hüquqların təmin olunması məsuliyyəti də doğurur.

 

 

 

Elşən Nəsibov

Siyasətşünas alim

 

0 Comments

No Comments This Article Has No Comments Yet

Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !

But You can be first to leave a comment !

Leave Your Comment

Your email address will not be published. Required fields are marked *

Azərbaycan

Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

Uşaq hüquqlarının fəlsəfəsi. Onuncu yazı Uşaqların əyləncə hüquqları   Əyləncə uşaq xarakterinin islah olunması, əsəb sisteminin gərginliklərdən azad olunması üçün ən mühüm metoddur. Əylənmək, oyunlar qurmaq sadə uşaq təfəkkürünün əsas məhsuludur.  Uşaqların psixi [...]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Son Xəbərlər

  0

read more
Uşaqların əyləncə hüquqları

Uşaqların əyləncə hüquqları   0

read more
Uşaq hüquqlarının məkana və zamana görə formalaşması

Uşaq hüquqlarının məkana və zamana görə formalaşması   0

read more
Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları

Uşağın yaş-inkişaf xüsusiyyətləri və təbii hüquqlarının əsasları   0

read more
Uşaq hüquqlarının fəlsəfi əsasları

Uşaq hüquqlarının fəlsəfi əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Altıncı     yazı	  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Altıncı yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından  Beşinci  yazı  Uşaq hüquqlarının fəlsəfəsi

Hüquq fəlsəfəsi seriyasından Beşinci yazı Uşaq hüquqlarının fəlsəfəsi   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   Dördüncü yazı

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları Dördüncü yazı   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının  əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları

Hüquq fəlsəfəsi seriyasından İnsan hüquqlarının əsasları   0

read more
Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi

Ermənistanın KİV-də Azərbaycanla bağlı verilən informasiyaların monitorinqi   0

read more
Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası   0

read more
Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə

Qondarma DQR-in tanınması: Nalbandyanın bəyanatı barədə   0

read more
Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi? 

Lapşin, Dilqəm, Şahbaz: insan haqları bəşəridirmi?    0

read more
Liparityanın xatirələrində Qarabağ müzakirələri 

Liparityanın xatirələrində Qarabağ müzakirələri    0

read more
Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti 

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın “çay” söhbəti    0

read more
Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?   0

read more
Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?

Ermənistanda parlament seçkiləri ərəfəsində yeni dinamiklər, Çarukyan geri dönür?   0

read more
Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir? 

Tomas de Vaal haraya xidmət edir və nə demək istəyir?    0

read more

Arxiv

İyul 2019
Be Ça Ç Ca C Şb B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031